Telegram Web Link
Forwarded from Maide.Az/MaideTV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Cüməniz mübarək.🌹Cümənin rəhməti, bərəkəti hər birinizin üzərinə olsun inşəallah. Yə Sahibəz-zəman ədrikni yə Əba Salehin Məhdi ədrikni.🩵
Media is too big
VIEW IN TELEGRAM
25 Şəvval, İmam Sadiq Əleyhissalamın şəhadət gününün ildönümüdür.
Başda İmam Zaman əc olmaqla hər birinizə başsağlığı verir, Allahdan hər birinizə axirətdə o həzrətin şəfaətini diləyirik.
----
almahdi.az -- rizvan.az
İMAM SADİQİN (Ə) ƏXLAQİ, ELMİ-FİQHİ ŞƏXSİYYƏTİ

Şiə etiqadına əsasən, İmam Sadiq (ə) Allah tərəfindən imamət məqamına təyin edilmişdir və belə bir inanc tərzinin yaranmasına səbəb olan məsələ o Həzrətin imamətə xas olan şərtlərə sahib olmasıdır. İmam Sadiq (ə) əhli-sünnə arasında da böyük elmi şəxsiyyət kimi tanınır. Əbu Hənifə və Malik ibn Ənəs kimi əhli-sünnə alimləri və öndərləri İmam Sadiqi (ə) öz ustad və müəllimlərindən biri olaraq qəbul etmiş və tanıtdırmışlar. “Maliki” məzhəbinin təsisçisi və imamı Malik ibn Ənəs İmam Sadiqin (ə) hüzurunda uzun müddət şagirdlik edənlərdən biri kimi, o Həzrətin şəxsiyyətini belə vəsf edir: “Bir müddət idi ki, Cəfər Sadiqin (ə) hüzuruna gedirdim. O Həzrət zarafatcıl idi və dodaqlarında daim təbəssüm görünürdü. O Həzrətin evinə gedib-gəldiyim müddətdə onu həmişə namazqılan, oructutan və Quran oxumaqla məşğul olduğu halda görürdüm. O, bütün varlığı ilə Allah qorxusunu hiss edən, təqvalı və zahid alimlərdən idi...” (“Ət-təvəssul”, İbn Teymiyyə, s52.)
Əbu Hənifə də İmam Sadiq (ə) haqda belə deyirdi: “Mən fəqihlikdə Cəfər ibn Muhəmməddən (ə) daha üstün bir şəxs görmədim. Şübhəsiz, o, İslam ümmətində hər kəsdən daha çox biliyə malikdir.” (“Əl-məscidul-məsanid”, Əhməd Xarəzmi, c.1, s.222.)
Məşhur “Miləl və Nihəl” kitabının müəllifi Şəhristani imam Sadiqin (ə) elmi və əxlaqi şəxsiyyəti haqqında belə yazır: “O, dini məsələlərdə sonsuz elmə, hikmətdə kamil ədəbə, dünya və onun bərbəzəyi qarşısında isə güclü zöhd və təqvaya sahib, nəfsin istəklərindən uzaq bir şəxs idi.” (“Əl-miləlu vən-nihəl”, 1-ci cild, səh.147.)
Tarixi mənbələrdə İmam Sadiqin (ə) hüzurunda elm öyrənən və hədis dinləyən kəslərin sayı dörd min nəfər qeyd edilmişdir.
Bir sözlə, İmam Sadiq (ə) öz dövründə – xüsusilə, cəmiyyətin alim və mütəfəkkirləri təbəqəsinin nəzərində – heyrətləndirici bir əzəmətə sahib idi. Əbu Zöhrə bu barədə belə yazır: “İslam alimləri o qədər fikirayrılıqlarına və məktəblərinin müxtəlifliyinə baxmayaraq, İmam Sadiqdən (ə) və onun elmi məqamından başqa, kiminsə haqqında yekdil fikirdə olmamışlar.” (“Əl-imamus-Sadiq (ə)”, Əbu Zuhrə, səh.66.)
Böyük şiə alimi Şeyx Müfid o Həzrət haqda yazır: “İslam alimlərinin o Həzrətdən nəql etdikləri hədislərin sayı qədər digər imamlardan nəql etməmişlər.” (“Kəsful-ğummə”, 2-ci cild, səh.166.)
İmam Sadiqdən (ə) nəql olunan İslam maarifi və hədislərin həcmi böyük olduğundan “şiə” məzhəbi “Cəfəri məzhəbi” adı ilə o Həzrətə mənsubdur. O Həzrətin hədislərinin çoxluğu iki səbəbdən qaynaqlanırdı:
Birinci səbəb odur ki, İmam Sadiq (ə) digər imamlardan çox yaşamış və altmış beş yaşı ilə Əhli-beyt imamlarının ən yaşlısı sayılır (hicri-qəməri təqvimi ilə 83-148). İkinci səbəb isə birinci səbəbdən daha önəmlidir, o da İmam Sadiqin (ə) yaşadığı dövrə hakim xüsusi şəraitdir. O Həzrətin imamət dönəmi Əməvilər hakimiyyətinin süqutuna, qüdrət və hakimiyyətin Əməvilər sülaləsindən Abbasilər sülaləsinə keçməsi və Abbasilər hakimiyyətin başlanğıcına təsadüf edirdi. O Həzrət bu fürsətdən və siyasi qüdrətin zəifliyi və boşluğundan səmərəli istifadə edərək, dini maarifin təbliği və nəşri ilə məşğul olmuşdur. Elə o Həzrətin dönəmində şiə məzhəbi kəlam, əxlaq, fiqh və digər elmi sahələrdə müstəqil hüviyyətə sahib oldu. Deyə bilərik ki, İmam Sadiqin (ə) elmi-mədəni cihadının əhəmiyyət və təsiri Şəhidlər sərvəri İmam Hüseynin (ə) qanlı Aşura qiyamından az deyildir.
İMAM SADİQİN (Ə) HƏYATINA QISA BAXIŞ

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilinin Şəvval ayının 25-də, altmış beş yaşında ikən Mənsur Dəvaniqinin xilafəti dövründə şəhadətə yetmişdir. Müqəddəs məzarı “Bəqi” qəbiristanlığında atası İmam Baqirin (ə) məzarının yanında yerləşir. O Həzrətin anası Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Fərvədir. O Həzrətin on övladı – 7 oğul və 3 qızı olmuşdur.
İmam Baqir (ə) Mədinədə yaşasa da, oğlu İmam Sadiq (ə) şiələrin çoxu İraqda olduğundan və ya başqa səbəblərə görə, bir müddət İraqda yaşamışdır. O Həzrətin dövründə hökumət Əməvilərin əlindən çıxıb Abbasilərin əlinə keçmişdir.

Maide.Az -Maarif bölümü
https://www.tg-me.com/MaideTV
İMAM SADİQİN (Ə) MÜASİRİ OLMUŞ XƏLİFƏLƏR.

İmam Sadiq (ə) hicrətin 114-cü ilində Əməvilərin hakimiyyəti dövründə imamətə çatmış, hicrətin 132-ci ilində Əməvilər hakimiyyətinə son qoyulmuş və Abbasilər sülaləsi hakimiyyəti ələ keçirmişdir. O Həzrət aşağıda adıçəkilən Əməvi xəlifələrinin müasiri olmuşdur:
Hişam ibn Əbdülməlik (105-125 h.q.);
Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q.);
Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q.);
İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin 126-cı ilinin yetmiş gününü);
Mərvan ibn Məhəmməd (Mərvani-Himar) (126-132 h.q.).
Abbasilərindən isə iki xəlifənin müasiri olmuşdur: Abdullah ibn Məhəmməd Səffah (132-137 h.q.) və Mənsur Dəvaniqi (137-158 h.q.).
Forwarded from XəmsənaməSYH_14 (NAZMİN_CABBAR³¹³)
💢 HARUN ƏR RƏŞİDƏ MOİZƏ

Bir gün bir vaiz Harun ər Rəşidin sarayına gəldi. Harun ona dedi: Mənə bir nəsihət ver: Vaiz dedi: Əgər su tapılmayan bir yerdə şiddətlə susuzlasan bir içim suyu almaq üçün nə qədər verməyə hazırsan?
Harun dedi: Məmləkətimin yarısını verərəm.
👳🏻‍♂️Vaiz dedi: Əgər suyun səndən xaric olmasında problem yaransa müalicə üçün nə qədər verməyə hazırsan?
👤Harun dedi: Məmləkətimin qalan hissəsini.
👳🏻‍♂️Vaiz dedi: Yarısı su içmək, digər yarısı isə o suyun bayıra çıxması qədər dəyəri olan bir məmləkət və şahlıq səni məğrur etməsin.
📍 Bu əhvalatı yazmaqda məqsəd Allahın sonsuz nemətlərinin dəyərini xatırlmaqdır. Həqiqətən əgər bir şəxs ömrünün əvvəlindən sonuna qədər ibadət və itaətlə məşğul olsa bütün var-dövlətini Allah yolunda versə yenə də Allahın bircə nemətinin şükrünü yerinə yetirə bilməz. Çünki, bir nemətin dəyəri onların hamısından çoxdur. Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükürə (tərifə) layiqdir!
(Bəqərə surəsi, 267)

T.me/XəmsənaməSYH_313
2024/06/14 10:43:21
Back to Top
HTML Embed Code: