Telegram Web Link
Bir çin hikmətində deyilir: Tayşan dağında oturub müqəddəs olmaq çox asandır. Bazarda oturub, müqəddəsliyini saxlamaq daha çətindir.
55👍20👏5
Deyir, bir zaman insanları anladığımı güman etmişdim. İndisə güman etdiyimi anlamışam.
37👍15
Hər bir insan bu üç şeyin siyahısını tutmalıdır:
1. Arzuları (hədəf)
2. Ehtiyac (hədəfə çatdıran vəsaitlər)
3. Özünü necə görmək istəyir ( - və + cəhətlər)
👍3518
Bir gün bir adam psixoloqun yanına gəlir və dərin depressiyada olduğunu deyir.Çox bitgin və ümidsiz , qəmgin həyat tərzinin onu uçuruma apardığını psixoloqa bildirəndən sonra,həkimin cavabı qısa və net olur: "Sizin dərdinizin çarəsi çox sadədir.Məşhur kloun Paqliaçi şəhərdədir.Onun əyləncələrini izləyin."
Xəstə həkimə deyir : " Həkim, həmin kloun Paqliaçi mənəm..."
©"Watchmen" filmindən.
👍30😢17
Evə gəlirsən, uşaq soruşur: "Mənə nə almısan?" Desən, ərzaq, meyvə-tərəvəz - qane olmayacaq, ağız büzəcək. Çünki xüsusilik istəyir. Mənə ümumi və müştərək şeydən danışma. Şəxsən məni nəzərə almısanmı?
Allahla bizim münasibətimiz də bu cürdür. Xüsusiliyi, dəyərli olmağı hiss etmək istəyirik.
52👍6
Bir nəfər danışırdı: Mən çox gözləyirdim ki, həyatım dəyişəcək. Amma sonra anladım ki, sən demə, o mənim dəyişməyimi gözləyirmiş...
46👍10
Qəşəng hikmətlərdir: Keçidən - ön tərəfdən, atdan - arxa tərəfdən, axmaq və cahildən isə - hər tərəfdən qorx.
Şirin olma, yeyərlər. Acı olma, tüpürərlər.
👍4814
Qorxma ki, alınmayacaq. Qorx ki, heç yoxlamamış olacaqsan.
👍2415
Psixoloq və psixpterapevtlərin ən çox işlətdiyi suallardan biri "nə hiss edirsən?" sualıdır. Yolgöstəricidir, tanıdıcıdır. Çox suala cavab tapmaq olur. Ən çox qaçdığımız sualdır.
👍228
Media is too big
VIEW IN TELEGRAM
İlahi, məni sevirsənmi
👍2510
Həzrət Peyğəmbər buyurub: Üç xüsusiyyət var ki, kim malik olsa, təsiri ona qayıdacaqdır:
1. Zülm etmək;
2. Aldatmaq;
3. Vədinə xilaf çıxmaq.
* Biz buna Bumeranq qanunu da deyirik.
43👍3
Deyir, həyat foto kimidir: gülümsədikdə daha yaxşı alınır
55👍18
Ac adamla həyatın mənası barədə danışmaq yersizdir, çünki onun daha çox yeməyə ehtiyacı var.
49👍10👏2
"Mühakimə etməyin, mühakimə olunarsınız; çünki hansı məhkəmə ilə ittiham edirsinizsə, o şəkildə ittiham olunacaqsınız, hansı ölçü ilə ölçürsünüzsə, o şəkildə də ölçüləcəksiniz". (Matfey, 1-2)
42👏2
Deyir ki, açıqsözlü olmaq çox yaxşıdır. Belə ki, daha sonra itirə biləcəyinizi bəribaşdan itirmiş olarsız.
👍2212👏2
Deyir, insanları xarici görünüşə görə təhqir etmək ən axmaq və xaincəsinə bir addımdır. Çünki insanlar hansı görünüşdə doğulacaqlarını seçmək iqtidarında deyillər.
👍2420👏2
İnsanların ən yaxşısı odur ki, sənin həyatına daxil olur və əvvəllər bulud gördüyün yerdə sənə günəşi göstərir. O insanlardır ki, sizə o qədər möhkəm inanırlar ki, nəticədə siz də özünüzə inanmağa başlayırsız. O insanlar ki, sizi sadəcə var olduğunuz üçün sevir və istəyirlər.
58👍5
Deyir ki, heç vaxt sevdiyin bir kəsi tərk edərək xoşlandığın insana tərəf getmə, çünki xoşlandığın insan bir gün səni tərk edərək sevdiyi kəs tərəfə gedəcəkdir.
👍2721👏2
Çox vaxt insanları maraqlandıran şeylər onlara aidiyyati olmayan şeylər olur.
38👏8
Vilyam Barkley deyir, hər bir insanın həyatında iki əsas əlamətdar gün var: Birinci - onun doğulduğu, ikinci isə - nə üçün doğulduğunu anladığı gündür.
32👍8👏2
2025/07/14 02:38:27
Back to Top
HTML Embed Code: