Telegram Web Link
🍃🌺𝐵𝒾𝓈𝓂𝒾𝓁𝓁𝒶𝒽𝒾𝓇 𝑅𝒶𝒽𝓂𝒶𝓃𝒾𝓇 𝑅𝒶𝒽𝒾𝓂🌺🍃

Ey bəndələri ilə tez razılaşan, Səni çağırmaqdan başqa əlacı olmayana güzəştə get..!!
#Pərvərdigara.. ! bizi qəflət yuxusundan amanda saxla. O necə də pis bir yuxudur.

Günümüz ALLAH istədiyi kimi keçsin ...

          🌺Oyan ey bəşər 🌺
Heç bir bəla səni üzmək üçün gəlməz,
Sadecə Sənə Allah'ın qapısını çalmayı öyrədər...

*Günümüz bərəkətli olsun🌹*
www.tg-me.com/Fatmeyizehra
Muhəmməd Peyğəmbər (s) buyurub

"Ey Əli, çətinliyə düşürsənsə de:
"Muhəmməd və Ali Muhəmməd xatirinə mənə fərəc ver".

📚Tuhəful-uqul, səh.14

#MuhəmmədPeyğəmbər #ƏhliBeyt
www.tg-me.com/Fatmeyizehra
İnsan həyatında üç vacib məqam vardır...Birincisi " yaxşı insan "olmaq, İkincisi "yaxşı insan olmaq," Üçüncüsü "yaxşı insan olmaq".!!
Bir ton elm,bir qram ədəbə möhtacdır.İnsan pulunu itirəndə yox,sevdiyini itirəndə kasıblaşır
Ədəb insanı insan edəndir.
İmam Həsənin (ə) ziyarətnaməsi (ərəbcəsi, oxunuşu və tərcümə)

السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ رَبِّ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاءِ السَّلامُ عَلَيْكَ يَا حَبِيبَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا صِفْوَةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا أَمِينَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا صِرَاطَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا بَيَانَ حُكْمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نَاصِرَ دِينِ اللَّهِ السَّلامُ عَلَيْكَ أَيُّهَا السَّيِّدُ الزَّكِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْبَرُّ الْوَفِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْقَائِمُ الْأَمِينُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَالِمُ بِالتَّأْوِيلِ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْهَادِي الْمَهْدِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الطَّاهِرُ الزَّكِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا التَّقِيُّ النَّقِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْحَقُّ الْحَقِيقُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الشَّهِيدُ الصِّدِّيقُ السَّلامُ عَلَيْكَ يَا أَبَا مُحَمَّدٍ الْحَسَنَ بْنَ عَلِيٍّ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Oxunuşu:

Əssəlamu ələykə yəbnə rəsuli rəbbil-aləmin, əssəlamu ələykə yəbnə Əmirilmuminin, əssəlamu ələykə yəbnə Fatimətəz-Zəhra, əssəlamu ələykə ya həbibəllah, əssəlamu ələykə ya sifvətəllah, əssəlamu ələykə ya əminəllah, əssəlamu ələykə ya huccətəllah, əssəlamu ələykə ya nurəllah, əssəlamu ələykə ya siratəllah, əssəlamu ələykə ya bəyanə hukmillah, əssəlamu ələykə ya nasirə dinillah, əssəlamu ələykə əyyuhəs səyyiduz zəkiyy, əssəlamu ələykə əyyu­həl bərrul vəfiyy, əssəlamu ələykə əyyuhəl qaimul əmin, əssəlamu ələykə əyyuhəl alimu bit təvil, əssəlamu ələykə əyyuhəl hadil Məhdi, əssəlamu ələykə əyyuhət tahiruz zəkiyy, əssəlamu ələykə əyyuhət təqiyy, əssəlamu ələykə əyyuhəl həqqul həqiq. Əssəlamu ələykə əyyuhəş şəhidus sədiq, əssəlamu ələykə ya əba Muhəmmədil Həsənibni Əliyy, və rəhmətullahi və bərəkatuh.

Tərcüməsi:

Salam olsun sənə, ey aləmlərin Rəbbinin Rəsulunun oğlu! Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey Fatimeyi-Zəhranın oğlu! Salam olsun sənə, ey Allahın dostu! Salam olsun sənə, ey Allahın bəyəndiyi (xas bəndəsi)! Salam olsun sənə, ey Allahın əmanətdarı! Salam olsun sənə, ey Allahın höccəti! Salam olsun sənə, ey Allahın nuru! Salam olsun sənə, ey Allahın doğru yolu! Salam olsun sənə, ey Allahın hökmünü bəyan edən! Salam olsun sənə, ey Allahın dininin köməkçisi! Salam olsun sənə, ey (hər bir eyibdən) pak olan sərvər! Salam olsun sənə, ey vəfalı xeyirxah! Salam olsun sənə, ey (Allahın əmrlərini) bərpa edən və əmanətdar! Salam olsun sənə, ey Quranın təvilini bilən! Salam olsun sənə, ey hidayət edən və hidayət olunmuş! Salam olsun sənə, ey hər bir eyibdən pak və uzaq olan! Salam olsun sənə, ey təqvalı və iffətli! Salam olsun sənə, ey layiqli haqq və həqiqət! Salam olsun sənə, ey doğru danışan şəhid! Salam olsun sənə, ey Əbu Muhəmməd Həsən ibn Əli! Allahın salamı və bərəkətləri olsun sənə! (“Məfatihul-cinan”, səh.178-179.)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📨İlahi, məni bağışlanma diləyənlərdən qərar ver, məni saleh və itaətkar bəndələrindən et və öz mərhəmətinlə məni Özünə yaxın dost et, ey rəhm edənlərin ən rəhmlisi.
Allahın salamı olsun sizə! Allahdan istəyirəm ki, sizin fərəc və sevincinizi (imam Zamanın zühuru ilə) bizə göstərsin, bizi və sizi babanız Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) zümrəsində cəm etsin və sizin mərifətinizi bizdən almasın.

Həkimə xanım (s.ə) ziyarətnaməsindən..
🤍
💢 Hədislərdə oxuyuruq ki, iftar zamanı sədəqə verin. Oruc tutanlara iftar verin. Əgər gücünüz çatmırsa, bir xurma və su ilə də olsa, iftar verin. Əziz Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, hər kim bu ayda oruc tutan möminə iftar verərsə, qul azad etməyin savabına malik olar. Həmçinin günahlarının bağışlanmasına səbəb olar. Səhabələri soruşur ki, əgər bu işi görməyə gücümüz çatmırsa, nə edək. Buyurur: “O kəsin ki, gücü çatmır, bir qədər süd, bir qədər su və bir qədər də xurma versin”.
- Qəlb'im, Sənin evindir Allahım! -Mən isə, Sənin mülkünün müvəqqəti kiracısı'yam.

Əmanətini Sənə qaytaracağım günə qədər, eşqini qəlbimdən, şükrünü dilimdən, və Məni, Sən'dən ayrı salma...

#Amin
İlahi bizləri dünya və axirət həqiqətən Əlini (ə) səvənlərdən və onun ardıcıllarından qərar ver. 😔🤲
2024/06/01 05:56:19
Back to Top
HTML Embed Code: