Telegram Web Link
Fələq surəsi
Aʟʟᴀʜᴜ Əᴋʙəʀ ❤️🕋
əl-Fələq surəsi ( Сурат аль-Фалак )
Nas surəsi
Aʟʟᴀʜᴜ Əᴋʙəʀ ❤️🕋
ən-Nas surəsi (Сура Ан-Нас ) 🥰
İxlas surəsi
Aʟʟᴀʜᴜ Əᴋʙəʀ❤️🕋
İxlas surəsi (Сурат аль-Ихлас)
Ayətəl-kursi
Aʟʟᴀʜᴜ Əᴋʙəʀ❤️🕋
Ayətəl-Kursi ( Аят аль Курси )🌹🌛
90👍24🥰12
КРАСИВЫЕ СТИХИ ИЗ КОРАНА🌙

•Если Аллаꫝ испытывает человека, взамен Он дает большее..🤎

Аллаꫝ говорит:
«Воистину, терпеливым их награда воздастся полностью без счета»[39:10]..🤎

•Аллаꫝ облегчит трудности тем, кто будет следовать Ему.

«Воистину, Аллаꫝ купил у верующих их души и имущество в обмен на Рай... Кто выполняет свои обещания лучше Аллаꫝа? Возрадуйтесь же сделке, которую вы заключили. Это и есть великое преуспеяние» [9:111]..🤎

📌 Наш ссылка:
@cennetesqi
┄┅════✼🕊❤️🕊✼════┅┄

QURAN'İ KƏRİM-DƏN GÖZƏL AYƏLƏR 🌙

•Allah bir insanı imtahan edərsə səbrinin qarşılığında əcrinidə verər..🤎

(Zumər surəsi, ayə 10) Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir»[39:10]..🤎

•Allah Ona tabe olanların çətinliklərini yüngülləşdirər.

(ət-Tövbə, 111)"Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur"[9:111]..🤎

📌Kanalımızın linki 🔗
@cennetesqi
┄┅════✼🕊❤️🕊✼════┅┄
30👍3🥰2
C Ü M Ə • G Ü N Ü (dırnaq tutmaq*)

Peyğəmbər (s.ə.s) buyurur:

✂️ Şənbə günü dırnaq tutan, xora xəstəliyinə tutular.

✂️ Bazar günü dırnaq tutanın, bərəkəti aradan gedər.

✂️ Bazar ertəsi dırnaq tutan, Quran hafizi (əzbərləyəni) olar.

✂️ Çərşənbə axşamı dırnaq tutanın, həlak olma ehtimalı var.

✂️ Çərşənbə günü dırnaq tutanın, əxlaqı pis olar.

🔖 Cümə axşamı dırnaq tutanın bədənindən xəstəlik xaric olar və şəfa bədəninə daxil olar. Ruzinin bol olmasına, göz ağrısının aradan getməsinə və övladın çoxalmasına səbəb olar.

🔖 Cümə günü dırnaq tutanın ömrü və malı artar. İnsanı xora xəstəliyindən, korluqdan və dəri xəstəliyindən qoruyur.

"Camiul-əxbar", səh.141.
"Usuli-Kafi", c.6, səh.490.
"Məkarimul-Əxlaq", c.1, səh.154.

#islamdaolaq🕌🌹 #Həmdolsun🤲


Xeyrli Cümələr bu Cümə qəbul olunmayan Dua qalmasın🥰🤲🏻

Linkimiz 🔗
@cennetesqi
┄┅════✼🕊❤️🕊✼════┅┄
31👍14🥰2🤩2
🔎 Y E D D İ • S U A L • Və • C A V A B I 🤔⁉️

❤️Bir kişi İmam Əli (ələyhis-səlam)-ın yanına gəlib dedi:

Mən yetmiş fərsəx yol gəlmişəm ki, Sizdən yeddi sual soruşum.

🕋İmam Əli (ələyhis-səlam) dedi:
Buyur soruş!

❤️Həmin kişi soruşdu:

➊ Səmadan daha böyük olan nədir?

➋ Yerdən daha böyük olan nədir?

➌ Oddan daha isti olan nədir?

➍ Yetimdən daha zəif olan nədir?

➎ Buzdan da daha soyuq olan nədir?

➏ Dəryadan daha dərin olan nədir?

➐ Daşdan daha möhkəm olan nədir?
 
🔎 Cavab:

🕋İmam Əli (ələyhis-səlam) dedi:

➊ Günahsıza yalan bağlamaq, səmadan daha böyükdür.

➋ Haqq, yerdən daha genişdir.

➌ Söz gəzdirən, yetimdən daha zəif və daha artıq biçarədir.

➍ Hərislik, oddan daha istidir.

➎ Paxıl adamın yanına hacət aparmaq, buzdan daha soyuqdur.

➏ Qane olan şəxs, dəryadan daha dərindir.

➐ Kafirin ürəyi, daşdan daha möhkəmdir.

📚Mənbəsi: Camiul-əxbar. Fəsl-5.

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN☺️

🌸
#Paylaşaq: @cennetesqi
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
👍3415🥰5
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيم 🤲🏻

– Bismilləəhir - Rahməənir - Rahiim !

– Bağışlayan və Mehriban Allahın adı ilə !


ƏL-BƏQƏRƏ (ərəb. سورة البقرة (oxunuşu: surətul-bəqarəh) - İnək surəsi) SURƏSİNDƏN ALINTILAR 😍📖

وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ

➋ : ❶❶ Onlara «yer üzündə fəsad törətməyin» deyildikdə «biz yalnız islah edənlərik» deyərlər.

أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَٰكِنْ لَا يَشْعُرُونَ

➋ : ❶❷ Bil ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.

وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ ۗ أَلَا إِنَّهُمْ هُمُ السُّفَهَاءُ وَلَٰكِنْ لَا يَعْلَمُونَ

➋ : ❶❸ Onlara «siz də camaat kimi iman gətirin» deyildikdə (öz qəlblərində) deyərlər: «Biz də səfehlər kimi iman gətirək?!» Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər.

وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَىٰ شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ

➋ : ❶❹ Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər.

اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

➋ : ❶❺ Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir.

©C ə n n ə t ə D o ğ r u 🌸


📚Ərəbcədən Tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili

🔴Qeyd
: Zəhmət olmasa, götürəndə olduğu kimi istinad edin ©

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻

💥Abunə olun:➪
@cennetesqi 🕌
👍184🥰4
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيم 🤲🏻

Əl-Kövsər Surəsi سورة الكوثر

Əl-Kovsər (Kövsər) surəsi Quranın 108-ci surəsidir (Məkkədə nazil olmuşdur, 3 ayədir). Qurandakı ən qısa surədir. İlk ayətində Kövsərdən danışıldığı üçün bu ad verilmişdir. Surənin mətni belədir:

O x u n u ş u :

1.Bismilləhir-Rahmənir-Rahim
2.İnnə ətaynnəkəl-kəvsər
3.Fəsəlli lirabikə vənhər
4.İnnə şəniəkə huvəl-əbtər

T ə r c ü m ə s i :

1. Rəhmli və Rəhman olan Allahın adı ilə
2. Həqiqətən, Biz Kövsəri sənə bağışladıq.
3. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!
4. Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur.


OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN☺️

🌸
#Paylaşaq: @cennetesqi
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
21👍7🤔2🥰1
İmam RZA (əleyhis-səlam) dan Bir Neçə Tövsiyyə ❤️🤲🏻

👉🏻Əmanətlərə (beytul-mal, söz, vədə, mal və s. ) Xəyanət Etməyin!

👉🏻Sədaqətli olun!

👉🏻Sükut edin, faydasız danışıqlarda və elminiz olmayan yerdə susun!

👉🏻Bir-birinizədən üz çevirməyin və gözəl rabitə qurun!

👉🏻Bir-birinizin sıxıntılarını həll edin!

👉🏻Hörmətsizlik etməyin!

📚Mənbə : Əl-İxtisas , Şeyx Mufid


🌹🕊️Hicrətin 148-ci il Zilqədə ayının 11-il İyun ayının 11-i İmam Rza (əleyhis-səlamın) mövlud günüdür.

🌹Mövludunuz Mübarək Olsun Əziz Müsəlmanlar 🤲🏻❤️

Linkimiz: https://www.tg-me.com/cennetesqi
18👍5🥰2👏2
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيم 🤲🏻

– Bismilləəhir - Rahməənir - Rahiim !

– Bağışlayan və Mehriban Allahın adı ilə !


ƏL-ƏHZAB SURƏSİ (ərəb. سورة الأحزاب (oxunuşu: surətul-əhzab) - dəstələr) AYƏLƏRİ 😍📖

Əl-Əhzab Surəsi Quranın 33-cü surəsidir. Mədinədə nazil olmuşdur, 73 ayədir. Surənin adı 20 və 22-ci ayələrdə işlədilən əl-əhzab (dəstələr) sözündən götürülmüşdür. Surənin 56-cı ayəsi salavat ayəsi adlandırılır. Məşhur Təthir ayəsi bu surənin 33-cü ayəsidir.


🤲🏻 Surənin mətni Oxunuşu, Ərəbcəsi ve Tərcüməsi aşağıda verilmişdir:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ يَا أَيُّهَا النَّبِيُّ اتَّقِ اللَّهَ وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

Yaa ai-yuhaannabii-yuuttaqillaha valaa tuthi'il kaafiriina val munaafiqiina innallaha kaana 'aliiman hakiiman

➊ : ➌➌ Ya Peyğəmbər, Allahdan qorx və kafirlərə və münafiqlərə itaət etmə, çünki Allah daim (işlərin məsləhətlərini) biləndir və (onların icrasında) hikmət (diqqət və möhkəmlik) sahibidir.

•┈┈•• ❁﷽❁ ••┈┈• ❁﷽❁ ••┈┈• ❁﷽❁

وَاتَّبِعْ مَا يُوحَىٰ إِلَيْكَ مِنْ رَبِّكَ ۚ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

Vaattabi' maa yuuha ilaika min rabbika innallaha kaana bimaa ta'maluuna khabiiran

➋ : ➌➌ Sənə Rəbbin tərəfindən vəhy olunana tabe ol (və müşriklərin saziş bağlamaq təklifinə əhəmiyyət vermə), həqiqətən, Allah daim etdiklərinizdən xəbərdardır!

•┈┈•• ❁﷽❁ ••┈┈• ❁﷽❁ ••┈┈• ❁﷽❁

وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا

Vatavakkal 'alallahi vakafa billahi vakiilaa

➌ : ➌➌ Allaha təvəkkül et və Allah (bəndələrinin işlərində) vəkil olmaqda və işləri düzüb – qoşmaqda kifayət edər.

•┈┈•• ❁﷽❁ ••┈┈• ❁﷽❁ ••┈┈• ❁﷽❁

مَا جَعَلَ اللَّهُ لِرَجُلٍ مِنْ قَلْبَيْنِ فِي جَوْفِهِ ۚ وَمَا جَعَلَ أَزْوَاجَكُمُ اللَّائِي تُظَاهِرُونَ مِنْهُنَّ أُمَّهَاتِكُمْ ۚ وَمَا جَعَلَ أَدْعِيَاءَكُمْ أَبْنَاءَكُمْ ۚ ذَٰلِكُمْ قَوْلُكُمْ بِأَفْوَاهِكُمْ ۖ وَاللَّهُ يَقُولُ الْحَقَّ وَهُوَ يَهْدِي السَّبِيلَ

Maa ja'alallahu lirajulin min qalbaini fii jaufihi vamaa ja'ala azvaajakumulaa-ii tuzhaahiruuna minhunna ummahaatikum vamaa ja'ala ad'iyaa-akum abnaa-akum dzalikum qaulukum biafvaahikum vallahu yaquulul haqqa vahuva yahdiissabiil.

➍ : ➌➌ Allah heç bir kəs üçün daxilində iki ürək (və bədənində iki can və əlbəttə ki, beynində iki bir – birinə zidd etiqad) yaratmamışdır; «zihar» etdiyiniz (analarınıza oxşatmaqla özünüzə haram etdiyiniz) qadınlarınızı (zövcələrinizi) sizə (həqiqi) ana etməmişdir; oğulluğa götürdüklərinizi də sizə (həqiqi) oğul etməmişdir, bunlar (qadınlarınızı haram etməyiniz və özünüzə oğul seçməyiniz) sizin dilinizlə dediyiniz (boş) sözdür. Allah haqq söyləyir və O, bəndələrini (doğru) yola gətirir.

•┈┈•• ❁﷽❁ ••┈┈• ❁﷽❁ ••┈┈•❁﷽❁

ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِنْدَ اللَّهِ ۚ فَإِنْ لَمْ تَعْلَمُوا آبَاءَهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ فِيمَا أَخْطَأْتُمْ بِهِ وَلَٰكِنْ مَا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

Ad'uuhum li-aabaa-ihim huva aqsathu 'indallahi fa-in lam ta'lamuu aabaa-ahum fa-ikhvaanukum fiiddiini vamavaaliikum valaisa 'alaikum junaahun fiimaa akhtha'tum bihi valakin maa ta'ammadat quluubukum vakaanallahu ghafuuran rahiiman.

➎ : ➌➌ Onları (öz) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Əgər atalarının kim olduğunu bilməsəniz onlar sizin din qardaşlarınız və dostlarınızdır (deyin: bu, mənim din qardaşım, yaxud dostumdur). Əgər bir yerdə – (aid etməkdə) – səhv etsəniz, sizə günah yoxdur. Lakin (günah) qəlblərinizlə, qəsdən (bilərəkdən onları başqasına aid) etmənizdir və Allah həmişə bağışlayan və rəhimlidir.

Qeyd: Surənin Ardı Paylaşılacaq (uzun olduğu üçün bu qədər ancaq yerləşdirə bildim)❤️

📚Ərəbcədən Tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili

🔴Qeyd: Zəhmət olmasa, götürəndə olduğu kimi istinad edin ©

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻

💥Abunə olun:➪
@cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
👍167🥰1
HICAB QADINA NƏ ÜÇÜN LAZIMDIR? ☺️🧕

🔷️Bütün dinlərdə qadınların özünəməxsus hicabları olmuşdur.Bütün peyğəmbərlər (ə) öz səma kitablarında bu hicabın keyfiyyətinə işarə etmişdilər. Ancaq bu məsələdə ifrat və təfrit edilmişdir. Hətta o yerə qədər ki, qadına evdən bayıra çıxmağa icazə verilmirdi. Yəhudi və xristian dinlərində indi də dua edən zaman qadınlar başlarını örtürlər.

🔶️İslam dini qadına kamil hicabı təqdim etdi və bu hicab onu nə evdə əyləşməyə məcbur etmədi.

🔷️Geyimə nəzarət etmək ancaq adınlara aid deyildir. "Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik)
(📖"Eraf” 26)

Burada Adəm övladı deyildikdə, həm qadın və həm də kişi nəzərdə tutulur.

🔷️Sonrakı ayədə oxuyuruq: "Ey Adəm övladları, məbada şeytan ata və ananızı cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın!”.

🔶️Yəni, şeytanın (lən) nüfuz etdiyi yollardan biri də insanı geyimsiz buraxmasıdır. Halbuki, Allah Təala buyurur ki, insanın geyimi – onun iffəti və həyasıdır. Maraqlıdır ki, Allah hansı yerdə hicaba əmr edirsə, həmin ayələrdə təqvaya da əmr edir. Yəni, həm zahiri geyimə və həm də batini və ruhu geyimə əmr edir.

🔷️İnsan gözünü kontrol etməzsə, həm iffətini və həm də təqvasını əldən verər. Naməhərəmə icazə verilməyən baxışlarla baxmaq fəsad üçün zəminə yaradar. Ona görə də Qurani-Məcid buyurur ki, əgər bu cür pis baxışlardan amanda qalmaq istəyirsinizsə, hicab geyinin.

➡️BISMILLƏH: "Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir.
(📖Əhzab” 59)

Allah bizləri ədəb Hicabından məhrum etməsin amin ya Rabbim..🤲😥

🔸️ALLAHUMMƏ ƏCCIL LIVƏLIYYƏKƏL FƏRƏC🤲😥


🔴Qeyd: Zəhmət olmasa, götürəndə olduğu kimi istinad edin ©

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻

💥Abunə olun:➪
@cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
👍326😢2🥰1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔎 S A L A V A T I N • F Ə Z İ L Ə T İ 📿

✍🏻 İmam Sadiq (əleyhis-səlam) buyurub:

Allah-Taaladan istənilən hər bir dua Peyğəmbər və Ali-Peyğəmbərə salavat göndərilməyənə qədər səmada saxlanılar (yəni dua salavatla qəbul olunar).

📚Mənbə: "Kafi", c.2, səh.493


Çox Təsirli Videodur Diqqətlə Dinləyək❤️

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
33👍13😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bismillǝhir Rahmənir Rahim❤️
Əssalamun ələykum və rəhmətullahi və bərǝkǝtuh.

Əziz mömin və möminələr.
Sizləri Müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, arzusunda olan hər kəsə bu gözəl bayramı Müqəddəs Kəbə evində keçirməyi arzu edirəm. ALLAH bizləri hər şadlıqda, hər matəmdə Əhli Beytin (ə) yanında olanlardan qərar versin inşaAllah. Hər birinizə Allaha doğru aparan təkamül yolunda sabitqədəm olmağı arzulayırıq. Allah ibadətlərinizi və qurbanınızı qəbul etsin!

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
17👍5
 ﷽
Allahın Salamı rəhməti və bərəkəti olsun üzərinizə əziz və dəyərli bəndələr.
🤲Ey günahkarların bağışlayıcısı, ey mərhəmət edən, ey məxluqata ruzi verən, ey arzuları yerinə yetirən, ey şikayətləri eşidən, ey məxluqatı dirildən, ey əsirləri azad edən, öz əməllərimizlə üzümüzə bağladığımız mənəvi, dünyəvi qapılarımızı üzümüzə aç rəhm et.
🌹🌹🌹


❤️Əmirəlmöminin Əli (ə) buyurur:❤️

🤲Duanın qəbulunun gecikməsi sizi məyus etməməlidir. Çünki (İlahi) bəxşiş niyyətdən asılıdır; Ola bilər, sənin duanın qəbul edilməsi (ona görə) təxirə düşsün ki, istəyənin mükafatı daha böyük, ümidvar olanın bəxşişi daha çox olsun.
Çox şey var ki, (Allahdan) istəyərsən və o sənə verilməz. Amma gec, ya tez (dünyada və ya axirətdə) ondan daha xeyirlisi sənə verilər. Yaxud da duan sənin üçün daha xeyirli olan şeyə görə qəbul edilməz. Çox vaxt da elə şey istəyirsən ki, o sənə veriləcəyi təqdirdə dinin məhv olar.


xanim_fatimeyi_zehra_ashiqleri

📗“Nəhcül-bəlağə”, 31-ci məktubdan

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
👍1510🕊1
 بِسمِ ٱللّٰهِ ٱلرَّحمٰنِ ٱلرَّحِيمِ

Talaq (65:10)

Allah onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizin üçün Quran nazil etmiş,

أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ الَّذِينَ آمَنُوا ۚ قَدْ أَنْزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًا

Əəddə Allahu ləhum əzəbən şədiidən fəttəquu Allahə yə uulii əl-əlbəbil ləziinə əmənuu qad ənzələ Allahə iləykum zikr

xanim_fatimeyi_zehra_ashiqleri

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
7🥰3👍2
Hansı qapını iki dəfə döysək "Yenə?" deyərlər.
Hansı sözü iki dəfə söyləsək "Neçə dəfə eşitdik, elə eyni şeylər" deyərlər.
Amma ömrümüz boyunca xəta edib, əlimizi açırıq, "Allahım" deyirik, "Yenəmi sən?" deməz.
Allah O qədər mərhəmətlidir ki, yazdığı alın yazını belə qulu üçün dəyişdirməyə hazırdır. Yetər ki, sən əllərini göyə qaldırıb ixlasla dua edə biləsən..Allahım sən bizə nəzər eylə ...
Ya Zəhra, əlimizdən tut, cənnətinin qapisina novbədəyik.

xanim_fatimeyi_zehra_ashiqleri

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
13👍6🥰3
Həmd olsun sonsuz həmdə layiq olan Rəbbimə.❤️❤️❤️❤️❤️❤️

Həmd olsun bu sabah da məni hüzurunda görmək üçün oyandıran Rəbbimə!
Salam olsun iman əhlinə.
Salam olsun ibadət əhlinə.
Salam olsun sübh əhlinə.
Günümüz xeyirli olsun.
Axirətimiz, aqibətimiz, hər halimiz xoş olsun.
Günahdan uzaq, savabla bol bir gün yaşayaq in şə Allah.
Yeni günümüzə Allahın izni ilə Bismillah

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
23👍7
Əzizlərim Bayramimiz mübarək olsun😊
❤️1. Oruc tutmaq:❤️
Ötən illərdən qəzası olan qəza niyyətlə qılsın.
Qədir-Xum günü oruc tutmağın cox fəziləti vardır ki, onu başqa savab əməllərdən istisna edir.
Imam Əli (ə) buyurur:
“Əgər Allah-taalanın xalis bəndələrindən bir nəfər bu günü xalis niyyətlə oruc tutsa, bu bir gün savab və fəzilətdə dünyanın bütün günlərinə bərabər olacaqdır”.
Yəni əgər insan bir dünya ömür yaşaya və ömrünün bütün günlərini oruc tutmuş olsa, Qədir-Xum gününün orucunun savab və fəzilətinə çata bilməz.
Yenədə o həzrət (ə) buyurur:
“... Allah-taala Qədir-Xum” bayramı üçün ən böyük mükafatı təyin etmişdir”.
Imam Sadiq (ə) öz dostları və səhabələrini bu işə təşviq edib buyurardı:
“Mən istəyirəm ki, siz bu günü oruc tutasınız”.
Yenədə o həzrət buyurur:
“Qədir-Xum” gününü oruc tutmaq, Allah-taala yanında hər ildə qəbul olunmuş yüz həcc və yüz ömrəyə bərabərdir”.
2. İftar vermək:❤️
Qədir-Xum gününün əməlləri arasında oruc tutan möminlərə iftar vermək xüsusi və yüksək məqama malikdir. Rəvayətlərə görə bu bayramda iftar verməyin böyük fəzilət və savabı vardır.
Möminlərin ağası İmam Əli (ə) buyurur:
“Hər kəs Qədir-Xum bayramında oruc tutan bir möminə iftar verərsə, on “Fəam”a yemək və iftar verimiş şəxs kimidir”.
Məclisdə hazır olanlardan bir nəfəri soruşdu: Ey möminlərin ağası “Fəam” nədir? Həzrət (ə) o şəxsin cavabında buyurdu:
“ (Fəam yəni) yüz min Peyğəmbər, siddiq və şəhid”.
(az fasilədən) sonra sözünə belə davam etdi:
“Belə isə necə olacaqdır o şəxsin fəzilət və savabı ki, möminlərdən bir qurupunun iftarını öz öhdəsinə götürsün”.
Bu hədisə oxşar başqa bir hədis də İmam Sadiqdən (ə) rəvayət olunmuşdur.
Bəzi rəvayətlərdə gəlmişdir ki, İmam Rza (ə) Qədir-Xum bayramı günü möminlərdən bir dəstəsini iftar üçün öz yanınında saxlayardı.


💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
👍16🥰4
👍21
 Namaza ərəb dilində Səlat deyilir.😊
Kəlmənin hərfi tərcüməsi dua etmək. Terminoloji və fiqhi tərcüəsi isə qılınan vacib və müstəhəb namazlara deyilir. Vacib namazlar insanların boynunda olan öhdəlikdir.
Müstəhəb namazlar isə dua xarakterlidir. əslində namazın əməlləri və sözləri də duaları və münacatları ehtiva edir.
Çətinliklər və problemlər insanları Allah dərgahına sürükləyən amillərdir. İnsan çətin vəziyyətlərdə problemlərin həlli üçün dua edə və namaz qıla bilər.
Hətta bu əməl tövsiyə edilib. İmam Rzadan nəql edilən hədisdə çətin durumlarla qarşılaşan zaman qılınan iki rətəkli namazın keyfiyyəti belə açıqlanır:
“Əgər sizə bir çətinlik üz versə və size narahat etsə iki rəkət namaz qılın! Birinci rəkətdə Fatihə və Ayətul-Kursi, ikinci rəkətdə isə Fatihə və Qədr surəsini oxuyun!
Namazdan sonra Quranı başınıza qoyun və 10 dəfə deyin: Allahummə bi-həqqi mən ərsəltəhu ila xəlqikə və bihəqqi kulli ayətin və bihəqqi kulli mən mədəhtəhu fihi ələykə və bihəqqikə ələyhi və la tərifu əhədən ərəfu bihəqqikə minkə”.
Bundan sonra 10 dəfə de: Ya Seyyidi Ya Allah, Bihəqqi Muhəmməd, Bihəqqi Əli, Bihəqqi Fatimə, Bihəqqil-Həsən, Bihəqqil-Hüseyn… (və beləcə imamların bütününün adlarını) . Yerindən durmamış hacətin qəbul olar”.


❤️xanim_fatimeyi_zehra_ashiqleri❤️

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
11👍5🥰2🤔1
2025/07/10 15:54:07
Back to Top
HTML Embed Code: