Telegram Web Link
Uca Allah buyurur:

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir.

(Əraf surəsi ayə 200)

Şeyx Useymin (rahiməhullah) demişdir:

“Bu ayədə məqsəd günahlara əmr edilməsi və ya vacibatların tərk edilməsidir. Çünki bunlar şeytanın vəsvəsələridir. Uca Allah da buyurur ki, o (şeytan) insanların arasına vəsvəsə salar. Deməli, onun vəsvəsəsi – günahlara əmr etmək və vacibatdan soyutmaqdır. Əgər belə bir hal hiss etsən, de: “Əuzu billəhi minəş-şeytanir-ra­cim” (Lənətlənmiş şeytandan Allaha sığınıram).”

رياض الصالحين 367/3

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
6❤‍🔥4
İbn Cureyc (rahiməhullah) demişdir:

Öncəki saleh kəslər Qurana qulas asdıqları kimi azana da eləcə qulaq asardırlar.

فتح الباري 92/2

Əl-Bəqai (rahiməhullah) demişdir:

“Azan və iqamə vaxtı tövhidə diqqətlə qəlbin hazır olması vacibdir. Kim azan və iqamə zamanı tövhiddə qəlbini qafil edərsə, namazının ruhundan əskilər, onun dayağı olmaz. Kim azan və iqamə zamanı qəlbini hazır edərsə, namazda da qəlbi hazır olar. Kim isə bu vaxtda qəlbini qafil edərsə, namazda da qəlbi qafil olar.”

نظم الدرر 3/363

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8🍓2❤‍🔥1
7❤‍🔥3
“Sələf” sözünün əsli və işlədilməsi

Peyğəmbər (sallallahu aleyhi və səlləm) qızı Fatiməyə (radiyallahu anhə) öz ölüm anı yaxınlaşanda dedi:
«Mənim ömrümün sonu yaxınlaşdı, sən isə ailəmdən mənə ilk qovuşacaq olan olacaqsan. Mən sənin üçün necə də gözəl bir sələfəm.»
(Buxari 6285)

İmam əl-Əvzai (rahiməhullah) demişdir:

«Özünü sünnəyə bağla. Sələflərin dayandığı yerdə dayan, onların dediyini de, çəkindiyindən çəkindir, sənin saleh sələflərinin yolunu tut. Çünki səni də onların yolunun genişliyi əhatə edəcək.»
الشريعة 273/2

İmam Zəhəbi (rahiməhullah) İmam Daraqutnini belə təsvir edir:
«O, heç vaxt kəlam elminə və mübahisəyə girməmiş, bu işlərə dalmamışdır. O, sələfi idi.»
السير 457/12

İbn Teymiyyə (rahiməhullah) demişdir:

«Sələfin məzhəbini ortaya qoyan, ona nisbət edilən və ona bağlı olduğunu deyən şəxsə irad tutmaq olmaz. Əksinə, onu ittifaq ilə qəbul etmək vacibdir. Çünki sələfin məzhəbi yalnız haqq ola bilər. Sələfin məzhəbi haqqa uyğun olan məzhəbdir və ondan başqa yola meyl etmək olmaz.»
مجموع الفتاوى 7/585, 4/149

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
10❤‍🔥2
İbn Əl-Qayyim (rahiməhullah) belə demişdir:

“İslam dinində qəbir və məscid bir yerdə cəm ola bilməz. Onlardan hansı digərindən sonra gələrsə, o mane olunur və hökm əvvəl gələnindir.”

(زادالمعاد 3 / 572)

Yəni: əgər əvvəl məscid tikilib, sonra orada qəbir qoymaq istənilsə – icazə verilmir. Əgər əvvəl qəbir olub, sonra orada məscid tikmək istənilsə – buna da icazə verilmir. Hansı birinci olubsa, hökm onundur.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
👍65❤‍🔥2
Əbu Hureyra (radiyallahu anhu) demişdir:

“Adəm oğlunun qulağı əridilmiş qurğuşunla dolması, çarçının (müəzzinin) çağırışını eşidib ona cavab verməməsindən onun üçün daha xeyirlidir.”

(Musannəf ibn Əbu Şeybə 3465)

Qeyd: Carçıya cavab verməmək - azanı eşidib məscidə gəlməmək və ya azan sözlərini təkrar etməməkdir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
11❤‍🔥2
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Qiyamət günü Allahın ərşinin sağ tərəfində oturan xüsusi yaxın dostları olacaqdır. Allahın hər iki əli sağdır. Onlar nurdan minbərlər üzərində oturacaq, üzləri də nur saçacaq. Onlar nə peyğəmbər, nə şəhid, nə də siddiqlərdəndir.” Soruşuldu: “Ey Allahın Rəsulu! Onlar kimdirlər?” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: “Onlar Allahın böyüklüyü və cəlalı xatirinə bir-birini sevənlərdir.”

(Səhihut tərğib vət tərhib 3022)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8❤‍🔥2🍓2
Vəfat etmiş kəsin paltarlarının hökmü

İbn Useymin (rahiməhullah) belə demişdir:

“Bir insan vəfat etdikdə, onun sahib olduğu hər şey – paltarları, döşəkləri, kitabları, yazı alətləri, masa, stul – hətta başındakı şemağ və ipi belə – hamısı varislərinə keçir. Bu əşyalar varislərə keçdikdən sonra, onlar bu şeylərdə öz mallarında necə davranırlarsa, elə də davranarlar. Əgər varislər (hamısı) ağıllı və yetkin olub desələr ki: meyitin paltarları bizdən birinə verilsin və o da geyinsin – bunda heç bir eyb yoxdur. Əgər razılaşsalar ki, həmin paltarları sədəqə versinlər – bunda da eyb yoxdur. Əgər razılaşsalar ki, onları satsınlar – bunda da eyb yoxdur. Çünki artıq bu əşyalar onların mülküdür və onlar mülk sahibi kimi istədikləri kimi istifadə edə bilərlər.”

فتاوى نور على الدرب



🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8❤‍🔥3🍓2
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Xurmalarınızın ən xeyirlisi bərni xurmasıdır. O, xəstəliyi aradan qaldırar və özündə heç bir xəstəlik yoxdur.”

(Sahihul Cami 3303)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
11❤‍🔥2
6🍓2❤‍🔥1
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Qızılı qızılla, gümüşü gümüşlə satmayın! Yalnız çəkiləri tam bərabər, eyni və aralarında heç bir fərq olmayanda – bu hal istisnadır (icazəlidir).”

(Muslim 1584)

Alimlər bu hədisdən belə bir hökm çıxarıblar: köhnə qızılı yeni qızılla dəyişmək və üstəlik əlavə pul vermək – haram olan ribadır (faizdir). Amma belə etmək olar: əvvəl köhnə qızılı satırsan, pulunu tam alırsan; sonra ayrıca yeni qızılı həmin pulla alırsan. Bu dörd məzhəbin ittifaq etdiyi (icma etdiyi) hökm sayılır.

İbn Useymin (rahiməhullah) demişdir:

“Qızılı - alan şəxsə vermək, lakin pulunu müəyyən müddət sonra almaq – icazəli deyildir. Çünki bu, ribadır (faiz sayılır).”

فتاوى نور على الدرب

Qeyd: Qızıl və gümüş mallarında şərt odur ki, pul dərhal (əlbəəl) verilməlidir. Əks halda riba əməli baş vermiş olur.


🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9❤‍🔥2👍2
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Nə xoş o kimsəyə ki, dilini qoruyar, evi ona kifayət edər və günahı üçün ağlayar.”

(Sahihul Cami 3929)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9👍5❤‍🔥1
Kəsir ibn Ubeyd (rahiməhullah) demişdir:l

Aişə (radıyallahu anhə) nə vaxt onların ailəsində (yaxınlarında) bir uşaq doğulardısa, oğlanmı, qızmı olduğunu soruşmazdı. Belə deyərdi:
“Sağlam, qüsursuz yaradıldımı?”
Əgər “Bəli” deyilərdisə, belə deyərdi:
“Həmd olsun aləmlərin Rəbbi olan Allaha!”

Şeyx Albani (rahiməhullah) “Səhihul ədəbul mufrad” (534) əsərində həsən hesab etmişdir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
11❤‍🔥4🍓1
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Kim sidr ağacını kəsərsə, Allah onun başını Cəhənnəmə atsın.”

(Əbu Davud 5239, 5240)

Əbu Davuddan bu hədisin mənası soruşulduqda o belə cavab verdi: “Bu hədis müxtəsərdir. Yəni, kim yolçuların və heyvanların kölgələndiyi səhradakı sidr ağacını boş yerə və nahaqdan kəsərsə, Allah onun başı­nı Cəhənnəmə atsın.”

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
❤‍🔥44
Uca Allah buyurur:

Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.

(Həşr surəsi ayə 18)

İbn Kəsir (rahiməhullah) təfsirində demişdir:

Yəni, Allah sizi hesaba çəkməzdən əvvəl özünüzü hesaba çəkin. Baxın, axirət gününüz və Rəbbinizin hüzurunda təqdim olunacağınız gün üçün nə qədər saleh əməl toplayıb hazırlamısınız. Və bilin ki, Allah sizin bütün əməllərinizi və hallarınızı bilir. Sizdən heç bir gizli şey Ona gizli qalmaz.

تفسير ابن كثير

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9❤‍🔥3🍓2
Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir:

“Alimin abidin (yalnız çox ibadətlə məşğul olanın) üzərindəki üstünlüyü, mənim sizin ən aşağı (dərəcədə olan) birinizin üzərindəki üstünlüyüm kimidir.”

Tirmizi 2685

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
6👍4❤‍🔥1🍓1
5❤‍🔥2
Dəstəmaz vaxtı danışmağın hökmü

İbn Useymin (rahiməhullah) demişdir:

Dəstəmaz əsnasında danışmaq məkruh deyil. Amma yaxşı olar ki, dəstəmaz bitənə qədər danışmasın. Əgər danışsa, ona heç bir günah yoxdur.
(نور على الدرب 344 )

İbn Bazz (rahiməhullah) demişdir:

Dəstəmaz vaxtı danışmaq dəstəmazı batil etmir. Əgər dəstəmaz şəri qaydada tamamlanarsa, danışmaqda heç bir eyb yoxdur.
(نور على الدرب 7874)

Amma daha yaxşısı – yalnız zərurət olduqda (məsələn, salam vermək kimi) danışmaqdır. Çünki müsəlman dəstəmazını gözəl şəkildə yerinə yetirsin, hər üzvü yumaqda şəriət tərəfindən müəyyən edilən sayı keçməsin və yuyulmamış yer qalmasın. Çünki danışan adam adətən bundan xilas ola bilmir. Xülasə: Danışmaq dəstəmazı pozmur. Amma yaxşı olar ki, insan dəstəmaz vaxtı danışmasın, yalnız zəruri hallarda danışsın.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
7❤‍🔥4🍓1
2025/10/21 22:28:23
Back to Top
HTML Embed Code: