Telegram Web Link
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yeni günə BİSMİLLAH günümüz günahsız keçsin İNŞƏALLAH 🤲🏻


Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!

Quran'i Kərim [3:200] 🌊
Quş olub kərbəla'na nə çox qanad çırpmaq istərdim🕊💔

Ağam..🥀
•Sən yetərki qılmağa çalış, dünya sənə məscid olar...🕋🖤
Salam olsun sənə Ya Hüseyn!
Salam olsun səninlə şəhid olanlara!
Salam olsun sənin yolunda əsir olanlara!
Salam olsun sənin Abbasına!
Salam olsun sənin Zeynəbinə!
Salam olsun sənin şəhid övladlarına, Əliəkbər və Əliəsğərə!
Salam olsun baban Peyğəmbərə!
Salam olsun atan Əliyə!
Salam olsun anan Fatiməyə!
Salam olsun qardaşın Həsənə!
Salam olsun sənin nəslindən olan imamlara və sonuncusuna!
Salam olsun sənin əzadarlarına!
Salam olsun sənin zəvvarlarına!
Salam olsun sənin yolunda bütün zamanlarda şəhid olanlara!
Salam olsun səni sevənlərə!
Salam olsun sənin mübarək qanına!
Salam olsun sənin mübarək kəsilən başına!
Salam olsun sənin bədəninə!
Salam olsun sənin şəhid olduğun torpağa!
Salam olsun sənin mübarək məzarına!
Salam olsun sənin yolunda ehsan verənlərə!
Salam olsun sənə xidmət edənlərə!
Salam olsun sənin haqqında yazılan kitablara!
Salam olsun sənin Cənnətdəki məqamına!
Salam olsun sənin gözəl adına!
Salam olsun sənin haqqında olan bütün ayələrə!
Salam olsun sənə aid hər bir şeyə!!!
İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına.

(Huməzə surəsi, ayə 1)

Quranda müvəffəq yaşayışın üslub və yolları:

"Əxlaqi məsələlər dinin bir hissəsidir, mömin insan gərək öz dilinə və baxışına nəzarət etsin, sahib çıxsın".

İmam Hüseyn (ə) buyurur:

"Mömin nə pislik edər, nə də bağışlanma istəyər, münafiq isə hər gün pislik edər və bağışlanma diləyər".

(Tuhəful-Uqul, səhifə 247)
Hər bir çətinlik zamanı de: “Lə həvlə və lə qüvvətə illə billəhil-aliyyil-azim”(«Uca və böyük Allahdan başqa heç bir güc və qüdrət yoxdur») de. (Belə deyəndə) həmin çətinlik aradan qalxar».🌾

(Biharul-ənvar, cild 74, hədis 270.)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz". (əz-Zumər, 3).
"İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib (küfrə) qayıdar. O (şəxs) dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur." 🌿♥️

Quran (Həcc, 11)
Günah iş görməzdən əvvəl, bu ayəni xatırla:

ألم يعلَمْ بأنَ اللَّه يَرَی

Məgər bilmir ki, Allah (onun bütün
əməllərini) görür?!

əl-Ələq surəsi,14-cü ayə.
Məgər Allah (c.c) yetməzmi Bəndəsinə?☺️

Biz ona şah damarından da yaxınıq". (Qaf, 16).
"Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim.
Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (Ğafir, 60).
"Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz". (əz-Zumər, 3).
🏴Fatimiyyə günləri başladı

Nübuvvət övladı,Vilayət yoldaşı və İmamətin anası Həzrət Fatimənin(s) əzadarlıq günlərinin başlanması münasibəti ilə başda İmam Zamana(ə.f) sonra isə bütün Əhli-beyt(ə) sevərlərə başsağlığı diləyirik.

Allah əzadarlıqlarınızı ali dərəcədə qəbul etsin!

🤲🏻 İltimasi dua!

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinimm
وَٱلشَّمْسِ وَضُحَىٰهَا 

1) And olsun günəşə və onun saçdığı şəfəqə!


وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا 

2) And olsun ondan sonra zühur edən aya!

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا 

3) And olsun günəşi açıqlığa çıxardan gündüzə!

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا 

4) And olsun günəşi bürüyən gecəyə!

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا 

5) And olsun göyə və onu qurana!

وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا 

6) And olsun yerə və onu döşəyənə!

وَنَفْسٍ وَمَا سَوَّىٰهَا 

7) And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,


فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا 

8) ona günahları və Allahdan qorxmağı təlqin edənə!

قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا 

9) Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.

وَقَدْ خَابَ مَن دَسَّىٰهَا 

10) Onu günaha batıran isə ziyana uğramışdır.

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ 

11) Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.

Şəms surəsi 1-11ayə
فَإِذَا قَضَيْتُمُ الصَّلَاةَ فَاذْكُرُوا اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِكُمْ ۚ فَإِذَا اطْمَأْنَنْتُمْ فَأَقِيمُوا الصَّلَاةَ ۚ إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا

Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çixdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz mö’minlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.

[Nisa surəsi 103]
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hüseyn(ə) ölumsuz qəhrəmandi🖤🏴

Allah bizi Hüseyn (ə)dan ayri salmasin inşaAllah 🤲🏻

Allahummərzuqni fid dunya ziyarətəl Hüseyn(ə) və fil axirəti şəfaətəl Hüseyn(ə)🖤

Əs Səlamu ələl Hüseyn (ə)🥀
Və əla Əliyyibnil Hüseyn(ə)🥀
Və əla əvləədil Hüseyn (ə)🥀
Və əla əshaabil Hüseyn(ə)🥀

Nəfsi ləkəl fəda ya Əba Əbdillah🖤
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Əli deyir bir gün gəldim gördüm Zəhra
Zeynəbin saçın darıyır...🥀🕊
Dedi Əli can istirəm
Sənnən bir beş dəyqə tək qalım.
Ağa uşaqları çıxartdı çölə.
Zəhra dedi ağa olar başımı qoyum dizinin üstünə?
Dedi olar Fatimə.
Deyir Əli can elə bil ömrümün axırdı ölürəm mən...🥀
Gördü o Mövlanın gözlərindən yaş süzülür...🥀
Xanım götürdü o yaşı sürtdü sınmış qabırğalarına.🥀
Dedi Fatimə niyə belə eliyirsən?
Dedi Əli can atamdan eşitmişəm məzlumun göz
yaşları dərdə dəvadı.😭
Rəbbimə qarşı əsla itməyən bir ümidim var😇

لم أفقد الأمل في ربي أبدًا♥️
"Əgər Allah sizə yardım edərsə, heç kim sizə qalib gələ bilməz." 🌹
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əgər qadın quş olaraq yaradılsaydı, mütləq "Tovuz Quşu" kimi gözəl olardı. Əgər heyvan yaradılsaydı, mütləq "Ceyran" olardı. Əgər həşərat yaradılsaydı, "Pərvanə" olardı. Amma o, "İnsan" olaraq yaradıldı ki, "Bacı" və "Ana" və"Eşq" olsun. Çox təəccüblüdür, qadın uşaqlıqda öz rəhmət qapılarını atasının üzünə açır. Cavanlıqda həyat yoldaşının dinini kamil edir. Və ana olan zaman, cənnət onun ayaqları altındadır...🌹
Heç vaxt demə: "Mühit xarab olduğu üçün mən də xarab oldum".

Hava nə qədər soyuq olursa paltarını bir o qədər də qalın geyinirsən ki soyuq dəyməsin.

Cəmiyyətdə nə qədər fəsada düçar olursa təqva libasını bir o qədər qalın et ki, fəsad sənə nüfuz etməsin.

M.Qəraəti
 “Allahım, Sənin təqdirinlə səhərə çıxır, sənin inayətinlə axşama çatırıq. Sənin inayətinlə yaşayıb Sənin inayətinlə ölürük və dönüşümüz Sənədir. Həmd-səna ruhumuzu aldıqdan sonra bizi dirildən Allaha məxsusdur, dönüş Onadır. Allahım! Səndən başqa ilah yoxdur Sən (Sənə yaraşmayan şeylərdən), bütün eyib və nöqsanlardan uzaqsan, günahlarımızı bağışla, bizə mərhəmət et. Allahım bizi doğru yola yönəltdikdən sonra qəlbimizə şəkk-şübhə (azğınlıq) salma! Bizə öz tərəfindən bir mərhəmət bəxş et. Çünki Sən, həqiqətən, bəndələrinə nemət bəxş edənlərin ən səxavətlisisən”.
2025/07/04 14:29:52
Back to Top
HTML Embed Code: