Telegram Web Link
🟥 İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, martın 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31-i (12 gün) qeyri-iş günləri olacaq.
👍10
💨Bakıda külək güclənib, bəzi rayonlarda qar yağıb

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Dağlıq rayonlara qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 18, Qrızda 16, Şahdağda 9, Şahbuzda 7, Daşkəsəndə 3, Qusarda (Ləzə) 2, Xaltan, Yardımlıda 1 sm olub.

Qərb küləyi əsib. Sarı xəbərdarlığa uyğun olarağ küləyin sürəti Sədərək, Daşkəsən, Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Xaltan, Yevlax, Göyçay, Zərdab, Cəfərxan, Lerik, Ağdamda duman müşahidə olunur.
👍2
🌧️🌬️ Sabah Bakıda yağış yağacaq, külək güclənəcək

S
əhər bəzi yerlərdə havanın çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
👍1
‼️Hamiləlik zamanı yaranan, həm ananın, həm də dölün sağlamlığı üçün ciddi təhlükə yaradan preeklampsiyanın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, preeklampsiya hamilənin qan təzyiqinin yüksəlməsi, proteinuriya (sidikdə zülalın miqdarının artması) və ödemlərlə xarakterizə olunan ciddi hamiləlik ağırlaşmasıdır. Bu vəziyyət hamiləliyin 20-ci həftəsindən sonra inkişaf edir. Xəstəliyin yaranma səbəbi plasentada (ciftdə) qan dövranının pozulması, immun sistemin pozğunluqları, ekstragenital xəstəliklər, qidalanma və ekoloji amillərlə əlaqələndirilir.

Məlumata görə, ixtisaslı həkim müayinəsi, ana və dölün sağlamlıq vəziyyətinin mütəmadi qiymətləndirilməsi, ambulator və stasionar müşahidə, USM və doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması (kardiotokoqrafiya), laborator analizlər və s. müayinələr, doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı (tibbi göstəriş əsasında) icbari tibbi sığorta ilə qarşılanır.
👍2
🇬🇪🚇Gürcüstanda qatar yolu açılır: Mayın 1-dən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalar bərpa ediləcək
👍4
🌨️❄️ Bakıda gözlənilən qarlı havaya görə icra hakimiyyətlərinə tapşırıqlar verilib

Qeyd edilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər:

“Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq”.
👍1
Prokuror Tofiq Yaqubluya 10 il həbs cəzası istədi
👍2
🌨️ Bakıda və Abşeronda sulu qar, dağlıq və dağətəyi rayonlara isə qar yağır.
👍2
💃 Azərbaycanda hər kəs 8 ₼ əldə edə bilər
Heç vaxt Leobank kartından istifadə etməmisiniz? İndi sifariş edin və kartı aktivləşdirdikdən sonra 8 manat qazanın.

Kartı sifariş etmək üçün link: https://leobank.az/r/tYec
👍2
✍️ Sumqayıt şəhər İH-nin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev yazır:

“Sumqayıtda qarlı hava şəraitinə baxmayaraq, yollar açıqdır və nəqliyyatın hərəkətində heç bir problem yoxdur. Şəhər sakinləri rahat şəkildə gediş-gəliş edə bilirlər”.
👍2
SON DƏQİQƏ❗️Xocalıda mina partladı - Müharibə iştirakçısı yaralandı: Belə ki, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.
😢5
❄️ÖLKƏ❗️Son 24 saatda ən çox qar Zaqatalaya yağıb: 82 sm. 2-ci Lerik (62), 3-cü Qax (50), 4-cü Şəki (39) , 5-ci Qəbələ və Baləkəndir (22). Bakıda isə qarın hündürlüyü 6 sm olub.

Ölkə ərazisində qarlı hava şəraitinin fevralın 24-ü gündüzədək davam edəcəyi gözlənilir.
👍2
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. - külək güclənəcək.
👍1
📍 Bu günün havası

🌨️ Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

Səhər yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gündüz 2° şaxtadan 2°-dək isti olacaq.
👍1
❄️ Bu gün də qar yağacaq: Gecə və seher
👍3
🇦🇿Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Xocalı soyqırımı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.
👍2
⚠️Hazırda mövcud hava şəraiti ilə əlaqədar olaraq:

Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə ümumilikdə sürət həddi 40 km/saat,

Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat,

Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

Bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
👍3
❄️Bakıya daha 3 gün qar yağacaq.

Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.
😱41👍1😢1💔1
👨‍⚖️ Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlanıb

Azərbaycanda hazırda 628 hakim fəaliyyət göstərir.

"Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib. O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir".
👍3
TƏBİB: Qarlı hava səbəbindən təcili yardıma 17 nəfər müraciət edib, 14-ü xəstəxanaya yerləşdirilib

Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub
👍2
2025/07/14 03:12:32
Back to Top
HTML Embed Code: