Telegram Web Link
Ya imam Rza Səlam
Adına qurban olum, lütf elə Sən rahat olum,
Ya imam Rza Səlam
Bilirəm lütf eləsən, yəgin olar mənə yolum,
Ya İmam Rza Səlam,
Xuda qismət eləsin, günbəzini gəlim görüm
Ya İmam Rza Səlam,
Oturub qapında mən, dərdimi Sənlə bölüm!

Bir sual verim, Ağa!
Baxmasan mən tərəfə, görən, olar nə cür halım?
Bir sual verim, Ağa!
Baxmasan mən tərəfə, Sənsiz Ağa, nə cür qalım? 💔


https://www.tg-me.com/intizariewqh
Həyatda olan ən gözəl şey qəlbdir ki, istədiyini ona danışırsan...
YouTube kanalımız olan Elm Tədris Mərkəzində İslam maarifini cəmiyyətə inteqrasiya etmək üçün mənəvi söhbətlərə başlamışıq. Eyni zamanda bu kanalda "Əhkam" dərsi də tədris olunur, yaxın günlərdə isə "Əqaid", "Məntiq" və s. dərslər də tədris olunacaq. Bu xeyirli işdə sizdə savab qazanmaq istəyirsinizsə, kanalımıza abunə olmağı və bu linki paylaşmağı unutmayın...

#Elm_Tədris_Mərkəzi #elmvədin #tədris #əhkam #əqaid #məntiq #peyğəmbər #əhlibeyit

https://youtube.com/channel/UCPImJNEVu904H3nwZ2jOOuQ

🔺️Youtube Kanalımızda Ayətullah Sistani Ağanın fətvaları izahlı şəkildə Siz Əziz Müsəlmanlara çatdırılır.
●□■《Bu gün Xanım Ruqəyyənin şəhadət günüdür》■□●

Bu gün qəməri təqvimi ilə Səfər ayının 5-i( sentyabr ayının 12-i) imam Hüseynin üç yaşlı qızı həzrət Rüqəyyənin şəhaədətə yetdiyi gündür.Bu münasibətlə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində atası ilə birlikdə Kərbəlaya səfər etmişdir. Bəzi rəvayətlərə əsasən, həzrət Rüqəyyə şəhadətə yetdiyi zaman üç yaşında imiş və hicri-qəməri tarixi ilə 61-ci ilin Səfər ayının 5-də, Şam şəhərində əsirlikdə ikən şəhadətə yetmişdir. Onun Dəməşq şəhərindəki müqəddəs məqbərəsi şiələrin ziyarətgahına çevrilmişdir.

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ
İmam Hüseynin (ə) kiçik qızı Rüqəyyə Şam şəhərində Yezidin zindanında ikən gecələrin birində aləmi-röyada atasını görür. Yuxudan ayılıb atasını yanında görmədikdə ağlamağa başlayır. Ondan ağlamağının səbəbini soruşduqda, cavabında deyir: “Atam haradadır? Mənim atamı gətirin.” Bilirlər ki, balaca qız atasını yuxuda görüb. Nə qədər təsəlli versələr də, onu sakitləşdirə bilmirlər. Əhli-beyt əsirləri özləri də elə ağlamağa bəhanə axtarırdılar. Ona görə də, gecənin sükutunu sındırıb, hamılıqla Rüqəyyəyə (ə) qoşularaq ağlamağa başlayırlar.

Tahir ibn Abdullah Dəməşqi deyir: Əhli-beyt əsirləri Rüqəyyəni sakitləşdirə bilməyəndə, imam Hüseynin (ə) müqəddəs başını bir teştdə Rüqəyyə üçün göndərirlər ki, bəlkə bunu görəndən sonra təsəlli tapsın! Keşikçilər o həzrətin başını götürüb, xarabanın qapısına gəlirlər. Əhli-beyt əsirləri imam Hüseynin (ə) müqəddəs başının gətirildiyindən xəbər tutduqda, hamılıqla o həzrətin başını qarşılamağa çıxırlar və imam Hüseynin (ə) başını onlardan alıb, yenidən matəm tuturlar. Məxsusən, Zeynəbi-Kübra (ə) pərvanə kimi, o mübarək başın ətrafına dolanmağa başlayır. Rüqəyyə mübarək başı görən kimi soruşdu: “Bu kimin başıdır?” Deyirlər: “Bu atanın mübarək başıdır.” Həzrət Rüqəyyə (ə) atasının mübarək başını teştdən götürüb bağrına basır, ağlamağa başlayır, atasının mübarək başını qucağına alıb ürək sözlərini, qəmlərini və yol boyu düşərgələrdə çəkdiyi müsibətləri imam Hüseynin (ə) müqəddəs başına deyir və ağlayırdı: “Atacan, kaş, mən sənə fəda olurdum və sənin mübarək saqqalının qana boyandığını görmürdüm!” Rüqəyyə (ə) dodaqlarını atasının dodaqlarına qoyub, o qədər ağlayır ki, axırda huşdan gedir. Sonra baxıb görürlər ki, həzrət Rüqəyyə (ə) əbədiyyətə qovuşub!

Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra onu əsirlikdə köhnəlmiş elə həmin öz köynəyi ilə kəfən edib qürbət diyarda, Şamın xarabasının bir küncündə dəfn edirlər.

Həzrət Rüqəyyə (ə) dəfn olunan gecəsi, həzrət Ümmü-Gülsüm heç cür aram olmurdu. O, dayanmadan ağlayır, nalə və fəryad edir, xarabanın ətrafında gəzirdi. Əhli-beytin (ə) xanımları nə qədər təsəlli versələr də sakitləşmirdi. Ondan bunun səbəbini soruşanda dedi: “Keçən gecə Rüqəyyənin (ə) mənim qucağımda yuxuya getməsi yadıma düşür. Gecə yarısı yuxudan ayılıb gördüm bərk ağlayır və sakit olmur. Ondan soruşdum: “Niyə ağlayırsan?”

Rüqəyyə (ə) mənə dedi: “Bibican, bu şəhərdə mənim kimi əsir olmuş və ev-eşiyindən uzaq düşən var? Bunlar bizi müsəlman bilmirlərmi ki, çörək və suyu bizdən əsirgəyirlər, biz yetimlərə yemək vermirlər?”

Mədİnədə həzrət Rüqəyyəyə (ə) əza məclİsİ
Əhli-beyt (ə) əsirləri Şamdan Mədinəyə qayıdan kimi əzadarlığa məşğul olurlar. Onların zəiflikdən gözlərinin yaşı belə quruyur. O qədər yemək yemirlər ki, nəhayət, imam Zeynəlabidin (ə) özü onların otaqlarına gedir, onlardan yemək yemələrini, su içmələrini istəyir. Amma o həzrət özü, hər vaxt su görsəydi, ya qarşısına yemək qoysaydılar, o qədər ağlayardı ki, mübarək gözünün yaşı o su və ya xörəyə qarışardı.

Seyid ibn Tavus imam Sadiqdən (ə) belə nəql edir: “İmam Səccad (ə) atasının müsibətinə qırx il ağladı. O gündüzləri oruc tutur, gecələri isə ibadətlə başa vururdu. Hər vaxt iftar olduqda, xidmətçi onun xörək və suyunu gətirib yanına qoyur və ərz edirdi: “Ey mənim ağam, buyurun xörək meyil edin.”
İmam buyururdu:

“قتل ابن رسول الله جائعا قتل ابن رسول الله عطشانا”

“Allah Peyğəmbərinin (s) oğlunu ac öldürdülər, Allah Peyğəmbərinin (s) oğlunu susuz öldürdülər.”

O həzrət ardıcıl bu sözləri təkrar edir, o qədər ağlayırdı ki, gözünün yaşı yemək və suya qarışırdı. O həzrətin halı Allah dərgahına qovuşana qədər belə oldu.

Bəli, əsirlər Mədinəyə qayıtdıqdan sonra neçə gün əza məclisləri quruldu. Əhli-beytin (ə) nə gecələr, nə də gündüzlər sakitliyi və aramlığı olmadı.

Mədinə əhalisi hər gün dəstə-dəstə onların yanına gəlir və başsağlığı verirdilər. Həzrət Zeynəb (ə) Mədinə qadınlarına Kərbəla, Kufə və Şamın hadisə və müsibətlərindən danışır, onlar da ağlayırdılar.

Bir gün həzrət Zeynəb (ə) Şamda çəkdikləri müsibətlərdən danışarkən həzrət Rüqəyyə (ə) yadına düşür və buyurur: “Amma Şamın xarabasında Rüqəyyənin şəhadəti belimi bükdü.” (“Nasixut-təvarix”, səh.507)
🔰Kimin vaxtı olsa, bu gecə:

*İrşad İbrahimxəlil oğlu*
üçün vəhşət namazı qılar.

🔷Vəhşət namazının qaydası:
👉🏻Meyitin qəbrinin ilk gecəsi xiftən namazından sonra qılınır.
👉🏻Müstəhəbdir. İki rükətdir. Niyyətdə vəhşət namazı deyilir.
1⃣-ci rükətdə həmddən sonra bir dəfə ayətəl-kürsi.
2⃣-ci rükətdə isə, həmddən sonra on dəfə qədr surəsi oxunur.
Namaz bitdikdən sonra deyirik:
"Allahummə salli ələə muhəmməd və əəli muhəmməd. İlahi! Bu namazın savabını, filankəsin qəbrinə (vəfat edənin ad və ata adı deyilir) yetir".
🔷Bu namaz səbəb olar ki, vəfat edən şəxs qəbr sıxıntısından amanda qalar.

🤲🏻Allah ölənlərinizə rəhmət etsin. Amin.
Forwarded from ƏHKAM FİQH DƏRSLƏRİ (إِنَّا لِلّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعونَ)
Salam Aleykum.Hər vaxdınız xeyirli olsun inşəAllah. Sizdən bir xaişim olacaq. Bu gün bir anayla tanış oldum vəziyyəti çox ağır idi maddi cəhətdən köməyə ehtiyacı var. Ana özü yaşlıdı işliyə bilmir, yoldaşı və oğluda ağır xəstədilər işləyə bilmirlər. Düzdü yardım edənlər olur onlara başın dolandırırlar. Amma anamızın 60 azn borcu var, aptekdən borca dərman götürüb sonra müdür bilib dərman verən işçini işdən çıxarmaq isdiyir anamız çox narahatdı isdəmir işdən çıxsın. İmkanıda yoxduki ödəsin borcunu. İnanın Allah şahiddi gözlərimlə gördüm ana nə haldadı, bədənində taqət yox idi ayaq üsdə qalsın. Sizlərdən xaiş edirəm kimin nəyə gücü çatsa köməy etsin anamıza. 1-2 manatda olsa köməy etməy olar. Necə deyərlər dama dama göl olar.
Allah edilən yaxşılıqları heç zaman əvəzsiz qoymaz, yaşlı anamıza köməy olaqki borucunu ödüyə bilsin ona görədə başqası işdən qovulmasın.İnşəallah imkanı olan yardımını əsirgəməz. Anamıza yardım etməy isdəyən mənə şəxsidə yazsın zəhmət olmasa kart hesabını atım. Allah hər birinizdən razı olsun.🌹
@intizareferec
Forwarded from ƏHKAM FİQH DƏRSLƏRİ (إِنَّا لِلّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعونَ)
Bilirem.indiki dövrdə belə yardım isdəyən çoxdu və insanlarda inamsızlıq yaranıbki həqiqətən görən ehtiyaclıdırmı?!
İnanın səmimiyyətimə mən tam əmin olmadığım və inanmadığım bir kəs haqqında heç bir zaman paylaşmaram. Yəni deməy isdəyirəmki həqiqətəndə ehtiyaclı anamızdır..Rica edirem destek olaq.Inanmayan Bacı ve Qardaslarim ünvan,əlaqə nömrəsi gözlərinizlə görə bilərsiniz.🙏🏻🙏🏻🙏🏻 @intizareferec
Bütün bu səs küylər bitəcək, bizə qalanlar isə daxilimizdə olanlardır. Biz daxilimizi təmizləmək üçün əlimizdən gələni etməliyik.

Ruhullah Musəvi(r.ə)
İntizariEwqh🕊
Salam Aleykum.Hər vaxdınız xeyirli olsun inşəAllah. Sizdən bir xaişim olacaq. Bu gün bir anayla tanış oldum vəziyyəti çox ağır idi maddi cəhətdən köməyə ehtiyacı var. Ana özü yaşlıdı işliyə bilmir, yoldaşı və oğluda ağır xəstədilər işləyə bilmirlər. Düzdü…
Salam Aleykum.Həmd olsun Anamızın pulu artıqlaması ilə yığıldı.Allah razı olsun.Anamız sadəcə bu borcun həllini istəyirdi və həmd olsun niyyətinə çatdı.Lakin yenədə Anamıza yardım etmək istəyən olarsa edə bilər çünki ailədə hec kim işləmir ayda 100azn olan yardım ilə dolanırlar..Allah, hər şeydən agahdır..Allah hər birinizdən razı olsun.Dua edin...🙏🏻
Kart anamızın şəxsi olmadıqı üçün paylaşa bilmirəm yardım etmək istəyənlər qəbzi Mənə mütləq atmalıdırlar ki hesabda bilinsin. Zamanınızı aldım haqqınızı halal edinn Əzizlər.Yardım etmək istəyən olarsa @intizareferec (kart hesabını atım)
Ayətullah Müctəhidi Tehrani

"Əgər həyatda uğur qazanmaq və həyatdan ləzzət almaq istəyirsinizsə, ata-ananıza, xüsusilə də ananıza, yaxşılıq edin, onun qəlbini ələ alın! Bilin ki, əgər onlar sizdən razı olsalar, Allah da sizdən razı olacaq. Əgər Allah eləməsin, onları özünüzdən narazı etsəniz, Allahı narazı etmiş olarsınız".
İnsan öz əməlinin səmərəsidir. Yə'ni necə əməl edərsə, o cür də insan olar. İnsan həm öz əməlini yaradar, həm də öz əməli ilə düzələr.

_✍🏻 Şehid Mürtəza Mütəhhəri_

@intizariewqh
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yükümü bu il də, bağlaya bilmədim,
Özümü aşiqlərin yoluna vura bilmədim!
Adın dodaqlarımda, hər nəfəsdə adını çəkərək, Səni yad edərək, yolunu gedə bilmədim!

Bu il gələ bilmədim məni bağışla, mənlik olsa gələrdim 💔
Xahiş edirəm, mən gəlməsəm də, Sən məndən razı qal, əgər Sən razısansa, Allah da razıdır...

Səni çox sevirəm, Hüseyn! (ə) 🌹


@intizariewqh
Heç bir şey eşqə doğru getmək üçün maneə deyil!
Qərar belə olmamalıydı, görürsən aramıza necə fasilə düşdü? 💔
Yeganə xoşbəxtlik yolu Hüseynçi olmaqdır.

Hüseynçi olun və Hüseynçi olaraq qalın. Özünüzü Hüseynçilik meydanında tərbiyə edin, formalaşdırın və bilin ki, dünya və axirətin xoşbəxtlik yolu budur. Allah-taala da sizə kömək edəcək.


Rəhbər Seyid Əli Xamenei, 08.11.1995
Anası deyir: Həddi-büluğa çatdığı gündən şəhid olduğu günə qədər bir gündə gecə namazını qəza etməmişdi.

🌹Şəhid Seyyid Əhməd🌹
2024/05/15 13:34:51
Back to Top
HTML Embed Code: