Telegram Web Link
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mirbala Əmirağa oğlu Rəsulov 1989-cu il oktyabrın 17-də Şabran rayonunun Rəhimli kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik giziri olan Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Mirbala Rəsulov oktyabrın 6-da Füzuli döyüşləri zamanı Şəhid olub. Şabran rayonunun Rəhimli kəndində dəfn olunub.

Şəhidimiz 5 medalla təltif edilib.

Şəhidimiz Ailəli idi, Vətənə Əmanət İki övladı yadigar qaldı.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!






https://www.tg-me.com/azerbaycansehidleri
Elgün Sərvan oğlu Əmiraslanov. O, 1995-ci il aprelin 25-də Göygöl rayonunda anadan olub. Kəşfiyyatçı-pulemyotçu olan 27.09.2020-ci il tarixdə Goranboy rayonu istiqamətində gedən döyüşlərdə Şəhid olur.
Əmiraslanov Elgün vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
AZƏRBAYCAN ŞƏHİDLƏRİ
Photo
Aqşin Faiq oğlu Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb.

2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi.
Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Xocavənd döyüşləri zamanı Şəhid olub. Döyüşlər zamanı səngərdə "Baş leytenant" rütbəsi alıb. Qəbələ rayonunda dəfn olunub.

Şəhidimiz 2 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Emin Əvəz oğlu Əmrahov 1989-cu il iyunun 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1996-2007-ci illərdə Gəncə şəhərində M. Hadi adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb.
Emin Əmrahov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Emin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Emin Əmrahov oktyabrın 27-də Xocavənd döyüşləri zamanı Şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.

Şəhidimiz 4 medalla təltif edilib.

Şəhidimiz Ailəli idi. Vətənə Əmanət Dörd övladı yadigar qaldı.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Babək Oktay oğlu Ənnağıyev 1994-cü il aprelin 27-də Sabirabad rayon Qasımbəyli kəndində anadan olub. H.Ənnağıyev adına orta məktəbdə oxuyub.2012-ci ildə Qazax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2014-cü ildə hərbi xidmətdən qayıdıb. oktyabrın 7-də Füzuli uğrunda gedən ağır döyüşlər zamanı, Şəhid olub.

Atasının sözlərinə görə: "Daim əsir torpaqlarımızı düşünür, dözə bilmirdi. Həmişə deyirdi ki, müharibə olsa birinci özüm gedəcəyəm."
Həyat yoldaşı Rəmziyyə xanım: "Son dəfə oktyabrın 3-də danışdıq, döyüşə gedəcəkdilər, qələbəyə ürəkdən inanırdı."

Şəhidimiz"Vətən uğrunda" "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Orxan Eyvaz oğlu Emnalıyev 1994-cü il noyabrın 5-də Tovuz rayonunun Aşağı Mülkülü kəndində anadan olub. 2001–2012-ci illərdə Aşağı Mülkülü kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Orxan Emnalıyev 2017-ci ildə "leytenant" hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. 2019-cu ildən xidmətini "baş leytenant" hərbi rütbəsi altında davam etdirirdi.
Orxan Emnalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi döyüşüb. Orxan Emnalıyevin idarə etdiyi tank oktyabrın 26-da Qubadlı döyüşləri zamanı vurulub və o, qanitirmədən Şəhid olub. Tovuz rayonunun Aşağı Mülkülü kəndində dəfn olunub.

Şəhidimiz 3 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Orxan Ramiz oğlu Ərəbov 1993-cü il avqustun 24-də Samux rayonunun Qədili kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Ərəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Orxan Ərəbov sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı Şəhid olub.

Şəhidimiz Samux rayonunda dəfn olunub.

Şəhidimiz 2 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Heybullah Məzahir oğlu Əsdiyev 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub.
2000-2011-ci illərdə Ü.Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbində təhsil alıb.

Heybullah Əsdiyev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Heybullah Əsdiyev oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı Şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb.

Şəhidimiz 2 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Anar Rafiq oğlu Əsədov 1982-ci il avqustun 10-da Füzuli şəhərində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Anar Əsədov sentyabrın 29-da Füzuli döyüşləri zamanı Şəhid olub.

Şəhidimiz 3 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
1999-cu ilin bu günündə anadan olan Əsədov Baxış Sahib oğlu. Ağdam rayonu Birinci Yüzbaşlı kəndində də orta məktəbi başa vurub. Azərbaycan Ordusunda həqiqi hərbi xidməti Naxçıvam MR da keçib. Həqiqi hərbi xidməti başa vurduqdan sonra Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə ( MAXE) könüllü daxil oldu.
Baxışgil 1 bacı, 3 qardaş idilər. Özündən böyüklər evlənmişdi.

Baxış sentyabrın 28-də Qarabağın azadlığı uğrunda Suqovuşan istiqamətində gedən döyüşlərdə Qəhrəmancasına Şəhid olaraq həm el obasının, həm doğma rayonunun fəxri, həmdə Azərbaycanın qürur mənbəyinə çevrildi.

Şəhidimiz "Vətən uğrunda" medalı ilə təltif edildi.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Əli Akif oğlu Əsədov 8 aprel 1993-cü ildə Mingəçevirdə anadan olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Əli Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il oktyabrın 13-də Qəhrəmancasına Şəhid olmuşdur. "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nitq qüsuru olan Şəhid Anası.

RUHUNUZ VƏ CİSMİNİZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
AZƏRBAYCAN ŞƏHİDLƏRİ
Photo
Əli Bayram oğlu Əsədov 27 may 2000-ci ildə Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində anadan olmuşdur. 2007-2017-ci illərdə Ağcabədi rayon Şahsevən Təzəkənd kənd tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra 2 illik şəxsi təsərrüfatla məşğul olmuşdur.
Əli Əsədov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin sentyabrında könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Əli Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində vuruşmuşdur. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Əli Əsədov 11 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı Şəhid olmuşdur.

Şəhidimiz 4 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
AZƏRBAYCAN ŞƏHİDLƏRİ
Photo
Əsədov Əsəd Cəmaləddin oğlu 29 mart 1978-ci ildə Neftçalanın Tatarməhlə kəndində anadan olub. 1995-ci ildə Neftçala şəhər 1 saylı orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinə qəbul olub. 1999-cu ildə BDU-nin İqtisadiyyat fakültəsini bitirib. Universitetdə hərbi kafedrada oxuyaraq leytenant rütbəsi alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub və xidmətini baş leytenant kimi başa vurub. 2007-ci ilə qədər Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsində işləyib 2008-2014-cü illərdə "Texnika bank"da, 2014-2016-cı illərdə "Finca" kredit təşkilatında və 2020-ci ilə qədər digər təşkilatların məsul vəzifələrində çalışıb.
21 sentyabr 2020-ci ildə başlayan hərbi təlimlərə sonradan isə 27 sentyabrda başlayan Vətən müharibəsinə qatılıb. Cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olub. "Vətən uğrunda"

Şəhidimiz "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Ruslan Rövşən oğlu Əsədov 2002-ci il martın 7-də Samux rayonunun İnstitut qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə Samux rayonunda İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb.
Ruslan Əsədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı.
Azərbaycan Ordusunun əsgəri olan Ruslan Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər əməliyyatı üzrə Murovdag uğrunda gedən döyüşlərdə döyüşüb. Ruslan Əsədov oktyabrın 20-də Murovdag döyüşləri zamanı Şəhid olub. Samux rayonunda dəfn olunub.

Şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
2024/05/18 08:33:09
Back to Top
HTML Embed Code: