İmam Əli (ə):

“Dünya dostlarının sayını ətrafında çoxaltma, çünki onların dünyasını təmin etməkdən aciz qaldıqda, düşməninə çevriləcəklər. Həqiqətən, onların misalı odun misalıdır, onun çoxu yandırar, azı isə faydalı olar”.

🔖 Üyunul-hikəm vəl-məvaiz, hədis 9588

https://www.tg-me.com/hedislerden
👍41
ﺑِﺴْــــــــــــــــــﻢِ ﺍﷲِﺍﻟﺮَّﺣْﻤَﻦِ ﺍﺍﺭَّﺣِﻴﻢ

İmam Sadiq (ə) buyurub              

Hüseyn (ə) İslamı dirçəltdi, qiyamı ilə dini bərpa etdi və onun şəhadəti camaatı hidayət etdi.

Biharul-Ənvar, c. 44, s. 275        
4👍1
📿 İmam Əli (ə):
“Axır zamanda insanlar var-dövlətə görə tanınar,
dini dünyaya satılar, və dil zikr edər,
amma qəlb dünya eşqi ilə dolu olar.”

📚 (Biharul-Ənvar, c.78, s.27)
4🔥2👍1
Ailəyə hörmət

Həzrət Rəsulullah (s. a. s) buyurur:
“ Məlundur, məlundur o kəs ki, öz aliəsinə və uşağına diqqətsizlik edir!”

📚Səduq, Mən lə yəhzurul fəqih, səh 55
5👏1
“Qəlbin Nuru”

📖 Bir gün İmam Cəfər Sadiqdən (ə) soruşdular:
— İnsanı həlak edən nədir?

İmam (ə) buyurdu:
— “Üç şey: çox danışmaq, çox yemək və çox yatmaq. Çünki bunlar qəlbi qaranlıq edər və insanı Allahdan uzaq salar.”

Sonra əlavə etdi:
— “Amma qəlbi dirildən üç şey də var: Qurani-Kərimi tilavət etmək, Allahı çox zikr etmək və möminlərlə ünsiyyətdə olmaq.”

İbrət: İnsanın qəlbi zikrlə və Qurana bağlılıqla nurlanır, nəfsin həvəsinə uymaqla isə qaralır.

> 📚 Mənbə: əl-Kafi, c.2, s. 498
https://www.tg-me.com/hedislerden
3🔥2👍1🎉1
🖊 Gözəl xətt

Həzrət Peyğəmbər (s):

"Hər kəs Allahın adını əzəmətli tutmaq üçün 'Bismilləhir Rahmənir Rəhim' kəlməsini gözəl formada yazarsa, Allah Təala onu bağışlayar. "

📚Biharul-ənvar, c 92 səh 35


📌 Abunə olmağı və paylaşmağı unutmayın!
👇
https://www.tg-me.com/hedislerden
5
_İmam Sadiq (ə) buyurub_

_"Bir hədis öyrənmək min rəkət müstəhəb namazdan üstündür"_.

*📚Biharul-Ənvar, c.1, s.200*
6
✔️ Ruhun qidası

Həzrət İmam Həsən (ə):
"Təəccüb edirəm o şəxsə ki, cisminin haqqında düşünür, amma öz əqlinin qidası haqqında düşünmür."

📚Biharul-ənvar, c 1 səh 218

https://www.tg-me.com/hedislerden
3👍2🔥2
İmam Əli (ə) :

"Mənim yolumda üç nəfər nicat tapar: Məni sevən, məni sevəni sevən və mənə düşmən olana düşmən olan."

📚Əllamə Məclisi, "Bihərul-Ənvar", cild-34, səhifə-337.
4👍2
Hz. Muhəmməd (sallallahu aleyhi və alihi və səlləm) :


“Sizin ən yaxşınız dünyasını axirəti üçün, axirətini də dünyası üçün tərk edən şəxs deyil, əksinə o şəxsdir ki, hər ikisindən birgə nəsibini qazansın. Həqiqətən, dünya axirət üçün bir vasitədir və (çalışın ki,) dünya dolanışığı üçün insanlara yük olmayın.”

Mənbə: 📚 “Nəhcül-fəsahə”, səh.660, hədis 2393.


https://www.tg-me.com/hedislerden 🔖
👍2
فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ وَاسْمَعُوا وَأَطِيعُوا وَأَنْفِقُوا خَيْرًا لِأَنْفُسِكُمْ ۗ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilən öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!

Əl-Təğabun surəsi, 16-cı ayə 📖



https://www.tg-me.com/hedislerden 🔖
5
İmam Həsən (əleyhissəlam) buyurur:


Həqiqətən Allah sizin ruzinizi Öz öhdəsinə götürüb.Sizə bəndəlik üçün asayiş verib, sizi şükr etməyə həvəsləndirib, namazı sizə vacib buyurub, sizə təqvanı tövsiyə edib.

Mənbə: 📚 Tuhəful-uqul,səh. 234

https://www.tg-me.com/hedislerden 🔖
4

ﺑِﺴْــــــــــــــــــﻢِ ﺍﷲِﺍﻟﺮَّﺣْﻤَﻦِ ﺍﺍﺭَّﺣِﻴﻢ

İmam Əli (əleyhissalam) buyurub;



Namazı vaxtında qılmağa çalışın və dünyəvi işlərin çoxluğu sizi namazdan yayındırmasın. Çünki heç bir iş namazdan üstün deyildir.

Mənbə: 📚Nəhcül-Bəlağə, məktub 52

https://www.tg-me.com/hedislerden 🔖
😢5
İmam Sadiq (əleyhissalam) buyurub:


Yaxşı əxlaqla danışmaq və başqalarını incidəcək sözlərdən çəkinmək insanın ən böyük zənginliyidir.

Mənbə: 📚Biharul-Ənvar, Cild 65, Səh 37, Hədis 8.


https://www.tg-me.com/hedislerden 🔖
5
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ ۖ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ ۗ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ


Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən (əyləncədən) başqa bir şey deyildir.

Ali İmran surəsi, 185-ci ayə 📖

https://www.tg-me.com/hedislerden 🔖
5
Həzrət Əli (əleyhissalam) buyurub:


Bəlalar və çətinliklər zalımı ədəbləndirmək, möminlər üçün imtahan, peyğəmbərlər üçün dərəcə, övliyalar üçün isə kəramətdir.

Mənbə: 📚 "Biharul-ənvar", c 67, səh 235.

https://www.tg-me.com/hedislerden 🔖
5
Forwarded from PadSbot
📬Bütün PDFləri tapa biləcəyiniz kanal‼️

➪ K𝚊𝚗𝚊𝚕: @pdflerim1

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @alone_in_the_dark2
2025/10/20 09:12:28
Back to Top
HTML Embed Code: