Özümü bu yad dünyada çarəsiz, havada qanad çalan şahin tərəfindən ovlanacağını bilən kiçik bir quş kimi hiss edirdim.

Zaman Maşını, H.G.Wells
Səxavət, yaxşılıq, alicanablıq...
Nə üçünsə insanlar bu xüsusiyyətləri həmişə başqalarından umurlar.

Üç Yoldaş, Erich Maria Remarque
Bir adamın sənə çox yaxın olduğunu hesab etdiyin vaxtda, onun səndən çox uzaq olduğunu başa düşmək nə qədər acıdır!

Xəz Paltolu Madonna,
Sabahattin Ali
Yalanlamaq və rədd etmək üçün oxuma. İnanmaq və hər şeyi qəbul etmək üçün də oxuma. Sadəcə olaraq, danışmaq və nitq söyləmək üçün də oxuma. Ölçmək, müqayisə etmək və düşünmək üçün oxu.

Francis Bacon
Döyüş ustası olanlar əsəbləşməzlər. Qazanmaq ustası olanlar qorxmazlar, ağıllılar döyüşmədən qazanar, cahillər isə qazanmaq üçün döyüşər.

Müharibə sənəti ,Sun Tzu
Bizlər necə də dönük flügerlərik, eləcə səmt küləyinə bəndik!

Tufanlı Yoxuşlar, Emily Brontë
Düşünmək ürəyimi elə ağrıtdı ki, ağlaya bilmədim belə.

Yaşamak, Yu Hua
Sonra birdən hönkürdü, elə bil bomboş, nəhəng, amansız düzənliyi yuxudan oyatmaq istəyirdi.

Həyat Eşqi, Jack London
O ki yorğun və bədbəxtliyin, dərdini heç kimə deyə bilməməyin, kimsənin səni başa düşməməyinin nə demək olduğunu çox gözəl bilirdi.

Psixo, Robert Bloch
Bir şəkildə rahatlamağa ehtiyacım var idi, ancaq içimi tökə biləcəyim tək insan yenə özüm idim.

Şahmat, Stefan Zweig
Mənə deyirlər ki, hər şey birdən-birə başa gəlmir. Həyatda hər bir arzu tədricən, öz vaxtında yerinə yetirilir. Lakin bunu deyən kimdir? Bunun ədalətli bir fikir olduğunu sübut edən bir dəlil varmı? Hamı şeylərin təbii qayda ilə inkişafına, hadisələrin qanuniliyinə əsaslanır. Lakin mən canlı, düşüncəli bir adamam, bəlkə də, mən xəndəyin üstündən atıla bilərəm, ya onun üstündən körpü sala bilərəm, bununla belə mən durub onun dolacağını və lil basacağını gözləyirəmsə, bu, bir təbii inkişaf və qanunilikdirmi? Yenə təkrar edirəm: biz axı nə üçün gözləyək? Yaşamağa daha taqət yox ikən yenə gözləməkmi? Halbuki yaşamaq lazımdır, adam yaşamaq istəyir!

Firəng Üzümü, Anton Çexov
Tale insanla haqq-hesab apardıqda onun adını borc dəftərindən heç vaxt silmir.

Dorian Qreyin Portreti, Oscar Wilde
Haqlı olduğun halda, bütün insanlar "sən səhvsən" desələr də, bu həqiqəti dəyişməz və sən səhv olmuş olmazsan. Əgər səhv olduğun halda, bütün insanlar "sən düzsən" desələr də, bu yenə də həqiqəti dəyişməz və sən dönüb düz olmazsan.


Çətin Olsada Həyat Davam Edir,
Rövşən Abdullaoğlu
Ax, kaş bircə onu da biləydin ki, tutduğun işlərin, dediyin sözlərin hamısında, lap mənə əzab versə də, əlləşib-vuruşub yaxşı bir şey tapmaq istəyirəm.

Qəsr, Franz Kafka
Xəyallar çox təhlükəli şeydir: onlar əvvəlcə insanın qəlbini közərdir, daha sonra isə alova çevrilib bütünlüklə cənginə alır.

Geyşanın memuarları, Arthur Golden
Ümid sizi yaşamağa həvəsləndirsə də, gələcəyə fokuslayır. Fikrin davamlı olaraq gələcəyə köklənməsi sizin İndini inkar etmənizə səbəb olur və beləcə, siz özünüzü bədbəxt hiss edirsiniz.

İndinin Gücü, Eckhart Tolle
Bizi adətən elə tərbiyə edirlər ki, hamını sevək, qə­bul edək, hər şeyi qaydasına qoymaq yollarını axtaraq və konfliktlərdən uzaq olaq. Veronika hər nəyə nifrət bəsləsə də, hər şeydən çox öz sürdüyü həyata, bu qədər vaxtı içində yaşayan maraqlı, çılğın, hər şeylə maraqlanan, qorxmaz və cəsur Veronikaları kəşf et­mə­yə cəhd göstərmədiyinə təəssüflənirdi.

Veronika Ölməyə Qərar Verir,
Paulo Coelho
O, yenə də yalnızdır, onun üçün yenidən sükut başlanır. Bir müddətlik onu tərk etmiş qüssə yenidən baş qaldırır və onun ürəyini daha artıq gəmirməyə başlayır... Görəsən, bu minlərlə adamın içərisində onun dərdini dinləyə biləcək heç olmasa bir nəfər tapılarmı? Lakin nə o, nə də onun dərdi bu qaçışan adamların vecinə deyil. Onun nisgili böyük və sonsuzdur. Əgər onun sinəsi yarılıb dərdi çölə tökülsə, yəqin ki, bütün dünyanı doldurar. Ancaq bununla belə o görünmür. O, elə bir əhəmiyyətsiz qabığa bürünə bilmişdir ki, gündüz çıraqla da onu görmək olmaz...

Seçilmiş Əsərləri, Anton Çexov
Mən adamın yaxşı cəhətindən daha tez, pis cəhətini görməyə meyil edirəm, bu isə hissdən məhrum olan bir qəlbə xas olan bədbəxtlikdir.

Alçaldılmış və Təhqir Edilmiş İnsanlar,
Fyodor Dostoyevski
Biz xoşbəxt olmaqdan daha çox xoşbəxt görünmək üçün çalışırıq.

Birinci Addım, Qaraqan
2024/06/03 08:53:17
Back to Top
HTML Embed Code: