Telegram Web Link
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔎 S A L A V A T I N • F Ə Z İ L Ə T İ 📿

✍🏻 İmam Sadiq (əleyhis-səlam) buyurub:

Allah-Taaladan istənilən hər bir dua Peyğəmbər və Ali-Peyğəmbərə salavat göndərilməyənə qədər səmada saxlanılar (yəni dua salavatla qəbul olunar).

📚Mənbə: "Kafi", c.2, səh.493


Çox Təsirli Videodur Diqqətlə Dinləyək❤️

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bismillǝhir Rahmənir Rahim❤️
Əssalamun ələykum və rəhmətullahi və bərǝkǝtuh.

Əziz mömin və möminələr.
Sizləri Müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, arzusunda olan hər kəsə bu gözəl bayramı Müqəddəs Kəbə evində keçirməyi arzu edirəm. ALLAH bizləri hər şadlıqda, hər matəmdə Əhli Beytin (ə) yanında olanlardan qərar versin inşaAllah. Hər birinizə Allaha doğru aparan təkamül yolunda sabitqədəm olmağı arzulayırıq. Allah ibadətlərinizi və qurbanınızı qəbul etsin!

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
 ﷽
Allahın Salamı rəhməti və bərəkəti olsun üzərinizə əziz və dəyərli bəndələr.
🤲Ey günahkarların bağışlayıcısı, ey mərhəmət edən, ey məxluqata ruzi verən, ey arzuları yerinə yetirən, ey şikayətləri eşidən, ey məxluqatı dirildən, ey əsirləri azad edən, öz əməllərimizlə üzümüzə bağladığımız mənəvi, dünyəvi qapılarımızı üzümüzə aç rəhm et.
🌹🌹🌹


❤️Əmirəlmöminin Əli (ə) buyurur:❤️

🤲Duanın qəbulunun gecikməsi sizi məyus etməməlidir. Çünki (İlahi) bəxşiş niyyətdən asılıdır; Ola bilər, sənin duanın qəbul edilməsi (ona görə) təxirə düşsün ki, istəyənin mükafatı daha böyük, ümidvar olanın bəxşişi daha çox olsun.
Çox şey var ki, (Allahdan) istəyərsən və o sənə verilməz. Amma gec, ya tez (dünyada və ya axirətdə) ondan daha xeyirlisi sənə verilər. Yaxud da duan sənin üçün daha xeyirli olan şeyə görə qəbul edilməz. Çox vaxt da elə şey istəyirsən ki, o sənə veriləcəyi təqdirdə dinin məhv olar.


xanim_fatimeyi_zehra_ashiqleri

📗“Nəhcül-bəlağə”, 31-ci məktubdan

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
 بِسمِ ٱللّٰهِ ٱلرَّحمٰنِ ٱلرَّحِيمِ

Talaq (65:10)

Allah onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizin üçün Quran nazil etmiş,

أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ الَّذِينَ آمَنُوا ۚ قَدْ أَنْزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًا

Əəddə Allahu ləhum əzəbən şədiidən fəttəquu Allahə yə uulii əl-əlbəbil ləziinə əmənuu qad ənzələ Allahə iləykum zikr

xanim_fatimeyi_zehra_ashiqleri

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
Hansı qapını iki dəfə döysək "Yenə?" deyərlər.
Hansı sözü iki dəfə söyləsək "Neçə dəfə eşitdik, elə eyni şeylər" deyərlər.
Amma ömrümüz boyunca xəta edib, əlimizi açırıq, "Allahım" deyirik, "Yenəmi sən?" deməz.
Allah O qədər mərhəmətlidir ki, yazdığı alın yazını belə qulu üçün dəyişdirməyə hazırdır. Yetər ki, sən əllərini göyə qaldırıb ixlasla dua edə biləsən..Allahım sən bizə nəzər eylə ...
Ya Zəhra, əlimizdən tut, cənnətinin qapisina novbədəyik.

xanim_fatimeyi_zehra_ashiqleri

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
Həmd olsun sonsuz həmdə layiq olan Rəbbimə.❤️❤️❤️❤️❤️❤️

Həmd olsun bu sabah da məni hüzurunda görmək üçün oyandıran Rəbbimə!
Salam olsun iman əhlinə.
Salam olsun ibadət əhlinə.
Salam olsun sübh əhlinə.
Günümüz xeyirli olsun.
Axirətimiz, aqibətimiz, hər halimiz xoş olsun.
Günahdan uzaq, savabla bol bir gün yaşayaq in şə Allah.
Yeni günümüzə Allahın izni ilə Bismillah

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
Əzizlərim Bayramimiz mübarək olsun😊
❤️1. Oruc tutmaq:❤️
Ötən illərdən qəzası olan qəza niyyətlə qılsın.
Qədir-Xum günü oruc tutmağın cox fəziləti vardır ki, onu başqa savab əməllərdən istisna edir.
Imam Əli (ə) buyurur:
“Əgər Allah-taalanın xalis bəndələrindən bir nəfər bu günü xalis niyyətlə oruc tutsa, bu bir gün savab və fəzilətdə dünyanın bütün günlərinə bərabər olacaqdır”.
Yəni əgər insan bir dünya ömür yaşaya və ömrünün bütün günlərini oruc tutmuş olsa, Qədir-Xum gününün orucunun savab və fəzilətinə çata bilməz.
Yenədə o həzrət (ə) buyurur:
“... Allah-taala Qədir-Xum” bayramı üçün ən böyük mükafatı təyin etmişdir”.
Imam Sadiq (ə) öz dostları və səhabələrini bu işə təşviq edib buyurardı:
“Mən istəyirəm ki, siz bu günü oruc tutasınız”.
Yenədə o həzrət buyurur:
“Qədir-Xum” gününü oruc tutmaq, Allah-taala yanında hər ildə qəbul olunmuş yüz həcc və yüz ömrəyə bərabərdir”.
2. İftar vermək:❤️
Qədir-Xum gününün əməlləri arasında oruc tutan möminlərə iftar vermək xüsusi və yüksək məqama malikdir. Rəvayətlərə görə bu bayramda iftar verməyin böyük fəzilət və savabı vardır.
Möminlərin ağası İmam Əli (ə) buyurur:
“Hər kəs Qədir-Xum bayramında oruc tutan bir möminə iftar verərsə, on “Fəam”a yemək və iftar verimiş şəxs kimidir”.
Məclisdə hazır olanlardan bir nəfəri soruşdu: Ey möminlərin ağası “Fəam” nədir? Həzrət (ə) o şəxsin cavabında buyurdu:
“ (Fəam yəni) yüz min Peyğəmbər, siddiq və şəhid”.
(az fasilədən) sonra sözünə belə davam etdi:
“Belə isə necə olacaqdır o şəxsin fəzilət və savabı ki, möminlərdən bir qurupunun iftarını öz öhdəsinə götürsün”.
Bu hədisə oxşar başqa bir hədis də İmam Sadiqdən (ə) rəvayət olunmuşdur.
Bəzi rəvayətlərdə gəlmişdir ki, İmam Rza (ə) Qədir-Xum bayramı günü möminlərdən bir dəstəsini iftar üçün öz yanınında saxlayardı.


💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
 Namaza ərəb dilində Səlat deyilir.😊
Kəlmənin hərfi tərcüməsi dua etmək. Terminoloji və fiqhi tərcüəsi isə qılınan vacib və müstəhəb namazlara deyilir. Vacib namazlar insanların boynunda olan öhdəlikdir.
Müstəhəb namazlar isə dua xarakterlidir. əslində namazın əməlləri və sözləri də duaları və münacatları ehtiva edir.
Çətinliklər və problemlər insanları Allah dərgahına sürükləyən amillərdir. İnsan çətin vəziyyətlərdə problemlərin həlli üçün dua edə və namaz qıla bilər.
Hətta bu əməl tövsiyə edilib. İmam Rzadan nəql edilən hədisdə çətin durumlarla qarşılaşan zaman qılınan iki rətəkli namazın keyfiyyəti belə açıqlanır:
“Əgər sizə bir çətinlik üz versə və size narahat etsə iki rəkət namaz qılın! Birinci rəkətdə Fatihə və Ayətul-Kursi, ikinci rəkətdə isə Fatihə və Qədr surəsini oxuyun!
Namazdan sonra Quranı başınıza qoyun və 10 dəfə deyin: Allahummə bi-həqqi mən ərsəltəhu ila xəlqikə və bihəqqi kulli ayətin və bihəqqi kulli mən mədəhtəhu fihi ələykə və bihəqqikə ələyhi və la tərifu əhədən ərəfu bihəqqikə minkə”.
Bundan sonra 10 dəfə de: Ya Seyyidi Ya Allah, Bihəqqi Muhəmməd, Bihəqqi Əli, Bihəqqi Fatimə, Bihəqqil-Həsən, Bihəqqil-Hüseyn… (və beləcə imamların bütününün adlarını) . Yerindən durmamış hacətin qəbul olar”.


❤️xanim_fatimeyi_zehra_ashiqleri❤️

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
 بِسمِ ٱللّٰهِ ٱلرَّحمٰنِ ٱلرَّحِيمِ

Təhrim (66:10)

Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.

ضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِينَ كَفَرُوا امْرَأَتَ نُوحٍ وَامْرَأَتَ لُوطٍ ۖ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِينَ

Darabə Allahu məsələn lilləziinə kəfəruu əmratə nuuhin vəmratə luutin kənətə təhtə əbdəyni min ibədinə salihəyni fəxanətəhunə fələm yuğniyə ənhumə minə Allahi şəyən vəqiilə ədxulən nəta məəd dəxiliin


xanim_fatimeyi_zehra_ashiqleri

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
 بِسمِ ٱللّٰهِ ٱلرَّحمٰنِ ٱلرَّحِيمِ

Təhrim (66:9)

Ya Peyğəmbər! Kafirlərə qarşı (qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et. Onların məskəni Cəhənnəmdir. Ora necə də pis sığınacaqdır!

يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ

Yə əyyuhən nəbiyyu cəmidi əl-kuffəra və əl-munəfiqiinə vəğluzu ələyhim vəmə vəhum cəhənnəmu vəbisə əl-məsiir

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
 🔴Cox ibrətli hər kəs oxusun.

Yanmış çörək

Bir gün anam, axşam evə gələn atamın qarşısına bir banka cem və bir ədəd yanmış tost qoydu. Maraqla atamın üzünə baxıb reaksiyasını gözlədim. Atam çörəyin yanmasına fikir vermədən yedi və məndən günümün necə keçdiyini soruşdu. O an anam yanmış çörək üçün üzr istədi. Atamın cavabı məni lap heyrətləndirdi: "Əzizim, mən yanmış çörəkdən ötrü ölürəm."
Yatmağa gedərkən atamdan həqiqətənmi yanmış çörək sevdiyini soruşdum. Cavabı belə oldu:
- "Görünür ki, bu gün anan yorğun gün keçirib, fikri dağınıq olub. Yanmış çörək insanı üzməz, amma sözlərimiz üzər."

✍🏽 Qeyd: Bəli, bəzən biz sözlərimizlə bizi sevən insanları üzərik. Bunun üçün diqqətli olmalıyıq. Çünki bir qəlbi qırmaq, Kəbəni yıxmaq kimi bir şeydir. Bir təbəssüm zahirən bir məna kəsb etməsə də qarşımızdakı insanın qəlbini sevindirməyə səbəb olur.


❤️xanim_fatimeyi_zehra_ashiqleri

💥Abunə olun:➪ @cennetesqi 🕌
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
Ailə problemlərinin yeganə çıxış yolu (Nisa, 128: Qısa təfsir)

Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa/sülhə gəlməsi onlara günah sayılmaz. Axı barışmaq/sülh daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik (və ya: nəfsi qısqanclıq) etməyə hazırdır. Əgər yaxşı davranıb (Allahdan) qorxsanız, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır.” (Quran, Nisa, 128)

Evlilikdə dolanmaq yalnız qarşılıqlı fədakarlıq sayəsində mümkündür. Lakin insan təbiətində mövcud olan “mənəm-mənəmlik”, xəsislik və ‘yalnız öz prizmasından baxaraq özünü haqlı çıxarmağa çalışma’ meyli səbəbiylə, hər kəs fədakarlığı qarşı tərəfdən gözləyir. Qeyd olunmuş ayədə isə, bu nəfsi bütlərin qırılmasına və sülhə çağırış vardır. Çünki, sülh və anlaşma – iki tərəfin bəzi istək və haqlarından vaz keçməsi, habelə, fədakarlıq etməsilə gerçəkləşir. Bu isə, dolanışıqsızlığın/söz-söhbətin davam etməsindən və ya ayrılıqdan daha xeyirlidir. Dözümsüzlük göstərərək dərhal ailəni sonlandırmağı düşünən şəxslər, Uca Yaradan qarşısında ağır bir məsuliyyət daşıyırlar.
OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN☺️

🌸#Paylaşaq: @cennetesqi
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
•┈┈•• ❁﷽❁ ••┈┈• ❁﷽❁ ••┈┈•

- İmam Hüseyn (əleyhissəlam) buyurub:

꧁෴🍃ᢁ·ꕊ꧁🌺꧂ꕊ·ᢁ🍃෴꧂


"İnsanlar dünyanın qullarıdır, din isə dillərində boş və mənasız bir sözə çevrilib. Yaşayışları yaxşı olan vaxt dini qoruyarlar. Bəlalarla imtahan olunduqları vaxt isə (həqiqi) dindarların sayı azalar."

꧁෴🍃ᢁ·ꕊ꧁🌺꧂ꕊ·ᢁ🍃෴꧂


MƏNBƏ: Əllamə Məclisi, "Biharul-ənvar", cild 75, səh. 177


OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN☺️

🌸#Paylaşaq: @cennetesqi
┄┅═══✼🕊❤️🕊✼═══┅┄
HƏR ŞEYİN SƏNDƏ NİYƏ BU QƏDƏR "PİS" OLDUĞUNUN 7 SƏBƏBİ!

1. Nə üçün sınaqlarla üzləşirəm?

Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. (29 : 2-3)

2. Biz həmişə deyirik: “Niyə mən heç vaxt istədiyimi əldə etmirəm!”

Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz. (2:216)

3. Biz həmişə deyirik: “Niyə bu mənim başıma gəldi?”

Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (2:286)

Şübhəsiz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (94: 5-6)

4. “Niyə ümidimi itirirəm?” deyə soruşuruq.

Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz.(3:139)

5. "Bunun öhdəsindən necə gələ bilərəm?"

Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız. (3:200)

Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir. (2:45)

6. Biz tez-tez deyirik ki, mən kimə arxalana bilərəm?

Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir».(9:129)

7. Biz tez-tez deyirik: “Artıq buna dözə bilmirəm”.

...və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz».(12:87)

De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur! (39:53)

Oxuyan Gözləriniz Var Olsun🌹☺️

ᴛᴇʟᴇɢʀᴀᴍ:
@cennetesqi
┄┅════✼🕊❤️🕊✼════┅┄
🔺Quranın Oxunduğu Evdə:

♡ ailə böyüyür
♡ bərəkəti artırır
♡ mələklər bu evə enirlər
♡ şeytan oradan qaçır

🔻Quranın Oxunmadığı Bir Evdə:

♡ həyat çətinləşir
♡ evin bərəkəti gedir
♡ mələklər bu evi tərk edirlər
♡ şeytan orada kök salır

| "Allaha ibadəti hər şeydən üstün tutsanız, qalan hər şey qaydasında olacaq."

Allahı xatırlayın☝️🏻

Kanalımızın Linki:
@cennetesqi 🥰🌸
Fərəc duası

Bismillahir-rahmənir-rahim🤲🏻

Allahummə kul livəliyyikəl-Huccətibnil-Həsən, saləvətukə ələyhi və əla əbəih, fi hazihis-saəti və fi kulli saəh, vəliyyən və hafizan və qaidən və nəsiran və dəlilən və əynə hətta tuskinəhu ərzakə tavəa və tuməttiəhu fihə tavilə. Birəhmətikə ya ərhəmər-rahimin🤲🏻

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَن صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَى آبَائِهِ فِى هذِهِ السَّاعَةِ وَ فِى كُلِّ سَاعَةِ وَلِيًّا وَ حَافِظًا وَ قَائِدًا وَ نَاصِرًا وَ دَلِيلاً وَ عَيْنًا حَتَّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعًا وَ تُمَتِّعَهُ فِيهَا طَوِيلاً بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمِينَ

Rəhman və Rəhim Allahın adı ilə🤲🏻

İlahi🤲🏻Canişinin, Höccət ibnil-Həsənə (Salavatın ona və əcdadına olsun), öz məsləhətinlə onu yer üzündə sakin edənə kimi, uzun müddət hamı üçün xeyr-bərəkət qərar verənə qədər, vəli, qoruyan, rəhbər, kömək edən, yol göstərən və gözətçi ol!!! Öz rəhmətinlə ey aləmlərin rəbbi🤲🏻

Allahummə Salli Əla Muhəmmədin və Ali Muhəmməd Və Əccil Fəracəhum (3️⃣)

Allahı xatırlayın☝️🏻

Kanalımızın Linki: @cennetesqi 🥰🌸
#ÖVLAD_TƏRBİYƏSİ

UŞAQ İNKİŞAFINDA YARARLI OLAN 9 TÖVSİYƏ 🌸

❶ “Sakitləş” – əvəzinə, “Sənə necə kömək edə bilərəm?”,

❷ “Ağlamağı dayandır!” – əvəzinə, “çətinlik çəkdiyini görürəm”,

❸ “Yaxşısan” – əvəzinə, “yaxşısanmı?”,

❹ “Sakit ol” – əvəzinə, “daha səssiz danışa bilərik?”,

❺ “Vurma” – əvəzinə, “xahiş edirəm zərif davran”,

❻ “Qışqırmağı sonlandır” – əvəzinə, “dərin bir nəfəs al, sonra mənə nə baş verdiyini danış”,

❼ “Qəmlənmə” – əvəzinə, “qəmlənməyin normaldır”,

❽ “Artıq bəsdir!” – əvəzinə, “qucaqlayımmı?”,

❾ “Vecimə də deyil” – əvəzinə, “yanındayam”.


┄┅════✼🕊❤️🕊✼════┅┄

ᴛᴇʟᴇɢʀᴀᴍ «
@cennetesqi » 🌸
2025/07/04 14:28:57
Back to Top
HTML Embed Code: