#Gədəbəy'dəki aksiyanın ikinci günündə sakinlərin qaldırdığı plakatların çap edildiyi məkanın sahibi, Gədəbəy sakini İsmayılov Habil Xamputa oğlunun həbs edildiyi bildirilir. Onun barəsində narkotik ittihamı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçildiyi deyilir.
Rusiya ərazisində “Vaqner”lə Rus ordusu arasında döyüş başladı. Artıq hər iki tərəfə aid hərbi texnikalar vurulur.
Siyasi fəal Qiyas İbrahim artıq 2 gündür ki, həbsxanada quru aclıq edir. Tələbi Söyüdlüyə görə həbs olunan hər kəsin azad edilməsidir. Bu arada məhkəmə Qiyasın həbs müddətini 2 gün də artıraraq, ümumilikdə 32 günə çatdırdı. #Gədəbəy
Rusiyada vəziyyət çox pis gərginləşib, hamı panikadadır. Rostovda partlayış səsləri eşidilir. Moskva yaxınlığında səngərlər qazılır. "Vaqner"in əlində olan ərazilərdə internet kəsildi. Putinə xidmət edən bir nömrəli bort Moskvadan havaya qalxıb. Rusiyadan Azərbaycana aviabiletlər kəskin bahalaşıb.
Putin Rusiya ərazisində fövqəladə hərbi vəziyyət rejimi haqda sərəncam imzalayıb. Qanuna görə hərbi vəziyyəti pozan şəxsə 30 sutka həbs cəzası veriləcək.
Putin həbsxanada olan məhkumların (ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla) müqavilə ilə hərbi xidmətə cəlb edilməsi haqqında qanunu imzalayıb.
Pandemiya dövründə Söyüdlü kənd sakinlərinin müzakirəsi və yardımlaşması üçün Whatsapp qrupunu yaratdığı iddia edilən Rusiya vətəndaşı amma Söyüdlü kənd sakini Etibar Cabbarov Azərbaycanda həbs olunub. #Gədəbəy
Priqojin Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq təklifini qəbul edib.
#Gədəbəy'in Söyüdlü kənd sakini Şöhrət Mehman oğlu Əsgərovdan 4 gündür xəbər yoxdur, ailəsinə də məlumat verilmir. Güman edilir ki, polislər onu oğurlayıb və həbs edib. Azərbaycan hakimiyyəti oğurluqla və qanunsuzluqla məşğuldur.
Prezident İlham Əliyevin əmisi Aqil Əliyevin nəvəsi Riyad İlqar oğlu Əliyevin evindən 1 milyon manatlıq oğurluq olub. Hadisə ilə bağlı 3 nəfər məhkəmə qarşısına çıxarılıb. Bəs sizin evinizdə nə qədər vəsait var?
Söyüdlülərə qarşı amansız təzyiq var. Bu gün Bakıya şikayətə gələnləri rayon polis rəisi hədələyib. Siyasi fəal Qiyas İbrahimin vəziyyəti ağırdır, o 3 gündür ki, #Gədəbəy hadisələrinə görə quru aclıq edir. Bu gün məhkəmədə ağzı qıcolmadan kilidlənib, danışa bilməyib. Jurnalist Fərid İsmayilov isə Çovdar kəndində icra nümayəndələri tərəfindən saxlanılıb.
Britaniyanın #Gədəbəy'in #Söyüdlü kəndində qızıl hasil edən “Anglo Asian Mining PLC” şirkətinin rəhbəri Rza Vəziri deyib ki, Ekologiya Nazirliyinin nümayəndələri ərazidə olub, yoxlayıblar və bildiriblər ki, heç bir pozuntuya yol verilməyib. Nə şirkəti, nə polisi cəzalandırdılar. Yalandan ilk gündən şayiələr yayıb, ictimaiyyəti sakitləşdirməyə çalışdılar.
Azərbaycan hərbçisi yazır: "2019-cu ildə prezident sərəncamı ilə vəzifə maaşı 40% həcmində artırıldı. 1 ay sonra bunu 25% etdilər. 2020-ci ildə müharibə bitdikdən 10 gün sonra dedilər ki, müharibə artıq bitdi, özlərinə sərf edənləri çıxardılar 2 qat və 1.5 qat olan məvaciblərin hamısı kəsildi. 2 ay sonra isə müvəqqəti olaraq bəzilərinə əlavələr verildi. Yəni vəzifə maaşlarına əlavələr, artım yox. Bu o deməkdir ki, 4 ildir, bu infilyasiya, bahalaşma dövründə hərbi qulluqçuların maaşları artmır. Bizi dilənçi vəziyyətinə düşürüblər. Kredit, borc bu aydan digərinə keçir, ya keçmir. Azərbaycanda büdcədən ən çox vəsait müdafiə sahəsinə ayrılır, ən çox ianələr bu sektorda toplanır. Biz niyə dilənçi kökündə yaşamalıyıq?! Hara gedir bu qədər vəsaitlər?! İndi də bayram keçirirlər, bizdən xəbərsiz olan xalqla birlikdə, atəşfəşanlıq edirlər. Bayramınız mübarək".
Bakıda satıcılar ətin kilosunun 30 faizə qədər bahalaşdığını deyir.
Ağdamın Qalayçılar kəndi istiqamətində yerləşən Azərbaycan mövqelərinin atıcı silahlardan atəşə tutulduğu, bir Azərbaycan hərbçisi, Bəkirov Əli Şükür oğlunun yaralandığı deyilir. Azərbaycan MN cavab tədbirləri görüldüyünü bildirir.
Gecə Qarabağda 5 erməni separatçının öldürüldüyü bildirilir. Separatçıların lideri Arayik Arutyunyan Vaşinqtondakı Azərbaycan və Ermənistan hökumətləri arasındakı sülh danışıqlarının dərhal dayandırılmasını tələb edir. Qeyd edim ki, gecə bir Azərbaycan hərbçisi yaralanmışdı.