Telegram Web Link
Tənhalıq odur ki,
dərdini danışmağa və sevincini bölüşməyə bir kəs olmasın...
Allah bəzən insanı tənha qoyur ki,
Onun Özü ilə dərdləşək...
🌹İmam Əli🌹(ə) :



Əgər namaz qılan nə qədər rəhmətlə əhatə olmasını bilsə, başını səcdədən qaldırmaz.



Mənbə:Qurərul-hikəm, fəsil 5, hədis 7592.
☝️Nə üçün Quranda İmamlarımızın (ə) adları yoxdur?
İmam Sadiq (ə.s) bu suala cavab verir:
Əbu Bəsir nəql edir ki, Əbu Abdullahdan (İmam Sadiq əliyhissəlam)🤲
"Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!..." ayəsi (Nisa, 59) haqqında soruşdum. Buyurdu ki: "Bu ayə Əli b. Əbu Talib, Həsən və Hüseyn (ə) haqqında nazil olmuşdur." Dedim ki: "Camaat deyir ki, nə üçün Əli və onun Əhli-beytinin (ə) adı Allah kitabında çəkilməmişdir?"

İmam (ə) buyurdu ki: "Bunu soruşanlara deyin ki: "Namaz ayəsi Peyğəmbərə (s) nazil oldu. Amma namazın rəkətlərinin sayı bu ayədə bəyan olunmamışdı. Bunu Allahın elçisi (s) camaata izah etdi.

Zəkat ayəsi nazil oldu. Amma qırx dirhəmdən bir dirhəminə zəkat düşdüyü bu ayədə bəyan olunmamışdı. Bunu da Peyğəmbər (s) camaata izah etdi.

Həccə getmək əmr olundu. Amma Kəbə evini yeddi dəfə təvaf etmək göstərişi verilməmişdi. Bunu da Peyğəmbər (s) açıqladı.
📚"Üsuli-kafi", 1/286-87, hədis №

┄┅════✼🕊❤️🕊✼════┅┄

@cennetesqi
🔍 NƏFS☝️
Son nəfəsdə məcburən tərk edəcəyimiz nəfsani ehtirasları bugün öz iradəmizlə tərk edək ki, "Ölmədən əvvəl ölmək" sirrinə qovuşaq.

📜DUA: "Dünyada böyük, SƏN'in qatında kiçik olmaqdan qoru bizi, ALLAH'ım.
┄┅════✼🕊❤️🕊✼════┅┄

@cennetesqi
İmam Əli (ələyhis-səlam) buyurub:

Nə tez keçir günün saatları və ayın günləri və ilin ayları və ömrün illəri.
İnsanlarla münasibətin,atəşlə münasibətin kimi olsun.Çox uzaqlaşma donarsan; çox yaxınlaşma yanarsan.

Sədi Şirazi.
_📝 Allah Rəsulu (s) buyurub :_

.. Ey insanlar! Cəhənnəmlə Cənnət bir-birindən çox fərqlidir. Düşmənlərimiz Allahın danlağı və lənətinə məruz qalarlar; dostlarımız Allahın tərifi və sevgisinə qərq olarlar. Ey insanlar! Şübhəsiz ki, mən xəbərdar edən, Əli isə hidayət edəndir.
Ey insanlar! Mən peyğəmbər, Əli isə vəsidir. Bilin ki, imamların xatəmi (sonuncusu) qiyam edən Mehdi bizdəndir.
Şübhəsiz ki, o, Allahın dinini aşkar edəndir.
Şübhəsiz ki, o, zalımlardan intiqam alandır.
Şübhəsiz ki, o, qalaları fəth edən və dağıdandır.
Şübhəsiz ki, o, şirk əhlindən olan bütün qəbilələri qətlə yetirəcək.
Şübhəsiz ki, o, Allah-taalanın dostlarının intiqamını alandır.
Şübhəsiz ki, o, Allah dininin yardımçısıdır.
Şübhəsiz ki, o, dərin dəryadan ovucla su götürəndir.
Şübhəsiz ki, o, hər bir fəzilət əhlinin fəzilətini, cahilin isə cəhalətini nişan verər. Şübhəsiz ki, o, Allahın ən xeyirlisi və seçdiyidir.
Şübhəsiz ki, o, bütün eləmlərin varisi və bütün elmləri əhatə edəndir.
Şübhəsiz ki, o, Rəbbindən xəbər verən (Allahı yada salan) və Ona iman gətirməyi xatırladandır.
Şübhəsiz ki, o, doğru yolda olan mətin şəxsdir.
Şübhəsiz ki, o, etibar olunandır.
Şübhəsiz ki, o, əvvəlkilərin müjdə verdiyi şəxsdir.
Şübhəsiz ki, o, daima höccətdir; ondan sonra höccət yoxdur; haqq yalnız onunladır; nur yalnız onun yanındadır.
Şübhəsiz ki, ona qalib gələn kimsə yoxdur.
Şübhəsiz ki, o, yer üzündə Allahın vəlisi, Onun yaratdıqları üzərində hakimi, gizlin və aşkarda Onun etibarlısıdır
....

_📚 Əl-ihticac, səh 109 ._
┄┅═══✼✩。:•..•:。✩✼═══┅┄

Ayətullah Behcət (r.ə) ağadan soruşdular:
Günahkar imam Zaman(ə.f) ağanı görə bilərmi..?
Behcət ağa buyurdu: Şimirdə imam Zamanı (İmam Hüseyni (ə.s) gördü ama onu tanımadı
.!!!

┄┅═══✼✩。:•..•:。✩✼═══┅┄
Bağışlayan və mehriban olan Allahın adı ilə.

İlin təhvil olunan vaxtı oxunan dua:


Transkripsiya:

Bismillahir-rəhmanir-rəhim Ya muqəllibəl-qulub vəl-əbsar, ya mudəbbirəl-ləyli vən-nəhar, ya muhəvviləl-həvli vəl-əhval, həvvil haləna ila əhsənil-hal.

Duanın tərcüməsi:

Ey qəlblərin dəyişməsini və gözlərin hərəkətini idarə edən Allah! Ey gecəni gündüzlə ard-arda əvəzləyən Allah! Ey vaxtları və əhvalları dəyişdirən Allah! Bizim də, halımızı ən gözəl hala dəyişdir!

(Məfatihul-cinan, səh 672.)

İlin təhvil olunma vaxtı:

1. Miladi: 21/03/2023 - saat - 01:24:28
2. Şəmsi: 01/01/1402 - saat - 00:54:28
2. Qəməri: 08/28/1444 - saat - 01:24:28


Hər kəsə gerçək Yeni Gün arzusu ilə...Novruzunuz mübarək olsun!
┄┅════✼🕊❤️🕊✼════┅┄

@cennetesqi
Xoş gəldin müqəddəs Ramazan ayı🌹
❤️Salamu əleykum əziz kanal üzvlərim necəsiz yaxşısız inseallah

Seyid Əli Xamneyi ağa və Seyid Əli Sistani ağa sabaha ramazan ayının birini elan etdi

Allah tutduğunuz orucu qəbul eləsin mənidə duanızda unutmayın 😊😊

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

┄┅════✼🕊❤️🕊✼════┅┄

@cennetes
🧡 Allahın adı ilə 🧡

🌙 Ramazan ayının ilk gecəsinin əməlləri

1. Üzü qibləyə əyləş, əllərini göyə qaldırıb mübarək Ramazan ayının hilalına xitabən de:

رَبّى وَرَبُّكَ اللّهُ رَبُّ الْعالَمينَ

اَللّهُمَّ اَهِلَّهُ عَلَيْنا بِالاْمْنِ

وَالاِْيمانِ وَالسَّلامَةِ وَالاِْسْلامِ وَالْمُسارَعَةِ اِلى ما تُحِبُّ وَتَرْضى

اَللّهُمَّ بارِكَ لَنا فى شَهْرِنا هذا وَارْزُقْنا خَيْرَهُ وَعَوْنَهُ وَاصْرِفْ عَنّا

ضُرَّهُ وَشَرَّهُ وَبَلاَّئَهُ وَفِتْنَتَهُ

Rəbbi və rəbbəkəllah rəbbəl-aləmin. Allahummə əhilləhu əleyna bil əmni vəl imani vəs-səlaməti vəl-İslami vəl-musaraati ilə mə tuhibbə və tərzi. Allahummə barikə ləna fi şəhrinə haza vərzuqna xeyrəhu və əunəhu vəsrif ənna zurrəhu və şərrəhu və bəlaəhu və fitnətəh.

“Rəbbim və rəbbin aləmlərin rəbbi olan Allahdır. İlahi, bu ayı bizim üçün əmniyyət, iman, salamatlıq, İslam, Sənin sevdiyin və razı olduğun işlərə tələskənliklə başlat. İlahi bu ayı bizə bərəkətli et, onun xeyr və nüsrətini bizim ruzimiz qərar ver. Onun zərərini, şərrini, bəlasını və fitnəsini bizdən uzaqlaşdır”

2. “Ramazan ayının ilk gecəsinin qüslu” niyyəti ilə qüsl almaq

3. “Ramazan ayının ilk gecəsinin namazı” niyyəti ilə iki rəkət namaz qılmaq. Hər rəkətdə “Həmd”dən sonra “Ənam” surəsi oxumaq.

4. Bu gecədən başlayaraq axırıncı gecəyə qədər min rəkət namaz qılmaq. Həmin min rəkət namaz gecələr arasında bölüşdürülüb. Ətraflı məlumat üçün “Məfatihul-Cinan” kitabına müraciət edin.

5. İmam Sadiqdən (ə) nəql olunan bu duanı oxumaq:

اَللّهُمَّ رَبَّ شَهْرِ رَمَضانَ مُنَزِّلَ الْقُرْآنِ هذا شَهْرُ رَمَضانَ

الَّذى اَنْزَلْتَ فيهِ الْقُرْآنَ وَاَنْزَلْتَ فيهِ آياتٍ بَيِّناتٍ مِنَ الْهُدى

وَالْفُرْقانِ اَللّهُمَّ ارْزُقْنا صِيامَهُ وَاَعِنّا عَلى قِيامِهِ اَللّهُمَّ سَلِّمْهُ لَنا

وَسَلِّمْنا فيهِ وَتَسَلَّمْهُ مِنّا فى يُسْرٍ مِنْكَ وَمُعافاةٍ وَاجْعَلْ فيما

تَقْضى وَتُقَدِّرُ مِنَ الاْمْرِ الْمَحْتُومِ وَفيما تَفْرُقُ مِنَ الاْمْرِ الْحَكيمِ

فى لَيْلَةِ الْقَدْرِ مِنَ الْقَضاَّءِ الَّذى لا يُرَدُّ وَلا يُبَدَّلُ اَنْ تَكْتُبَنى مِنْ

حُجّاجِ بَيْتِكَ الْحَرامِ الْمَبْرُورِ حَجُّهُمُ الْمَشْكُورِ سَعْيُهُمُ الْمَغْفُورِ

ذُنُوبُهُمُ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئاتُهُمْ وَاجْعَلْ فيما تَقْضى وَتُقَدِّرُ اَنْ

تُطيلَ عُمْرى وَتُوَسِّعَ عَلىَّ مِنَ الرِّزْقِ الْحَلالِ

Allahummə rəbbi şəhri ramazan, munəzziləl Qur’an, haza şəhru ramazan,

Əlləzi ənzəltə fihil Qur’an, və ənzəltə fihi ayatin bəyyinatin minəl huda vəl-furqan

Allahummə-rzuqna siyaməhu və ə’inna əla qiyamihi. Allahummə səlləmhu ləna və səlləmna fihi və təsəlləmhu minna fi yusri minkə və muafah

Vəc’əl fima təqza və tuqəddiru minəl-əmril-məhtum və fimə təfruqu minəl-əmril-həkim fi leylətil qədri minəl qəzzail-ləzi lə yurəddə və lə yubəddəl

Ən təktubəni min huccaci beytikəl həram, əlməbruri həccəhum, əlməşkuri sə’yuhum, əlməğfuri zunubuhum, əlmukəffəri ənhum səyyiətuhum

Vəcəl fima təqza və tuqaddiru ən tutilə umri, və tuvəssiə ələyyə minər-rizqil-həlal/

“İlahi, ey Ramazan ayının rəbbi, ey Qurani nazil edən!

Bu, haqqı nahaqdan ayıran və hidayət üçün yol göstərən ayələri bəyan edən Quranı nazil etdiyin Ramazan ayıdır!

İlahi, onun oruclarını tutmağı bizə nəsib et, onun əhyalarını saxlamaqda bizə kömək et!

İlahi, bu ayı bizim üçün salamat et! Bizi bu ayda salamat et! Bizdən asanlıqla və salamatlıqla qəbul et.... Qədr gecəsində dəyişilməz qəza və qədərinlə... adımı öz evinin zəvvarlarının – hacıların siyahısına yaz (mənə Həcc nəsib et)! Adımı o hacıların siyahısına yaz ki, Həccləri qəbul, səyləri qiymətli, günahları bağışlanmış, pislikləri yuyulmuş olsunlar. Ömrümü uzat və yaşadığım müddətcə mənə çox halal ruzi əta et!”

📚 Mənbə:Məfatihul-cinan, Ramazan ayının əməlləri

┄┅════✼🕊❤️🕊✼════┅┄

@cennetesqi
Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).
Ramazan ayında Qurani-Kərimi oxumağın savabı haqda Peyğəmbəri-Əkrəmin (s) “Şəbaniyyə” xütbəsində buyurur:

ومَن تَلا فیهِ آیَةً مِنَ القُرآنِ کانَ لَهُ مِثلُ أجرِ مَن خَتَمَ القُرآنَ فی غَیرِهِ مِنَ الشُّهورِ

“Bu ayda Qurandan bir ayə oxuyan şəxs başqa aylarda bütöv Quranı oxuyan şəxsin savabını qazanar.”

“Üyunu əxbarir-Riza (ə)”, Şeyx Səduq, 1-ci cild, səh.230.
Bir neçə şey oruc tutan üçün məkruhdur.🕯

1. Gözə dərman tökmək, sürmə çəkmək (əgər dadı, iyi boğaza çatarsa).💊

2. Zəifliyə səbəb olan iş görmək (qan almaq, hamama getmək kimi).💉

3. Buruna dərman tökmək, əgər boğazına çatmasını bilməsə; və əgər boğaza çatacağını bilsə, icazəli deyildir.💊

4. Ətirli bitkiləri iyləmək.🌹

5. Qadının suda oturması.🧊

6. Fitil işlətmək.

7. Bədəndəki paltarı islatmaq.🚿

8. Diş çəkdirmək və ağızdan qan gəlməyə səbəb olan hər hansı bir işi görmək.🪥

9. Yaş çöplə dişləri təmizləmək.

10. Lüzumsuz olaraq ağıza su, ya bu kimi maye almaq.🚰

Həmçinin məkruhdur ki, insan məni gəlməsi məqsədi olmadan öz arvadını öpsün, ya şəhvətini qaldıran hər hansı bir iş görsün.
Forwarded from Hacı Əli Şərbətov
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hacı Mirxas ağa

Allah Təala buyurur

Çox gözəl bir moizə sonacan dinləməyə dəyər 😔
Dua Faraj
@majnoonhoosein
🌸Fərəc duası-Əsl🌸
 
 
🕊İlahi, əzuməl-bəla,və bərihəl xəfa, vənkəşəfəl-ğita, vənqətəər-rəca, və zaqətil-ərzu və muniətis-səma, və əntəl-mustəanu və iləykəl-muştəka, və ələykəl-muəvvəlu fiş-şiddəti vər-rəxa. Əllahummə səlli əla Muhammədin və Ali-Muhamməd, ulil-əmril-ləzinə fərəztə əleyna taətəhum və ərrəft bizalikə mənzilətəhum, fəfərric ənna bihəqqihim fərəcən acilə, qəribən kələmhil-bəsəri əv huvə əqrəb, ya Muhammədu ya Əliyy, ya Əliyyu ya Muhəmməd, ikfiyani fəinnəkuma kafiyan, vənsurani fəinnəkuma nasiran, ya Məvlana ya Sahibəz-zaman, əl-ğəvs, əl-ğəvs, əl-ğəvs, ədrikni ədrikni ədrikni, əs-saət, əs-saət, əs-saəh, əl-əcəl, əl-əcəl, əl-əcəl, ya ərhəmər-rahimin, bihəqqi Muhammədin və alihit-tahirin.
┄┅════✼🕊❤️🕊✼════┅┄

@cennetesqi
 
Allahın Peyğəmbəri (s):«Məni və Əhli-Beytimi (ə) sevən kəs,
gərək Allahın birinci nemətinə görə şükr etsin.» Ərz etdilər:«Birinci
nemət nədir?» Buyurdu:«Pak mövlud (halalzadəlik). Bizi, dünyaya pak
gələnlərdən (halalzadələrdən) başqa kimsə sevməz.»

Muşkatul-Ənvar, səh.81
İmam Əli (ə): «Allah qarşısında sizə ən vacib olan əməl Onun nemətlərinə şükr etmək və Onun razılığına səbəb olan şeyləri hazırlamaqdır.»

Ğurərul-Hikəm, hədis 3329
Durust ibn Əbu Mənsur Əbu Xaliddən, o da İmam Sadiqdən (ə) belə nəql edir: "Əgər qırx nəfərdən ibarət olan dəstə toplaşıb, Allaha bir iş üçün dua edərsə, Allah onların duasını qəbul edər. Əgər qırx nəfər deyil, dörd nəfər olsalar və bir iş üçün Allaha on dəfə dua etsələr, Allah-təala onların duasını qəbul edər. Əgər dörd nəfər deyil, bir nəfər olsa və bir iş üçün Allaha qırx dəfə dua etsə, yenilməz və böyük olan Allah onun duasını qəbul edər"
2025/07/01 11:45:34
Back to Top
HTML Embed Code: