İmam Hüseynin (ə) son nəfəsinə qədər rəftarı, əməli, hərəkəti, sükunəti və sözləri tamamilə haqsevərlik, haqpərəstlik və qəhrəmanlıq dalğalarıdır. Aşura günü bir vaxt gəlib çatır ki, imam Hüseyn (ə) bütün gücünü itirir. Oxatan zalımlardan biri zəhərli oxu kamana qoyub o həzrətə tərəf atır. Ox Həzrətin sinəsinə sancılır. Həzrət ixtiyarsız olaraq yerə yıxılır və heç zaman arxa çevirmədiyi qibləyə üz tutub deyir:

إلهِى رِضًى بِقَضائِکَ تَسلِیمًا لأمْرِکَ لا مَعبودَ سِواکَ یا غِیاثَ المُستَغیثینَ

“İlahi, Sənin hökmünə razıyam, Sənin əmrinə təsliməm və Səndən başqa bir məbud yoxdur, ey sığınacaq istəyənlərin sığınacağı!” 

*📔: (“Məqtəlül-Hüseyn”, Müqərrəm, səh.367; “Həmaseyi-Hüseyni”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, səh.79-86.)*
This media is not supported in your browser
VIEW IN TELEGRAM
*🕌• Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi*

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün "əl-Müsnəd" adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:

مسند الإمام أحمد بن حنبل، ج‏1، ص446، حدیث: 648- (و حدثنا أبو بكر بن أبي داود، قال: حدثنا أحمد بن يحيى الصوفي، قال) حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ، حَدَّثَنَا شُرَحْبِيلُ بْنُ مُدْرِكٍ، عَنْ عَبْدِ اللَّهِ بْنِ‏ نُجَيٍّ (الحضرمی)، عَنْ أَبِيهِ: (خرجنا مع علی الی صفین) - «أَنَّهُ سَارَ مَعَ عَلِيٍّ، (وَ كَانَ صَاحِبَ مِطْهَرَتِهِ،) فَلَمَّا حَاذَى نِينَوَى وَ هُوَ مُنْطَلِقٌ إِلَى صِفِّينَ، فَنَادَى عَلِيٌّ: اصْبِرْ (صبرا) أَبَا عَبْدِ اللَّهِ، اصْبِرْ (صبرا) أَبَا عَبْدِ اللَّهِ، بِشَطِّ الْفُرَاتِ.
قُلْتُ: وَمَاذَا؟
قَالَ: دَخَلْتُ عَلَى النَّبِيِّ (صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ) ذَاتَ يَوْمٍ وَعَيْنَاهُ تَفِيضَانِ.
قُلْتُ: يَا نَبِيَّ اللَّهِ، أَغْضَبَكَ أَحَدٌ، مَا شَأْنُ عَيْنَيْكَ‏ تَفِيضَانِ‏؟
قَالَ: «بَلْ قَامَ مِنْ عِنْدِي جِبْرِيلُ قَبْلُ، فَحَدَّثَنِي أَنَّ الْحُسَيْنَ يُقْتَلُ بِشَطِّ الْفُرَاتِ» - (اخبرنی جبریل ان امتی تقتل ابنی الحسین).
قَالَ: فَقَالَ (ثم قال لی): «هَلْ لَكَ إِلَى أَنْ أُشِمَّكَ (اریک) مِنْ تُرْبَتِهِ؟».
قَالَ: قُلْتُ: نَعَمْ. (قال) فَمَدَّ يَدَهُ، فَقَبَضَ قَبْضَةً مِنْ تُرَابٍ فَأَعْطَانِيهَا، (فلما رایتها) فَلَمْ أَمْلِكْ عَيْنَيَّ أَنْ فَاضَتَا»

Abdullah bin Nücəyy əl-Həzrəmi atasından (Nücəyy) ki, İmam Əlinin (ə) su daşıyanı olub, belə nəql edir:
"Əli (ə) ilə Siffeyin müharibəsinə gedirdik. O (ə) Neynəva adlanan yerə çatanda belə fəryad etdi:
"Səbr et, ey Əba Əbdillah, Səbr et, ey Əba Əbdillah, Fəratın sahilində".
Dedim ki, nə olub, ya Əli, nə baş verib?
(Əli) Dedi: Günlərin birində Peyğəmbərin (s) hüzuruna getdikdə gözlərinin yaşardığını gördüm.
Dedim: Ey Allahın peyğəmbəri! Səni kimsə qəzəbləndirib? Nə olub ki, gözlərin yaşlıdır?
Peyğəmbər (s) buyurdu: Səndən bir az öncə Cəbrayil (ə) yanımdan getdi. O mənə xəbər verdi ki, oğlum Hüseyni (ə) ümmətim Fərat sahilində öldürücəklər.
Sonra o mənə dedi ki, istəyirsənmi onun (şəhid ediləcəyi yerin) türbətinin ətrini duyasan?
Dedim: Bəli. Və o, əlini uzadıb oranın (Hüseynin öldürüləcəyi yerin) torpağından bir ovuc mənə verdi. O türbəti görəndən sonra göz yaşlarımı saxlaya bilmirəm".

*Qeyd:*
1). Hədis "əl-Müsnəd" kitabının Qahirədə 1995-ci ildə (1416 hq) Darul-Hədis nəşriyyatı tərəfindən çap və nəşr edilən (birinci çapı) və Əhməd Məhəmməd Şakir tərəfindən 8 cildi araşdırılmış nüsxəsindən götürülmüşdür.
2). Əhməd Məhəmməd Şakir hədisin barəsində belə hökm etmişdir:

إسناده صحيح. وهو في مجمع الزوائد 187:9 وقال: "رواه أحمد وأبو يعلى والبزار والطبرانى، ورجاله ثقات، ولم ينفرد نجي بهذا.

"Hədisin isnadı səhihdir. Bu hədis Məcməuz-Zəvaiddə c.9, s.187-də (hədis: 15112) keçmişdir. Həmçinin hədisi Əhməd, Əbu Yəla (363), Bəzzar (884) və Təbərani (2811) nəql ediblər. Hədisin "rical"ı (nəql edən kəslər) "siqat"dırlar (yəni sözlərinə etibar edilən insanlardırlar). Bu hədisi təkcə Nəci nəql etməyib (yəni digər ravilər də var ki, oxşar məzmunda hədisləri nəql ediblər).
This media is not supported in your browser
VIEW IN TELEGRAM
*🏴• Aşuradan ibrətlər*

İlk dəfə Kufədən İmam Hüseynə (ə) dəvət məktubunu bu 4 nəfər yazdı:

1). Süleyman ibn Sürəd Xuzai – səhabə idi, Cəməl və Siffeyn döyüşlərində İmam Əlinin (ə) qoşununda döyüşmüşdü. Amma Müslim ibn Əqili Kufədə tək qoydu, Kərbəlaya da gəlmədi, Muxtara da qoşulmadı. Hicrinin 65-ci ilində 90 yaşında ikən TƏVVABİN (tövbə edənlər) qiyamına başçılıq etdi və şəhid oldu.

2). Müsəyyib ibn Nəcbi Fəzari – tabeindəndir (səhabədən hədis eşidənlər). Qadisiyyənin fəthində öz qəbiləsinə başçılıq edib. Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində İmam Əli (ə) üçün döyüşdü. Amma Kufədə Müslimi tək qoydu və Kərbəlaya da gəlmədi. Hicrinin 65-ci ilində TƏVVABİN qiyamında şəhid oldu.

3). Rifaət ibn Şəddad Bəcəli – Quran qairisi, rəşadətli adam idi. Kufədə Müslimi tək qoydu. Kərbəlaya gəlmədi. TƏVVABİN qiyamında iştirak etdi. Muxtarın qiyamına qoşularaq 66-cı hirci ilində şəhid oldu.

4). HƏBİB ibn MÜZAHİR (ya Müzəhhər) – bəziləri deyirlər səhabə olub. Quran hafizi, zahid, abid və çox sadə həyat tərzi yaşayan biri idi. İmam Əli, İmam Hüseyn və İmam Həsənin (ə) yaxınlarındandır. Bütün döyüşlərdə iştirak edib. İmam Əlinin (ə) xilafətində “xüsusi təyinatlı dəstə”nin komandiri idi. Bundan əlavə İmam Əlinin (ə) “sir sahibi” hesab edilir. O, Meysəm Təmmara və Meysəm də ona necə şəhid olacaqları barədə danışmışdı -(qeybi xəbərlərə agah idilər).
Müslim Kufəyə gələndə Həbib və Müslim ibn Övsəcə onun üçün camaatdan gizlincə beyət alırdılar. Kufəlilər Müslimin ətrafından dağıldıqdan sonra onlar (Həbib və ibn Övsəcə) gizlincə Kufədən qaçaraq özlərini Məhərrəm ayının 7-də İmam Hüseynə (ə) çatdırdılar.
“Rəsulullahın (s) övladı məzlumcasına öldürülərsə və bizi diri qalarıqsa, Qiyamət günü Peyğəmbər (ə) yanında heç bir üzrümüz olmaz” - demişdi HƏBİB.

*Mənbə:📓 Baqir Düryab Nəcəfi, “Əvvəlinha dər Aşura”, s.30.*

P.S: Əgər insanın bəsirəti, dünya görüşü olmazsa, ən həlledici məqamlarda düzgün qərar verə bilməyəcəkdir. Bəsirətli olmaq üçün isə təkcə elm və iman kifayət eləmir. İman “yəqin”, “itaət” və “təslimiyyət” üzərində qurulmalıdır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Hüseynin (ə) şəhadəti üzərə möminlərin ürəyində bir hərarət (eşq) vardır ki, o (eşqin hərarəti) əsla soyumaz."

إِنَّ لِقَتْلِ الْحُسَيْنِ (ع) حَرَارَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ لَا تَبْرُدُ أَبَداً

*🕋• Həzrət Məhəmməd (s).*

*📓: "Camei-əhadisüş-şiə", c. 12, səh. 556.*

“Möminin günahı çoxaldığı zaman o günahı məhv edəcək – (əməl dəftərindən siləcək) – bir yaxşı əməli olmazsa, Allah-taala onu hüzn və qəmə mübtəla edər ki, o qəmin vasitəsi ilə günahları silinsin”.

إِذَا كَثُرَتْ‏ ذُنُوبُ‏ الْمُؤْمِنِ‏ وَ لَمْ يَكُنْ لَهُ مِنَ الْعَمَلِ‏ مَا يُكَفِّرُهَا ابْتَلَاهُ اللَّهُ بِالْحُزْنِ لِيُكَفِّرَهَا بِهِ عَنْهُ‏

*🕋• Həzrət Məhəmməd (s)*

*📓: Qutbuddin Ravəndi, “əd-Dəəvat”, s.120, hədis:288.*

P.S: Günahları İmam Hüseynə (ə) əzadarlıq etmək, Kərbəla müsibətinə ağlamaq qədər məhv edəcək bir əməl yoxdur. Allah-taala bizə lütf edib bu il də Məhərrəm ayını bizim ömrümüzə yazıb ki, İmam Hüseynə (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etməklə günahlarımızı bağışlatdıra bilək.

*🕌• İMAM HÜSEYN (Ə):*

“Rəva deyil mömin gözə görə ki, Allaha günah edilir, o günahın qarşısını almadan, cəmiyyətdən yığışdırmadan yumula”

لا تَحِلُّ لِعَينٍ ‏مُؤمِنَةٍ تَرَى اللّه‏ يُعصى فتَطرِفُ حتّى يُغَيِّرَهُ

*📔: İbn Vərram, “Tənbihul-Xəvatir”, c.2, s.179.*
This media is not supported in your browser
VIEW IN TELEGRAM
*🕌• İmam Huseyn (ə):*

"Hər kəs insanların qəzəbini almaq bahasına olsa da Allahın razılığını qazanmağa çalışarsa, Allah ona kifayət edər. Hər kəs Allahı qəzəbləndirmək bahasına insanların razılığını qazanmağa çalışarsa, Allah onun işlərini insanların öhədisnə buraxar.

فَإنَّ مَنْ طَلَبَ رِضَا اللهِ بِسَخَطِ النَّاسِ كَفَاهُ اللَهُ أُمُورَ النَّاسِ؛ وَمَنْ طَلَبَ رِضَا النَّاسِ بِسَخَطِ اللَهِ وَكَلَهُ اللَهُ إلَي‌ النَّاسِ

*📔: Əllamə Məclisi, "Biharul-Ənvar", c.17, s.208, hədis:71.*


*🕌• İmam Hüseyn (ə):*

"Çalışın kasıb və yoxsullara yaxşılıq etməklə onların yanında hörmətiniz olsun, çünki Qiyamət günü onların dövləti (Allah yanında hörmətləri) olacaq".

اتّخذوا عند الفقراء أيادي فإنّ لهم دولة يوم القيامة

*📔: Müttəqi Hindi, "Kənzul-Ummal", hədis: 16582.*

İmam Hüseyndən (ə) soruşdular:
"İnsanların şəxsiyyət baxımından ən dəyərlisi və qədir-qiymətlisi kimdir?"
Buyurdu: "O kəsdir ki, dünyanın (malının və sərvətinin) kimin əlində olması onun üçün əhəmiyyətli deyil".

قیلَ لِلْحُسَیْنِ بن علىّ علیه السلام: مَنْ أعْظَمُ النّاسِ قَدْراً؟
قالَ: مَنْ لَمْ یُبالِ الدُّنْیا فى یَدَیْ مَنْ کانَتْ

*📔: Vərram, "Tənbihul-Xəvatir", s.348.*
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‎~"Əl izzətü lillahi cəmiən"~ tərəfindən video
*✏️•° Bu vədə bəs nə vaxtdır, əgər doğru deyirsinizsə?!*

*🕌• Həzrət İmam Hüseyn (ə) buyurur:*

Bizdən (Əhli-Beytdən) on iki “mehdi” (Allah tərəfindən xüsusi seçilərək hidayət edilmiş, hidayətə yönləndirilmiş və nəticədə hidayət edən və hidayətə yönləndirən) olacaq. Onların birincisi Möminlərin Əmiri Əli ibn Əbi Talibdir və axırıncısı mənim nəslimdən yeddinci övladım olacaq. Və o, haqq üçün qiyam edən imamdır. Onun vasitəsilə Allah-Taala yer üzünü (mənəvi baxımdan) öldükdən sonra (ədalətlə) dirildəcək. Allah-Taala Onun vasitəsilə haqq dini bütün dinlərə üstün edəcəkdir, müşriklərin xoşuna gəlməsə də. Onun üçün bir qeyb dövrü olacaqdır. Həmin dövrdə bir dəstə insanlar mürtədd olub dindən dönəcəklər və digər bir dəstə dində sabitqədəm qalacaqlar. Dində sabitqədəm olanlar əziyyət olunacaqlar. (Kafir, zalim və müşriklər) Onlara deyəcəklər: “Bəs, bu vədə nə vaxt baş verəcək, əgər doğru deyirsinizsə?”
Bilin və agah olun! Onun qeybdə olduğu dövrdə əziyyətlərə, təkziblərə və inkarlara səbr edənin (savab və mükafat baxımından mənəvi) məqamı Allahın Rəsulunun (s) kənarında qılıncı ilə cihad etmiş kəsin məqamı kimidir.”

الامام الْحُسَيْنُ بْنُ عَلِيٍّ (صَلَوَاتُ اللَّهِ عَلَيْهِمَا): «مِنَّا اثْنَا عَشَرَ مَهْدِيّاً، أَوَّلُهُمْ أَمِيرُ الْمُؤْمِنِينَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ وَ آخِرُهُمُ التَّاسِعُ مِنْ وُلْدِي وَ هُوَ الْإِمَامُ الْقَائِمُ بِالْحَقِّ، يُحْيِي اللَّهُ بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَ يُظْهِرُ بِهِ دِينَ الْحَقِ‏ «عَلَى الدِّينِ كُلِّهِ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ‏»، لَهُ غَيْبَةٌ يَرْتَدُّ فِيهَا أَقْوَامٌ وَ يَثْبُتُ عَلَى الدِّينِ فِيهَا آخَرُونَ، فَيُؤْذَوْنَ وَ يُقَالُ لَهُمْ‏: «مَتى‏ هذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صادِقِينَ»،‏ أَمَا إِنَّ الصَّابِرَ فِي غَيْبَتِهِ عَلَى الْأَذَى وَ التَّكْذِيبِ بِمَنْزِلَةِ الْمُجَاهِدِ بِالسَّيْفِ بَيْنَ يَدَيْ رَسُولِ اللَّهِ ص».

*📔: Şeyx Səduq, “Kəmaluddin”, c.1, s.317, bab:30, hədis:3.*
Media is too big
VIEW IN TELEGRAM
‎~"Əl izzətü lillahi cəmiən"~ tərəfindən video
🕯️» Bİ-HƏRƏMİ YA ZƏHRA (S.Ə)*

*🌹 Ya Zəhra (s.ə) nəzərini ayırma bizdən!*

Həzrəti-Fatimənin (s.ə) böyüklüyü, əzəməti və müqəddəsliyi haqqında çox söz deyilmiş və çox yazılmışdır. Amma bütün bunlardan daha üstün olan Xanım Fatimənin (s.ə.) barəsində nazil olan Quran ayələridir. Allah-təala Qurani-Kərimdə bir çox ayələrdə dünya xanımlarının fəxri olan Fatiməyə (s.ə.) böyük ehtiram etmişdir. Doğrudan da, Fatimeyi-Zəhra (s.ə) elə bir nümunə və örnəkdir ki, Quranda onun bərəkətli vücudu Peyğəmbər (s) üçün Kövsərə, tükənməz və ən dəyərli hədiyyələrə bərabər tutulmuş, Həzrəti-Mühəmmədin (s) müqəddəs adının, şəfqətli məqamının və pak nəslinin davamı hesab olunmuşdur. O zamanlar kafir və müşriklərdən bir dəstə Peyğəmbəri (s) “nəsli kəsilmiş və sonsuz” adlandırdılar. Lakin Allah öz Rəsuluna (s) “Kövsər” surəsini nazil edərək bildirdi ki, qızı Fatimənin (s.ə.) varlığı, onun övlad və nəvələri Peyğəmbər (s) nəslinin davamı üçün böyük bir dəlildir.
Həzrəti Fatimeyi-Zəhra (s.ə)
haqqında nazil olan ayələr
Səmavi kitabımız olan Qurani-Kərimdə ən kiçik surə
olan “Əl-Kövsər” surəsi Həzrəti Fatimeyi-Zəhranın (s.ə.) barəsində nazil olmuşdur.

Kövsər surəsi Quranın 108-ci surəsidir, 3 ayədən ibarətdir. Bu surə Məkkədə nazil olub, ona görə də Məkkə surələrindən sayılır.

Bu surəni oxumağın savabı və fəziləti barədə İslam Peyğəmbəri Həzrəti Mühəmməd (s) buyurub:
“Bu surəni oxuyan hər kəsi Xudavəndi Aləm behişt bulaqlarının suyundan sirab edəcəkdir. Allah bəndələrinin bayram günü kəsdikləri qurbanların sayı qədər ona əcr veriləcəkdir.”

Surənin nazil olma səbəbi
Müşriklərin başçılarından olan As ibn Vail Peyğəmbəri Əkrəmi (s) Məscidül-həramdan çıxan zaman gördü, onunla bir müddət söhbət etdi. Qüreyş qəbiləsi ağsaqqallarından bir qrup məsciddə oturmuşdu və bu mənzərəni uzaqdan seyr edirdi. As ibn Vail məscidə daxil olduqda ona dedilər: “Sən kiminlə danışırdın?”. O cavab verdi: “Bu əbtər kişi ilə!”.
As ibn Vail bu sözü ona görə dilinə gətirdi ki, Peyğəmbərin (s) Abdullah adlı bir oğlu təzəcə dünyadan köçmüşdü. Ərəblər isə oğlu olmayan kişiyə “əbtər” (sonsuz) deyirdilər. Qüreyşilər Peyğəmbərin (s) oğlunun vəfatından sonra bu sözü ona aid etmişdilər. “Kövsər” surəsi məhz bu zaman nazil oldu və Peyğəmbəri Əkrəm (s) çoxlu nemətlər, Kövsər verilməsi ilə müjdələndi və onun düşmənlərinin özünü Allah “əbtər” (sonsuz) adlandırdı.

*📖: “Kövsər” surəsi* 

Bismilləhir-rahmanir-rahim. 
1..İnnəə ə'ataynəəkəl-kəvsər. 
2..Fəsalli lirabbikə vənhər. 
3..İnnə şəəni`əkə huvəl əbtər.

*Tərcüməsi:*
Bağışlayan və Mehriban olan Allahın adı ilə!
1.. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsəri bəxş etdik! 
2.. Ona görə də (Bu nemətlər üçün şükr edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! 
3.. Həqiqətən, sənə sonsuz, nəsli kəsilmiş deyən düşmənin (As bin Vail) özü sonsuzdur (əbtərdir). 

Bu surənin adı “Kövsər”dir və bu ad birinci ayədən alınmışdır. “Kövsər” sözü “Kəsrət” (çoxlu) sözündən götürülmüşdür və çoxlu xeyir-bərəkət mənasını verir. 

*“Məcməül-bəyan” kitabının müəllifi (c. 10, səh. 549) yazır:*
“Kövsər” sözünün mənası “Çoxlu xeyir” dir.  

*“Təfsiri-Müstənəd” müəllifi yazır:*
“Kovsər” dedikdə, çoxlu xeyir olan Xanım Fatimeyi-Zəhra (s.ə.) və onun övladları nəzərdə tutulmuşdur ki, həm kəmiyyətcə, həm də  keyfiyyətcə böyük xeyirdir və Yer üzünün zinətləridir.

*Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:*
“Allah-təala mənim nəslimə yer üzündə zinət vermişdir və mənim nəslim Əli (ə), Fatimə (s.ə.), Həsən (ə), Hüseyn (ə) və onların övladlarıdır”. 

*“Əl-Mizan” təfsirinin müəllifi yazır:*
“Əgər Kövsər sözü ilə Peyğəmbərin (s) nəslinin artması nəzərdə tutulmasaydı, onda bu surənin 3-cü ayəsi mənasız olardı”. 

Fəxri Razi də özünün “On beş söz” əsərində “Kövsər” sözündən bəhs etmişdir. Bütün təfsirlərin hamısı “Kövsər” sözünün çox geniş mənaya malik olduğunu qeyd etmişlər.
*Fəsalli li Rabbikə vanhər!*
“Ona görə də (bu nemətlər üçün şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” Doğrudan da bu böyük nemət və bolluq, xeyir bərəkət böyük şükranlıq tələb edir. Hərçənd ki, Xaliqin bəxş etdiyi bu gözəl və əvəzsiz nemətlərin haqqını şükür etməklə ödəmək mümkün deyildir. Ona görə 2-ci ayədə buyurur:
”Bir halda ki belədir, onda sən yalnız öz Pərvərdigarın üçün namaz qılmalı və qurban kəsməlisən”. Bəli, bütün nemətləri əta edən Odur, ona görə, Rəbbindən başqa bir qeyrisi üçün namaz qılmaq, ibadət etmək, qurban kəsmək mənasızdır. 
“Təfsirül-Mizan” müəllifi yazır: “Bu ayə aşağıdakı mənanı verir: “Bir halda ki, biz sənin boynuna minnət qoyduq və çoxlu xeyir və bərəkət verdik, bu böyük nemət  üçün sən namaz qıl və qurban kəs!”

*Kövsər surəsinin 3-cü ayəsində buyurulur ki:*
(Ya Peyğəmbər! Oğlun Qasim, Abdullah, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, nəsli kəsilmiş deyən) düşməninin (As ibn Vailin) özü sonsuzdur!”
Bu ayədə müşriklərin başçılarının Peyğəmbərə (s) verdiyi əzab və əziyyətlər müqabilində Allah-təala buyurur ki, Peyğəmbər (s) sonsuz və nəsli kəsilmiş deyildir, onun düşməni sonsuzdur.
“Əbtər” – sözü əslində “quyruğu kəsilmiş heyvan”, “kor ocaq” mənasındadır və Həzrəti Peyğəmbərin (s) qəlbinə bu söz yarasını vuran şəxs As ibn Vail olmuşdur. İslamın düşmənləri bu sözü Peyğəmbərin (s) qəlbini incitmək üçün seçmişdilər və bunun özü aydın göstərir ki, onlar öz düşmənliklərində ən adi ədəb qaydalarına belə riayət etmirdilər. Buna görə də Allah təala buyurur ki, bu ləqəb onların özlərinin ləqəbidir, Peyğəmbəri-Əkrəmin (s) yox!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‎~"Əl izzətü lillahi cəmiən"~ tərəfindən video
Adımızı qoymuşuqsa Hüseynçi, niyə İmam Hüseyn (ə) xəttində deyilik?

*© Tale Bağırzadə*
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‎~"Əl izzətü lillahi cəmiən"~ tərəfindən video
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‎~"Əl izzətü lillahi cəmiən"~ tərəfindən video
🌹»  WhatsApp qrup və kanallarımıza qoşula bilərsiniz:*


*★İSLAM MƏKTƏBİ★313★*
https://chat.whatsapp.com/LkrRZ7mh4Mz2Z0MBTp2WIh

*★ALLAHIN ORDUSU★313★*
https://whatsapp.com/channel/0029VaKefqXChq6H0clq5w0h


*★ƏLİ ŞİƏLƏRİ★*
https://whatsapp.com/channel/0029VaJnjWT6WaKvPJFrNq1t


🌹» TELEQRAM KANALLARIMIZ*

°✓  İSLAM VƏ ELM
https://www.tg-me.com/hasbiallah_114

°✓  QUR'AN VƏ ƏHLI-BEYT MƏKTƏBI
https://www.tg-me.com/qurandan_qelbe_114_liqaullah

°✓  IMAM ƏLI MƏKTƏBI
https://www.tg-me.com/imam_eli_ordusu_313

°✓  IMAM HUSEYN MƏKTƏBI
https://www.tg-me.com/bi_heremi_hz_fatimetu_zehra

°✓  ANTI•SƏLƏFİ
VƏHABILƏRƏ SON
https://www.tg-me.com/anti_vehabilere_son

°✓  BI-HƏRƏMI YA ZƏHRAM
https://www.tg-me.com/bi_heremi_hz_fatimetu_zehram

°✓  FIQH TƏLIMI
https://www.tg-me.com/rehber_xamenei_fiqh

°✓  LİSANULLAH•313
https://www.tg-me.com/imam_mehdi_ordusu_313

°✓ İSLAM ELMİ (KİTABXANA)
https://www.tg-me.com/elmi_kitablar_313

🇦🇿•AZƏRBAYCANIN TALE'Yİ ZİNDANDADIR
https://www.tg-me.com/mbh_313_muqavimetciler

★★★
•İMAM HUSEYN MƏKTƏBİ• 72•313 pinned «🌹»  WhatsApp qrup və kanallarımıza qoşula bilərsiniz:* *★İSLAM MƏKTƏBİ★313★* https://chat.whatsapp.com/LkrRZ7mh4Mz2Z0MBTp2WIh *★ALLAHIN ORDUSU★313★* https://whatsapp.com/channel/0029VaKefqXChq6H0clq5w0h *★ƏLİ ŞİƏLƏRİ★* https://whatsapp.com/channel/…»
2024/05/20 23:33:41
Back to Top
HTML Embed Code: