Məncə müvəffəqiyyətin bizim öhdəmizdə olan ən bəsit formullarından ikisi budur. Kərbəla hadisəsində də var:
1. Hər şeyi vaxtında et. Təxirə salsan, geciksən peşman olacaqsan. Həbib ibn Müzahir vaxt itirmədi, gecə ikən getdi qoşuldu İmam Hüseynə. Həm də qoca kişi.
Lakin on minlərlə adam xeyli düşündükləri üçün sonradan çox pis peşman oldular. Bəziləri Təvvabinə qoşuldu. Amma gec idi. Vaxtında edilməyən iş adamdan pis intiqam alır. Vaxtında axıdılmayan tər sonradan adamın gözündən çıxır.
2. Tökdüyünü yığışdır. Bəli, bir işi gördüksə, məsuliyyətini də çəkməliyik. Gündəlik həyatımızda əgər dərhal yığışdırsaq, zir-zibil, problem yaranmaz. Zibili xalçanın altına yığmaqla, qazanın içini yuyub hisini təmizləməməklə iş düzəlmir.
Bəli, İmam Hüseynin qarşısını kəsən adamlardan biri Hürr idi. İmamı Kərbəla çölünə o apardı. Amma sonra yezidçilərin İmamı öldürmək niyyətində olduqlarını gördükdə peşman oldu. Lakin iş-işdən keçmişdi. Qaçmadı, qürur saxlamadı. Getdi yıxıldı İmamın ayaqlarına ki, mən səbəb olmuşam. Bağışla, tövbə edirəm, icazə ver buna qarşı çıxım. Yəni dərhal tökdüyünü gücü çatacaq tərzdə yığmağa çalışdı. Edə bildimi? Xeyr. Amma hürriyyətə çatdı. Çünki azadlıq bax budur. Məsuliyyətdən qaçmamaq.

👍37❤12😢3
Bir ustadın belə dediyini eşitdim:
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍38❤12👏3💔2
Olub ki, bir neçə nəfərə deyəndə ki: "din sənə xidmət üçün gəlib" - çaşıb qalıb. Necə yəni, o necə olur? Mən lap əvvəl belə düşünürdüm ki, din ancaq məni istismar üçündür. Kimə baxırdım, hamı özünə çağırırdı. Mənə gəl, mənə itaət et, ver, ver, ver... Bəs sən mənə nə verirsən?
Bu gün kütləvi şəkildə uzaqlaşmaq bunun fəsadlarıdır. Sən mənə nə verirsən? Ümumiyyətlə, sən özün mənəvi nəyə nail olmusan ki, mənə də nə verəsən?
Amma sonra müxtəlif kitablardan oxudum ki, Allah mənim xoşbəxtliyimi istəyir. Bu cür görmək istəyir. Desəniz ki, özündən psixoloji hal uydurmusan. Xub, bəhs edə bilərik. İş orasıdır ki, istəmirəm dedikdə, mənə deyilir ki, sənə yol göstərilib, istər təşəkkür et, istər ermə. Amma qayıtmaq istəsən, burdayam. Gedirsən, hər zibili edirsən, görürsən, yox, qayıdırsan Allahın ağuşuna. Görürsən elə orda olmusan.
Ona görə də, mən bu konsepsiyanın tərəfdarıyam. Yəni bu qiraətin. Dinin insanlara xidmət konsepsiyasının. Sənin məktəbin həyat dəyişdirməlidir. Buyur, iddianı qoy kənara.
Bunu eşidən neçə-neçə insanın çaşıb qaldığını görmüşəm. Bir gün də de ki, Peyğəmbər sənə görə gəlib. İmam sənin üçündür. Nəinki sən kimlər üçünsə. Axı Quran da deyir. Nəsihət - xeyir və yaxşılıq istəməkdir. Hər şey bunun üzərində qurulub. Göstər nasih olduğunu.

❤19👏7👍6
Bu, Conni Kindir. Onun 36 yaşı var. Uşaqlıqda özünəinamdan əziyyət çəkirdi. Lakin özünü ələ almağı bacardı. O, ABŞ HDQ-nin Xüsusi Təyinatlıları sırasına qatıldı. Bu. ona az gəldi və həkim olmağı qərara aldı. Buna görə də Harvardı bitirdi. Sonra öz gücünü NASA-da sınamaq istədi. 18000-dən çox müraciət edənlərin arasından onu seçdilər. İndi Conni kosmosa uçuşunu gözləyir.
Belə bir adamın nəvələrinə danışacağı çox şey var.
Özünü axtaran adam belə olur. Özünü hər sahədə yoxlayır. Bu, heç də eyib deyil. Bir yerdə dayanmır, axtarışına davam edir.
Belə bir adamın nəvələrinə danışacağı çox şey var.
Özünü axtaran adam belə olur. Özünü hər sahədə yoxlayır. Bu, heç də eyib deyil. Bir yerdə dayanmır, axtarışına davam edir.
👍44👏4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍19❤4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏32👍22💯3🤝1
Bilirsiz, çox vaxt ilahi iradəni unuduruq. İnsan elə bilir hər şey nəzarəti altındadır. Qəfil, olmayacaq bir hadisə baş verir, aləm dəyir bir-birinə. Kimsə ilahi müdaxilənin nə olacağını, hansı istiqamətə aparacağını bilmir. Sadəcə unutmaq lazım deyil ki, sən hər şeyi nəzarətin altında saxlaya bilməzsən. Hər şey müvəqqətidir. İşini buna görə qur.
👍28❤10🤔1🤝1
Peyğəmbər (s) və məşvərətə önəm vermək
🗣 Heç kim üçün Peyğəmbər (s) qədər istibdad və diktatorluq etmək imkanı yaranmamışdı. Amma o, heç vaxt ictimai işlərdə diktatorluq etməmiş və insanları demokratiyaya alışdırmağa çalışmışdır. Peyğəmbərin məşvərət etməsi ilə bağlı bir çox əhvalatlar mövcuddur. O, insanların rəy, nəzər, fikir və əqidələrini qiymətləndirər, onlarla fikir mübadiləsi edərdi. Baxmayaraq ki, vəhy aləmi ilə əlaqədə idi.
⚡️ Bir dəfə bazar adamlarından biri dedi: “Bir dəfə bir iş üçün bir qrup adamla nüfuzlu din xadimlərindən birinin hüzuruna getdik. O bizə dedi: “Əvvəlcə deyin ki, məndən göstəriş almağa gəlmisiniz, yoxsa göstəriş verməyə?” Biz susub cavabsız qaldıq”.
⚡️ Bu hekayəni eşidəndən sonra düşündüm: “Kaş deyərdilər ki, başqa bir yol da var və bu da qarşılıqlı fikir mübadiləsi və məşvərətdir.
📄 Ustad Mütəhhərinin qeydləri, c.9, s.139
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9❤4
Allah onların atalarına mükafat versin! Onlardan hər hansı biri döyüş meydanlarında məndən daha təcrübəli və qabaqcıl olmuşdurmu? Mən döyüşə hazırlandığımda (və döyüşə girdiyimdə) hələ iyirmi yaşımı tamamlamamışdım. İndi isə altmış yaşı keçmişəm. Amma nə edə bilərəm? Əmrinə itaət edilməyən kəsin heç bir plan və tədbiri olmaz (Nə qədər təcrübəli və məlumatlı olsa da, işi bir yerə çatmaz). (Nəhcül-Bəlağə, xütbə 27)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤25💔7👍2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤26
👉Buna görə də, Quranla ziddiyyət təşkil edəni bizə aid etməyin. Biz bir şey danışdıqda Qurana və sünnəyə uyğun danışırıq. Biz Allah və Onun Rəsulundan danışırıq (nəql edirik) və “filankəs və filankəs belə dedi” - demirik ki, sözlərimiz bir-biri ilə ziddiyyət təşkil etsin. Sonuncumuzun sözü birincimizin sözü kimidir. Eləcə də birincimizin sözü sonuncumuzun sözü ilə uyğundur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18👍4
Əgər kimdəsə alınıbsa, bu, o demək deyil ki səndə də mütləq alınacaq. Eləcə də, kimdəsə alınmayıbsa, o demək deyil ki, səndə də mütləq alınmayacaq.
👏21❤15👍13🤝4
Sonra özlüyümdə düşünürəm. Fərid, niyə Allahla belə biznes qurmursan? Axı, Allah da deyir ki, bunu etsən, filan şey cibindədir. Bir şərtlə ki, o əməli zay etməyib mənə çatdıra biləsən.
Hətta sən özün də çellenc edə bilərsən. Deyə bilərsən ki, ay Allah, mən oğluma on manat verdim. Amma gəl mən özüm oxuyum, sən mənə filan şeyi ver. Sən hətta mükafatı özün də təyin edə bilərsən. İstənilən yaxşı əməli də.
Belə şey heç yerdə yoxdur. Hamı öz marağına sənə iş gördürəcək, öz istədiyini verəcək. Allah isə razıdır ki, təki sən onunla iç gör. Əməli də, qazancı da özün seç.
Müşahidə və mütaliələr onu göstərir ki, dünyanın həqiqi zəngin adamları yalnız Allahla iş görənlərdir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍36❤4👏3
Tənqidlə əhatə olunan uşaq mühakimə etməyi və günahlandırmağı öyrənir.
İstehza və rişxəndlə əhatə olunan uşaq heç kəsə etibar etməyən, şübhəli biri olmağı öyrənir.
Qəzəb, kin ilə əhatə olunan uşaq başqalarına acı verməyi öyrənir.
Düşmənliklə əhatə olunan uşaq düşmənləri görməyi öyrənir.
Anlaşılmazlıqla əhatə olunan uşaq başqalarını eşitməməyi öyrənir.
Yalanla öyrəşən uşaq yalan danışmağı öyrənir.
Rüsvayçılıqla əhatə olunan uşaq təqsir hiss etməyi öyrənir.
Amma, eyni zamanda:
Himayə və arxa-dayaqla əhatə olunan uşaq müdafiə etməyi öyrənir.
İntizar, ümidlə əhatə olunmuş uşaq səbr etməyi öyrənir.
Təqdir olunan, zəhməti dəyərləndirilən uşaq xatircəm, əzmli olmağı öyrənir.
Vicdan və dürüstlüklə əhatə olunmuş uşaq ədalətli olmağı öyrənir.
Təhlükəsizliklə əhatə olunmuş uşaq etibar və inamı öyrənir.
Dəyər verilən uşaq özünə hörmət etməyi öyrənir.
Sevgi ilə əhatə olunmuş uşaq sevib, sevgi bəxş etməyi öyrənir.
Seçim azadlığı ilə əhatə olunmuş uşaq öz qərarlarına görə məsuliyyət daşımağı öyrənir.
/Arxiv/

👍34❤5👏2🔥1
Həqiqət - olduqca qəribə şeydir. Əvvəlcə onu tanımaq üçün çoxlu vaxt sərf edirik, sonra isə qalan ömrümüzü onu unutmağa sərf edirik.
👍27❤11👏2
"Bilin ki, insanların sizə olan ehtiyacı Allahın nemətlərindəndir. Bu nemətlərdən bezməyin və narahat olmayın, yoxsa qəzəb şəklinə çevrilər (bəla şəklində üstünüzə qayıda bilər)”.
/İmam Hüseyn/
/İmam Hüseyn/
❤34👍4