Telegram Web Link
İşa namazın­dan sonra qılınan dörd rükət namazın fəziləti

Abdullah ibn Məsud (radiyallahu anhu) demişdir:

“Kim İşa namazın­dan sonra dörd rükət namaz qılar və onların arasını salamla ayırmazsa, bunlar Qədr gecəsində qılınan (dörd rükət) kimi olar”.

(İbn Əbu Şeybə 2/127)

Abdullah ibn Amr (radiyallahu anhu) demişdir:

“Kim İşa namazın­dan sonra dörd rükət namaz qılarsa, Qədr gecəsində qılınan dörd rükət kimi savab qazanar”.

(İbn Əbu Şeybə 2/127)

Aişə (radiyallahu anhə) demişdir:

İşa namazın­dan sonra qılınan dörd rükət namaz Qədr gecəsində qılınan dörd rükət namaza bərabərdir.

(İbn Əbu Şeybə 2/127)

Əl-Albani (rahiməhullah) demişdir:

“Bu hədis bir neçə səhabədən məvquf şəkildə (yəni, onların sözü kimi) səhih olaraq nəql olunmuşdur. Baxmayaraq ki, bu rəvayətlər məvqufdur, lakin mərfu (Peyğəmbərin sözü kimi qəbul) hökmündədir, çünki belə sözlər şəxsi fikir və rəyə əsaslanaraq deyilmir. Bu isə açıq şəkildə bəllidir.”

(Əs silsilətud daifə 5060)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8👍1
🔴 CANLI DƏRS 🔴
Bu gün

🎙️Dərsin vaxtı: Məğrib namazından sonra

Mövzu: "Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) ov barəsində söylədikləri və qoyduğu qaydalar

Muradov Murad

🖇️
https://www.tg-me.com/islamlayasha
👍92❤‍🔥1
Live stream started
Dərs başladı!
3👍1
Live stream finished (24 minutes)
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Tiyara (uğursuzluğa inanc, pis əlamətə inanmaq) şirkdir.”

(İbn Hibban 6122.)

İbn Useymin (rahiməhullah) tiyara haqqında belə demişdir

“Tiyara — görünən və ya eşidilən bir şeylə uğursuzluğa inanmaqdır.
Başqa bir tərifə görə isə: tiyara, istər görülən, istər eşidilən, istərsə də müəyyən zaman və ya məkanla bağlı olan hər hansı məlum şeydən uğursuzluğa inanmaqdır.
Bu tərif daha genişdir, çünki görülməyən və eşidilməyən məsələləri də əhatə edir — məsələn, zamanı uğursuz saymaq kimi.”

القول المفيد 1/515

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8❤‍🔥2👍1
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Allahın haram buyurduğu şeylərə baxmaqdan gözünü çəkən gözə cəhənnəm odu haram edilmişdir.”

(Bu hədisi imam Zəhəbi "ət-Təlxis" əsərində (2432) səhih saymışdır.)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8👍4❤‍🔥2
Möminlərin anası Aişə (radiyallahu anhə) rəvayət edir ki:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) zöhr namazından əvvəl dörd rükət (sünnə) namazı qılmazdısa, onları zöhrdən sonra qılardı.”

(Tirmizi 426)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8👍4❤‍🔥1
6❤‍🔥1👍1
Rəvayət edilir ki, Əli (radiyallahu anhu) demişdir: “Biz Bəqiul-ğarqadda bir cənazənin dəf­nində iştirak edərkən Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bizim yanımıza gəlib oturdu, biz də onun ət­rafın­da oturduq. Əlində əsa var idi. O, başını aşağı əydi və əlindəki əsanı yerə vurmağa başladı. Sonra buyurdu: “Sizin hər birinizin, habelə bütün bəşə­riy­yətin Cənnətdə və ya Cəhənnəmdə tutacağı yer (əzəldən qədərə) yazıl­mış­dır. Həmçinin bədbəxt və ya xoşbəxt olacağı da yazılmışdır.” (Bu vaxt) bir nə­fər dedi: “Ey Allahın Rəsulu! Elə isə qədərimizə yazılana arxayın olub əməlləri tərk edəkmi? Onsuz da xoşbəxt olanımız xoşbəxt bəndələrin əməllərini yerinə yetirəcək, bədbəxt olanımız da bədbəxt bəndələ­rin əməllərini yerinə yeti­rə­cək. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: Xoşbəxt olanlara xoşbəxt in­sanların əməli, bəd­bəxt olanlara isə bədbəxt insanların əməli müyəssər olacaq.

(Buxari 1362)

Qeyd: Bəqiul-ğarqad Mədinə qəbirstanlığının adıdır. Bəqi – içində ağac kötüklərinin olduğu ərazi, ğarqad isə bu ərazidə bitən tikanlı bir ağacın adıdır.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
13👍2🔥1
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Kim and içib arxasınca “İnşəAllah” (Allah istəsə) desə, (andını pozmuş olsa belə) andını pozmuş sayılmaz.

(Tirmizi 1532)

Qeyd: Yəni bir şəxs and içərkən: “And olsun Allaha, filan işi edəcəyəm, inşəallah” – desə, sonra həmin işi etməsə, bu halda o andını pozmuş sayılmır və kəffarə verməsi vacib deyil. Çünki “inşəallah” deməklə işi Allahın istəyinə bağlamış olur.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
7👍4❤‍🔥2
Qadın cümə namazını necə qılar?

İbn Useymin (rahiməhullah) demişdir:

“Əgər qadın imamla birlikdə məsciddə cümə namazını qılarsa, imam necə qılırsa, o da eləcə qılar.
Amma əgər qadın evində qılarsa, o zaman dörd rükət zöhr (günorta) namazı qılar.”

مجموع الفتاوى(16/60)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8❤‍🔥4
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Fərat aralanmayana qədər və bu yerdə qızıldan dağ əmələ gəlməyənə qədər Qiyamət saatı qopmayacaq. İnsanlar bu qızıla görə bir-biri ilə vuruşacaq və hər yüz adamdan doxsan doqquzu öləcək. Bu zaman onlardan hər biri belə deyəcək: "Bəlkə elə sağ qalan mən olacağam."

Həmçinin demişdir:

Fəratın aralanacağı və onun yerində qızıl xəzinəsinin əmələ gələcəyi saata az qalıb. Kim ora gəlsə, ondan heç nə götürməsin."

(Muslim 2894)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
5❤‍🔥2💯1
2025/10/18 04:56:48
Back to Top
HTML Embed Code: