Telegram Web Link
İranİslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Müctəba Dəmirçilunun“Həftə içi” xəbər saytına müsahibəsi
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənabMüctəba Dəmirçilunun “AzPolitika.info” xəbər saytına müsahibəsi
İran İslam Respublikası, AzərbaycanRespublikası və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıqüzrə üçtərəfli görüşünə dair Kommünike(13 oktyabr 2025-ci il), Bakı
İranİslam Respublikası Xarici İşlər Nazirliyinin Trampın anti-İran açıqlaması iləbağlı bəyanatı
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Xalq artisti Ramiz Quliyevin vəfatı ilə əlaqədar başsağlığı mesajı


İran İslamRespublikasının Bakıdakı Səfirliyi Xalq artisti Ramiz Quliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, Azərbaycan Respublikası hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir. Mərhuma Uca Allahdan rəhmət, doğmalarına, yaxınlarına səbir və dözüm diləyirik.
“AZIREX-2025” birgəaxtarış-xilasetmə təlimi çərçivəsində Ölkəmizin gəmiləri Azərbaycana gəlib



“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimindəiştirak etmək məqsədilə İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər və heyət Bakıdakı Puta Dəniz Limanına gəliblər. Rəsmi qarşılama mərasimində İran İslam Respublikasının Bakıdakı səfiri cənab Müctəba Dəmirçilu,səfirliyin hərbi attaşesi cənab Rəhim Puri və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli komandirləri iştirak etmişdir. Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir.
III Azərbaycan Milli Şəhərsalma Forumunda İran Nümayəndələrinin Fəal İştirakı
İran şirkətlərinin Bakı Beynəlxalq İnşaat Sərgisində iştirakı



Oktyabrın 14-dən16-dək paytaxt Bakıda keçirilən 30-cu “BakuBuild” Beynəlxalq İnşaat Sərgisində tikinti, polad istehsalı, plastik sənayesi və müasir texnologiyalar sahəsində fəaliyyət göstərən bir sıra İran şirkətləri iştirak edirlər. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Müctəba Dəmirçilu sərginin müxtəlif bölmələrinə baxış keçirib, inşaat, polad və innovativ texnologiyalar sahəsində fəaliyyət göstərən İran şirkətlərinin stendlərilə tanış olub. Səfir, Azərbaycan bazarında İran şirkətlərinin iştirakı və əməkdaşlıq imkanları barədə nümayəndələrlə ətraflı fikir mübadiləsi aparıb.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin BMT Təhlükəsizlik Şurasının 2231 (2015) saylı qətnaməsinin 2025-ci il 18 oktyabr (26 mehr)tarixində qüvvədən düşməsinə dair bəyanatı
Media is too big
VIEW IN TELEGRAM
Bakıda İran İslam Respublikası və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi keçirilib.
İran və Azərbaycan əlaqələrinin inkişafında birbaşa uçuşların önəmi vurğulandı

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Müctəba Dəmirçilu Bakıda “Iran Air” aviaşirkətinin ofisində əməkdaşlarla görüşərək uçuşların hazırkı vəziyyəti və gələcəkplanlarla tanış olub. Cənab səfir, Tehran və Təbrizdən Bakıya birbaşa uçuşların artırılmasını yüksək qiymətləndirərək, iki ölkə vətəndaşlarının,xüsusən də iqtisadi fəalların və turistlərin gediş-gəlişinin asanlaşdırılması barədə prezidentlərin razılaşmalarına toxunub və bildirib ki, bu razılaşmaların icrası və yeni hava xətlərinin açılması İran İslam Respublikasının Bakıdakı səfirliyinin gündəliyindədir. Görüş həmçinin hava əlaqələrinin gücləndirilməsinin ikihəftəli iqtisadi əməkdaşlıq və turizm sahəsində əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyini bir daha təsdiqləyib.
İran səfiri Azərbaycan–Gürcüstan sərhəd-gömrük məntəqəsinə səfər edib

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Müctəba Dəmirçilu Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı Qırmızı Körpü sərhəd-gömrük məntəqəsinə səfər edərək, İran tranzit yük nəqliyyat vasitələrinin bu istiqamət üzrə hərəkəti ilə bağlı mövcud vəziyyətlə tanış olub.

Səfər çərçivəsində Azərbaycan Respublikası Gömrük Xidmətinin məsul nümayəndələri səfirə gömrük prosedurları, nəqliyyat vasitələrinin və yüklərin yoxlanılması mexanizmləri, eləcə də keçid proseslərinin səmərəliliyinin artırılmasına yönəlmiş plan və tədbirlər barədə ətraflı məlumat təqdim ediblər.

Cənab səfir, həmçinin gömrük ərazisində olan bir qrup iranlı sürücü ilə söhbət apararaq, onların Azərbaycan ərazisindən tranzit keçid zamanı qarşılaşdıqları məsələlər və inzibati prosedurlar barədə rəylərini dinləmişdir.
İran və Azərbaycan Respublikası arasında gənclər və idman sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb

İran İslam Respublikasının səfiri Müctəba Dəmirçilu ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov arasında keçirilən görüşdə iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti vəinkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.Gənclərin cəmiyyətin inkişafında oynadığı mühüm rol və idman sahəsində əməkdaşlığın ölkələr arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfə nəzərə alınaraq, görüş zamanı bu potensialdan daha səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasının əhəmiyyəti xüsusi olaraq qeyd edilib.Görüşdə, həmçinin iki ölkənin gənclər və idman nazirlərinin qarşılıqlı səfərlərinin təşkili və idman sahəsində ikillik əməkdaşlıq proqramının hazırlanması məsələləri müzakirə olunub.
2025/10/30 16:57:08
Back to Top
HTML Embed Code: