Argentinadan göydən yad maddə düşüb. Nə olduğu araşdırılır
13
“Qarabağ” 1: 0 “Kopenhagen”

28' Zubir
🔥25
⚽️ “Qarabağ” 2 : 0 “Kopenhagen”

82' Adai
👍14🔥97
Qarabağ, Kopenhagen üzərindəki qələbədən sonra Çempionlar Liqasında 4-cü yerdə qərarlaşır
45👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️DİN şəhid atasının iddialarına cavab verib

•Oktyabrın 4–də “BMW X6” markalı, 77-CD-226 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolda digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratması, yüksək sürətlə çoxsaylı qayda pozuntuları törətməsi ilə bağlı “102” Xidmətinə vətəndaş şikayətləri daxil olub. Həmin şikayətlərlə əlaqədar stasionar postda avtomaşın dayandırılaraq sürücünün sənədləri yoxlanılıb.

•Müəyyən olunub ki, sürücü Vüqar Həsənov Göygöl rayon sakininə məxsus olan nəqliyyat vasitəsini hüququ olmadan idarə edir. O, şəhid atası olduğunu əsas gətirərək müvafiq sənədlərinin olmadığını bildirib və üzərindəki geyimi qəsdən cıraraq ona təzyiq göstərilməsi ilə bağlı videoçəkilişlər aparıb.

•Onunla izahedici söhbətlər aparılmasına baxmayaraq, vətəndaş əsassız iddialarını davam etdirib

•DİN qeyd olunanları nəzərə alaraq, vətəndaşın təzyiqə məruz qalması ilə bağlı iddialarına dair görüntüləri təqdim edib.
9
🌋 Sahil qəsəbəsi yaxınlığında vulkan püskürüb

Sahil qəsəbəsi, sement zavoduna yaxın ərazidə vulkan püskürməsi qeydə alınıb. Hadisə yerindən yayılan görüntülərdə vulkan kraterindən qalxan alov aydın görünür.

İlkin məlumatlara görə, püskürmə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Hazırda mütəxəssislər vulkanın aktivlik səviyyəsini və ətrafa potensial təsirini qiymətləndirirlər.
👍6😱1
❗️MN: 8 Noyabr Paradına hazırlıq məqsədilə Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur
👍31
Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov:

· İlin sonuna qədər Xocavənd rayonuna 1 300-1 500 ailənin köçürülməsi planlaşdırılır.

· Gələn il daha 300 ailə Ağdam şəhərində ikinci yaşayış kompleksinə yerləşdiriləcək.

· 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 min, 2040-ci ilə qədər isə şəhərdə təxminən 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulur.
9
⚡️Trump :

"İndi telefonda Putinlə danışıram, qurtaranda xəbər verəcəm."
🤣402
Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla üzləşib — məlum olub ki, 7 yaşlı uşağı əslində onun qardaşıdır.

Belə ki, Ramin Həsənov (ad və soyad şərtidir) tibbi müayinə zamanı həyatını dəyişəcək bir həqiqəti öyrənib. Həkimlər ona ata ola bilməsinin mümkünsüz olduğunu bildiriblər.

Ramin 8 il əvvəl ailə qurub və həmin nikahdan 7 yaşlı oğlu olduğunu düşünüb. İki il əvvəl isə ər-arvad arasındakı nikah pozulub. Ramin bu müddət ərzində müntəzəm olaraq aliment ödəyib.

Eşitdiyindən şoka düşən Ramin əvvəlcə nəticənin səhv ola biləcəyini düşünüb və DNT analizi verib. Nəticədə məlum olub ki, azyaşlının atası o deyil.

Həkimlər Raminin birinci dərəcəli qohumlarından şübhələniblər. Onun qardaşı olmadığı üçün atası Rizvan Həsənov məcburi analizə cəlb edilib. Analiz nəticəsində uşağın atasının məhz Rizvan olduğu təsdiqlənib.

Məhkəmə araşdırması zamanı həm Raminin 64 yaşlı atası, həm də keçmiş arvadı həqiqəti etiraf ediblər. Qayınata və gəlin 8 il əvvəl bir məclisdən sonra sərxoş vəziyyətdə olduqlarını və həmin gecə aralarında cinsi əlaqə baş verdiyini bildiriblər.

Tibbi ekspertiza nəticələri və etirafedici ifadələr əsasında fakt rəsmi şəkildə təsdiqlənib. Raminin öz övladı kimi bildiyi uşaq rəsmi olaraq onun qardaşı kimi tanınıb.

Məhkəmənin qərarı ilə Raminin iki il ərzində ödədiyi aliment məbləği ona qaytarılıb. Bundan əlavə, uşağın saxlanılması ilə bağlı aliment ödəmə öhdəliyi uşağın bioloji atası — Rizvan Həsənovun üzərinə qoyulub.

- Qafqazinfo
😨296🤯5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Atletic Bilbao - Qarabağ matçı öncəsi, Dünya Türklərinin Qarabağa mesajı :
64🔥2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Bakı bulvarı, bu gün

İnsanlar suya atılan qızla bağlı polisə məlumat veriblər.

Sonradan qızın sadəcə üzmək üçün suya atıldığı məlum olub.
🤣161
QOOOL 40-cı saniyədə


Atletic Bilbao 0-1 Qarabağ
28🥰3🔥1
⚡️Gələn ildən alimentin minimum məbləği 260 manat olacaq

⚡️Ölkəyə 1 ədəddən artıq telefon gətirənlər əlavə 100 AZN ödəməli olacaqlar

⚡️Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq

⚡️Gələn il Qarabağ Universitetinə 39 milyon manat vəsait ayrılacaq.

⚡️Gələn il Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulma layihəsinin maliyyələşdirilməsi üçün 450 milyon manat ayrılması proqnozlaşdırılır. (APA)

⚡️Gələn il “ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq.

Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə ƏDV-dən azad olacaq.
👍4👎3
Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq.

Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulacaq:

2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.

Layihəyə əsasən, üzərinə 3% gəlir vergisi də əlavə olunarsa və DSMF ayırmalarına tutulan hissə dəyişməzsə, vergidən tutulmalar aşağıdakı kimi olacaq:

Məsələn, aylıq maaşınız 1 000 manatdırsa;

Gəlir vergisi: 24 ₼ (Vergiyə cəlb olunan məbləğ -200) * 3

DSMF ayırmaları: 86,00 ₼

İşsizlikdən sığorta haqqı: 5,00 ₼

İcbari tibbi sığorta: 20,00 ₼

Tam əməkhaqqı: 865 ₼
👎126
Gələn il Azərbaycanda yalnız elektrikli avtomobillərin idxalı 1 il ƏDV-dən azad olunacaq

Hibrid və plug-in hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunacaq.
👎9🤣4👍3
2025/10/25 18:26:32
Back to Top
HTML Embed Code: