Allahın Peyğəmbəri(s):«Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar.»
İmam Sadiq (ə) öz atasından nəql edir ki ,peyğımbər (s.ə.v.a) buyurub: “Qədir-xum bayramı ümmətimin ən böyük bayramıdır. O gündə Allah-təala məni Əli (ə)-ın canişinliyini elan etməyimi əmr etmişdir ki, ümmətim onun vasitəsi ilə hidayət olsunlar.
İlahi bayram Qədir-Xum günümüz mübarək olsun!

İlahi Əli haqqdır! Haqq tərəfdarlarını Əli vilayətində daimi uca qərar ver! Amin

Bayramınız mübarək!

🌹مَن كنتُ مولاهُ فهذا عليٌّ مولاهُ🌹

🌹والحق مع علي🌹

❤️
يا علي حيدر مدد 🌹❤️
عليٌّ مع الحقِّ #والحقُّ_مع_علي
1-“MÜBAHİLƏ” AYƏSİ“MÜBAHİLƏ” HƏDİS ALİMLƏRİNİN KƏLAMLARINDA
Bu ayə özündən əvvəlki və sonrakı ayələrlə birgə göstərir ki, xristianlar yanlış əqidələrindən əl çəkmədikləri, o cümlədən, heç bir məntiq və dəlilə əsaslanmadan həzrət İsanın (ə) allahlıq məqamına şərik olduğunu iddia etdikləri zaman İslam peyğəmbəri (s) haqqın üzə çıxmağı üçün “mübahilə”yə çağırılır. Belə ki, hər iki qrup Allaha yalvarıb qarşı tərəfin yalanının ifşa olmasını diləməli idi!
“Mübahilə” əslində “azad, özbaşına buraxmaq, bir şeyi qeyd-şərtsiz nəzərə almaq” mə’nasını bildirən “bəhl” sözündən götürülmüşdür. Məsələn, balasına süd vermək üçün özbaşına buraxılan heyvana “bahil” deyilir. Dualarda da “ibtihal”ın mə’nası işlərin Allaha tapşırılmasından ibarətdir.
Bə’zən bu sözü “həlakət, lə’nət və Allahdan uzaqlaşmaq” kimi mə’nalandırmışlar. Bəndənin Allahın lütf və mərhəmətindən üzülüb özbaşına buraxılmasını misal göstərmək olar.
“Mübahilə”nin bu ayədəki məfhum və mə’nasına gəldikdə isə “mübahilə” iki nəfərin bir-birinə qarşı nifrin və qarğışı mə’nasını ifadə edir. Belə ki, hər şey şüur və məntiq baxımından aydın olduqdan sonra mübahisə kəsilməyəndə iki nəfər, yaxud iki qrup bir yerə toplaşıb, Allaha dua edir və Ondan yalançının rüsvay olmasını, cəzalanmasını diləyir. Ayədə qeyd olunduğu kimi, İslam peyğəmbəri (s) mübahiləyə Nəcran xristianlarını də’vət etmişdi. Həmin ayənin təfsiri ilə tanış olaq. Ayədə belə buyurulur:
فَمَنْ حَآجَّکَ فِیهِ مِن بَعْدِ مَا جَاءکَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءکُمْ وَنِسَاءنَا وَنِسَاءکُمْ وَأَنفُسَنَا وأَنفُسَکُمْ ثُمَّ
“(Ya Peyğəmbər!) Hər kəs sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də ouğllarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq!”
ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْکَاذِبِینَ
“Sonra mübahilə edib (yalvarıb) yalançılara Allahdan lə’nət istəyək.”
Şübhəsiz, belə bir hadisə baş vermiş və Peyğəmbəri-əkrəm (s) bir neçə nəfəri özü ilə mübahiləyə aparmışdır. Təfsir və hədis alimlərinin nəql etdikləri rəvayətlərdə buyurulur: Mübahilə ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı. Onlar o həzrətdən fikirləşmək üçün bir gün möhlət istədilər. Xristianların başçısı və alimi[1] dedi: “Əgər sabah Məhəmməd öz ailəsi və övladları ilə birgə mübahiləyə gəlsə, onunla mübahilə etmədən geri qayıdarıq; amma öz müridlərini gətirsə, onunla mübahilə edərik.”
Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianların başçısı ətrafındakılardan soruşdu: “Bunlar kimdir?” (Bu hadisəni Peyğəmbər (s) özü müşahidə edirdi.) Ona dedilər: “Biri əmisi oğlu və kürəkəni, o iki oğlan uşağı qız nəvələri və o qadın da hamıdan əziz bildiyi qızıdır!” Xristianların başçısı onlara dedi: “Mənim gördüyüm kişi öz qərarında möhkəmdir, mübahiləyə şücaət və cür’ətlə gəlmişdir. Qorxuram ki, haqq olsa, ağır bəlaya düçar olaq!” Sonra üzünü Peyğəmbərə tutub dedi: “Ey Məhəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bə’zi rəvayətlərdə isə onun belə dediyi nəql olunmuşdur: “Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!”[2]
Bu hadisə azacıq fərqlə bir çox təfsir kitablarında nəql olunmuşdur. O cümlədən, Fəxri-Razinin “Kəbir” təfsiri , 8-ci cild, səh. 10; “Təfsiri-Qurtubi”, 2-ci cild, səh. 1346; “Ruhul-bəyan”, 2-ci cild, səh. 44; “Ruhul-məani”, 3-cü cild, səh. 188; “Bəhrul-muhit”, 2-ci cild, səh. 472; “Təfsiri-Beyzavi”, “mübahilə” ayəsinin təfsiri və digər təfsir kitablarında qeyd olunmuşdur.
***


[1] Nəcran xristianlarının hey’əti üç nəfərdən ibarət idi. Bunlardan biri Əbdül-Məsih adı ilə məşhur olan Aqib idi. Bu şəxs hey’ətin rəisi, elmi rəhbəri və fikir sahibi idi. İkincisi Eyhəm idi ki, onların yığıncaqlarının rəisi sayılırdı. Üçüncüsü isə Əbu Hatəm ibn Əlqəmə idi ki, onların dini rəhbəri sayılırdı. (“Əl-füsulul-muhimmə”, İbn Səbbağ Maliki, kitabın müqəddiməsi.) (Müt.)
[2] “Məcməül-bəyan”, 1-2-ci cild, səh. 452 (ixtisarla).
Kanalda paylaşım və şəri hökmlər barədə məlumatlar olsunmu?
Anonymous Poll
100%
Bəli
0%
Xeyr
Xanım Fatiməyi Zəhra Aşiqləri🖤 pinned «Kanalda paylaşım və şəri hökmlər barədə məlumatlar olsunmu?»
2024/05/08 06:00:06
Back to Top
HTML Embed Code: