Material 🇹🇷💯
Razmer S.M.L.XL.XXL
Qiymət 23 azn azn
⁴⁷⁷
1 ədəd var tirajı bitib
070 254 85 95
070 254 85 95
Kərbəla möhürü kərbəladan gəlib 1 ədəd 1.5 azn az sayda qalıb

Məfateh 33 azn Çatdırılma ilə metrolara
11 azn Çatdırılma ilə metrolara 070 254 85 95
“Həmin vaxt Nuhun ardınca onun qövmünə peyğəmbərlər göndərdik.
Onlar xalqa aşkar möcüzə və dəlillər gətirdilər. Amma xalq öncə təkzib
etdiyinə iman gətirmək fikrində deyildi. Biz həddi aşanların qəlblərinə bu
sayaq möhür vururuq.
Bildirişlər
1. Ardıcıl peyğəmbər göndərmək ilahi sünnələrdəndir. (Allah həzrət Nuhla
həzrət Musa arasındakı dövrdə başqa peyğəmbərlər göndərdi.)
2. Bütün peyğəmbərlərin mö
cüzəsi olmuşdur.
3. Bütün peyğəmbərlərin müxalifləri vardır.
4. İnsan azaddır. O, möcüzələrə və Allahın qəzəbinə şahid olduqdan sonra da
itaətsizlik göstərir.
5. Təkəbbür və zülm qəlblərin möhürlənməsi üçün zəmindir.
6. Mö
cüzə gördüyü halda iman gətirməyənlər həddi aşanlardır.
Ayə 75:
“Sonra onların ardınca Musa və Harunu Öz möcüzələrimizlə Firon və
onun qövmünün başçılarına doğru göndərdik. Amma onlar günahkar qövm
olduqlarından təkəbbür göstərdilər. (Peyğəmbərlərin dəvətini qəbul
etmədilər.)”
Nöqtələr
◘“Məl
ə” dedikdə Fironun yaxınları sayılan saray adamları nəzərdə tutulur.
Fir
on cəmiyyəti iki zümrəyə ayırmışdı: Saraydakı qiptilər və məhrum sibtilər. Bu
zümrədən biri dəbdəbəli saray həyatı keçirir, digəri qul həyatı yaşayırdı.
1
◘Allahlıq iddiası etməsi, günahsız körpələri qətlə yetirməsi, qızları kəniz
saxlaması Fironun böyük günahlarından idi.
2
Bildirişlər
1. Zalım qüvvələrlə mübarizə peyğəmbərlərin ilkin vəzifəsidir. Çünki fəsadın
səbəbi ilə mübarizə fəsadla mübarizədən mühümdür.
2. İctimai əlaqələr qohumluq, tayfa yaxınlığı prinsipləri üzərində qurulduqda
həmin cəmiyyətə peyğəmbərlər göndərilirdi. Təşkilat və nizam olan yerdə isə
fəsadın kökü ilə mübarizə aparılırdı.
3. Bütlər və zalım qüvvələrə güc verən onların ətrafıdır. Belələri daxilən
puçdurlar.
4. Peyğəmbərlərin mö
cüzəsi olmuşdur.
5. Fironlar və bütlər daim peyğəmbərlərin yolunu kəsmişlər.
6. Günaha vərdiş verənlər peyğəmbər yolunu asanlıqla qəbul etmirlər.
”Bizim tərəfimizdən haqq onlara gəldikdə, dedilər: “Şübhəsiz, bu, aşkar
bir cadudur.”
Bildirişlər
1. Xalq həqiqət sorağında deyil. Haqpərəstlər xalqın sorağına getməlidirlər.
2. Allahın zatı, peyğəmbərlər, ilahi qanunlar, mö
cüzələr, bir sözlə, Allaha aid
olan hər bir şey haqdır.
3. Peyğəmbərlərin Allahla birbaşa rabitələri var. Möcüzələr və din proqramları
ondan qaynaqlanır.
4. Təbliğatçı və rəhbər bilməlidir ki, cəmiyyətin bir zümrəsi onların
proqramlarına müxalif olacaq.
5. Peyğəmbərə atılan ən kəskin, ən sadə və ən yayılmış böhtan cadugərlikdir.
6. Böhtan insandakı azğınlıq ruhiyyəsindən qaynaqlanır.
7. Müxaliflər böyük israrla fəaliyyət göstərirlər.
Ayə 77:
“Musa (onlara) dedi: “Haqq sizin sorağınıza gəldiyi vaxt (onu cadu sayıb)
deyirsiniz: “Bu sehrdir?” Halbuki cadugərlər heç vaxt nicat tapmır.”
Nöqtələr
◘Adətən, qeyri-sağlam fərdlər cadugərlik edir və bu məqsədlə ad-san, var-
dövlət qazanmaq istəyirlər. Düşmənlər peyğəmbərləri xalqın gözündən salmaq
məqsədi ilə onlara belə bir böhtan atırdılar.
Qeyd etməliyik ki, cadugərlik fiqhdə haram sayılmışdır. İmam Xomeyni sehr-
cadunu, onun tə
limini, qazancını haram bildirmiş, həmçinin olmayan şeyin
həqiqət kimi göstərilməsinə, fokusa icazə verməmişdir.
1
Bildirişlər
1. Musa öz qələbəsi və böhtançıların məğlubiyyəti haqqında öncədən xəbər
verirdi.
2. Düşmənlər həqiqəti sehr, peyğəmbərləri də sehrbaz kimi tanıtdırırdılar.
3. Sehr göstərənlər xalqı aldatdıqları üçün və icazə verilməmiş vasitələrdən
istifadə etdiklərinə görə nicat tapmazlar.
2024/05/02 00:58:38
Back to Top
HTML Embed Code: