Forwarded from Nurtac Heydarli
Son günlər ölkə olaraq ağır günlər yaşayırıq.. 💔
Bu günlərdə psixoloji dayanıqlılığımızı necə qoruya bilərik? Bəzi addımlardan danışmaq istəyirəm:
1️⃣ Duyğularımızı qəbul etmək
Kədər, üzülmək, qorxu və ya günahkarlıq kimi duyğular hiss etmək tamamilə normaldır. Bu duyğuları boğmaq və ya görməzdən gəlmək yerinə, onların varlığını qəbul edin. Özünüzə “Bu hislər keçəcək, indi onları yaşamaq insani ehtiyacımdır” deyə xatırladın.❤️
2️⃣ Yaxınlarımızla birlikdə olmaq
Ağır günlərdə doğmalarınızla vaxt keçirmək, duyğularınızı bölüşmək dayanıqlılığınızı artırar. İnsanlar üzüntülərini daha çox doğmaları ilə paylaşmağa meyllidir və bu, tək olmadığımızı hiss etdirir, kədəri azalda bilir. Unutmayın: “Paylaşılan kədər azalar, paylaşılan sevgi artar.”🫂
3️⃣ Rutininiz varsa, onu qoruyun
Mümkün qədər normal yuxu, sağlam qidalanma və fiziki aktivliyinizə diqqət edin. Çünki bədəninizin sağlam və enerjili olması psixoloji gücünüzü də dəstəkləyir. 🧠
4️⃣ Xəbərləri oxumağa fasilə verin
Kollektiv yas dövrlərində dayanmadan xəbərləri oxumaq, bütün səhifələrdə yeni xəbər, məlumat axtarmaq stressi bir az da artırır. Xəbərlərə baxmaq üçün özünüzə gün ərzində qısa zaman dilimi ayırın və daha çox özünüzü qorumağa fokuslanın.📱
5️⃣ Mənəvi, ruhsal dəstək
Bu dövrlərdə dua etmək, meditasiya etmək və ya öz inancınıza uyğun olan ritualları yerinə yetirmək ruhunuza sakitlik gətirə bilər. Həm də o insanlara fiziki dəstək ola bilməsək də, bu cür dəstək əlimizdən gələ bilir.🤲
6️⃣ Zəruri hallarda dəstək alın
Əgər kədəriniz gündəlik həyatınızı davam etdirməkdə çətinlik yaradırsa, psixoloq və ya coach kimi peşəkar birindən dəstək almaqdan çəkinməyin. Yardım istəmək zəiflik deyil, sağalmaq üçün atılan güclü bir addımdır.
Unutmayın: Çətin günlər birlikdə aşılır. Özünüzə və ətrafınızdakılara qarşı mərhəmətli olun. Duyğular qalıcı deyil, keçicidir.✨
Bu günlərdə psixoloji dayanıqlılığımızı necə qoruya bilərik? Bəzi addımlardan danışmaq istəyirəm:
1️⃣ Duyğularımızı qəbul etmək
Kədər, üzülmək, qorxu və ya günahkarlıq kimi duyğular hiss etmək tamamilə normaldır. Bu duyğuları boğmaq və ya görməzdən gəlmək yerinə, onların varlığını qəbul edin. Özünüzə “Bu hislər keçəcək, indi onları yaşamaq insani ehtiyacımdır” deyə xatırladın.
2️⃣ Yaxınlarımızla birlikdə olmaq
Ağır günlərdə doğmalarınızla vaxt keçirmək, duyğularınızı bölüşmək dayanıqlılığınızı artırar. İnsanlar üzüntülərini daha çox doğmaları ilə paylaşmağa meyllidir və bu, tək olmadığımızı hiss etdirir, kədəri azalda bilir. Unutmayın: “Paylaşılan kədər azalar, paylaşılan sevgi artar.”
3️⃣ Rutininiz varsa, onu qoruyun
Mümkün qədər normal yuxu, sağlam qidalanma və fiziki aktivliyinizə diqqət edin. Çünki bədəninizin sağlam və enerjili olması psixoloji gücünüzü də dəstəkləyir. 🧠
4️⃣ Xəbərləri oxumağa fasilə verin
Kollektiv yas dövrlərində dayanmadan xəbərləri oxumaq, bütün səhifələrdə yeni xəbər, məlumat axtarmaq stressi bir az da artırır. Xəbərlərə baxmaq üçün özünüzə gün ərzində qısa zaman dilimi ayırın və daha çox özünüzü qorumağa fokuslanın.
5️⃣ Mənəvi, ruhsal dəstək
Bu dövrlərdə dua etmək, meditasiya etmək və ya öz inancınıza uyğun olan ritualları yerinə yetirmək ruhunuza sakitlik gətirə bilər. Həm də o insanlara fiziki dəstək ola bilməsək də, bu cür dəstək əlimizdən gələ bilir.
6️⃣ Zəruri hallarda dəstək alın
Əgər kədəriniz gündəlik həyatınızı davam etdirməkdə çətinlik yaradırsa, psixoloq və ya coach kimi peşəkar birindən dəstək almaqdan çəkinməyin. Yardım istəmək zəiflik deyil, sağalmaq üçün atılan güclü bir addımdır.
Unutmayın: Çətin günlər birlikdə aşılır. Özünüzə və ətrafınızdakılara qarşı mərhəmətli olun. Duyğular qalıcı deyil, keçicidir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM