Çexov deyirdi, izaholunmaz bir şeydir - qəlb. Kimsə onun harada olduğunu bilmir. Amma hamı onun necə ağrıdığını bilir.
❤38👍3
Yaşamağa davam etməyə ümid yaranması üçün bəzən yaxşı insanla 15 dəqiqəlik ünsiyyət də kifayət edir.
👍30❤20🤝2
Güvənməməli olduğunuz 6 insan tipi:
1. Zarafat adı altında sizi təhqir edən insan növü. Xüsusilə də, bunu adam içində edir. Tək və başbaşa olduqda isə sakit durur.
2. Heç vaxt məsuliyyəti üzərinə götürməyən, problemə düşdükdə özünü yox, kimisə günahlandıran insan.
3. Davamlı olaraq sizin üçün yalnız ən yaxşısını istədiyini söyləyən insan. Lakin onun əməlləri bunun əksini göstərir.
4. Sözləri və hərəkətləri daim ziddiyyət təşkil edən şəxs. Təkcə sizinlə deyil, ətrafındakı hər hansı digər insanlarla münasibətdə də. Dili bir şey, əməli ayrı şey deyir.
5. Sizə əhəmiyyət verirmiş kimi davranan, ancaq daxilən bunu hiss etmədiyiniz bir insana etibar edə bilməzsiniz. Siz daxilən hiss edirsiniz ki, bu adamın belə etməkdə öz xeyri, məqsədi var.
6. Sizi hər cür təxribat edən, həyatınızı çətinləşdirən, lakin bütün hərəkətlərinə daim bəhanələr tapan insan. Bu da sizə lazım olan şey deyil.

❤20👍14
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Belə bir video çıxdı rastıma. İctimailəşib deyə, paylaşıram. Bilirsiz, nə qədər belə ailə var? Özü sevgi görməyib, övladına onu verə bilmir. Çoxumuz sevgini ifadə edə bilmirik. Uşaqlıqdan sevgi dozasını almayan uşaqlar böyüdükdən sonra bütün dünyanı dağıdırlar ki, o dozanı ala bilsinlər
💔20😢15❤8👍1
Uşaqları məktəbdən götürərkən hərdən görürəm ki, qızım sinif rəhbəri ilə qucaqlaşıb sağollaşır. Sinifdəki rəfiqələri də bir-birini qucaqlayırlar. Çox xoşum gəlir bu ənənədən.
Ümumiyyətlə, insanın bədən təmasına çox ehtiyacı var. Bunun ən sadəsi qucaqlaşmaq və toxunuşdur. Bəzən kimsə deyir: Kişi filan cür görüşməz, gərək belə etsin!
Siz Allah, girməyin insanların ömrünə. Zatən o qədər mənasız qaydalar yaxınları belə uzaqlaşdırdı.
"Ər-arvad qol-qola girməz, böyük yanında uşağı əzizləməzlər, qız uşağı atadan uzaq saxlanılmalı, atası tərəfindən qucaqlanmamalı, uşaq ikən qucağında oturmamalıdır. Maksimum ildə bir dəfə alnından maç".
Sonra bu sevgisiz böyüyən qızlar bədbəxt böyüyür, hər küçədən keçənin "səni sevirəm" sözünə inanır, təsadüfi ailələr qurur, tək qalmaqdan qorxur və s.
Ata öz qızını sevgi ilə böyütsə, qız kənara tox böyüyəcək. Ata qızını döysə, başqası da döyəcək və bu, normal sayılacaq. Atanın sevdiyi qızı hər kəs sevəcək.
Əgər evdə uşaqlar valideynlərinin evdən çıxarkən, gələrkən görüşüb iltifat etdiklərini görsələr, tamam başqa cür böyüyürlər.
Bizdə isə hissi göstərmə! Bu, acizlikdir - deyilir. Belə şeylərdə qürurlu olmaq öyrədilir. Sonra ölüm-itim olduqda isə abidə qoyub ağlayır və ey kaş deyirlər.

❤27👍18👏2😍2
Mənə həmişə Şərqdə ilk demokratik bir respublika qurulması maraqlı və qürurverici gəlib. Azərbaycan Xalq Cumhuriyyətinin qurulması ilə fəxr etmişəm. Çünki örnək və nümunə olmuşuq. Bəlkə də ilk dəfə hamıdan ilkə imza atmışıq. Deyərsiniz ki, yenə məsələni dinə çəkir. Lakin qadınlara səs vermək hüququnu tanımaq, mütəxəssis yetişdirmək üçün qərb ölkələrinə tələbə yollamaq, hər sahə üzrə öz mütəxəssisini təyin etmək və s.
Bəli, bunları müsəlman kimliklə etdilər. Nə dinin dövlətçiliyə, nə də əksinə olmağın mane olmadığını sübut etdilər. Bu qədər sivil, düşüncəli, qərarlı, müstəqil.. dini siyasətə alət etməmək, yerlibazlıq yox, hər bölgəyə dəyər vermək və s
Həqiqətən də həmişə fəxr edirəm ki bizim belə əcdadlarımız olub. Cumhuriyyətimiz mübarək!

👍27❤10👎1
Həzrət Əli (ə) oğlu İmam Hüseynə (ə) nəsihət edərkən gözəl bir ifadə işlədib: "Oğul, günahkarı naümid etmə. Nə çox günaha aludə olmuş vardır ki, sonu xeyirlə nəticələnib və nə çox əməlinə yönəlmiş (yaxşılıq edən) kəs vardır ki, ömrünün sonunda fəsada uğrayaraq, Cəhənnəmə düşüb. Onun əməlindən Allaha pənah aparırıq!"
Yanaşma tərzinə baxın, bir günahkar görən kimi dərhal onu Cəhənnəmə göndərməyə hazırıq. Qovaq, üzünə tüpürək, geriyə yol buraxmayaq. Nəticədə o insanlar ümidlərini itirir və batdıqca batırlar.
Hələ, indiki dövrdə qəsdən günah etməsi bizə sabit olmadığı halda, bir pisliyini görmədiyimiz adamları da cəhənnəmə yola salmağa hazırıq. Bundan danışmağa dəyməz.

👍13💔13❤12
Bir məsələ var ki, insanların çoxu dəbə meyillidir. Ona görə Allah Quranda dəfələrlə deyir ki, çoxluğun ardınca getmə. Allah istəsəydi, hamını vahid ümmət edərdi və s. Allah kəmiyyət yox, keyfiyyət istəyir. Bədr döyüşündəki kimi. Ondan sonra şəxsi məqəsdlər İslam toplumunda üzə çıxmağa başladı. Bunu niyə deyirəm?
Müasir dünya trendində olan mövzular var ki, bəzi qüvvələr qəsdən gəncləri o mərama uyğun yetişdirmək istəyirlər. O mövzulardan çək, sənə hər şey hazırdır: "arzular ölkəsi", baxış, güzəşt və s. Amma etməsən, sənə məhdudiyyət qoyacağıq.
Bilmirlər ki, necə əks təsir edir. Yəni nə?
Məsələn qaradəriləri qabardıb, digərlərini alçaldırlar. Bu yaxınlarda Romeo və Culyettada qızı qaradərili aktrisa seçmişdilər. Bu isə fəsad verdi. Bəs niyə məhv etdiyiniz qızılıdərililəri qabartmırsız? Cinsi azlıqları qaldırıb hetero olanları əzirlər. Hər yanda saxta güclü, azad qadın obrazları yaradıb, kişilərin alçaq və murdar olduqlarını göstərirlər. Mən hər küçədə gedəndə nə qədər siqaret çəkən xanım görürəm. Siqaret çəkmək cəsarət deyil, bəlkə, çəkməmək daha cəsarətlidir. Kişi olsun, ya qadın.
Sonraya gəlincə, ABŞ hökümətinin fələstinli körpələrin qanına şərik olması orada da böyük etirazlara səbəb olur. Axı bu körpələrdən nə istəyirsiz? Hanı siz azadlıq tərəfdarı idiniz? Bu qocaların, qadınların, körpələrin günahı nədir?
Bu trendi yaradıblar, bilmirlər ki, əvəzində ayrı trend yaranıb. Sosial şəbəkələrdə bilsəniz ki, nə qədər Adolf Hitlerin videoları paylaşılır, milyonlarla layk yığılır, şərhlər yazılır. Ərəblərdən tutmuş, ruslara qədər. Yeni nasizm cərəyanının yaradılmasına səbəb olurlar. Camaat sual verir ki, bəlkə Hitler bizə yanlış tanıtdırılıb, onun barəsində qalib kəslər yazıblar. Bəlkə elə haqlı idi?
Yəni Quran deyir ki, nə əməl etsən, onu görəcəksən. Demir, təsirini. Deyir özünü. Siz ki, dünyada fəsad yaratmağa can atır, günahsız insanları min bəhanə ilə öldürürsünüzsə, bu sizə mütləq qayıdacaq. Mütləq.

👍24❤5💯5
O vaxt bir çıxışa qulaq asmışdım və orada deyirdi ki, həyatınızın bərbad keçməsi hər şeyi müftə və oğurluq əldə etməyə görədir. Yəni, kitab çıxır, pulsuz və pdf variantını axtarırsan, film çıxır pirat yolla internet saytlarından axtarırsan, yaxud proqram çıxan kimi, sındırılmış versiyasını axtarırsan.
O vaxt ki, başqalarının zəhmətini dəyərləndirdin və özünə hörmət etməyə başladın, həyatın dəyişəcək. Yəni get filmə kinoteatrda bax, imkanın çatmır, baxma. Amma oğru yollara əl atma! Play marketə gir, xoşun gəlsə, pullusunu əldə et. Əslində xərci elə də çox deyil bunların.
Daha sonra ətrafımdakı insanlara baxdım. O insanlar ki, məsələn, öz zəhmətləri ilə əldə etməyə çalışırlar, Allah elə bil, yox yerdən onlara bu fürsəti verir. Elə kasıb uşaqlar tanıyırdım ki, varıdırsa edirdi, yoxudursa etmirdi. O uşaqların indi öz evləri, maşınları, imkanları var.
O adamlar ki, daim başqasına yük olur, istifadə edirdilər, yenə o vəziyyətdədirlər. Kimsə çıxsın və etsin mənim üçün.
Adam tanıyıram, elə də imkanı yox idi. Öz imkanına ziyarətlərə getməyə cəhd edirdi. İnanın bütün ziyarətlərə getdi. Özü yığır, bir də görürsən, hansısa məqamda kimsə çıxır, çatmırsa, kömək edir. İdeal zamanı gözləyirsən ki, kimsə edər, aylar-illər keçir. Sən dad edirsən ki, kimsə istedada dəyər vermir, axı müsəlmanlar bir-birinə dəstək olmalıdırlar, nə bilim daha nələr, haqqı kənarda axtarırsan.
Amma elə ki, İbrahim kimi tək ümmət olmağa çalışdın, baho, Allah onda möcüzələri ard-arda göstərəcək.
Kasıblıq, zənginlik, zəiflik, güclülük - hamısı insanın düşüncələrinin nəticəsidir.
Quran deyir, insana yalnız öz zəhməti qalar.
Nəsə deyəcəkdim, müqəddiməni dedim, sonrası yadımdan çıxdı. Yəqin belə məsləhətdir.

❤26👍16🤝2💯1
Yeni bir araşdırmaya görə, Amerika alimləri müəyyən ediblər ki, həftədə ən azı iki dəfə bağçılıqla məşğul olan qadınlarda stres, narahatlıq və depressiya əlamətləri azalır.
❤29👍12😐1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍21❤10
Bu, insan münasibətlərində ən yayılmış modeldir. Belə bir üçbucağın iştirakçıları iki, üç və daha çox insandan ibarət ola bilər. Sistem belədir:
O, passivdir və əziyyət çəkir. Bacarmır, yorulur, həyatdan qorxur və ən pisini gözləyir.
Onun enerjisi də sıfıra yaxındır - o, daim tənqid və nəzarət etmə ehtiyacı, gərginlik içində yaşayır. O da narahatdır, amma burada kompas qurbanınkı kimi ümidsizlik üzərində deyil, qəzəb üzərindədir.
Onun qurbana yazığı gəlir və diktatora qəzəblidir. Xilas edən vəziyyəti həll etməyi öz borcu sayır, amma yaxşı niyyət üzündən yox, sadəcə missiyasının zəruriliyinə əmin olmaq və özünü təsdiq etmək üçün.
Bu necə işləyir?
Diktator qurbanı tənqid edir və onu əzir, qurban isə əziyyət çəkir, xilaskar isə onu müdafiə etməyə qaçır. Amma əslində onun ehtiyacı başqadır, qurban nəticədə onun köməyinin yetərsiz olduğunu iddia edə bilər və xilaskar özü qurbana çevrilir. Qurban isə, müvafiq olaraq, diktatora çevrilir.
Rolların bu cür dəyişməsi sonsuz ola bilər. Üçbucağın iştirakçıları ondan çıxa bilmirlər, çünki hər biri öz bədbəxtliyində başqasını günahlandırır və öz məqsədlərini güdür.
Belə bir münasibət tipi haradan qaynaqlanır? Uşaqlıqdan: uşaq dünyaya və təhlükəsizliyə qarşı güvən hissi almadıqda, habelə valideynlərindən asılılıqdan qurtula bilmədikdə. O, öz gücünə güvənməyi, özünü ifadə etməyi, başqasından qiymət gözləməməyi, öz emosiyalarını açıq şəkildə ifadə etməyi, özünü və başqalarını obyektiv qiymətləndirməyi bacarmır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍22
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍23❤5
Bir gün payız vaxtı bir boz ördək gölünün kənarında oturmuşdu və ucadan şikayət edirdi:
– Mən necə də bədbəxtəm. Yayda yemək tapmaq üçün göldə gəz, payızda isə ayaqlarını qızdırmaq üçün yer axtar. Qışı isə soyuqda və aclıqda keçirmək məcburiyyətindəyəm.
Gözəl ağ bir quş uçaraq bu iniltiləri eşitdi və onun yanında oturdu:
– Ay ördək, kədərlənmə. Gəl mənimlə birlikdə isti ölkəyə uçaq. Orada həmişə yaydır, gözəl göllər və il boyu çoxlu yemək var. Orada sənə yaxşı olacaq.
– Gedə bilmərəm, isti ölkə çox uzaqdır. Mənim qanadlarım yorulacaq, düşəcəyəm və həlak olacağam.
– Narahat olma, əgər yorulsan, səni kürəyimə qoyar, apararam.
– Xeyr, gedə bilmərəm. Orada nə edəcəyəm, harada yaşayacağam?
– Sənə böyük bir göl göstərəcəyəm, orada tox və rahat olacaqsan.
– Xeyr, – ördək ah çəkdi, – yad ölkədə təkbaşına kədərli olacağam.
– Mən sənə bir yaşılbaş, erkək ördək dost tapacağam, – quş ona təsəlli verərək gülümsədi.
– Hə, əgər o, pis olsa və mənə zərər versə?
– Narahat olma, mən sənə öyrədəcəyəm ki, ancaq yaxşıları ilə qarşılaşasan.
– Elə şey olmur, – ördək ah çəkdi.
– Əşi get, cəhənnəm ol! – quş əsəbiləşdi, qanadlarını silkələdi və uçdu.
Boz ördək kədərli halda başını yelləyərək gölün kənarında qaldı:
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍20😁7😐3❤2
Mən məktəbi bitirərkən kim olacağımı bilmirdim. Ümumiyyətlə həyat boyu tapa bilməmişəm və bunu nöqsan bilir, daim özümü danlayırdım. Hətta təzəlikcə yenidən uni oxumaq istədim. Amma gördüm ki, ixtisas seçməkdə yenə çətinlik çəkirəm. Sonra qəfil rastıma Barbara Şerin mənim tipli insanları adlandırdığı ifadə çıxdı: Skaner insan.
Tarixdə çox belə adam olub. Hər şeyi öyrənsin, hər şeyin dadına baxsın, fərqli ixtisasları yoxlasın və bir işdə bir neçə ixtisası cəm etsin.
Cəmiyyət bunu qəbul etmir, fəlakətə apardığını, karyera qurmağın mümkün olmadığını deyirlər.
Amma müasir dünya başqa yönə gedir. Skaner insan çoxtərəfli olduğunu qəbul etsə, probleminin 90 faizi itir. Nəticədə Allahın verdiyi xüsusiyyətdir. Gözəldir. Buna görə qəmgin olmağa dəyməz.
Bunu - skaner insanlar üçün yazdım.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍30❤10👏2
Bəzən kor sevgi və inanc adamı bu hala salır. Sonra sevgiyə də nifrət edir, Allaha da.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢15👍6