Telegram Web Link
Bismillahir-Rəhmənir-Rəhim

Göz ucu baxışla görünməyən və fikirləşməklə dərk edilməyən kiçik gövdəli və nazik bədənli qarışqaya baxın ki, öz yolunu necə gedir və ruzisini əldə etmək üçün necə tələsir. Dəni öz yuvasına daşıyır və onu (çətin gün üçün) anbarında hazır saxlayır. Yayda qış və (isti günlər) gələndə qayıtmaq (soyuq günlərin qayıtması) üçün dənləri toplayır. Allah onun ruzisinə zamindir və halına uyğun olaraq onun ruzi yolunu açıb. Nemət və bəxşişi çox olan Allah ondan qafil deyil. Əvəz verən Allah onu məhrum və paysız qoymaz, hətta (bir şey bitməyən) quru daşın və ya (bir yerdən digər yerə aparılmayan) sərt daşın içində olsa belə!

📗“Nəhcül-Bəlağə”nin 227- ci xütbəsindən bir hissə, səh. 68-69
🏴🌹 İmam Hüseyn (ə) Məktəbi 🌹🏴
Video
"Yaxşı insanların birgə olması, onların həmrəyliyi və həmkarlığı, haqqın qüdrət tapması və mənəviyyat nurunun yayılmasının ən mühüm mənbəyidir. Halbuki, batil əhlinin toplaşmasının dünyada çox təsiri olmur. Yaxşı insanların toplaşması nə qədər çox olsa, bir o qədər çox möcüzələr yaradar. Kərbəlada Ərbəin zəvvarlarının toplaşması kimi".
-Əlirza Pənahian
Həzrət Peyğəmbər (s) buyurub:"Övladınızı üç xüsusiyyətlə tərbiyə edin: Peyğəmbərə məhəbbət,peyğəmbər Əhli beytinə məhəbbət və Quran oxumaqla🌸
-Kənzul-ummal,cild 16,səh.456,hədis: 45409📚
Bismillahir-Rəhmənir-Rəhim

İmam Əli əleyhis-salamın Məhəmməd Əhli-Beyti əleyhimus-salamı (onların fəzilətlərini) bəyan etdiyi xütbələrindəndir.
Məhəmməd əhli-beyti (pak imamlar-salavatullah əleyhim əcməin) elm və biliyi dirildənlər və nadanlıq və cəhaləti öldürənlərdir. (Onlardan elm əldə edilir və vasitələri ilə nadanlıq dəf edilir.) Onların səbrlilikləri alimliklərindən xəbər verir (çünki səbr etmək lazım olan yerləri bilib ancaq həmin yerlərdə səbrlilik edərlər) və həmçinin zahirləri batinlərindən (gözəl söz və əməlləri paklıq və saflıqlarının kamilliyindən) və sükutları sözlərinin düzlük və doğruluğundan! (Çünki insanın sükut edərək yersiz danışmaması onun sözlərinin elm və hikmət əsasında olmasına bir dəlildir.) Haqq ilə müxalifət etməzlər (ondan üz döndərməzlər) və onun barəsində ixtilaf və ziddiyyətləri yoxdur (sözləri bir şəkildədir). Onlar İslamın sütunları və sığınacaqlarıdır (öz elmləri ilə onu qoruyur və hökmlərini xalqa öyrədərək onlara azğınlıq və nadanlıqdan nicat verirlər). Haqq onların vasitəsi ilə öz əslinə və yerinə qayıdır, batil və nahaq onun yerindən uzaqlaşır, məhv olur və haqq zahir olanda (batilin) dili kəsilir. (Onların elm və biliyi nəticəsində haqq və həqiqət aşkar, batil və nahaq isə məhv olur.) Dini (və onun hökmlərini) bildilər, qavradılar, amma sırf eşitməyə və nəql etməyə əsaslanan qavrama ilə deyil, elmə və riayət (əməl) etməyə əsaslanan qavrama ilə! (Çünki əgər belə olmasaydı, başqalarından bir üstünlükləri olmazdı.) Elmi rəvayət edənlər çox, ona əməl edənlər isə azdır.

📗 “Nəhcül- Bəlağə”, 239-cu xütbə, səh.125-126
“Əslində insan öz nəfsini görəndir”.

— Qiyamət, 14
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dilləri,irqləri və yaşları fərqli olsa da,İmam Hüseynə (ə) olan eşqləri onları bir araya gətirib...🤎♾️
Bismillahir-Rəhmənir-Rəhim

Həzrət Məhəmməd (s) buyurur:
“Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir”.🌸
Bismillahir-Rəhmənir-Rəhim

İmam Əli əleyhis-salam (özündən razılığın məzəmmətində) buyurmuşdur:
Allah yanında səni qəmləndirən pis iş (məsələn yalan danışıb sonra ondan peşman olmağın) səni məğrurluq və öyünməyə vadar edən yaxşılığından (məsələn namaz qılmaq və ya oruc tutmaqdan) daha yaxşıdır. (Çünki peşmançılıq günahı aradan aparır. Amma yaxşı iş görüb məğrur olmaq həmin yaxşılığı məhv edən günahdır.)

📙“Nəhcül- Bəlağə”, Səh. 330
Bismillahir-Rəhmənir-Rəhim

“...Bütün sıxıntılardan sizi Allah xilas edir”.

– Ənam, 64🌸
İmam Cavad (ə) buyurub:
"Qısamüddətli olsa da,mömin qardaşlarla görüşmək qəlbə səfa və nuranilik gətirir, düşüncə və ağlı çiçəkləndirir".
Əl-Əmali, səh.-328, hədis-13.📚
Bismillahir-Rəhmənir-Rəhim

Həyatımızdakı xaosdan qurtulmaq üçün ilk öncə sakitləşməliyik. Söhbət dərin mənəvi aramlıqdan getmir; sadəcə bir anlıq özümüzə "Dur!" deyib dayanaq. Özümüzlə dərdləşmək üçün özümüzə bir dəfə şans verək. Bundan nə özümüz itirəcəyik, nə də başqaları. Sakit halda özümüzə sual verək: "Mən haradayam və hara getmək istəyirəm?" Xaotik hərəkətlər və qəfil hadisələrdən ibarət həyatımızı səliqəyə salmaq üçün ilk növbədə harada olduğumuzu və nə istədiyimizi başa düşməliyik. Sadə və əziyyətsiz bir başlanğıc!

📗“Haradan başlamalı” - Hacı Şahin Həsənli
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu günlərdə milyonlarla insan Kərbəlaya axın edir. Sabah (İmamın şəhadətinin 40-cı günündə) eşqlə piyada səfər edən yorğun aşiqlərin varacağı məkan İmam Hüseynin (ə) ağuşu olacaq. Yorğun ayaqların sabah hüzur tapdığı gündür. Sabah Zeynəbin (s.ə) qardaşına çatdığı gündür...🖤🏴
Şəhidlərin Rəbb'inin adı ilə

Şəhid Nadir Lütfullahzadənin anası belə nəql edir :

-Bir gün yuxuda gördüm ki, İmamzadəyə daxil oluram. Daxil olandan sonra bir səs eşitdim. Dönüb səs gələn tərəfə baxdım. Zahirən seyidə oxşayan bir şəxs gördüm. Ona tərəf addımladım. O, mənim qarşımda dayanmışdı. Əllərini yavaşca yuxarı qaldırıb əlindəki yaşıl şalı mənim çiyinlərimə atdı.
Soruşdum:
-Siz kimsiniz?
Buyurdu :
-Sizin sonuncu İmamınızam.
Sevincimin həddi-hüdudu yox idi. Dedim:
-Ağa, mən şal istəmirəm, axirətimi istəyirəm.
Buyurdu:
-Bu şal həm sənin axirətin üçün xeyirlidir, həm də dünyan üçün..
Yuxudan ayıldım. Bu yuxunu oğlum Nadirə danışdım.
Bir gün cəbhəyə yola düşəndə mənə dedi:
-Ana can, o yuxuda sənin çiyninə atılan şal mənəm. Şəhid olsam, həm axirətdə, həm dünyada sənin üçün şəfaətçi olaram.

Şühədanın pak ruhuna
salavat hədiyyə edək 🌹
İmam Hüseyn əleyhissalamın, vəfalı tərəfdaşlarının şəhadətindən 40 gün ötür. İmam Hüseyn (ə) bu il də özünün, ailəsinin,əzizlərinin canından Allah yolunda keçərək,bizi hidayətə çatdırmağa çalışdı...
Mərhum Hacı Şahin demiş,əza məclisində olanlardan bəziləri gələn il həyatda olmayacaq.Gələn il məhərrəm ayında həyatda olub-olmayacağıq bilmirəm,amma bircə onu bilirəm ki,həqiqətən ömrümüzün ən dəyərli anları imam Hüseynlə (ə) bağlıdır.Ötüb keçən bu dəyərli günlərə xatir Allah bizləri imam Hüseyndən (ə) dünya və axirət ayrı salmasın.
Bizdən Sənə Salam olsun,ey Peyğəmbərin Canı (ə) 🤍
İltimasi dua...
Şəhidlərin Rəbb'inin adı ilə

İran və İraq müharibəsində həlak olan İranlı şəhiddən, dostları hər zaman hansı ətirdən istifadə etdiyini soruşardılar. Cavabını isə şəhid olduqdan sonra vəsiyyətnaməsində tapdılar.
"Allaha and olsun ki, heç vaxt özümə ətir vurmamışam. Nə vaxt istəyirdim ki, ətir vurum, ürəyimin dərinliyində deyirdim: "Əssəlamu Əleykə ya Əba Əbdillahil Hüseyn (ə). (Salam olsun sənə ya Hüseyn (ə) ). Bu cümlədən sonra Allahın izni ilə bədənimdə ətir qoxusu olurdu."

Şəhid Hüseynəli Əkbəri

Şühədanın pak ruhuna salavat hədiyyə edək 🌹
Namaz şirin limon kimidir. Nə qədər əvvəl vaxtından sonraya qalsa,o qədər acılaşar.Hər kim namazı gecikdirməyə adət etsə, özünü yaşayışındaki gecikmələrə hazırlasın:İş tapmaqda gecikmək, evlənməkdə,sağlamlıqda və s...
Nə qədər namazın nizamlı olsa, işlərində o qədər nizamlı olacaq.
-Ayətullah Behcət
The owner of this channel has been inactive for the last 2 months. If they remain inactive for the next 30 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
The owner of this channel has been inactive for the last 2 months. If they remain inactive for the next 8 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
2025/10/26 02:42:05
Back to Top
HTML Embed Code: