Telegram Web Link
🪶İmam Əli (əleyhissəlam) buyurub:


"Yaxşı əməlləri əmr edib özləri ona ərinənlərə, çirkin əməllərdən çəkindirib özləri onu törədənlərə Allahın lənəti olsun."


📚"Nəhcül-Bəlağə", xütbə  129
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1👍1🥰1
📖Hüseyn ibn Əbu Ə'la İmam Sadiqin (ə) belə buyurduğunu eşitdi:

“Yeni doğulmuş uşaqlarınızın damağına Hüseynin (ə) türbətindən sürtün. Həqiqətən də o amandır (qoruyucudur).”

✏️Kamiluz-Ziyarat, 92-ci bab hədis 2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9👍1
📚"Haqqı inkar edənlər qalib gəldiklərini düşünməsinlər. Bizi heç vaxt məğlub edə bilməzlər"

📃Ənfal surəsi-59.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11
Media is too big
VIEW IN TELEGRAM
👥🧕 İraqda Əhdullah Hərəkatının lideri Səyyid Haşim əl-Heydəri bəzi mömin qadınların həyat yoldaşlarının həyatında [nifrətdən dərin məhəbbətə] doğru bir dəyişiklik yaratmasında oynadıqları həlledici roldan danışır.
O deyir:
"Bir söz insanı cəhənnəm atəşindən cənnətə, ya da əksinə dəyişə bilər... Arvad bəzən insanı dəyişir, bir söz qadından insanı cəhənnəmdən cənnətə apara bilər, ya da tam tərsinə... Zuhəyr ibn Qeyn – Zuhəyr ibn Qeyn tanınmış bir şəxs idi, o, əvvəllər İmam Hüseynə (ə) nifrət edirdi. Bəzi rəvayətlərə görə, o, Məkkədən İraqa gedirdi və İmam Hüseynin (ə) yolu ilə eyni istiqamətdə hərəkət edirdi. Tərviyə günü, Zilhiccənin 8-i yola çıxanda, Zuhəyrin karvanı da həmin istiqamətə hərəkət edirdi.
Bəzi rəvayətlərdə deyilir ki, İmam Hüseynə (ə) olan nifrətinə görə əgər İmam irəliləsəydi, Zuhəyr geridə qalırdı, İmam dayansaydı, o, qabağa keçirdi – yalnız qarşılaşmasınlar deyə. Nəhayət bir gecə yaxın məsafədə oldular, İmam Hüseyn (ə) bir nəfər göndərib dedi: "Zuhəyrə de ki, Hüseyn ibn Əli ibn Əbi Talib (ə) səni çağırır."
Bəzi rəvayətlərə görə, o anda Zuhəyr, arvadı və başqaları yemək yeyirdilər. Elçi gəlib icazə istədi və dedi: "Ey Zuhəyr ibn Qeyn, Hüseyn ibn Əli ibn Əbi Talib (ə) səni çağırır." Rəvayətlərdə deyilir ki, Zuhəyr susdu, çünki İmam Hüseynlə (ə) görüşmək istəmirdi, onu eşitmək belə istəmirdi. Amma Zuhəyrin həyat yoldaşı – baxın, qadının roluna – Səyyid ibn Tavusun “Luhuf” və ya “Məlhuf” adlı kitabında deyilir: onun həyat yoldaşı Dəyləm bint Əmr ona dedi: “Allah Rəsulunun (s) qızının oğlu səni çağırır və sən getmirsən?..”
Baxın, sadəcə bir söz: “Allah Rəsulunun nəvəsi səni çağırır və sən getmirsən?” Zuhəyr bu sözlərdən utanır və arvadının bu kəlamı ilə razılaşır... o deyir: "Get, bax gör nə deyir." Yəni get, sözünü eşit.
Zuhəyr Hüseynin (ə) yanına getdi... bu, qadının təsiridir! Sadəcə bir söz və baxın necə böyük təsir göstərdi – istər müsbət, istər mənfi.
Zuhəyr ibn Qeyn onun yanına getdi… çox keçmədi, sevinc içində qayıtdı! Bəzi rəvayətlərə görə, Hüseynin (ə) çadırına nifrətlə daxil oldu, amma sevgi ilə çıxdı... və sevinc içində qayıtdı, üzü nurlanmışdı! Və dərhal çadırını, əşyalarını və ləvazimatlarını Hüseynin (ə) düşərgəsinə köçürməyi əmr etdi və həyat yoldaşına dedi: "Sənin mənə görə zərər görməyini istəmirəm, get, Allah sənə yar olsun." Hətta bəzi rəvayətlərə görə onu boşadı.
Onun həyat yoldaşı dedi: "Allah sənə yardım etsin, Allah sənin üçün ən yaxşısını seçsin, Hüseynin babası ilə Qiyamət günündə məni yada salmağını istəyirəm." O bilirdi ki, Zuhəyr şəhidliyə doğru gedir...

Qadının təsiri... sadəcə bir sözlə!"


🩸🩸
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🪶Bəzi şeylər var ki onun təsiri elə dünyadaykən zahir olur. Biri ata anaya xidmətdir digəridə sileyi rəhm etmək. Bunların təsirini elə insan bu düyadaykən görür. Bəlkədə çətin tapıla bir şəxs ata anasına qulluq edə eyni haldada bədbəxt ola.

.....
Əllamə Misbah Yəzdi (r h)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
👆"Övladlarınıza Əhli-Beyti Tanıdın"

- Peyğəmbər (s) buyurur: 
- Öz övladlarınızı mənim, Əhli-beytimin, bir də Quranın məhəbbəti ilə tərbiyə edin. 
- Üç xisləti uşaqlıqdan onların ürəyinə salın: 
- Birincisi Peyg‌əmbərin (s) məhəbbəti;
- İkincisi Əhli-beytin məhəbbəti; 
- Üçüncüsü isə Quran qiraətinin məhəbbətidir.» 

(«Səvaiqul- muhriqə», səh: 172; «Fəraidus-simtəyn», cild 2, səh: 304.və sair...)

🗡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8
Abdullah ibn Yəhya Kahili İmam Sadiqdən (ə) nəql edir:

“Kim Qiyamət günü Allahın ona ehtiram göstərməsini və Muhəmmədin (s) ona şəfaət etməsini istəyirsə, İmam Hüseyni (ə) ziyarət etsin.

Bununla Allahın ən yüksək ehtiramını  və ən yaxşı savabları əldə edər.
Dünyada ikən günah əməlinə görə cəzalanmaz, hətta günahları qum dənələri, Tihamə dağı və dəniz köpükləri qədər olsa belə.

Həqiqətən də İmam Hüseyn (ə), ailəsi və əshabı məzlum halda, əziyyətlə və susuz halda qətlə yetirildilər”.

_
📚Kamiluz Ziyarat_
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢41
🕋🐏Qurban bayramı münasibətilə bütün müsəlmanları təbrik edirik!

Allah kəsdiyiniz qurbanları, dualarınızı və xeyirxah əməllərinizi qəbul etsin! Fələstində və dünyada olan qardaşlarımızı qorusun! Bu çətin günlərdə Sizə möhkəm iman, səbr və Allahdan məğfirət diləyirik. Bayramınız mübarək!


#Qurban_bayramı
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6
İmam Sadiq (ə) Allah rəsulunun (s) belə buyurduğunu rəvayət edir:

"Bir şəxs danışan zaman başqa biri asqırarsa, o (asqırmaq) haqqın şahidi (həmin şəxsin danışdığı sözün haqq olmasına işarə) olar"

📚Məkarimul-əxlaq, səh.530
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
🇮🇷İmam Hüseyn (ə.s):

“Cahilliyin əlamətlərindən biri də düşüncəsizlər ilə mübahisə etməkdir”.

— Töhəful-Üqul, səh. 248



🗡️🗡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8
🤲📿Səninlə ünsiyyətindən başqa duyduğum hər bir asayişdən, Sənin dərgahına yaxınlıq və Sənə itaətdən başqa yolla əldə etdiyim sevincdən ötrü Səndən bağışlanmaq diləyirəm. İlahi, müqəddəs kitabında buyurduğun və “Ey iman gətirənlər, Allahı çox-çox yad edin və gecə-gündüz Ona təsbih deyin!” – deyə söylədiyin kəlamın haqdır. “Məni yad (zikr) edin ki, Mən də sizi yad edim!” – deyə buyurubsan. Çünki Səni yad etmək bizə şərafət və izzət bəxş edir. İndi isə biz Sənin əmr etdiyin kimi, Səni yad edirik. Belə isə, bizə vəd etdiyinə vəfa et, ey onu zikr edənləri yad edən, ey mehribanların ən mehribanı!

📿Zikr edənlərin münacatından...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
┄═❁❈[﷽]❈❁═┄

“Biz ruhumuzu azğınlığa və  əxlaqi və mənəvi sapmalara sürükləyən günahlar çirkabından təmizləmək üçün daima Allahın rəhmət mehini udmağa ehtiyacımız var”.

📚
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🔴Tehranda kütləvi etirazlar başlayıb

İsrailin hücumlarından sonra Tehran küçələrini insan seli bürüyüb
"İsrailə ölüm" və "Amerikaya ölüm" şüarları bütün şəhərdə əks-səda verir
Etirazçılar sionist və Amerika bayraqlarını yandırırlar

🚫 Nümayişçilər İranın paytaxtını inqilabi şövqlə bürüyərkən şəhid SEPAH komandirlərinin qisasını alacaqlarına and içirlər.

#İran
#İşğalçı_İsrail_rejimi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇸🔴🇮🇱Fələstin davasını dəstəkləmək hər bir müsəlman üçün dini bir fərzdir (vacibdir) ki, Qiyamət günü bunun hesabını verəcəyik.
- İmam Xamenei

#QəzzaSoyqırımı
#Fələstini_Unutma
#Qaniçən_Cuhud_İsrail

T.me/ya_beqiyyetellah
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7😢1
P
🪶İmam Həsən (ə) buyurub

Öz elmini başqalrına öyrət və çalış ki, digərlərinin də elmini öyrənəsən


Biharul-ənvar cild, 78 səh, 111
📚
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12😢1
📿 İmam Baqir (ə) buyurub:

Peyğəmbər (s) məsciddə əyləşmişkən bir kişi gəldi və namaz qılmağa başladı. Lakin rüku və səcdələrini kamil yerinə yetirmədi. Peyğəmbər (s) buyurdu: "Qarğa kimi dimdik vurur. Əgər bu şəxs namazı bu halda ikən ölsə, mənim dinim üzərində ölməmişdir.

📚 Əl-Ərbəunə hədisə, səh 41.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11
🪶İmam Baqir (ə) buyurub

Kim təşnəyə bir ağız su içirtsə, Allah-təala ona möhürlənmiş Cənnət şərabından içirdər


Biharul-Ənvar, c.96, səh.172, hədis 8
📚
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9
🪶Səninlə ünsiyyətindən başqa duyduğum hər bir asayişdən, Sənin dərgahına yaxınlıq və Sənə itaətdən başqa yolla əldə etdiyim sevincdən ötrü Səndən bağışlanmaq diləyirəm. İlahi, müqəddəs kitabında buyurduğun və “Ey iman gətirənlər, Allahı çox-çox yad edin və gecə-gündüz Ona təsbih deyin!” – deyə söylədiyin kəlamın haqdır. “Məni yad (zikr) edin ki, Mən də sizi yad edim!” – deyə buyurubsan. Çünki Səni yad etmək bizə şərafət və izzət bəxş edir. İndi isə biz Sənin əmr etdiyin kimi, Səni yad edirik. Belə isə, bizə vəd etdiyinə vəfa et, ey onu zikr edənləri yad edən, ey mehribanların ən mehribanı!

📚Zikr edənlərin münacatından...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9
📖 Quran ayəsi

اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۖ وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلُمَاتِ ۗ أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

🪶 Oxunuşu:

Əllahu vəliyyul ləziinə əəmənuu yuxricuhum minəz zuluməəti ilənnur vəlləziinə kəfəruu əvliyəə'uhumut tağutu yuxricuunəhum minən nuuri iləz zuluməət uləəikə əshəəbun nər hum fihə xaliduun.

🪶 Tərcüməsi:

Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

📚Bəqərə 257
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
🗡️Bu gün Aşuradır...
Bu gün yalnız bir tarix deyil. Bu, haqqın batilə meydan oxuduğu, qanın qılınca qalib gəldiyi günün adıdır. Kərbəla səhrasında bir ovuc sədaqət sahibi, bir ovuc susuz amma imanı dağlardan uca insanlar — Hüseyn (ə) və yoldaşları — dünya tarixində silinməyəcək bir iz buraxdılar.
Onlar susadılar, amma haqsızlıq qarşısında boyun əymədilər. Onlar şəhid oldular, amma zülmə baş əymədilər. Onların qətlinə fərman verənlər taxtlarda oturdular, amma zaman Hüseynin (ə) adını yaşatdı, onların adını isə lənətlə andı.
İnşəallah zamanın Yezidləri də məhv olacaq, lənətlə anılacaqlar.
Bu gün Aşuradır...
Bu gün göz yaşının müqavimətə çevrildiyi, yara qanının haqq sədasına dönüldüyü gündür. Hüseyn (ə) yalnız bir şəxs deyildi, o bir məktəb idi — haqqın məktəbi, şərəfin dərsi, azadlığın bayrağı.
Kərbəla — tarixdə bir səhradır, amma ruhumuzda bir qiyam, bir əhd, bir əbədi çağırışdır:
"Hər gün Aşura, hər yer Kərbəla."


Bu gün Aşuradır — qanın qılınca, haqqın batilə qalib gəldiyi, səmanın Hüseyn deyə ağladığı gündür.

Aşura — bir dəstə susuzun bütün dünyaya haqqı anlatdığı gündür


#Muhərrəm
#Aşura_2025
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
2025/07/09 19:03:15
Back to Top
HTML Embed Code: