Telegram Web Link
ضَيْفٌ لَكُمْ وَ مُسْتَجِيْرٌ بِكُمْ فَاَضِيْفُوْنِيْ وَ اَجِيْرُوْنِيْ بِمَنْزِلَةِ اللّٰهِ عِنْدَكُمْ وَ اٰلِ بَيْتِكُمْ اَلطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ۔_

ÇƏRŞƏNBƏ AXŞAMI GÜNÜNDƏ İMAM SƏCCAD (Ə), İMAM BAQİR (Ə) VƏ İMAM SADİQİN (Ə) ZİYARƏTİ


ÇƏRŞƏNBƏ AXŞAMI GÜNÜNDƏ İMAM SƏCCAD (Ə), İMAM BAQİR (Ə) VƏ İMAM SADİQİN (Ə) ZİYARƏTİ

Salam olsun sizə ey Allah elminin xəzinələri. Salam olsun sizə ey Allah vəhyinin müfəssirləri. Salam olsun sizə ey hidayət rəhbərləri. Salam olsun sizə ey təqva nişanələri. Salam olsun sizə ey Rəsulallahın övladları. Mən sizin haqqınızı və məqamınızı tanıyıram; sizin düşmənlərinizlə düşmən və dostlarınızla dostam; atam-anam sizə fəda olsun, Allahın salamı olsun sizə. Ey Allahım, onların axırıncısını birincisini dost tutduğum kimi dost tuturam və onlardan başqa hər bir sirdaşdan uzağam; cibtə, tağuta,Lat və Uzzaya kafirəm; Allahın salamı olsun sizə ey mövlalarım, Allahın rəhməti və bərəkəti olsun sizə. Salam olsun sənə ey abidlərin ağası və canişinlər nəslindən olan. Salam olsun sənə ey peyğəmbərlərin elmini yaran. Salam olsun sənə ey sözdə və əməldə doğru olduğu təsdiq edilən. Ey mövlalarım, bu gün sizin gününüzdür, bu gün “yəvmul-suləsa”dır (çərşənbə axşamı günüdür). Mən bu gün sizin qonağınızam və sizə pənah gətirmişəm. Elə isə, məni qonaq edin və mənə pənah verin, Allahın sizin və sizin pak-pakizə xanidanınızın yanında olan məqamına xatir.


ÇƏRŞƏNBƏ AXŞAMI GÜNÜNDƏ İMAM SƏCCAD (Ə), İMAM BAQİR (Ə) VƏ İMAM SADİQİN (Ə) ZİYARƏTİ


ÇƏRŞƏNBƏ AXŞAMI GÜNÜNDƏ İMAM SƏCCAD (Ə), İMAM BAQİR (Ə) VƏ İMAM SADİQİN (Ə) ZİYARƏTİ

Əssəlamu ələykum ya xuzzanə ilmillah. Əssəlamu ələykum ya təracimətə vəhyillah. Əssəlamu ələykum ya əimmətəl huda. Əssəlamu ələykum ya ələmət tuqa. Əssəlamu ələykum ya əvladə rəsulilləh. Ənə arifun bihəqqikum, mustəbsirun bi şənikum, muadin li ədaikum, muvalin li əvliyaikum. Bi əbi əntum və ummi, salavatullahi ələykum. Allahummə inni ətəvala axirəhum kəma təvələytu əvvələhum və əbrəu min kulli vəlicətin dunəhum və əkfuru bil cibti və -tağuti vəl ləti vəl uzza. Salavatullahi ələykum ya məvaliyyə və rəhmətullahi və bərəkatuh. Əssəlamu ələykə ya Səyyidəl abidinə və sulalətəl vəsiyyin, əssəlamu ələykə ya Baqirə ilmin nəbiyyin, əssəlamu ələykə ya Sadiqən musaddəqən fil qəvli vəl fi li. Ya məvaliyyə haza yəvmukum və huvə yəvmus suləsəi və ənə fihi zayfun ləkum və mustəcirun bikum fə əzifuni və əciruni bi mənzilətilləhi indəkum və ali bəytikumut tayyibinət tahirin.


📿Günün zikri :

Oxunuşu :

Ya ərhəmər rahimin(100-dəfə)

Mənası :

Ey rəhm edənlərin ən rəhimlisi.
👍125
Qədr gecəsinin əməlləri

🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹


💠Qüsl almaq. (Gün batan vaxtı qüsl alıb, həmən qüsl ilə işa namazını qılmaq daha fəzilətlidir.)🌙

💠İki rükət namaz qılmaq Hər rükətdə“Fatihə”dən sonra 7 dəfə “İxlas” surəsini oxumaq. Namazı bitirdikdən sonra isə 70 dəfə "Əstəğfirullahə və ətubu ileyh" demək. Peyğəmbər (s) buyurub: “Hər kim bu əməli etsə, yerindən durana kimi ata-anasının və özünün günahlarını Allah bağışlayar”.🌙

💠Quranı açıq şəkildə qarşıya qoyub bu duanı oxumaq: Allahummə inni əs'əlukə bi kitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl-əkbər və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təc'ələni min utəqaikə minən-nar. Sonra hacətinizi istəyin.🌙

💠Quranı başının üzərinə qoyub demək: Allahummə bi həqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli muminin mədəhtəhu fihi və bi həqqikə əleyhim, fəla əhədə ə'rəfu bi həqqikə minkə.🌙

💠Bundan sonra aşağıdakı sözləri demək lazımdır:

10 dəfə "Bikə ya Allah"🌙

10 dəfə "Bi Muhəmmədin"🌙

10 dəfə "Bi Əliyyin"🌙

10 dəfə "Bi Fatimətə"🌙

10 dəfə "Bil-Həsəni"🌙

10 dəfə "Bil-Huseyni"🌙

10 dəfə "Bi Əliyyibnil-Huseyn"🌙

10 dəfə "Bi Muhəmməd ibni Əli"🌙

10 dəfə "Bi Cəfər ibni Muhəmməd"🌙

10 dəfə "Bi Musəbni Cəfər"🌙

10 dəfə "Bi Əliyyibni Musa"🌙

10 dəfə "Bi Muhəmməd ibni Əli”🌙

10 dəfə "Bi Əliyyibni Muhəmməd”🌙

10 dəfə “Bil-Həsən ibni Əli”🌙

10 dəfə “Bil-hoccəti”🌙

Sonra hacətinizi istəyin.

💠 İmam Huseyni (ə) ziyarət etmək. (Ziyarətiaşura oxumaq)🌙

💠Bu gecələrin hər birini oyaq qalmaq. Hədisdə var ki, hər kim bu üç gecəni oyaq qalsa, günahları nə qədər olsa bağışlanar.🌙

💠100 rükət namaz qılmaq. (qəza namazı olan hər bir kəs 6 günün qəzasını qıla bilər.)🌙
👍126
Qədr surəsi

1. İnna ənzəlnahu fi ləylətil qədr.

2. Vəma ədrakə ma ləylətul qədr.

3. Ləylətul-qədri xəyrun min əlfi şəhr.

4. Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min-kulli əmr.

5. Səlamun hiyə hətta mətləil fəcr.



Qədr surəsinin tərcüməsi


1. Biz Qur"anı qədr gecəsində Peyğəmbərimizə nazil etdik.

2. Qədr gecəsinin nə olduğunu bildirdik.

3. Qədr gecəsi min aydan yaxşıdır.

4. O gecədə mələklər və ruh işləri yerinə yetirməyə nazil olarlar.

5. O gecə fəcrin açılmasına qədər səlamətlikdir.


Qədr surəsi ərəbcə

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ (1) وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ (2) لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ (3) تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ (4) سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ (5)
11👍6
💦🦚💦🦚💦🦚💦🦚💦

Cümə axşamı gününə aid zikrimiz

Dünyadan köçən din alimləri, seyyidlər, İslam şəhidləri, möminlər, qohum və dostlarımız, bizə İslamdan bir hərf belə öyrətmiş olan ustadlarımız, bivaris şəxslərin, gözü ocağımızda olan hər bir kəsin adından 14 Məsuma 14 salavat və Fatihə, İxlas surəsi (bacaran Yasin surəsi, Aşura ziyarəti və....) hədiyyə edək ki, bizim vasitəmizlə onlara da xeyir yetişsin

Allah rəhmət etsin və günahlarını bağışlasın! İlahi amin!

Unutmayaq ki, unudulmayaq

💦🦚💦🦚💦🦚💦🦚💦
17👍6😢2
🤲Bir gözəl xəbər almağı üçün bir bacimizin hacetine göre Hacətlər qapisi olan Əbəlfəzl Ağamiza 5 salavat hediyye edek əzizlərim.Bu mübarək geceye xatir Rebbim bacimiza şad xeber qismet elesin.Amin Allah sizlerden razi olsun.
27👏4👍2🌚1
༻𝙂𝙪𝙣𝙪𝙣 𝙖𝙮𝙚𝙨𝙞༺

وَاَقِيۡمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّکٰوةَ  ‌ؕ وَمَا تُقَدِّمُوۡا لِاَنۡفُسِكُمۡ مِّنۡ خَيۡرٍ تَجِدُوۡهُ عِنۡدَ اللّٰهِ ‌ؕ اِنَّ اللّٰهَ بِمَا تَعۡمَلُوۡنَ بَصِيۡرٌ

⫷𝙉𝙖𝙢𝙖𝙯 𝙦ı𝙡ı𝙣, 𝙯ə𝙠𝙖𝙩 𝙫𝙚𝙧𝙞𝙣! 𝙊𝙯𝙪𝙣𝙪𝙯𝙙ə𝙣 𝙤𝙩𝙧𝙪 (ə𝙫𝙫ə𝙡𝙘ə) 𝙚𝙩𝙙𝙞𝙮𝙞𝙣𝙞𝙯 𝙭𝙚𝙮𝙧𝙞 (𝙮𝙖𝙭şı ə𝙢ə𝙡𝙡ə𝙧𝙞𝙣 ə𝙫ə𝙯𝙞𝙣𝙞) 𝘼𝙡𝙡𝙖𝙝 𝙮𝙖𝙣ı𝙣𝙙𝙖 𝙩𝙖𝙥𝙖𝙧𝙨ı𝙣ı𝙯. 𝙃ə𝙦𝙞𝙦ə𝙩ə𝙣, 𝘼𝙡𝙡𝙖𝙝 𝙣ə 𝙚𝙩𝙙𝙞𝙠𝙡ə𝙧𝙞𝙣𝙞𝙯𝙞 𝙜𝙤𝙧ə𝙣𝙙𝙞𝙧!⫸

(𝘽ə𝙦ə𝙧ə 𝙨𝙪𝙧ə𝙨𝙞, 𝙖𝙮ə 110)

(dinimizislami)
📚Kanalımızın linki: @SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
14👍4
i𝕊𝕃𝔸𝕄𝔻𝔸 ℚ𝔸𝔻𝕀ℕ

🌺🌿𝑃𝐸𝑌ğə𝑀𝐵ə𝑅i𝑁 (𝑆) 𝐹𝐴𝑇i𝑀𝐸𝑌𝐼-𝑍ə𝐻𝑅𝐴𝑌𝐴
𝑀ə𝐻ə𝐵𝐵ə𝑇i
🌿🌺

Rəsuli-Xuda dəfələrlə buyurardı ki, Fatimə (s.ə) mənim
ruhumun və bədənimin bir hissəsidir. O, mənə hamıdan əzizdir.
Fatimə hər dəfə ata evinə gələndə, Peyğəmbər (s) onun
hörmətinə ayağa durar, əllərindən öpərdi. Əlbəttə bu məhəbbət
təkcə atalıq vəzifəsindən ibarət deyildi, çünki Peyğəmbərimizin
Fatimədən savayı üç qızı da var idi. Lakin ondakı ləyaqət və yüksəklik Fatimeyi-Zəhraya olan məhəbbətini daha da artıq etmişdi. Fatimeyi-Zəhraya Peyğəmbərimizin məhəbbəti təkcə anasından yetim qalmasına görə deyil, bu məhəbbət Həzrət Əliyə ərə gedəndən sonra və ömrünün axırına kimi davam etmişdir.(dinimizislami)
📚Kanalımızın linki: @SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
🥰16👍65
Rəhman və Rəhim Allahın adı ilə

🔰Fitrə zəkatının ödənişini düzgün yerinə yetirmədiyini sonradan bilən şəxsin vəzifəsi nədir?

Ayətullah Sistani və Ayətullah Xamenei: Əgər bir şəxsin fəqir olduğunu düşünərək ona fitrə verərsə və ya seyid olmayan şəxs səhvən seyidə fitrə verərsə və sonradan onun fəqir olmadığı və ya seyid olduğu məlum olarsa, əgər verdiyi fitrənin özü mövcuddursa onu geri alıb fitrə alma haqqına malik olan şəxsə verməlidir.
Əgər verdiyi fitrənin özü aradan getmiş olarsa bu halda əgər fitrə verilən şəxs ona verilən şeyin fitrə olduğunu bilirdisə o şeyin əvəzini verməlidir. Yox əgər fitrə olduğunu bilmirdisə əvəzini verməsi vacib deyil və bu halda insan yenidən fitrə verməlidir.

Ayətullah Məkarim Şirazi: Əgər bir şəxsin fəqir olduğunu düşünərək ona fitrə verərsə və sonradan onun fəqir olmadığı məlum olarsa, verdiyi fitrəni geri alıb fitrə alma haqqına malik olan şəxsə verməlidir. Geri almasa fitrəni öz malından ödəməlidir. Əgər verdiyi fitrənin özü aradan getmiş olarsa bu halda əgər fitrə verilən şəxs ona verilən şeyin fitrə olduğunu bilirdisə o şeyin əvəzini verməlidir. Yox əgər fitrə olduğunu bilmirdisə əvəzini verməsi vacib deyil. Belə olduğu surətdə fitrə verən şəxs fəqirin araşdırılmasında səhlənkarlıq etməyibsə boynunda bir vəzifəsi yoxdur.

🔰Fitrə zəkatının vacib olmadığını güman edən və ya unutqanlıq üzündən fitrə verməyən şəxs sonradan öyrənərsə vəzifəsi nədir?

Bütün müctəhidlərin rəyi: Fitrə zəkatını ayırdığınız təqdirdə həmin  fitrəni ödəməlisiz. Əgər fitrə zəkatını ayırmasaz vacib-ehtiyata əsasən fitrəni "ma fiz-zimmə" niyyəti ilə, yəni, "Allah yanında vəzifəm ədadırsa əda, qəzadırsa qəzadan sayılsın" niyyəti ilə  verməlisiz.

"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)

📚Kanalımızın linki: @SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
👍52
🔰Fitrə zəkatının vacib olma şərtləri

Sual: Fitrə zəkatını ödəmək kimlərə vacibdir?

Ayətullah Sistani və Ayətullah Xamenei: Fitr bayramı axşamı gün batan vaxtı aşağıdakı şərtlərə malik olan mükəlləfə özünün və insanlar arasında onun çörək yeyəni hesab edilən şəxslərin fitrə zəkatını verməsi vacibdir:
1⃣ Həddi-büluğa çatmış olsun;
2⃣ Aqil olsun; 
3⃣ Huşsuz olmasın; 
4⃣ Yoxsul olmasın.

Ayətullah Məkarim Şirazi: Fitr bayramı axşamı gün batandan öncə aşağıdakı şərtlərə malik olan mükəlləfə özünün və ürfən onun çörək yeyəni hesab edilən şəxslərin fitrə zəkatını verməsi vacibdir:
1⃣ Həddi-büluğa çatmış olsun
2⃣ Aqil olsun
3⃣ Yoxsul olmasın

"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)

📚Kanalımızın linki: @SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
👍63
🔰Fitrə zəkatı verilən şəxsin xüsusiyyətləri

1⃣ Fitrə zəkatı verilən şəxs vacib-ehtiyata əsasən fəqir[1] olmalıdır.
2⃣ On iki imam şiəsi olmalıdır.
3⃣ Fitrəni haramda sərf edən şəxs olmamalıdır.
4️⃣ Ehtiyacları, başqası tərəfindən  təmin edilən şəxs olmamalıdır[2].
5️⃣ Fitrə verən seyid olmasa, fitrə alan seyid olmamalıdır[3].
6️⃣ Aşkarca günah edən şəxs olmamalıdır (Bu bəndin təfərrüatına diqqət edin⬇️)

Ayətullah Xamenei və Ayətullah Məkarim Şirazi: Vacib-ehtiyata əsasən içki içən olmasın (istər aşkarca, istər gizli) və vacib-ehtiyata əsasən aşkarca günah etməsin.

Ayətullah Sistani: Vacib-ehtiyata əsasən içki içən həmçinin namazı tərk edən şəxs olmasın [4] və vacib-ehtiyata əsasən aşkarca digər günahları da yerinə yetirməsin.

Nəticədə, aşkarca oruc tutmayan, hicab bağlamayan və s. kimi şəxslərə fitrə vermək olmaz.

📌Dipnotlar:

1- İllik qazancı, illik xərclərini ödəməyən şəxsə fəqir deyilir
2- Məsələn ailədə xanımın və övladların ehtiyacları, ailə başçısı tərəfindən təmin edilirsə nəticədə onlar fəqir sayılmadığına görə bu qəbildən olan şəxslərə fitrə vermək olmaz
3- Yəni seyid olan şəxs qeyri-seyiddən fitrə zəkatı ala bilməz
4- Namaz qılmamağı və içki içməyi bilsə həmin şəxsə fitrə vermək olmaz. İstər bu şəxsin aşkarda içki içməsi ya namaz qılmaması bilinsin ya yox.

"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)

📚Kanalımızın linki: @SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
👍81


Ramazan ayı ilə vida duası

Cabir ibn Abdullah Ənsari (rə) deyir ki, mübarək Ramazan ayının son cüməsində Peyğəmbərin (s) hüzuruna yetişdim, Həzrət məni görən kimi belə buyurdu: Ey Cabir bu gün Ramazan ayının son cüməsidir, onunla vidalaş və belə de:

اللّهُمَّ لا تَجعَلهُ آخِرَ العَهدِ مِن صِيامِنا إيّاهُ ، فَإِن جَعَلتَهُ فَاجعَلني مَرحوماً ، ولا تَجعَلني مَحروماً . فَإِنَّهُ مَن قالَ ذلِكَ ظَفِرَ بِإِحدَى الحُسنَيَينِ ، إمّا بِبُلوغِ شَهرِ رَمَضانَ وإمّا بِغُفرانِ اللّهِ ورَحمَتِهِ

“İlahi, bu ayı bizim son Ramazan orucumuz qərar vermə! Əgər belə (sonuncu Ramazanımız) müqəddər etmisənsə, onda məni rəhmətinə şamil olanlardan qərar ver, rəhmətindən məhrum olanlardan yox!”
Həqiqətən, kim bu duanı etsə, iki xeyirdən birinə nail olar: ya növbəti Ramazan ayına yetişər, ya da Allahın məğfirət və rəhməti ona nəsib olar.

📗“Fəzailu əşhuris-səlasə”, səh.139
👍13
Bayram namazı iki rükətdir. Bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır.
İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır.


©"Nurus Seqeleyn" kanalı

⚠️ Linki paylaşaraq daha çox kəsin Dualardan zikrlərdən və bu kimi gözəl dini məlumatlardan faydalanmasına vəsilə ola bilərsiz ⤵️

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinimm
👍14
Əlvida, yoldaşlığından bezmək, ünsiyyətindən doymaq mümkün olmayan ay!
Əlvida, ey özü ilə bərəkət gətirən və çirkinlikləri yuyub aparan!
Əlvida! Səndən doymasaq da, orucundan yorulmasaq da - əlvida!
Əlvida, ey gəlmədən intizarı, getmədən qəmi çəkilən ay!
Əlvida, ey neçə-neçə pislikləri dəf, neçə-neçə xeyirləri isə cəzb edən ay!
Əlvidə sənə də, min aydan üstün olan Qədr gecəsinə də!
Əlvida, dünən iki əlli yapışdığımız, sabah həsrətini çəkəcəyimiz ay!
Əlvida sənə də, əlimizdən çıxan fəzlinə də, məhrum qaldığımız bərəkətlərinə də!

Allah bu ilin son Ramazan orucunu qəbul etsin İn şa Allah
12😢10👍3
BU DÜNYADA KİMLƏR ALDANDI?

- Cəhənnəmi hesaba qatmayan dindar aldandı..!
( Zümər, 47 )

- Cənnətdəki yerini hazır bilən hər kəs aldandı..!
( Nisa, 123 )

- Ölüm yoxmuş kimi yaşayan dünyapərəst aldandı..!
( Nisa, 78 )

- Əməlinə güvənən abid (çox ibadət edən) aldandı..! riakar (ikiüzlü) aldandı..!

- Aləmə nəsihət verib özünü unudan aldandı..!
( Bəqərə, 44)

- Rəbbini buraxıb, nəfsinə qulluq edən aldandı..!
( Furqan, 43-44 )

- ALLAHın Rəhmətinə güvənib özünü təhlükəyə salan fasiq (günahkar) aldandı..!
( Əraf, 98 )

- Getdiyi yolun əyriliyindən şübhə etməyən qafil aldandı..!
( Kəhf, 104 )

- Özünü xidmətdə bilib, ibadətə tükünü belə tərpətməyənlər aldandı..!
( Nisa, 95 )

- Namazı olmayan aldandı..!
( Müddəsir, 39-43 )

Kim özünü yandırdı, kimlər aldandı..?
- “..Mən bundan sonra xilas ola bilmərəm..” deyən me'yus (ümidsiz) aldandı..!
( Zümər, 53-54 )

- “..ALLAH diləməsəydi günahkar olmazdım..” deyən, qədəri yalan sayan aldandı..!
( Zümər, 56-57 )

- Kiçik günahlara göz yumanlar aldandı..!

- “..İbadət etməməyimə baxmayee, ürəyim təmizdi..” deyən, saleh əməlsiz aldandı..!
( Əsr, 1-3 )

- “..Quran oxumaq, Namaz qılmaq, Oruc tutmaq dövrü keçdi artıq,
Bu dövrdə hər şey puldur..!” deyən, zəngin aldandı!
( Təkasur )

Daha Kimlər aldandı..?

- Yadlardan örtünməyən qadınlar aldandı,
- Şəhvətinə uyan cahillər aldandı,
- Faiz yeyən iblislər aldandı,
- Vaxtını boş-boş keçirən qafillər aldandı,
- Axirətini unudanlar aldandı,
- "..Hələ gəncəm.." deyənlər aldandı,
- Fani olduğunu unudanlar aldandı,
- Başqalarının hicab geyinib günah işlədiyini görən,
özünün hicab geyinməsədə xeyir üstə olduğunu sananlar aldandı..!
- Başqasının namaz qılıb günah işlədiyini görən,
Özünün namaz qılmasada xeyir üstə olduğunu sananlar aldandı..!
- Axirətdə, hərənin özünə cavabdeh olduğunu unudanlar aldandı..!
- Zamanın durmadığını, unudanlar aldandı..!
- Əcəlin vaxtsız gəldiyini unudanlar aldandı..!
- Quranı bir kərədə olsun oxumayanlar aldandı..!
- Haqqa göz yumanlar aldandı..!

Daha Kimlər aldandı..?

- Bunu oxuyub,özümüze nəticə çıxarmayan bizler aldandıq..!


📚Kanalımızın linki: @SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
👍16👏62
11👍3
Bayram namazının qunutunda hər hansı dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:

"Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut. Və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğfirəti əsəlukə bi həqqi hazəl yovm. Əlləzi cəəltəhu lil musliminə iyda . və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd. Və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd. Sələvatukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma sələkə bihi ibadukəs salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl muxləsun.

⚠️ Linki paylaşaraq daha çox kəsin Dualardan zikrlərdən və bu kimi gözəl dini məlumatlardan faydalanmasına vəsilə ola bilərsiz ⤵️

➡️ https://www.tg-me.com/SubhanAllah_313 ❤️🕌
13
Nədənsə nigəran olsan, bu duanı oxu

Həsbi Allahu la ilahə illa huvə əleyhi təvəkkəltu və huvə rabbil-ərşil-əzim.


Qəlbin darxarsa bu duanı oxu.

La ilahə illəllahu və la hovlə və la quvvətə illa billah


Tənha olduğun vaxt bu duanı oxu

Rabbi həb li min lədunkə sultanən nəsira.


Xoşhal olduğun vaxt bu duanı oxu.

Əlhəmdulillahi həmdən kəsira.


Arzularının həyata keçməsini istədiyin vaxt həmişə bu duanı oxu

Əstəğfirullahə Rabbi və ətubu ileyh.
21👍7🥰4🤔1
İmam Səccad (əleyhis-səlam)
buyur 🌹:


•┈┈•• ❁﷽❁ ••┈┈• ❁﷽❁ ••┈┈•

"Qiyamət günü Allah-taala əvvəldən axıradək bütün insanları bir səhraya yığdıqda, carçı car çəkər: "Haradadır fəzilət əhli?" Bundan sonra bir dəstə adam ayağa qalxar. Mələklər onları qarşılamağa gedər və soruşarlar: "Sizin fəzilətiniz nə idi?" Deyərlər:
"Bizimlə əlaqələrini kəsən şəxslə əlaqə yaradardıq, bizi məhrum edən şəxsə bəxşiş edərdik, bizə zülm edən kəsə güzəşt edərdik".Onlara deyilər: "Doğru deyirsiniz. Cənnətə daxil olun".

Mənbə: 📚 əl-Kafi, c. 2, səh. 107, hədis 4

•┈┈•• ❁﷽❁ ••┈┈• ❁﷽❁ ••┈┈•
😢7👍4
HZ MƏHƏMMƏD (S.Ə) BUYURMUŞDUR: 🌹

Ey müsəlmanlar ! Əməllərinizi Allah-təala üçün saf niyyətlə yerinə yetirin, çünki Allah yalnız safniyyətli əməli qəbul edir.

Mənbə:📚 Təfsiri-Qürtəbi
👍25🥰4
Yeddi şəxsin yanında yeddi şeyi gizlətsəniz səadətə çatarsınız🤍

1- Fəqir insanın yanında, zənginlikdən bəhs etməyin.

2- Xəsdənin yanında sağlıqdan bəhs etməyin.

3- Gücsüz insanın yanında gücdən bəhs etməyin.

4- Kədərli insanın yanında sevincdən bəhs etməyin.

5- Zindanda olanın yanında azadlıqdan bəhs etməyin.

6- Övladı olmayanın yanında övladınızdan bəhs etməyin.

7- Yetimin yanında Ata və Ananızdan bəhs etməyin.
22👍11👏2😢1
2025/10/26 09:56:39
Back to Top
HTML Embed Code: