Telegram Web Link
Öz dəyərini bilməyən adam başqasının dəyərini heç bilməz.

– İmam Əli | Nəhcül-bəlağə
🗃 "Əgər qutuya almaz qoyulsa, sandıq olacaq. Əgər qutuya bir parça zibil qoyulsa, zibil qabı olacaq. Biz başımıza nə qoyuruqsa, oyuq."

✏️Bernard Şou
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Bu, Mari Smitdir. O, "oyadıcı" olaraq işləyərək həftədə 6 pens qazanırdı.

Bu qadın (və digər belə işçilər) qurudulmuş noxudu insanların pəncərələrinə tüpürürdülər və "müştərinin" oyandığına əmin olmadan getmirdilər. O zamanlar zəngli saatlar bahalı idi. Şərqi London, 1930-cu illər.
Zəngli saatdan istifadə edirsiz?
Anonymous Poll
70%
1. Bəli
24%
2. Xeyr
6%
3. Qoşsam da, yatıb qalıram
Media is too big
VIEW IN TELEGRAM
Fatimə xanımın duasından incilər
🔴 Ey oğul, günahkarı naümid etmə. Nə qədər günaha düşkün adam var ki, onun üçün xeyir xətm olunar (yəni sonu xeyirli olar) və nə qədər diqqətini əməlinə yönəldən var ki, axır ömründə fəsadverici olar və Oda doğru hərəkət edər (cəhənnəmlik olar)
👉İmam Əlinin oğlu İmam Həsənə nəsihətindən
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💬"Özünü tanımaqda aciz olan kəs, öz Xaliqini tanımaqda daha aciz olar. Özünü tanıyan Rəbbini tanıyar".
👉İmam Əli
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤫 Sükut – Qızıldır

1. Kimsə sizə söhbəti bitirməyə imkan verməyəndə, sadəcə sükut edin.

2. Hər kəs eyni anda danışanda – sükut edin.

3. Kimsə öz hisslərini ifadə etmək istəyirsə, sadəcə sükut edin.

4. Özünüzdə cavab axtararkən, sükut edin.

5. Möhtəşəm bir anı yaşayırsınızsa, sadəcə sükut edin.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
➡️ İmam Əli (ə) buyurub: "Təəccüb edirəm o kəsə ki, hər gün canı və ömrü azalır, lakin buna baxmayaraq, ölümə hazırlaşmır."

📚 "Ğurərül-Hikəm", hədis 6253
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Adını özünüz seçə bilərsiz
❤️Bir insan digərinə nə verir?

O, özünü, sahib olduğu ən dəyərli şeyi - həyatını verir. Bu, mütləq həyatını digərinin yolunda fəda etməsi demək deyil - o, özündə olan canlılığı, sevincini, maraqlarını, anlayışını, biliklərini, sevincini, kədərini - həyatının bütün təzahürlərini paylaşır. Beləliklə, həyatını paylaşaraq o, digər insanı zənginləşdirir, onun həyat gücünü artırır və öz yaşadığını daha dərin şəkildə hiss etməyə imkan yaradır.

🔖Erich Fromm, "Sevmək Sənəti"
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4 saat yaşamaq üçün 8 saat işləyirsən.
1 günün dadını çıxarmaq üçün 6 gün işləyirsən.
15 dəqiqə təam yemək üçün 8 saat işləyirsən.
5 saat dinc qalmaq üçün 8 saat yatırsan.
Sadəcə bir və ya iki həftə istirahət etmək üçün bütün il boyunca işləyirsən.
Qocalıqda təqaüdə çıxmaq üçün bütün həyatın boyunca işləyirsən.
Və yalnız son nəfəsini düşünəndə həyatın özünü unutmağa yönəlmiş bir parodiyadan başqa bir şey olmadığını anlayırsan.
Maddi və ictimai köləliyə o qədər öyrəşmişik ki, artıq zəncirləri görmürük...
Həyat qısa bir səyahətdir, onu yaşa.
📄 Bir sıra mənbələrdə Cabirin belə dediyi nəql olunub (zəruri yerlərini qeyd edirəm): "Eşitdim ki, Allahın Rəsulu vəfatından üç gün öncə Əliyə dedi: "Salam olsun sənə, ey iki gözəl çiçəyin (Həsən və Hüseynin) atası! Sənə dünya həyatındakı iki gözəl çiçəyimi vəsiyyət edirəm (onları sənə tapşırıram). Tezliklə (həyatındakı) iki sütunun sarsılacaq".

Peyğəmbər (s) vəfat etdikdə Əli (ə) buyurdu: "Bu, Peyğəmbərin mənə dediyi iki sütundan biridir".
Həzrət Fatimə (s.ə) dünyasını dəyişdikdə isə belə dedi: "Bu da Allah Rəsulunun bəhs etdiyi ikinci sütundur".
***
🔸 İmam Əlinin üçün həzrət Fatimənin müsibəti son dərəcə ağrılı və acı olsa da, Peyğəmbərin vəfatı ondan daha ağır və dözülməz idi. Peyğəmbərin vəfatı ilə İmam Əli (ə) üçün bu ağrını qəbul etmək Zəhranın (s.ə) müsibətinə dözmək üçün bir zəmin hazırlamışdı. Şübhəsiz ki, İmam Əli (ə) üçün Peyğəmbərin (s) vəfatından daha ağır bir müsibət olmamışdı.

İmam Əli özünə ata, rəhbər, müəllim, dəstəkçi olan Peyğəmbəri itirməklə həyatının bir sütunu dağıldı. Dəyərli və misilsiz həyat yoldaşı, Peyğəmbərin yadigarı həzrət Fatiməni itirməklə həyatının digər sütunu dağıldı. Bundan sonrakı İmam Əlinin dünyagörüşü, həyat tərzi bunu çox gözəl göstərir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Deyir, Mən bilirəm ki, hər şey yaxşı olacaq... Amma bəzən kiminsə bunu təsdiqləməsini istəyirəm...🎈
Əziz izləyicilər, mən özüm görə bilməsəm də, güman ki, kanalımda reklamlar görsənir. Reklamın təyinatı mənə aid deyil. Mən seçmirəm. Telegramın özünə aiddir. İmkan tapıb onu deaktiv edəcəyəm. İndi fərqinə varmışam. Narahatlığa görə üzrlü bilin ❤️
PS: Təəssüf ki, edə bilmədim. Deyir, kanal 50 ci mərhələyə çatdıqdan sonra mümkündür
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Evində nə qədər böyük yer olduğunun əhəmiyyəti yoxdur, Əhəmiyyətli olan orada nə qədər xoşbəxtliyin olmasıdır...
"Heç kim heç kimi itirə bilməz, çünki heç kim heç kimə məxsus deyil."
Paulo Koelho, "On Bir Dəqiqə"
Kədər normal emosiyadır. Hətta seçimdir. Bəzən adam sadəcə kədərlənmək istəyir. Auranı da (film, musiqi və s) elə edir ki, kədərli olsun. Melanxolik adamlardan danışmıram. Kədər seçimdirsə, deməli, sevinc də seçimdir. Halbuki biz ikinciyə çox az müraciət edirik. Kədərin açdığı bucaqlar varsa, sevincin də əl-əlbət var.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Arktik adada unudulan aşpaz qadının hekayəsi: Adaya tək başına ağ ayılar arasında sağ qalmaq necə müyəssər oldu?

Arktikanın fəthi dövründə hətta ən güclü kişilər belə sərt şəraitə tab gətirə bilmirdilər. Buna görə də 23 yaşlı Ada Bleccekin 1921-ci ildə ailəsi üçün pul qazanmaq məqsədilə Arktikaya getməsi və orada ağ ayılar arasında bir il yarım unudulması heyrətamizdir.

Eskimos ailəsində doğulan Ada çox gec təhsil almağa başladı. O, ingilis dilini öyrəndikdən sonra həyatında dəyişikliklər oldu. Əri tərəfindən atılan və ağır xəstə olan kiçik övladına tək başına baxmağa çalışan Ada, Arktikaya təşkil olunan ekspedisiyada aşpaz və tikişçi kimi işləmək təklifi aldı. Ayda 50 dollar maaş vəd olunmuşdu ki, bu məbləğ o dövr üçün çox yüksək idi. Lakin hər şey planlaşdırıldığı kimi getmədi.

İlk aylar ərzində ərzaq ehtiyatları tükənmədiyindən vəziyyət nisbətən normal idi. Lakin çətin hava şəraiti və ətrafda dolaşan ağ ayılar komandaya böyük qorxu gətirirdi. Ekspedisiya üzvləri Adaya atəş səslərindən qorxduğu üçün zarafat edirdilər. Ancaq Ada yaxınlaşan təhlükəni hiss edirdi.

Təhlükə çox çəkmədi. Gözlənilən gəmilər ərzaq gətirmək üçün gəlmədilər. Bir neçə ay sonra ekspedisiya üzvlərinin əksəriyyəti vəziyyətdən çıxış yolu tapmaq üçün yürüşə başlayaraq, ağır xəstə olan Lorn Naytı və Adayı orada qoyub getdilər. Onlar 1000 kilometr məsafəni qət edib kömək göndərməyə çalışdılar, lakin heç vaxt geri dönmədilər və onların taleyi naməlum qaldı.

Ada isə Naytın ölümündən sonra tamamilə tək qaldı. Ağır şərait, qütb gecələri və ətrafda dolaşan ağ ayılar arasında sağ qalmaq üçün ona yalnız övladı haqqında düşünmək güc verirdi. Öləcəyini düşündüyü üçün vəsiyyətnamə yazaraq qazandığı pulları anası və bacısı arasında bölüşdürməyi vəsiyyət etdi.

O, ağlını itirməmək üçün gündəlik işlərdən başqa, qütb tülkülərinin dərilərini hazırlayır, gündəlik yazır və fotoşəkillər çəkirdi. Ağ ayılardan qorxusunu dəf edərək silahdan istifadə etməyi və ov etməyi öyrəndi.

Nəhayət, bir il yarım sonra yeni ekspedisiya gəmisi gəldikdə, Ada sağ qalmışdı. Onu sağ-salamat görən ekipaj üzvləri təəccübləndilər və ona daha yüksək maaş təklif edərək qalmasını istədilər. Lakin Ada onları qətiyyətlə rədd etdi.

Evə qayıtdıqdan sonra Ada Bleccek qəhrəman kimi qarşılandı, lakin o, şöhrətdən uzaq durmağa çalışırdı. Qazandığı pulu toplayaraq övladına qovuşdu, yenidən ailə qurdu və bir övladı da dünyaya gətirdi. Çətin həyatına baxmayaraq, Ada 85 il yaşadı və ümid edirik ki, həyatının əksər hissəsi xoşbəxt keçib.
2025/07/05 20:20:57
Back to Top
HTML Embed Code: