Telegram Web Link
İmam Sadiq (ə) buyurub:

“Allah-taala gözəlliyi və bəzənərək gözəlləşməyi sevir. O, bədbinlik və qəmginliyi sevmir. Əgər Allah-taala Öz quluna bir nemət bəxş etsə, onun (həmin nemətin) təsirini bəndəsində görməyi sevər”. Soruşdular: “O (nemətin təsiri), necə olur?” İmam Sadiq (ə) buyurdu: “Paltarını təmizləsin, (ətirlənməklə) qoxusunu gözəlləşdirsin, evini suvayaraq ağartsın, həyətini (evinin ətrafını) süpürsün və Günəş batmazdan əvvəl (evin) işığını yandırsın. Bu iş yoxsulluğu aradan aparıb, ruzini artırar”.

(Məkarimul-Əxlaq, səh 50, hədis 7 (124).)
https://www.tg-me.com/hedislerden
7👍2🔥2
7🥰3👍2
🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃

Məhəmməd peyğəmbərdən (s) : “Allah-taala məzlumun haqqını sübut etmək üçün onunla gedən şəxsi, qədəmlərin büdrədiyi bir gündə sabit qədəm edər.”
🌸🍃
🍃🌸🍃

🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃
“Kənzul-ummal”, xəbər 5604.

https://www.tg-me.com/hedislerden
8👍2👏1
Məhəmməd peyğəmbərdən (s) : “İnsanların ən təqvalısı o kəsdir ki, istər lehinə olsun istərsə də əleyhinə, haqqı desin.

https://www.tg-me.com/hedislerden
🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃
8🔥1🥰1
.
İmam Sadiq (ə): “Hər kəs Allahın razılığı üçün elm öyrənib ona əməl etsə və başqalarına öyrətsə, asimanların mələkut aləmində əzəmətlə yad edilər.”

📗Kafi, 1-ci cild, səh. 35.
7👍2🔥1
Allah Rəsulu (s) buyurub:

"Allah hər kəsin ki, boynuna mənim Əhli-beytimin (ə) mərifətini və onların vilayətində olmaq nemətini əta etməklə minnət qoyarsa, həqiqətən, Allah onun üçün bütün xeyrləri cəm etmişdir".

(əl-Əmali, səh 47.)

https://www.tg-me.com/hedislerden
6
İmam Baqir (ə):

 اِنَّ اَعْجَلَ الْخَيرِ ثَوابا صِلَةُ الرَّحِمِ؛.

"Sileyi-rəhmin (qohum-əqrəba ilə isti münasibətin) mükafatı insana hər bir yaxşılıqdan daha tez çatır."
"Kafi", c.2, səh.152, hədis 15.

https://www.tg-me.com/hedislerden
7
İnsanin qəfləti üçün bu yetər .


İmam Əli (ə) buyurur:

Bir insanın qəflətdə olmasina ömrünü ona nicat verməyən işlərə sərf etməsi kifayətdir.

Ğurərul -Hikəm s.522

https://www.tg-me.com/hedislerden
7
İmam Əli (ə):

“Dünya özünə hörməti olan şəxsin gözünə kiçik və dəyərsiz görünər”.

🔖 Ğurərul-Hikəm, hədis 9130

https://www.tg-me.com/hedislerden
7
Əssəlamu ələykə Ya Rəsuləllah
Hədis 251: Din və libas

Həzrət İmam Hüseyn (ə):
"Hər kəs şöhrət libası geyinərsə, Allah Təala Qiyamət günündə ona oddan libas geyindirər."
Məfatihul həya, səh 164

mexzenul_esrar
4🔥3👍1
Həzrət İmam Əli (ə) buyurub:

Kişinin gözəlliyi onun dözümlülüyü ilə ölçülür.

(Ğürərul-Hikəm, hədis 1055.)
6👍2🥰1
🌸Allahın adı ilə🌸

«Peyğəmbərə (s) ərz etdilər: «Filan qadın gündüzləri oruc tutur, gecələr ibadət edir, amma bədrəftardır. Qonşularına (acı) dili ilə əziyyət verir». Həzrət buyurdu:«Onda bir xeyir yoxdur, o, Cəhənnəmlikdir».

https://www.tg-me.com/hedislerden
👍1
👍43🥰1
Allahın Peyğəmbəri (s):«Mənim ümmətimin ən yaxşısı cavanlığını Allaha itaətdə keçirmiş, öz nəfsini dünyanın ləzzətlərindən saxlayan və axirətə ürək bağlayan kəsdir. Həqiqətən Allahın ona verəcəyi mükafat Cənnətin ən yüksək dərəcələridir.» ( Tənbihul-Xəvatir, c.2, səh.123 )
5👍1🔥1
💐💐

🔰 İMAM BAQİR
( əleyhissəlam ) buyurur :
Uca Allah,cəmiyyət və bir toplum arasında zarafat edəni sevir.
Bu şərtlə ki, nalayiq sözlər deməyə.

📚əl - kafi,c.2,səh.663
4👍1🔥1
İmam Cəfər Sadiq (ə) buyurdu

Allaha and olsun ki, günahını etiraf edən adamdan başqası xilas ola bilməz. Tövbə etmək üçün isə peşmançılıq kifayətdir.

Mənbə: Üsuli Kafi kitabı cild 5


https://www.tg-me.com/hedislerden
4👍1🥰1
İMANIN SƏRHƏDLƏRİ

Əclan Əbi Saleh nəql edir ki, İmam Sadiqə (əleyhissəlam) belə dedim: "Mənə imanın sərhədlərini göstərin".
İmam buyurdu: "Allahdan başqa ilah olmadığına, Muhəmmədin (sallallahu əleyhi və alih) Onun Rəsulu olduğuna şəhadət vermək, Peyğəmbərin (sallallahu əleyhi və alih) Allah dərgahından gətirdiklərini iqrar etmək, beş vaxt namazı qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq, Evi həcc etmək, bizim dostumuzu dost, düşmənimizi düşmən bilmək və doğruçularla bərabər olmaq".
علي بن إبراهيم، عن محمد بن عيسى، عن يونس بن عبد الرحمن، عن عجلان أبي صالح قال: قلت لأبي عبد الله (عليه السلام): أوقفني على حدود الايمان، فقال: شهادة أن لا إلة إلا الله وأن محمدا رسول الله والاقرار بما جاء به من عند الله وصلاة الخمس وأداء الزكاة وصوم شهر رمضان وحج البيت وولاية ولينا وعداوة عدونا والدخول مع الصادقين.
(Şeyx Kuleyni (r.ə), "Üsuli-kafi", səh 18, hədis 2)
3
3👍1🔥1
Rəsuli-Əkrəm (səllallahu əleyhi və alihi və səlləm ) :«Mənim ümmətimin
ən yaxşısı cavanlığını Allaha itaətdə keçirmiş, öz nəfsini dünyanın
ləzzətlərindən saxlayan və axirətə ürək bağlayan kəsdir. Həqiqətən
Allahın ona verəcəyi mükafat Cənnətin ən yüksək dərəcələridir.»

(Tənbihul-Xəvatir, c.2, səh.123)
4
İmam Əli (ə) buyurur :

Ən pis doğru, insanın özü barədə tərif deməsidir.

(Uyunu-əxbar əl-Rza c.1 səh 76)
4👍4🔥2
2025/10/22 19:49:28
Back to Top
HTML Embed Code: