İmam Sadiq (ə) buyurub:

Hər hansı bir bəndə oruc tutduğu zaman söyülərsə və cavabında
“mən oruc tutmuşam, sənə  salam olsun”söyləyərsə,
Allah-taala onun barəsində belə buyurar:
“Bəndəm bəndəmin təhqirinə orucla cavab qaytardı..
Onu cəhənnəm alovundan xilas edin və Cənnətə daxil edin”...

Əl-Məhasin, səh 82, hədis 216

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Allahlaol
🌸İmam Rza (ə) buyurub:

🌸"Kim Ramazan ayında bir möminə kömək edərsə, Allah təala insanların ayaqlarının siratdan düşəcəyi gün, o şəxsin siratdan keçməyinə köməklik edər".

🔎"Biharul-ənvar" , c.93,səh.341.
امام على عليه السلام:
الظَّفَرُ بالحَزْمِ، و الحَزْمُ بالتّجارِبِ

İmam Əli (ə.s) buyurub:

Qələbə uzaqgörənliklə, uzaqgörənlik isə təcrübələrlə əldə edilir.

📚 Mizanul hikmə, c-2, səh:185,


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Allahlaol


İmam Kazım (ə) :

إذا وَعَدتُم الصِّبيانَ فَفوا لَهُم فَإِنَّهُم يَرَونَ أنَّكُم الّذينَ تَرزُقونَهُم ، إنَّ اللّه َ عز و جل لَيسَ يَغضَبُ لِشَيءٍ كَغَضَبِهِ لِلنِّساءِ وَالصِّبيانِ

Uşaqlara söz verdiyiniz zaman sözünüzə əməl edin. Çünki onlar sizi özlərinin ruzi verənləri olaraq görürlər. Həqiqətən, Allah heç bir şeyə qadınlar və uşaqlar üçün qəzəbləndiyi kimi qəzəblənmir.

📗“Əl-kafi”, c.6, səh.50

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Allahlaol
İmam Sadiq (ə.s) buyurub:

Bərəkətli və bol ruzi ailə və uşaqlarla birlikdə olar.

📚 Əlkafi, c-5, səh: 330,

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Allahlaol
قال رسول الله(ص)
ما تَصَدَّقَ النّاسُ بِصَدَقَةٍ أفضَلَ مِن عِلمٍ يُنشَرُ .

Allahın Rəsulu (s.ə.v.s) buyurub:

İnsanların verdiyi heç bir sədəqə yayılan elmdən üstün deyildir.
( Yəni insanların arasında yayılan elm ən üstün sədəqədir).

📚 Munyətil- murid, səh: 105,

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
İmam Səccad (ə) buyurub:

- "Məhdinin (ə.f) müntəzirləri - bütün zamanların ən yaxşı insanlarıdırlar"

📚Biharul-ənvar, cild-2, səh.-387
İmam Əli (ə)buyurub:

«Əgər özünün tələf etdiyin keçmiş ömründən ibrət götürsən,
şübhəsiz ki, qalan ömrünü qorumusan.»

Mənbə Ğurərul-Hikəm, hədis 7589
🌙 Bu gecə Qədr gecələrindən biridir. Qədr Gecələrinin müştərək əməlləri:

🔸 1 - Qüsl etmək
🔸 2 - Əhya saxlamaq (sübhə qədər oyaq qalıb ibadət və dualar etmək)
🔸3 - Quranı başa qoymaq
🔸4 - Cövşən Kəbir duası oxumaq
🔸5 - İki rükətli namaz qılmaq
🔸 6 - İmam Hüseyni (ə.s) ziyarət etmək
Əziz Peyğəmbərimiz (s)buyurub:

Ramazan ayı Allahın (əzzə və cəllə) ayıdır. O bir aydır ki, Allah onda həsənələri (yaxşılıqları,savabları) artırar və günahları silər və o bərəkət ayıdır.

Biharul-ənvar; c96, s340, h5.
🌙Ramazan ayının səhərləri olunan əməllər

1. Obaşdanlıq etmək. Heç vaxt obaşdanlıq bir xurma dənəsi, ya bir içim şərbət olsa belə tərk olunmasın. Ən yaxşı obaşdanlıq yemək qovut və xurmadır. Rəvayət olunur ki, Allah taala və mələklər səhərlər istiğfar edib obaşdanlıq yeyənlərə salavat göndərirlər.

2. “Qədr” surəsini obaşdanlıq vaxtı oxusun. Hər kəs bu surəni həm obaşdanlıqda, həm də iftarda oxusa, bu iki vaxtın arasında Allahın yolunda qanına qəltan olmuş şəxsin savabına yetişər.

"Məfatihul-cinan" kitabından

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Allahlaol
🌹İmam Kazım (əleyhissalam) buyurmuşdur:

فطرك اخاك الصائم خير من صيامك.
Oruc tutan qardaşına iftar verməyin, oruc tutmağından daha xeyirlidir.


Əl-Kafi, c.4, s.68, h.2

@Allahlaol
🌹İmam Hüseyn (əleyhissalam) buyurur :

Hər zaman ki, iki nəfər küsülü olur,
barışmaq üçün ilk addımı atan şəxs, digərindən daha tez cənnətə daxil olacaq.

Muhəccətul-bəyza, cild 4,səh 228


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
«Dünyaya meylsiz olmaq bədənə və qəlbə rahatlıq bəxş edər. Ona meyl göstərmək isə bədəni və qəlbi əziyyətə salar.» "

🌹Allahın Peyğəmbəri (s.ə.a.s)


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
🌹İmam Əli (əleyhissalam) buyurub:

“Heç vaxt elə düşünmə ki, Qüdrətli Allah dua qapısını açmış, duanı qəbul etmək qapısını isə bağlamışdır.”

“Əgər Allah bir şəxsə dua etmək nemətini əta edərsə, onu bu duasının cavabından məhrum etməz.”


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol


25-cü günün duası.

Əllahumməc’əlni fihi muhibbən liəvliyaik, və muadiyən liə’daik, mustənnən bisunnəti хatəmi ənbiyaik, ya asimə qulubin-nəbiyyin!

Tərcüməsi.

Allahım məni bu ayda Sənin övliyalarını sevən və Sənin düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonuncusunun yol və sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan!


Əllahummə salli əla Muhammad və Ali Muhammad və əccil fərəcəhum


İmsak duası

Allahummə inni əs əluku fihi mə yurzik.Və əuzu bikə mimma yu-zik.Və əs-əlukət tovfiqə fihi li-ən utiəkə və la əsiyək.Ya cəvadəs sahilin

İlahi bu gün Səni razı salan əməlləri Səndən istəyirəm.Səni qəzəbləndirən əməllərdən sənə sığınıram Sənə tabe olmaq üçün və Sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm.Ey xahiş edənlərə bəxşiş verən Allah.

Qədr surəsi

Bismilləhir rahmənir rahim.

İnnə ənzəlnəhu fi ləylətil qadr.
Və mə ədrakə mə ləylətul qadr.
Ləylətul qadri xayrummin əlfi şəhr.
Tənəzzəlul mələ'ikətu vərruhu fihə bi'izni Rabbihimmin kulli əmr
Sələmun hiyə həttə mətləil fəcr.


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
🌹Cabir ibn Abdullah Ənsari deyir:

"Ramazan ayının son cüməsi Allahın Elçisinin (s.ə.a.s) yanına daxil oldum. Məni gördükdə belə buyurdu:
"Ey Cabir, bu, Ramazan ayının son cüməsidir, onunla vidalaş və (belə) de:
"İlahi, bunu bizim son Ramazan ayı orucumuz qərar vermə. Əgər belə qərar versən, o zaman məni rəhm edilmişlərdən qərar ver, (rəhmətindən) məhrum olmuşlardan yox". Kim belə desə iki yaxşı işdən birini əldə edər: Ya növbəti Ramazan ayını görər, ya da Allahın bağışlamasına və rəhmətinə nail olar".

Duanın ərəbcəsi:

"Əllahummə lə təc'əlhu əxiral-'əhdi min siyəminə iyyəh. Fəin cə'əltəhu fəc'əlni mərhumən və lə təc'əlni məhrumən"

Vəsailuş-şiə, cild 10, səh 365.


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
🌹 İmam Rza (əleyhissalam) buyurub:

Namaz vaxtlarını qoruyun -(muğayət olun ki, namazın vaxtı keçməsin və namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl vaxtına girərsə, amma üzürsüz səbəbdən namazını vaxtında qılmazsa, o xətakardır, Allah-Təalanın bu kəlamına görə ki, buyurur: “Vay olsun o namaz qılanlara ki, namazlarını yüngül sayarlar” (Maun/5-4) – yəni namazın vaxtından qafil idilər – (namaz vaxtını izləmirdilər ki, vaxtında qılsınlar).


Fiqhur-Riza (ə), s.100.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
❁﷽❁

Şəvval ayının birinci günü - Fitr bayramı (Məxsus əməllər).

1. “Sübh” və “Fitr bayramı” namazlarından sonra aşağıdakı zikri tərkrar-təkrar oxumaq:

“Əllahu-əkbəru əllahu-əkbər, la ilahə illəllahu vəllahu əkbər, əllahu-əkbər və lillahil həmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş-şukru əla ma əvlana.”
 
2. Fitr bayramı namazından öncə fitrə-zəkatını çıxarmaq;

3. Qüsl etmək; onunu vaxtı dan yeri söküləndən bayram namazı qılınan vaxta qədərdir.

4. Təmiz libaslar geyinmək, gözəl ətirlərdən istifadə etmək və namaz qılmaq üçün məscidə getmək;

5. Bayram namazından qabaq yaxşı olar ki, xurma, ya şərbətlə iftar edilsin.

6. Günəş doğduqdan sonra bayram namazını qılmaq.

❁ •❀❥🌺❥❀•❁

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
*Allahın adı ilə*

Həzrət Peyğəmbər (s) buyurub:
" Sizin ən xeyirliniz Quranı öyrənib, başqalarına öyrədəndir"

Hörmətli Müsəlman bacı və qardaşlar. Sizləri sıfırdan  keçiriləcək Qurani-Kərim dərslərinə dəvət edirik. Dərslərimiz heç bir ödəniş olmadan, həftənin 2-4-6-cı günləri saat 21:00-da hamının başa düşəcəyi üslubda (çox sadə şəkildə) keçiriləcəkdir. Dərslərə qoşulmaq üçün, qardaşlar *kişi* sözünü, bacılar isə *xanım* sözünü yazaraq, 0773154046 whatsapp nömrəsinə mesaj göndərsinlər.

*Qeyd:*

*1.* Dərslər xanımlara ayrı, kişilərə ayrı qruplarda keçiriləcəkdir.

*2.* Heç bir ünsiyyət olmadan hər iki qrupa dərsi kişi müəllim keçəcəkdir.

*3.* Dərslərimiz online deyil, şəkil və səs yazısını qrupa göndərib izah etməklə keçiriləcəkdir.

*4.* Yerlər məhduddur. Qeydiyyatdan keçməyə tələsin.

Müəllim: Kərbəlayi Tural.

Ps: Paylaşmaqla daha çox insanın faydalanmasına yardımçı ola bilərsiniz.
2024/05/16 20:03:41
Back to Top
HTML Embed Code: