Telegram Web Link
Skripkaçı 45 dəqiqə Nyu-York metrosunda ifa etdi.

Bir neçə nəfər dayandı, çox az adam alqışladı, və skripkaçı cəmi 30 dollar çaypulu topladı.
Heç kim bilmirdi ki, bu skripkaçı dünyanın ən yaxşı musiqiçilərindən biri sayılan Coşua Bell idi.

Coşua Bell metroda 3,5 milyon dollar dəyərində olan skripkası ilə tarixdə ən çətin əsərlərdən birini ifa etdi.

Bundan iki gün əvvəl isə Coşua Bell Boston teatrında çıxış etmişdi və teatrın bütün biletləri satılmışdı. Orada orta qiymət çox yüksək idi.

Bu təcrübə sübut etdi ki, qeyri-adi olan adi mühitdə parlamır və çox vaxt nəzərdən qaçır. Onun dəyəri çox vaxt dərk edilmir.

Hər yerdə istedadlı insanlar var, lakin onlar layiq olduqları mərifət və mükafatı almırlar. Yalnız onlar öz dəyərlərini tanıyıb, onlara uyğun olmayan mühitdən çıxdıqda, çiçəklənib inkişaf edə bilirlər.

İntuisiyan sənə nəsə deyir. Əgər o deyirsə ki, sən olduğun yerdə yetərincə dəyər görmürsən, onu dinlə!

Səni dəyərləndirən və qiymət verən yerə get.
Öz dəyərini bil!
Media is too big
VIEW IN TELEGRAM
Qafil olduğumuz nemətlər
Media is too big
VIEW IN TELEGRAM
Allahın neməti yadınıza düşdükdə
Hər iki mağazada konfetlərin qiyməti təxminən eyni idi, lakin uşaqlar bir mağazanı çox sevirdilər, digərin isə o qədər də sevmirdilər.
Niyə?
Çünki bir mağazada uşaq deyirdi:

– Mənə 300 qram konfet, – və satıcı əvvəlcə tərəziyə çox konfet, məsələn, 500 qram qoyurdu, sonra isə konfetləri azaldırdı, ta ki 300 qram olana qədər. Uşaq isə baxırdı ki, tərəzidəki konfetlərin miqdarı azalıb gedir.

Digər, sevilən mağazada isə satıcı əvvəlcə az – cəmi 100 qram konfet qoyurdu, sonra isə artırırdı, artırırdı... 300 qram olana qədər. Uşaqlara isə konfetlərin artırıldığını görmək xoş gəlirdi, azaldıldığını yox. Ona görə də onlar konfetləri azaltmayan mağazaya gedirdilər.

Halbuki nəticədə hər iki yerdə eyni – 300 qram konfet idi.

Həyatda nə edirsinizsə edin, elə edin ki, insanlar sizin tərəfinizdən «alınmadığını», əksinə, «əlavə edildiyini» hiss etsinlər.
Sizcə soldakı qonşu düz edib?
Qonşu düz edib?
Anonymous Poll
9%
Bəli
67%
Xeyr
24%
Çətin sualdır
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir ata öz qızına nə deməlidir? (2022-ci ilə aiddir)
Hqəqiətən də, mraqadılır, bu sttasuda həfrəlirn yeri yanılş yaızsla da, bir dstə aadm bunu droğu şəikdlə oxyuur. Yəni söüzn brnici və souncu həfrlini oxmuaq bəs edir. Bir şyi əbəzrəlmkdə də bu üsl köəmk edə bilir.
👍İmam Rza (ə):
"Kim yaradılmışlardan olan nemət verənə təşəkkür etməzsə, Allaha təşəkkür etmiş sayılmır".

Uyunu Əxbarir-Riza (ə): Cild 2, səh. 24, hədis 2

👍 Yəni kimsə sənə bir yaxşılıq etmiş olsa, nemət versə - düzdür ki, Allah tərəfindəndir - lakin sən bu insana təşəkkür etməsən, Allaha təşəkkür etmiş sayılmazsan. Əlbəttə, təşəkkür nədir, ayrı bəhsdir. Eynilə, bir nəfərin qəlbini qırmışsansa, yaxud ona pislik etmişsənsə, gedib Allahdan bağışlanma dilmək bəs etmir. Gərək bəndəsindən başlayasan.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
İştirak etmək istəyənlər bu şənbə gələ bilərlər. Giriş sərbəst və pulsuzdur
İmam Əli (ə) buyurub:
"Kim Allaha asiliklə (Onunn əmrlərini pozmaqdan, günah etməkdən) zövq alarsa, Allah onu alçaldar."
📚 Ğurərul-hikəm, 8823
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Bir qadın bərk xəstələndi. Nədən? Əşi elə də qorxulu şeydən yox - sadəcə əri ilə sevgilisinin yazışmasını tapmışdı. Həm də təsadüfən. Olur belə şeylər.
Qadını ən çox sarsıdan həmin yazışmada olan incə sözlər və nəvazişli ayamalar, ləqəblər, komplimentlər idi. Hətta şeir də vardı. Sevgi şeirləri. Başqa qadına həsr edilən şeirlər. Axı onun əri ömrü boyunca susqun və quru idi. Soyuq idi. Heç vaxt sevgidən danışmaz, arada xanımı: "məni sevirsən?" soruşduqda, sadəcə başını yelləyərdi.
Və xanımı sual verməyi də dayandırdı və hesab etdi ki, hamı belə yaşayır. Yaşadı, işlədi, uşaqları böyütdü, sonra bir az yaşlandı. Bir az yox, çox. Xoş söz eşitməyən qadınlar sürətlə qocalırlar. Lakin yaxşı yaşayırdılar. Qadın da sağlam idi. Ta ki o yazışmanı tapana kimi.
O özünü satılmış, aldadılmış, mənasız və qoca hiss etdi. Sevgi şeirlərini oxuyurdu. Hətta ağlamırdı da. Qəlbi od tutub yanırdı. Bax onu bu öldürürdü: Emosional xəyanət. Xoş sözlər və nəvaziş. Özgəsinə deyilən. Xüsusilə də bir söz: "Qaranquş". Bu cür onu əri bir dəfə gənc vaxtı adlandırmışdı. Bir dəfə. Və bütün ömrü boyunca bu cüzi və kasıb xəzinəni qəlbində qorumuşdu... Sonra isə bunu onun əlindən aldılar və başqasına verdilər.
Orada fiziki xəyanət olmamışdı: olur da. Yazışmadır, skaypdır, telefondur, şəkildir... Axı aramızda heç nə olmayıb! - belə deyirdi özünü itirmiş ər. Həm də xəstəxanaya xanımın yanına gələrkən. Öz günahını səmimi qəlbdən hiss etmirdi. Boş şeydir, əyləncədir Məgər bundan adam ölər?
Bəzən ölürlər. Və emosional xəyanətin nə üçün yaralayıcı olduğunu izah etmək də çox çətindir. Çox adam bu aörını anlamaz. O vaxt ki, sənə deyilən nəvazişli ləqəbi başqasına deyirlər və özgəyə elə şeylər verirlər ki, sənə onu nadirən, həm də cüzi olaraq verirdilər.
O bunu heç anlamadı da.
-----
#tərcümələrimdən
Seminara canlı şəkildə baxmaq istəyənlər üçün
Unutmayın, əslində sizin aşağıdakı hüquqlarınız var ki, buna ehtiram olunmalıdır.

● Sizin haqqınız çatır ki, digər insanlar sizə hörmətlə yanaşsınlar.

● Sizin haqqınız çatır ki, öz hisslərinizi, fikrinizi və arzunuzu ifadə edəsiniz.

● Sizin haqqınlz çatır ki, öz prioritetlərinizi irəli sürəsiniz.

● Sizin haqqınız çatır ki, "yox" deyəsiniz və bununla yanaşı özünüzü günahkar hesab etməyəsiniz.

● Sizin haqqınız çatır ki, hansısa bir şey qarşılığında ödəniş etdikdə onu əldə edəsiniz.

● Sizin haqqınız çatır ki, başqalarından fərqli çıxsa da, öz baxış bucağınızı ifadə edəsiniz.

● Sizin haqqınız çatır ki, özünüzü fiziki, mənəvi və emosional təhlükələrdən qoruyasınız.

● Sizin haqqınız çatır ki, öz həyatınızı, xoşbəxtliyi dərk etdiyiniz tərzdə qurasınız.

Qeyd: Haqqı çatmaq həyasızlıq edib, hər istədiyini etmək deyil. Cəmiyyətin də haqqı var.
Manipulyasiya edən insanların qarşısında olarkən bunları göz önünə gətirmək lazımdır.
Hər şey xırda şeylərdən başlayır. Məsələn, növbə mədəniyyətindən. Camaatı öz məqsədin üçün əzib keçmək zirəklik və bacarıq deyil. Bunu uşaqlıqdan öyrətmək lazımdır
Şeytan boş başı nə ilə məşğul edəcəyini yaxşı bilir.

Fransız atalar sözü
👍Həqiqətən də, gözəl duadır:
İlahi, dəyişə bilməyəcəyim şeyləri qəbul edə bilməyim üçün mənə səbir və aramlıq ver. Dəyişə biləcəyim şeyləri dəyişə bilməyim üçün mənə cəsarət ver. Bu ikisini bir-birindən ayıra bilməyim üçün mənə hikmət və müdriklik ver.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Deyirlәr ki, Tolstoy vә hәyat yoldaşı heç vaxt yola getmәyiblәr. Tolstoyun hәyat yoldaşı dәhşәt qısqanc olub vә evdә çox vaxt dava salıb. Tüfәngdәn şәkilә atәş açıb, gah intihar edәcәyi barәdә tәhdid edib, uşaqları qorxudub. Tolstoy bәzәn әsәblәşib mebellәri sındırıb. Bәs çıxış yolu nә olub?
Tolstoy gündәlik tәrtib edәrәk yoldaşı barәdә qeydlәr aparıb. Hәr şeydә onu günahkar bilib. Yoldaşı nә edib? Gündәliyin sәhifәlәrini cırıb yandırıb. O da әri haqda yazıb. Onu tiran kimi qәlәmә verib. Mәqsәd nә idi?
Gәlәcәk nәsil qarşısında özünümüdafiә vә tәsdiq. Ki, mәn belә olmamışam ha, sәbәb filankәs olub. Nәticә nәdir?
🔸Tolstoy vә onun hәyat yoldaşının mәsәlәsi heç kәsin vecinә dә deyil.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Mən az qala əksər videolarımda Quran açmaq, cadu, ruh tutmaq, Qaraçuxa, yuxuda kimisə görmək kimi məsələləri tənqid edirəm. Yenə də israrla mənə yazırlar: Quran açırsız, cadu tapırsız və s. Adam buna inanmaq istəyir.

İsrarla istəyir ki, uğursuzluğu cadudan olsun, nə bilim, Quran açdıqmaqla taleyini bilsin və sair. Çünki illərlə dini ona bu qəbil təqdim ediblər: ruh, mələk, cin, sehirli çubuq, möcüzə, zikrlə xariqul-adə şeylər etmək, yuxuda nəsə görmək. Bundan başqa din sayılmır. Vallah, elə marşrutda yol getməyə də dini çalar vermək olar.

Baxın, təyyarə qəzasında nə qədər bədii, fəlsəfi, iqtisadi, siyasi, dini, qeybi və sair şeylər görüb çıxarış edirlər. Hər qulaq asdığın həqiqətdir, sanırsan. Amma unudursan ki, bu sadəcə həmin adamın baxış tərzidir. O belə görür.

Bunun ən böyük bəlası dindədir. O zaman ki, sənin fantaziyan, təxəyyül və vəhmin din adına təbliğ edilsin.

Yenə israrla deyir ki, yox, zikr de, möcüzə baş versin. Mənə Allah adından zəmanət ver. Allaha pənah.

➡️Məsələ odur ki, mənim də yazdıqlarım mənim dindən başa düşdüklərimdir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2025/07/04 09:35:18
Back to Top
HTML Embed Code: