Telegram Web Link
İranla olan gərginliyə görə son 4 gündə Azərbaycanın müxtəlif bölgələrində, Bakı da daxil olmaqla onlarla ruhani, şiə məzhəbinə mənsub olan inanclı 400 nəfərdən çox şəxsin saxlanıldığı deyilir. Bunların bəzilərinin "cəsus" adı ilə, bir xeylisinin isə narkotik ittihamı ilə həbs edildiyi bildirilir. Deputat Fazil Mustafanı vuran şəxsi isə hələ də tapa bilməyiblər.
Suqovuşanda xidmət edən hərbçi, Qəbələnin Nohurqışlaq kənd sakini, 2004-cü il təvəllüd Niftalıyev Novruz Eldəniz oğlunun Tərtərin Talış kəndi istiqamətində minaya düşərək həlak olduğu deyilir. Bu gün axşam onun cənazəsinin ailəsinə təhvil veriləcəyi bildirilir. Məlumatı kənd icra nümayəndəliyi təsdiqləyib.
Bakıda 3 saylı uşaq evinin 16 yaşlı sakini olan Məhəmməd Hacıyevi sosial şəbəkələrdə kimsəsizlər evində baş verən qanunsuzluqları, onlara ayrılan ərzaqların keyfiyyətsizliyi və oğurlanmasını dilə gətirdiyi üçün Maştağadakı 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdiriblər. 3 saylı uşaq evinin müdirəsi Məhbubə Hüseynova onu polisə şikayət edib.

Ölkədə kim oğruları, talanları, rüşvəti və qanunsuzluqları ifşa edirsə və ictimailəşdirirsə ya dəlidir, ya narkomandır, ya da agent. Bu uşağın haqqını müdafiə etmək, onu ordan çıxarmaq lazımdır. İctimai qınaq olarsa bəlkə rəsmi qurumlar geri addım atarlar. Maksimum paylaşaq və ictimailəşdirək.
TƏCİLİ!

Uşaq evindəki təminatdan şikayət etdikdən sonra, Psixiatriya Xəstəxanasına yerləşdirilən 16 yaşlı Məhəmməd Hacıyev video çəkərək, intihar edəcəyini bildirib. Azərbaycan rəsmi qurumları təcili şəkildə uşağın təhlükəsizliyi ilə əlaqədar hərəkətə keçməli və haqqını özünə qaytarmalıdır, uşaq evinin rəhbərliyi məsuliyyətə cəlb edilməlidir.
Dünən Ağcabədinin Minəxorlu kəndi ərazisində ağır yol qəzası baş verib. Nəticədə hərbçilər Tovuzun Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov və gizir Fərhad Vüqar oğlu İbrahimli həlak olublar. Fotodakı Emin Məmmədovdur.
Deputat Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən 6 nəfər şəxsin saxlanıldığı deyilir. Məlumatda onların hər birinin "şiə məzhəbli dindar şəxs" olduğu xüsusi vurğulanaraq, hadisənin İran İslam Respublikası tərəfindən təşkil edildiyi bildirilir. Son günlərdə Azərbaycanda dini inanclı şəxslər kütləvi şəkildə həbs olunur, onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülür. Qeyri-rəsmi məlumatlara görə, həbs olunanların sayı təxminən 400 nəfərdən çoxdur. Onların arasında keçmiş Nardaran məhbusları, Gəncə məhbusları və Müsəlman Birliyi Hərəkatının üzvləri də var. DİN rəsmisi Elşad Hacıyev isə mətbuata açıqlamasında 400 nəfərin həbsindən xəbərsiz olduğunu bildirib.
Martın 25-də Azərbaycan Ordusunun keçirdiyi lokal hərbi əməliyyat nəticəsində Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndlərinin nəzarətə götürüldüyü bildirilir.
6 il ASAN xidmətin, 5 ildir kənd təsərrüfatı naziri olan İnam Kərimov Milli Məclis tərəfindən Ali Məhkəmənin hakimi təyin olundu. Onun Ali Məhkəmənin sədri təyin olunacağı deyilir.
Bu gün NATO-nun yaradılmasının 74-cü ildönümüdür. Finlandiya bu gün rəsmi olaraq NATO alyansına üzv olan 31-ci ölkə oldu. Növbədə İsveç var. Bu üzvlüklər qonşuluqda yerləşən Rusiya ilə birbaşa münaqişə riskinin artıracağını proqnozlaşdırır.
İlham Əliyevin sərəncamı ilə İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilərək Ali Məhkəmənin sədri təyin edildi.
CNN Donald Trampın polis tərəfindən xüsusi əməliyyatla saxlanıldığı barədə xəbər yayıb.
Kimsəsizlər evindəki özbaşınalıqları ictimailəşdirdiyi üçün cəzalanan uşaq haqqında "o psixi xəstə deyil, uşaq evinə göndəririk direktor qəbul etmir" deyən Psixiatriya Xəstəxanasının 68 yaşlı baş həkimi Ağahəsən Rəsulovu yaş həddini əsas gətirərək pensiyaya göndərdilər. Uşağı polisə verən səbəbkar, 3 saylı uşaq evinin 73 yaşlı direktoru Məhbubə isə hələ də vəzifədədir.

1950-ci il təvəllüd Məhbubə Əbdülmanaf qızı Hüseynovanı himayə edən, onu qoruyanlar kimlərdir? Nə üçün bu qadın haqqında bir tənqid edən o saat cəzalanır, işdən çıxarılır? Barəsində dəfələrlə şikayətlər olmasına baxmayaraq, müəssisədə dəfələrlə qanun pozuntuları aşkarlansa da, gigiyenik qaydalara əməl edilməsə də bu qadın niyə özünü hələ də qudurğan kimi aparır?
Meydan TV-nin reportajından sonra "Fazil Mustafa işi"ndə ittiham edilərək saxlanılan inanclı İlkin Süleymanov haqqında iş üzərindən götürülərək, "silahlı hücum, cəsusluq" maddələri ləğv edilib. Amma indi onun üzərinə narkotik maddəsi qoymaqla həbs etmək və cəzalandırmaq istəyirlər. Hazırda məhkəmə prosesi davam edir.

Bax Azərbaycan hakimiyyətinin mahiyyəti budur. Günahsız insanları "İran cəsusu, vətənə xəyanət"lə damğalayıb, şəkillərini yayıb, rüsvay edib şərləyirlər. Görürlər etdikləri işin zibili çıxır, narkotik yükləyib həbs edirlər.
Bakıda Rusiya Ordusunda xidmətlə bağlı "Babalarımız kimi vətən üçün çiyin çiyinə duraq" başlıqlı bukletlər paylaşılır. Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar vəd edirlər. Bunları araşdırmaq, qarşısını almaq əvəzinə günahsız insanları şərləyib tutmaqla məşğuldur hüquq mühafizə orqanları.
Bakıda 3 saylı uşaq evinin 16 yaşlı sakini olan Məhəmməd Hacıyev Psixiatriya Xəstəxanasından çıxarıldı. 3 saylı uşaq evinin fəaliyyəti ilə bağlı isə araşdırmalara başlanıldığı, yoxlamaların olduğu bildirilir.
Şirvan şəhərində icrabaşı 30 ildir Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adını dəyişdirərək, "İstiqlaliyyət küçəsi" adlandırıb. İcra başçısı İlqar Abbasov sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı işləri bacanağı və köməkçisi olan Etibar Yolçiyevə həvalə edib. İİcrabaşının bu addımının Şirvan sakinlərinin narazılığına səbəb olduğu deyilir.
Mehdiabad qəsəbəsi 4 nömrəli məktəbdə şagird dərsə gecikdiyi üçün müəllim ona döşəmə sildirib. Növbəti dəfə gecikmə olarsa, məktəbin tualetinin də döşəməsini sildirəcəyini söyləyib. Müəllim və şagirdlə profilaktik söhbət aparıldığı, direktor Elnura Cavadzadəyə töhmət veridiyi deyilir.
İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata (arzuolunmaz şəxs) elan olunub. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib. Bu arada Azərbaycanda hüquq mühafizə orqanları tərəfindən "İran cəsusu" əməliyyatı davam etdirilir. Bu gün daha onlarla şəxs ittiham edilərək, saxlanılıb və həbs edilib.
AQTA-nın kolbasa və sosiska məhsullarında apardığı yoxlamalar zamanı bəzi məhsulların ("Sevimli Dad, Köhnə Dad, Əsl Dad, Səhliyalı") tərkibində ümumiyyətlə mal əti tapılmayıb. "ABAD"-ın "Bravo" marketlərdə satışa çıxardığı "Kəndli" markası ilə satılan kolbasaların üzərində yazılmadığı halda tərkibində donuz əti aşkarlanıb.
Sui-qəsd hadisəsindən 1 həftə sonra çiynindən və ayağından vurulduğu deyilən deputat Fazil Mustafanın ilk görüntüsü yayılıb.
2025/10/28 14:34:06
Back to Top
HTML Embed Code: