Telegram Web Link
Həzrət Peyğəmbər (s):

"Ya Əli! Bir iş görmək üçün evdən çıxanda "Ayətul kursi" oxu ki, öz istəyinə çatasan."

Şeyx Səduq, Xisal səh 623


📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
22👍10
İmam Rza əleyhissəlam buyurub:

And olsun Allaha..! Əgər insanlar həqiqətən Qədir-xum gününün fəzilətini bilsəydilər, mələklər hər gündə on dəfə onlarla görüşərdi
...

Mənbə:Biharul-ənvar, cild 94, səh 118.


📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
👍84🥰1
Qədir Xum gününün əməlləri

Əzizlərim Bayramimiz mübarək olsun😊

❤️1. Oruc tutmaq:❤️
Ötən illərdən qəzası olan qəza niyyətlə tutsun.
Qədir-Xum günü oruc tutmağın cox fəziləti vardır ki, onu başqa savab əməllərdən istisna edir.
Imam Əli (ə) buyurur:
“Əgər Allah-taalanın xalis bəndələrindən bir nəfər bu günü xalis niyyətlə oruc tutsa, bu bir gün savab və fəzilətdə dünyanın bütün günlərinə bərabər olacaqdır”.
Yəni əgər insan bir dünya ömür yaşaya və ömrünün bütün günlərini oruc tutmuş olsa, Qədir-Xum gününün orucunun savab və fəzilətinə çata bilməz.
Yenədə o həzrət (ə) buyurur:
“... Allah-taala Qədir-Xum” bayramı üçün ən böyük mükafatı təyin etmişdir”.
Imam Sadiq (ə) öz dostları və səhabələrini bu işə təşviq edib buyurardı:
“Mən istəyirəm ki, siz bu günü oruc tutasınız”.
Yenədə o həzrət buyurur:
“Qədir-Xum” gününü oruc tutmaq, Allah-taala yanında hər ildə qəbul olunmuş yüz həcc və yüz ömrəyə bərabərdir”.
2. İftar vermək:❤️
Qədir-Xum gününün əməlləri arasında oruc tutan möminlərə iftar vermək xüsusi və yüksək məqama malikdir. Rəvayətlərə görə bu bayramda iftar verməyin böyük fəzilət və savabı vardır.
Möminlərin ağası İmam Əli (ə) buyurur:
“Hər kəs Qədir-Xum bayramında oruc tutan bir möminə iftar verərsə, on “Fəam”a yemək və iftar verimiş şəxs kimidir”.
Məclisdə hazır olanlardan bir nəfəri soruşdu: Ey möminlərin ağası “Fəam” nədir? Həzrət (ə) o şəxsin cavabında buyurdu:
“ (Fəam yəni) yüz min Peyğəmbər, siddiq və şəhid”.
(az fasilədən) sonra sözünə belə davam etdi:
“Belə isə necə olacaqdır o şəxsin fəzilət və savabı ki, möminlərdən bir qurupunun iftarını öz öhdəsinə götürsün”.
Bu hədisə oxşar başqa bir hədis də İmam Sadiqdən (ə) rəvayət olunmuşdur.
Bəzi rəvayətlərdə gəlmişdir ki, İmam Rza (ə) Qədir-Xum bayramı günü möminlərdən bir dəstəsini iftar üçün öz yanınında saxlayardı.


📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
👍116
QƏDİR -XUM GÜNÜNÜN ƏMƏLLƏRİ..

🌹🌹🌹🌹🌹🌹🌹

Qədir-Xum bayramı qəməri təqvimi ilə zilhiccə ayının 18-nə təsadüf edir. Bu günün müəyyən bəyənilən əməlləri var. Həmin günə aid əməllər:

1️⃣ Bayram gününün qüslünü almaq;

2️⃣ Oruc tutmaq (bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına, və həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir);

3️⃣ Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan “Əmin Allah” ziyarətnaməsini oxumaq;

4️⃣  Zöhrdən qabaq 2 rükətli namaz qılmaq. Yaxşıdır ki, birincü rükətdə «Həmd»dən sonra “Qədr” surəsi, ikinci rükətdə “Həmd”dən sonra «İxlas» surəsi oxunsun. Yaxşıdır ki, bu namaz günorta azanına yaxın vaxtda qılınsın.

Namazı qurtardıqdan sonra səcdəyə getmək və səcdədə 100 dəfə Allaha şükür etmək. Sonra bu duanı oxumaq: (“Məfatihül-cinan” kitabının tərcüməsinin 569-cu səhifəsindəki dua). Duanı bitirəndən sonra yenə səcdəyə getmək və 100 dəfə “Əlhəmdulilləh” və 100 dəfə də “Şükran lilləh” demək lazımdır.

Hər kim bu əməli yerinə yetirərsə, sanki Qədir-Xum günündə Peyğəmbərin (s) yanında olmuş və o kəsin savabını qazanmışdır ki, Həzrətə vilayət beyəti etmişdir.

5️⃣  İkirükətli namaz qılmaq. Hər rükətdə «Həmd»dən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətül-kürsi», 10 dəfə «Qədr» surəsini oxumaq, namazdan sonra bu duanı demək: «Rabbənə innənə səmi’nə munadiən əd-dua bitəvlihi».

Hədislərdə qeyd olunur ki, bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də, dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur;

6️⃣ “Nüdbə” duasını oxumaq.

7️⃣ Möminlər bir-biri ilə görüşən zaman desinlər: “Əlhəmdu lillahil-ləzi cəələna minəl mutəməssikin,
mutəməssikin, bivilayəti Əmiril-mu’mininə vəl əimməti ələyhimus səlam”.

Sonra de: “Əlhəmdulilləhil-ləzi əkrəmənə bihəzəl-yəvm, və cəələnə minəl-mufinə biəhdihi iləynə, və misəqihilləzi vəsəqanə bihi min viləyəti vuləti əmrih, vəl-quvvəmi biqistih, və ləm yəc’əlnə minəl-cəhidin, vəl-mukəzzibinə biyəvmid-din”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 575-ci səhifəsində verilib).

8️⃣ Bu zikri 100 dəfə demək: “Əlhəmdulilləhil-ləzi cə’ələ kəmələ dinihi və təməmə ni’mətih, biviləyəti Əmiril-mu’mininə Əliyyibni Əbi Talibin ələyhis-sələm”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 576-cı səhifəsində verilib).

9️⃣ Qardaşlıq peymanı bağlamaq. Öz sağ əlini mömin qardaşının sağ əlinin üstünə qoyub belə desin: “Vəxaytukə filləhi və safəytukə filləh, və safəhtukə filləhi və ‘ahədtullahə və mələik...

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
👍73
Hz İmam Sadiq(ə) buyurur:

"CÜMƏ gününün ən savab əməli əsr vaxtı (günortadan sonra) 100 dəfə "salavat" deməkdir. Salavatın sayının çox olması daha yaxşıdır"

Mənbə: "Vəsailuş-Şiə", c.7, s. 399, hədis: 5-9684.

Qədir -Xum ətirli Cüməmiz Mübarək...!!

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
9👍4
Forwarded from Hacı Əli Şərbətov
Həzrət Peyğəmbərimizin buyurduğu kimi hər bir insan fitrət üzərində dünyaya gəlir. Sonradan yaşadıqları cəmiyyətə uyğun fikir, düşüncə və inanca sahib olurlar. Belə fərqli düşüncə və inanca malik insanlar arasından Allah Taalaya əziz olanlar yalnız təqvalı insanlardır. Təqvalı insanın da sevgisi camaatın qəlblərində öz yerini tutar. Xüsusən bu sevgi Əhli Beyt məhəbbətiylə yoğrulanda.
Belə insanların ən bariz nümayəndələrindən biri Hacı Şahin Həsənlidir. Elmi və hikmətli xütbələri ilə ətrafını və toplumu işıqlandıran Əziz qardaşımızın mübarək mövludu müqəddəs Cümə və Qədir Xum bayramı günləri ilə üst-üstə düşür. Bu mübarək günlərdə hacımızın Əziz Ruhunu sevgi, hörmət və minnətdarlıqla yad edirik.

Hacı Əli Şərbətov
31👍11
DAİMİ İXLAS SÜRƏSİNİ TİLAVƏT EDİN..

Peyğəmbər(ﷺ)Səd ibn Məadın cənazəsi üzərində dua etdi və dedi;
Cəbrailin də(ع) olduğu doxsan min MƏLƏK onun namazında iştirak edirdi.
Mən Cəbrayıldan(ع) soruşdum;
Nə üçün onun üçün dua etməyə layiq idi....?
-Dedi:İstər ayaq üstə, istərsə də oturanda, yeriyəndə və ya minərkən, gəlib-gedəndə davamlı olaraq “İxlas” surəsini oxuyardı...

Əllamə Həsənzadə Amuli: Allahla görüş haqqında risalə/ səh.121

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
18👍2
GÖZƏL DUADIR  HƏR NAMAZDAN SONRA  ETMƏK ÇOX  GÖZƏL OLAR.

Hz Əli (ع)-mın etdiyi dua-"Allahım, mənim abrımı varlılıqla qoru və şəxsiyyətimi yoxsulluqla alçaltma ki, Sənin ruzi verdiklərindən ruzi istəməyim, yaratdıqlarının pis əməlIərində mehribançılıq axtarmayım, mənə bir şey əta edən kəsi mədh etməyə məcbur olmayım və mənə bir şey verməyən kimsənin pisliyinə danışmağa düçar olmayım..

Mənbə :Nəhcül-bəlağə: xütbə-21

ALLAH sizləri var etsin ,Oxuyan gözləriniz dərd görməsin inşəallah..

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
24👍4
XEYİR İSTƏMƏK VƏ ŞƏR QÜVVƏNİ DƏF ETMƏK ÜÇÜN DUA....

Hz.Əli(ع) buyurur:"Hər axşam 3 dəfə deyin:

سُبْحَانَ اللهِ حِيْنَ تُمْسُنَ وَحِيْنَ تُصْبِحُونَ،وَلَهُ الْحَمْدُ فِي الَّسمَاوَاتِ وَالأرْضِ وَعَشِيَّاً وَحِيْنَ تُظْهِرُونَ. 🍂

"Subhənəllahi hiynə tumsunə və hiynə tusbihunə və ləhul həmdu fis-səməvəti vəl-ərzi və əşiyyən və hiynə tuzhirun. "

🍁Heç bir xeyri həmin axşam əldən verməzsiniz və şər sizdən uzaq olar.

🍁Bu duanı sübh oxusanız həmin günün xeyrini əldən verməzsiniz şər sizdən uzaq olar.

📚Rovzətul-vaizin, səh -328

ALLAH sizləri var etsin ,Oxuyan gözləriniz dərd görməsin inşəallah..!!

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
19👍7
Həzrət Yunusun (ə) duası

O, ən çətin şəraitdə Allahdan problemlərin aradan qalxmasını və kədərinin dağılmasını istədi

...لَا إِلَٰهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ

"Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (Ənbiya, 87).
İzah: Yuxarıdakı dua həzrət Yunusdan (ə) nəql olunmuşdur. O, ən çətin şəraitdə Allahdan problemlərin aradan qalxmasını və kədərinin dağılmasını istədi. Allah da onun duasını qəbul etdi və onu bu bəlalardan xilas etdi. Bu duanın din böyükləri və ariflər arasında özünəməxsus yeri var və onu "Zikri-Yunisiyyə” adlandırırlar. İslam peyğəmbərindən (s) nəql olunan bir rəvayətdə bu zikr Allahın "İsmi-əzəm”i adlandırılmışdır. Duanın əvvəlində Allahın ilahlığını etiraf etmək və Onun pak və müqəddəs olduğunu dilə gətirmək, həmçinin, keçmiş günahlarını iqrar etmək bu duada müşahidə etdiyimiz iki dua qaydasıdır.
Hədis: İmam Sadiq (ə): "Kədərli olan, amma bu duanı – La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin – oxumayana təəccüb edirəm.” (Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 393, hədis: 5835)

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
15👍5
İmаm Sаdiq (ә) buyurub:

Hәr kim dörd şеyә sаhib оlsа, dörd şеydәn mәhrum оlmаz
.

1️⃣. Duа еdәn оnun qәbul оlmаsındаn mәhrum оlmаz;

2️⃣. İstiğfаr еdәn tövbәdәn mәhrum оlmаz;

3️⃣. Nеmәtә şükür еdәn оnun аrtmаsındаn mәhrum оlmаz;

4️⃣. Sәbir еdәn sәbir еdәnlәrin sаvаbındаn mәhrum оlmаz.

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
👍158
Hər kim bu 5 ayəni hər gün 11 dəfə oxuyarsa, hər bir hacəti asan olar və tezliklə öz muradına çatar...

1. Ayətül-kürsü.

2. "Ali-İmran" surəsinin 2-ci ayəsi. "اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ

3."Nisa" surəsinin 87-ci ayəsi. اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ لَیَجْمَعَنَّكُمْ إِلَى یَوْمِ الْقِیَامَةِ لاَ رَیْبَ فِیهِ وَ مَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِیثًا

4. "Taha" surəsinin 8-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاء الْحُسْنَى

5. "Təğabun" surəsinin 13-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَ عَلَى اللَّهِ فَلْیَتَوَكَّلِ

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
19👍10
Böyük hacətlərin rəva olunması üçün dua...

Böyük hacətləriniz üçün 100 dəfə "Taha" Burada  təkcə taha sözü deyilir surənin özü yox deyin  və 1 dəfə "İxlas" surəsini oxuyun.Yenidən 100 dəfə "Taha" deyin və 1 dəfə "İxlas" surəsini oxuyun. Bu tərtibi 7 dəfə təkrarlayın.Ümumilikdə 7 dəfə "İxlas" surəsi və 700 dəfə "Taha" oxunmuş olur.Ardınca 17 dəfə "İxlas" surəsini oxuyun...  🍂

PS: Bu dua təcrübə olunmuş dualardandır...!!!

Mənbə : Kəşkülü Urmiye, səh312

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
26👍7
Borcun qaytarılması və ruzinin çoxalması üçün dua

Əllahummə inni əs'əlukə yə lə iləhə illə ənt. Bihəqqi lə iləhə illə ənt. Ən tərhəməni bilə iləhə illə ənt. Əllahummə inni əs'əlukə yə lə iləhə illə ənt. Bihəqqi lə iləhə illə ənt. Ən tərziyə ənni bilə iləhə illə ənt. Əllahummə inni əs' əlukə yə lə iləhə illə ənt. Bihəqqi lə iləhə illə ənt. Ən təğfirə li bilə iləhə illə ənt

Hər namazdan sonra üç dəfə oxunur

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
22👍3
Qədr surəsi
İmam Sadiq (ə) buyurub:
"Borcun qaytarılması üçün, çoxlu istiğfar et və qədr surəsini çox oxu".

İmam Sadiq (ə) buyurmuşdur:
"Kim yatan vaxtı 11 dəfə qədr surəsini oxusa, sübhə qədər onu şeytanın şərrindən qorumaq 
üçün, Allah 11 mələk göndərər".

Biharul ənvar. Cild 92, səhifə 210.

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
22👍4
🏴🕯🏴🕯🏴🕯🏴🕯🏴🕯🏴🕯🏴🕯🏴

MƏHƏRRƏM AYININ ƏMƏLLƏRİ:

Agah olaq ki, bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır.

Həzrət İmam Rzadan (ə) nəql edilir: “O zaman ki, Məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.

Məhərrəm ayının ilk gecəsi: İbni Tavus “İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir.

1) Yüz rükət namazdır ki, hər bir rükətində “Həmd” və “Tövhid” surələri oxunur.

2) İki rükətli namazdır ki, birinci rükətdə “Həmd” və “Ənam” və ikinci rükətdə isə “Həmd” və “Yasin” surəsi oxunar.

3) İkirükətli namazdır ki, hər bir rükətində “Həmddən” sonra 11 dəfə “Tövhid” surəsi oxunar.

Bu aydan Səndən şeytandan hifz edilməyimi, günah işlədə bilən nəfsə qələbə çalmağımı, məni Sənə yaxınlaşdıran şeylərlə məşğul olmağımı istəyirəm.

Ey Böyük və böyüklərin Sahibi! Ey sığınacağı olmayanların Sığınacağı! Ey o kəsin qəm yeyəni ki, onun qəm yeyəni yoxdur! Ey o kəsin pənah yeri ki, başqa pənah yeri yoxdur! Ey o kəsin fəryadına çatanı ki, fəryadına çatan yoxdur!

Namazdan sonra Allahı çoxlu zikr edin, Peyğəmbərə (s) salavat göndərin, nə qədər bacarırsınızsa ibadət edin.

Bu gecənin ibadəti 70 ilin ibadətinə bərabərdir. Əgər kimsə bu gecə Kərbəlada olarsa, İmam Hüseyni (ə) ziyarət etsin və o Həzrətin yanında səhərə qədər dua etsin. Allah onu, şəhidlər sırasında məhşur edər.

Aʟʟᴀʜ ᴢiᴋʀ ᴠə ᴅᴜᴀʟᴀʀɪᴍɪᴢɪ ǫəʙᴜʟ ᴇᴛsɪɴ 🤲🏻

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
11👍5
𝔅𝔦𝔰𝔪𝔦𝔩𝔩𝔞𝔥𝔦𝔯-ℜ𝔞𝔥𝔪𝔞𝔫𝔦𝔯-ℜ𝔞𝔥𝔦𝔪...

Hər kəs sübh 3 dəfə desə...

«اَلْحَمْدُلِلَّهِ رَبِّ الْعالَمينَ اَلْحَمْدُ لِلّهِ حَمْداً كَثيراً طَيِّباً مُباركاً فيهِ»
"Əlhəmdulillahi Rabbil aləmin, əlhəmdulillahi həmdən kəsiran tayyibən mubəərakən fihi"

- 70 növ bəla ondan uzaqlaşar ki, kiçiyi qəm-qüssə olar.

Hər kim oxusa, "Əlhəmdulillah" desin...!!!

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
30👍12🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Can Susuz Canina Qurbanam🏴

📚Abunə olun:➪ @SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
😢168
𝔅𝔦𝔰𝔪𝔦𝔩𝔩𝔞𝔥𝔦𝔯-ℜ𝔞𝔥𝔪𝔞𝔫𝔦𝔯-ℜ𝔞𝔥𝔦𝔪...

FƏZİLƏTLİ MÖTƏBƏR SƏNƏDLİ DUA

Şeyx Abbas Qumi "Məfatih əl-Cinan" kitabında yazır: İmam Sadiq və İmam Kazimdən (ə) nəql olunmuş mötəbər sənədli hədislərin birində deyilir: "Kim sübh və məğrib (şam) namazlarından sonra kəlmə kəsməmiş, hərəkət etməmiş bu duanı oxusa...👇

"Bismillahir-rahmənir-rahim Lə həvlə və lə quvvətə illa billahil Əliyyil Əzim"....

Yeddi dəfə oxusa, 70 cür bəla ondan uzaq olar. Bu bəlaların ən kiçiyi cüzam, ekzema, şeytanın və padşahların şərləridir." Bu zikrin sayı bəzi mötəbər rəvayətlərdə 3 dəfə bəzilərində isə 10 dəfə qeyd olunub. Ən aşağısı  3 dəfə, ən yuxarısı 100 dəfə deyilib. Nə qədər çox oxunsa, savabı bir o qədər çoxdur.

"Məfatih  əl-Cinan", səh.141 və 142, sübh namazının təqibatında.

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
19👍5
🌹🌹🌹🌹🌹🌹🌹🌹

Əhəmiyyətli şeylərin hasil olması, bəlanın və düşmənin dəf olması üçün bu surəni xətm edin."Fatihətul-kitab" surəsini ;


🗓Şənbə günü (altıncı gün)70-dəfə,

🗓Yekşənbə günü (bazar günü)60-dəfə,

🗓Duşənbə günü (birinci gün)50-dəfə,

🗓Se şənbə günü(ikinci gün)40-dəfə,

🗓Çahar şənbə günü (üçüncü gün)30-dəfə,

🗓Pənc şənbə günü(dördüncü gün)20-dəfə,

🗓Cümə günü(beşinci gün) isə 10 dəfə

👉Fatihə surəsini oxuyun.

PS: (təcrübə olunmuşdur).

Mənbə : Kitabın adı: ......."Qur`anla dərman"

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
19👍10
2025/10/23 12:42:04
Back to Top
HTML Embed Code: