Telegram Web Link
Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir:

" Həqiqətən, Allahın Təbərak və Təalə dərgahında günlərin ən əfzəli qurban bayramı sonra isə, "qarr" günüdür ( zilhiccə ayının on birinci günüdür)".

(Əbu Davud 1765)


🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
16❤‍🔥3
İbn Racəb əl-Hənbəli (rahiməhullah) demişdir:

Bayram, yeni geyim geyinən kəs üçün deyildir, əksinə bayram, Rəbbinə itaət
i artıran kəs üçündür. Bayram geyimlərlə və miniklərlə gözəlləşən kəs üçün deyildir, əksinə bayram günahları bağışlanan kəs üçündür.

لطائف المعارف 611

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
15❤‍🔥3
3❤‍🔥2
Başqa yerlərə qurban kəsilməsi üçün pul göndərməmək və bu səbəbdən əldən çıxan faydalar

İbn Useymin (rahiməhullah) demişdir:

Evindən kənarda qurban kəsmə! Öz ölkəndə, yaşadığın yerdə qurbanını kəs! Bu ibadəti yerinə yetir. Qurbanın, pul göndərilən yerdə kəsilməsi sünnəyə ziddir və bununla bir sıra faydalar itirilir. Bunlardan bəzilərini sadalayıram:

Birincisi: Allahın ölkəndə zahir olan şüarlarından biri olan qurban ibadətinin gizlədilməsi.
İkincisi: Qurbanı öz əlinlə kəsməklə Allaha yaxınlaşma fürsətini itirirsən.
Üçüncüsü: Qurban kəsərkən Allahın adını çəkməkdən məhrum olursan.
Dördüncüsü: Qurban ətindən özün yemək imkanı əldən çıxır.
Beşincisi: Qurban ətinin şəriətə uyğun şəkildə paylanması baş tutmur.
Altıncısı: Ölkəndəki insanlar bu qurbanlardan faydalana bilmirlər.
Yeddincisi: Pul göndərdiyin yerdə qurbanın islami şəkildə və düzgün qaydada kəsilib-kəsilmədiyini bilmirsən.

Buna görə də biz qurbanın başqa ölkələrdə kəsilməsi üçün pul göndərməyi məsləhət görmürük. Əksinə, qurbanı yaşadığın ölkədə kəsməyi tövsiyə edirik. Həmçinin, kimdəsə artıq pul varsa, istəyirsə, onu digər müsəlman ölkələrində ehtiyacı olanlara sədəqə kimi versin.

اللقاء الشهري 4/26

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
14❤‍🔥1🤔1
Təşriq günləri zilhiccə ayının 11-i, 12-si və 13- cü günləridir.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Təşriq günləri yeyib içmək günüdür. (Başqa rəvayətdə isə: “Allahı zikr etmək günüdür).”

(Muslim 1147)

Təşriq günləri nə üçün adlanıb?

Şeyx Useymin (rahiməhullah) demişdir:

Təşriq günləri Qurban bayramından sonra olan üç gündür. Təşriq günləri ona görə adlanıb ki, o günlərdə insanlar əti günəşdə qurudurdular. Yəni, qurutmaq üçün günəş şüaları altına sərirdilər ki, onu saxladıqda çürüməsin. Bu günlər barəsində Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Təşriq günləri yemək içmək və Allahı zikr etmək günüdür.

مجموع فتاوى 20/سؤال 419

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
14❤‍🔥2
Dəyərli müsəlmanlanlar sabah bazar ertəsi (1-ci gün) olmasına baxmayaraq, hansı ki, həftənin bu günündə oruc tutmağı Allah Rəsulu (sallallahu aleyhi və səlləm) təşviq etmişdir, lakin sabah Zilhiccə ayı təşriq gününün 13-cü günü bayram günlərindən olduğundan sabah oruc TUTULMUR.
11❤‍🔥1
İki bayram günü (Ramazan və Qurban) oruc tutulmasının qadağan olunması barəsində alimlərin sözləri

İbn Həcər (rahiməhullah) demişdir: Əbu Cəfər Ət Tabari rahiməhullah demişdir: bayram ilə cümə arasında fərq qoyulmalıdır. Çünki bayram günü oruc tutulmasının haram olmasına icma olunmuşdur, bir gün əvvəl və ya bir gün sonra olsa belə.
(Fəthul Bari 4/234)

İbn Həzm rahiməhullah demişdir: İcma edilmişdir ki, Ramazan və Qurban bayram günü oruc tutmaq icazəli deyil.
(Məratibul İcma 40)

İbn Qudamə rahiməhullah demişdir: Elm əhli iki bayram günü (Ramazan və Qurban) oruc tutulmasının qadağan olunmasına və o iki gündə də nafilə, mütləq nəzir, qəza və kəffarə kimi orucların tutulmasının haram olmasına icma etmişlər.
(Əl Muğni (3/169))

Nəvəvi (rahiməhullah) demişdir: Alimlər iki bayram günü Ramazan və Qurban günü oruc tutulmasının haram olmasına icma etmişlər.
(Əl məcmu (6/440))

İbn Həcər (rahiməhullah) iki bayram günü oruc tutulmasına haram olması barədə olan hədis barəsində demişdir: Fərqi yoxdur nəzir, kəffarə, nafilə və qəza olsun iki gündə oruc tutmaq icma ilə haramdır.
Fəthul Bari (4/239)

yazdı: Muradov Murad

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8❤‍🔥2
Həsənul Bəsari rahiməhullah demişdir:

"İman nə arzularla, nə də zahiri bəzəklərlə (iddialarla) olmaz. O, qəlbdə sabit olan və əməllə təsdiqlənən bir həqiqətdir."

كتاب الصلاة لابن القيم الجوزية

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
13👍4❤‍🔥1
Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir:

"Fitnə zamanında ibadət, mənə hicrət etmək kimidir."

Muslim 2848

Ən-Nəvəvi rahiməhullah demişdir:

Fitnə zamanı dedikdə- fitnə-fəsad və insanların işlərinin bir-birinə qarışmasıdır. Bu zamanda ibadətin fəzilətinin çox olması isə ona görədir ki, insanlar ibadətdən qafil olar, başqa şeylərlə məşğul olarlar. Bu hallarda yalnız azsaylı şəxslər ibadətə vaxt ayırar.

(Şərhu sahih muslim, 4/2268)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
14❤‍🔥2👍1
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Ki­sə­nin ağzını bağlama, yoxsa sənə qarşı da bağlanar”

(Buxari 1433)

Yəni, ehtiyacı olanlara köməklik etməkdən imtina etmə, yoxsa Allah sənə verdiyini əlindən alar, ya da ən azı onun miqdarını azaldar.

Həmçinin demişdir:

“İnfaq et, sayıb durma. Allah da sənə qarşı nemətini sayıb əsirgəyər. Pulunu küpdə saxlama, Allah da səndən əsirgəyər”.

(Muslim 1029)

Yəni, malının azalacağından ehtiyat edib xəsislik etmə, yoxsa Allah sənə verdiyi nemətlərin sayını azaldar.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
👍104❤‍🔥3
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Xəsislə səxavətli adam sinəsi ilə körpücük sümüyü arasına zireh geyinmiş adama bənzəyir. Səxavətli adam sədəqə verdikcə əynindəki zireh genişlənər, uzanar, ayaq barmaqlarını da örtər və ayaq izlərini silər. Xəsis isə bir şey vermək istəyəndə zirehin halqaları bir-birinə möhkəm girər, onu sıxar. Genəltmək üçün nə qədər çalışsa da bacarmaz”.

Buxari 1443

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
13👍4❤‍🔥2🔥1
5👍4❤‍🔥3
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Səhrada yol gedən bir nəfər səfər əsnasında buludun içindən “filankəsin bağçasını sula!” - deyə bir səs eşitdi. Həmin bulud qaradaşlıq bir yerə yönəldi və suyunu ora boşaltdı. Adam bir dərənin həmin suyun hamısını özündə topladığını görüb heyrətə düşdü və suyu izləməyə başladı. Bir də gördü ki, bir nəfər əlindəki bel ilə suyu ora-bura istiqamətləndirərək bağçasını sulayır. Ondan soruşdu:- Ey Allahın qulu, adın nədir? O da həmin adamın daha əvvəl buluddan eşitdiyi adı söylədi və:- Ey Allahın qulu, adımı niyə soruşdun? - dedi. - Mən bu suyu yağdıran buluddan “sənin adını verərək filankəsin bağçasını sula” deyə bir səs eşitmişdim. Ona görə soruşuram. Sən nə edirsən ki, belə bir diqqət və qayğı görürsən? - dedi. Bağçanın sahibi:- Madam ki, öyrənməkdə bu qədər maraqlısan, deyim: “Mən bu bağçanın məhsulunu hesablayıram. Üçdə birini sədəqə verirəm, üç də birini ailə üzvlərimlə birlikdə yeyirəm, üçdə birini isə toxumluq ayırıram”, - dedi.

(Muslim 2984)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
14👍4❤‍🔥2🕊1
Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan kəs tamaha düşər. Danışarkən (şək-şübhədən uzaq, Şəriətə müvafiq qaydada) gözəl danışın.

(Əhzab surəsi ayə 32)

Naməhrəm kişilərlə qadının danışıq ədəbi haqqında

Ən-Nəvəvi (rahiməhullah) demişdir:

Əgər qadın alış-veriş və ya başqa zəruri hallarda naməhrəm kişi ilə danışmağa ehtiyac duyarsa - bu yerlərdə, onunla danışması icazəlidir - o zaman sözlərini sərt və ciddi tərzdə deməlidir, yumşaq və incə danışmamalıdır. Çünki bu, qarşı tərəfdə ona qarşı istək və tamah oyada bilər.

الأذكار للنووي -ط- ابن حزم ص 455

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
15👍6❤‍🔥1
Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir:

“Bir nəfərin yeməyi iki nəfərə, iki nəfərin yeməyi dörd nəfərə, dörd nəfərin yeməyi isə səkkiz nəfərə kifayətdir”.

Muslim 2059

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
12👍5❤‍🔥2🍓2
Aişə (radiyallahu anhə) belə demişdir:

Əbu Bəkr əs-Siddiqin (radiyallahu anhu) bir köləsi vardı. Həmin kölə qazancından müəyyən qədərini Əbu Bəkrə verər, o da bundan yeyərdi. Bir gün həmin kölə yenə qazancından gətirmişdi. Əbu Bəkr ondan yeməyə başladı. Kölə Əbu Bəkrdən:- Yediyin şeyin nə olduğunu bilirsənmi? - deyə soruşdu. Əbu Bəkr də:- De görüm, nədir? - deyə açıqlamasını istədi. Kölə belə dedi:- Fala baxa bilmədiyim halda cahiliyyə dövründə bir nəfərin falına baxaraq onu aldatmışdım. Bu gün həmin adamla qarşılaşdıq. O vaxt gördüyüm işin müqabilində bu yediyini verdi. Əbu Bəkr bu sözü eşidən kimi barmağını ağzına soxub yediklərinin hamısını qusdu.

Buxari 3842

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
👍107❤‍🔥2
8❤‍🔥1👍1
Ubey bin Kab (radiyallahu anhu) belə demişdir:

Gecənin üçdə biri keçəndən sonra Allah Rəsulu (sallallahu aleyhi və səlləm) oyanıb qalxdı və belə buyurdu: “Ey insanlar, Allahı zikr edin! Yeri yerindən oynadan birinci sura üfürüləcək. Ardınca ikincisi gələcək. Ölüm bütün şiddəti ilə gəlib çatacaq. Ölüm bütün şiddəti ilə gəlib çatacaq”. Ubey dedi: mən dedim: ey Allahın Rəsulu, mən sənə çox salavat gətirirəm. Əcəba, bunu nə qədər etməliyəm? - deyə soruşdum. - “İstədiyin qədər”, - buyurdu.- Dualarımın dörddə birini salavata ayırsam uyğun olarmı? - deyə soruşdum.- “İstədiyin qədərini ayır. Amma daha çox vaxt ayırsan, sənin üçün yaxşı olar”, - buyurdu. - Elə isə duamın yarısını salavata ayırım,- dedim.- “İstədiyin qədər et. Amma daha çox vaxt ayırsan, sənin üçün xeyirli olar”, - buyurdu. Mən yenə soruşdum:- Elə isə üçdə ikisi kifayətdirmi?- “İstədiyin qədər. Ancaq artırsan sənin üçün xeyirlidir”, - buyurdu. - Elə isə duaya ayırdığım vaxtın hamısında sənə salavat gətirsəm, necə olar? - dedim. - “Elə olan təqdirdə Allah bütün dərdlərini dağıdar və günahlarını bağışlayar”, - buyurdu.

Tirmizi 2457

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
18❤‍🔥3😍1
2025/10/28 05:29:22
Back to Top
HTML Embed Code: