Telegram Web Link
70 yaşlı qadın cərrah iş başında 😃👍.

🌐©️" Medical TV" Tibbi Media Paylaşım Mərkəzi 🩺💎.
Medical TV pinned a photo
Medical TV pinned Deleted message
"Həkim şahin baxışına, qız əlinə , ilan müdrüklüyünə və aslan ürəyinə malik olmalıdır."


📌Abu Əli İbn Sina .

#tibbdünyası
Medical TV pinned a photo
🌐 Google həkimlərin xəttini oxumanıza kömək edəcək.

🔎Belə ki, resepti “Google Lens” proqramında oxudaraq həkim yazısını anlaya bilərsiniz.

https://www.tg-me.com/Medical_TV
Pasiyent baldır nahiyəsindəki ağrılarla xəstəxanaya gəlmişdir. Elektrik scooter-dən ayağı üstə yıxılıb və yeriyə bilmir.

Rentgen müayinəsi nəticəsində qamış sümüyünün sınığı aşkarlandı. Bu ciddi sınıqlardan hesab olunur.

https://www.tg-me.com/Medical_TV
🔺Hipokalsiemiya(kalsium çatışmazlığı)

İnsan orqanizmində ən çox mövcud olan mineral kalsiumdur.
Kalsium orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəmləndirən önəmli bir elementdir. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümüklərimiz və dişlərimiz terkibini teskil edir.

Kalsium çatışmazlığı:
* Əzələ və oynaq ağrıları
* Sümük əriməsi
* Yuxu problemləri
* Dişdə çürüklər və diş əti xəstəlikləri kimi problemlərə səbəb olur.

Kalsiumla zəngin olan qida məhsullarına aiddir:
1. Agartı məhsulları(süd, pendir, kəsmik, yumurta qabığı)
2. Soya
3. Kələm
4. Balıq
5. Fıstıq
6. Badam

Bəzən orqanizmdə kalsium azlığı sorulmanın pozulması ilə əlaqədar olur.
Buna sebeb isə orqanizmdə D vitamini defisitidir(azlığıdır).
Hipokalsiemiya( kalsium çatışmazlığı) zamanı imtina edilməli qida maddələrinə aiddir:

1. Rəflənmiş şəkər və şirniyyat
2. Pomidor
3. Badımcan
4. Kartof
5. Duz
6. Fosfor yüksək olan qidalar
Humay Cavadova @

https://www.tg-me.com/Medical_TV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🩻 Bronxoskopiya xüsusi cihaz - fibrobronxoskop vasitəsilə bilavasitə tənəffüs yollarının: qırtlaq, nəfəs borusu, bronxların selikli qişalarının, mənfəzlərinin vizual müayinəsi üsuludur.

Bronxoskopiyaya göstərişlər nələrdir?

1) Tənəffüs yollarına düşmüş yad cisimlərin xaric olunması

2) Müxtəlif tənəffüs yolu xəstəliklərinin diaqnostikası məqsədi

3) Bronx və ağciyər törəmələrindən biopsiya götürmək məqsədi ilə

https://www.tg-me.com/Medical_TV
1895-ci ildə baş ağrıları (əsasən miqren) şəkildəki kimi müalicə olunurdu. Çəkic yavaşca dəbilqəyə bir neçə dəfə ardıcıl dəyir, səs qulaqlardan beyinə doğru ötürülürdü. Beləliklə, beynin ən sonra ağrı siqnalı verən hissəsi mütəmadi səs siqnalları ilə müalicə olunurdu.

https://www.tg-me.com/Medical_TV
Arcus senilis - gözün buynuz qişası ətrafına piy toplanması. 40 yaşdan böyük şəxslərdə olduqda adətən narahatlığa səbəb olmur və müalicə tələb etmir. 40 yaşdan cavan şəxslərdə hiperxolesterinemiyadan xəbər verir və irəli tədqiqatlar lazım gəlir.

https://www.tg-me.com/Medical_TV
Anevrizma damar divarının pozğunluğu olub, özünü damarın divarının şişkinlik şəklində qabarması ilə göstərir.

Xüsusilə, beyin damarlarında baş verən anevrizmalar olduqca təhlükəlidir. Çünki bu cür şişkinləşmiş damarın partlama riski həmişə mövcuddur.

Anevrizma insanda uzun illər partlamadan qala bilər və əgər təsadüfi müayinə nəticəsində aşkarlanmayıbsa, heç insanın bundan xəbəri də olmur.

Partlama nəticəsində güclü qanaxma və qəfləti ölümə səbəb ola bilir.

https://www.tg-me.com/Medical_TV
Uşaqlığın aşağı seqmentində köndələn kəsiklə icra olunan Kesar əməliyyatından görüntüləri sizinlə bölüşürük.

Şəkillər üzrə ardıcıllıqla təsvir olunmuşdur:

1 - Qasıq bitişməsindən 5 sm yuxarıda köndələk kəsik olunur
2 - Dərialı piy toxuması və əzələlər küt üsulla aralanır
3- Uşaqlıq əldə olunur, divarında köndələn kəsik olunur, dölü görürsünüz şəkildə
4 - Döl çıxarıldıqdan sonra uşaqlıq
5 - Uşaqlığın divarı tikilir

https://www.tg-me.com/Medical_TV
Divertikulyozlu bağırsaq xaric edildikdən sonra 📸

Divertikula - Nazik və ya yoğun bağırsaq divarının zəif yerlərinin təzyiqə məruz qalaraq kiçik kisə şəklində xaricə doğru qabarmasıdır.

60 yaşdan yuxarı şəxslərin yarısında divertikulitə rast gəlinir və çox zaman simptomsuz müşahidə olunurlar.

Lakin çoxlu miqdarda olarsa və ya infeksiya tutub iltihablanarsa (bu hal divertikulit adlanır) bu zaman müalicə tələb olunur.

https://www.tg-me.com/Medical_TV
2024/06/03 17:02:04
Back to Top
HTML Embed Code: