Telegram Web Link
İbn Abdul-Bərr (rahiməhullah) demişdir:

“(Alimlər) demişlər:

Özünü bəyənmək gözəl əməlləri məhv edər.”

Əli (radiyallahu anhu) demişdir:

“Özünü bəyənmək ağlın bəlasıdır.”

Əbu Dərda (radiyallahu anhu) demişdir:

“Cahilliğin üç əlaməti var: Özünü bəyənmək, ona aid olmayan şeylər haqqında çox danışmaq və insanın qadağan etdiyi şeyi özü etməsi.”

Başqası demişdir:

“Bir insanın özünü bəyənməsi – onun ağlının zəifliyinə dəlalət edir.”

(جامع بيان العلم وفضله 1/569)

Bu sözlərdə özünü bəyənməyin nə qədər təhlükəli və insanın mənəvi inkişafına zərərli olduğu vurğulanır.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
13❤‍🔥3👍2
9❤‍🔥1
Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər

(Maun surəsi ayə 4- 5)

"Əl-Vəylu" (vay halına!):

Cəhənnəm əhlinin irinindən axan bir dərənin adıdır.

(Təfsiru ət-Tabəri)

"Onlar öz namazlarından qafildirlər."

●Ya ümumiyyətlə namazı qılmamaqla;
●Ya namazı şəriətdə müəyyən olunmuş vaxtda qılmamaqla, yəni tamamilə vaxtından çıxarmaqla;
●Ya namazı ilk vaxtında qılmayıb, daim və ya çox vaxt onu son vaxtına qədər gecikdirməklə;
●Ya namazı rükunları və şərtləri ilə əmr olunmuş şəkildə yerinə yetirməməklə;
●Ya namazda xuşu (qəlbin oyaq olması) olmamaqla və namazda olan sözlərin mənasını düşünməkdən uzaq olmaqla.

Bu ifadə bütün bu halları əhatə edir. Bu xüsusiyyətlərdən hər hansı birinə sahib olan kəsin bu ayədə öz payı vardır.

(Təfsiru ibn Kəsir)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9👍7❤‍🔥3
Allah Rəsulullah (sallallahu aleyhi və səlləm) demişdir:

“Birinizin qamçısı boyda Cənnətdəki yeri, dünya və içindəkilərdən daha xeyirlidir.”

(Buxari 2892)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9❤‍🔥5🤩1
9❤‍🔥1
"Bıçaqla qarpız satışı"

Əgər alıcı desə:

Mən qarpızı açmayınca almıram” — bu, onların arasında (bıçaqla) adlandırılan bir adətdir — bu satış doğrudurmu?

Şeyx İbn Useymin (rahiməhullah) belə demişdir:

Deyirik: Bəli, doğrudur. Çünki bu, konkret bir satışdır. İndi, xüsusən də qarpız satan bəzi satıcılar birini açır və camaatın qarşısında qoyur, camaat da onu qırmızı (yəni, yaxşı) görür. Bu, nümunə əsasında satışa bənzəyir. Əgər alıcı birini alsa və evə aparıb açsa, görsə ki, o ağdır — bu halda satıcıya qaytarmaq haqqı varmı?
Görünən odur ki, bəli, onun qaytarmaq haqqı vardır. Bu, hərçənd açıq-aşkar sözlə deyilmiş bir şərt olmasa da, fiziki (əməli) bir şərtdir. Elə bil ki, satıcı camaata deyir: “Bu qarpızlar bu şəkildədir."

شرح الممتع -م8-ص184

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
👍126❤‍🔥3
Əl-Fudayl ibn İyad (rahiməhullah) belə demişdir:

“İki xüsusiyyət vardır ki, onlar qəlbi sərtləşdirir: Çox yatmaq və çox yemək.”

الزهد الكبير للبيهقي 176

İbn Qayyim (rahiməhullah) belə demişdir:

“Çox yatmaq – qəlbi öldürür, bədəni ağırlaşdırır, vaxtı zay edir, çox qafilliyə və tənbəlliyə səbəb olur. Onun içində (yuxu növləri arasında) çox məkruh olanı da var, bədənə zərərli olub faydasız olanı da.”

مدارج السالكين 453/1

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9❤‍🔥3👍3
Uca Allah buyurur:

Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.

(Bəqərə ayə 208)

əs-Sə'di (rahiməhullah) demişdir:

Bu, Uca Allahın möminlərə olan əmridir ki, dinin bütün hökmlərinə bütövlükdə daxil olsunlar, yəni o hökümlərdən heç biri şeyi tərk etməsinlər. Onlar nəfsi istəklərini ilah seçən kəslərdən olmasınlar. Hansı ki, şəriətdə təyin olunan şey nəfsi istəklərinə uyğun gəldikdə əməl edirlər, lakin uyğun gəlmədikdə tərk edirlər.

تفسير السعدي 94

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8❤‍🔥4👍3
Əl-Fudayl ibn İyad (rahiməhullah) belə demişdir:

Kim beş şeydən qorunarsa, artıq dünya və axirət şərrindən qorunmuşdur:

1) Ucb (özünü bəyənmək)
2) Riya
3) Təkəbbürlük
4) Başqalarını tənə etmək və alçaltmaq
5) Şəhvət

حلية الأولياء 8/95

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
11👍3❤‍🔥2
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

"Həqiqətən, Allah Azzə və Cəllə sizin üzərinizdən cahiliyyət dövrünə aid olan lovğalanmanı və ata-babalarla öyünməyi aradan qaldırdı. (Artıq insanlar yalnız iki qismdir):
İmanlı və təqvalı bir mömin, fasiq və bədbəxt bir günahkar. Siz hamınız Adəmoğlusunuz və Adəm də torpaqdan yaradılmışdır. And olsun, insanlar bəzi tayfaları (və soyları ilə) öyünməyi ya tərk edəcəklər — halbuki onlar Cəhənnəm odundan olan kömür parçasından başqa bir şey deyillər — ya da onlar Allah qatında burnuyla pisliyi itələyən qurd qədər dəyərsiz olacaqlar."

(Əbu Davud 5116)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
12👍4❤‍🔥3
“Bəzən elə bir kədər olur ki, səni Allaha qaytarır, bu səni Ondan uzaqlaşdıran bir sevincdən daha xeyirlidir.

İbn Teymiyyə (rahiməhullah) belə demişdir:

"Səni Allaha yönəldən bir müsibət, səni Allahın zikrindən unutduran bir nemətdən daha xeyirlidir."

جامع المسائل 9/387

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
16❤‍🔥3👍3
Abdullah ibn Məsud (radıyallahu anhu) Peyğəmbərinﷺ belə buyurduğunu rəvayət edir:

Qiyamət günü mənə ən yaxın insanlar, mənə ən çox salavat deyənlər olacaqlar.

Şeyx Albani "Sahihut-Tərğib", 1668

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
12❤‍🔥4👍2
İslamla yaşa pinned Deleted message
Yeni hicri ili (Məhərrəm ayının birini) qeyd etmək olarmı?

Şeyx Useymin (rahiməhullah) demişdir:

Mən sələflərin yeni hicri il üçün bir-birlərini təbrik etməsini bilmirəm. Lakin bilin ki, sələflər Məhərrəm ayını ilin ilk ayı olaraq yalnız Ömər bin Xattabın (radiyallahu anhu) xilafəti dövründə təyin etmişdirlər.

سلسلة اللقاء الشهري 44

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8👍21❤‍🔥1
Hicri aylar tərtib ilə
1) Məhərrəm
2) Səfər
3) Rabiul-əvvəl
4) Rabiul-əxir
5) Cumədəl- ulə
6) Cumədəl- əxirati
7) Rəcəb
8) Şaban
9) Ramazan
10) Şəvval
11) Zulqadə
12) Zulhiccə
Bu ayların dördü haram aylardır: Məhərrəm, Rəcəb, Zulqadə, Zulhiccə

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9❤‍🔥4👍4
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur. Fərz namazından sonra ən fəzilətli namaz isə gecə namazıdır.”

📚Muslim 1163. Tirmizi 438. Nəsai 1612.


🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
12❤‍🔥3👍1
Uca Allah buyurur:

Mənə öz ailəmdən bir köməkçi ver – Qardaşım Harunu! Onun sayəsində mənim gücümü artır! Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Sənə çoxlu təriflər deyək və Səni çox zikr edək.

(Taha surəsi ayə 29-34)

Əs-Sə'di rahiməhullah demişdir:

Musa (aleyhissələm) bilirdi ki, bütün ibadətlərin və dinin əsası Uca Allahı zikr etməkdir. Buna görə də o, Allahdan qardaşı Harunu özü ilə birlikdə etməsini istədi ki, bir-birinə yardımçı olsunlar, yaxşılıq və təqva üzərində birgə çalışsınlar. Beləliklə, hər ikisi də Allahı – təsbih (subhənəllah), təhlil (lə iləhə illəllah) və digər ibadət növləri ilə – çox zikr etmiş olsunlar."

تيسير الكريم الرحمن 504

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
13❤‍🔥2👍2
İbn Teymiyyə (rahiməhullah) belə demişdir:

“Əgər bir qul bütün insanlara zidd gedib yalnız Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yoluna tabe olsa, Allah onu hər bir kəsə zidd getdiyinə görə sorğu-sual etməz.”

مجموع الفتاوى 529/16

Yəni, haqq üzərində olduqdan sonra insanların razılığı və ya narazılığına baxılmadan yalnız Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) sünnəsinə sarılmaq kifayətdir, çünki sorğu yalnız Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) itaət barəsində olacaq, insanlara deyil.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9❤‍🔥3👍3
Fudeyl ibn İyad (rahiməhullah) belə demişdir:

“Sevən olaraq Allah, ünsiyyət olaraq Quran, öyüd- nəsihət olaraq ölüm, elm olaraq Allah qorxusu və cahillik olaraq Allahla (mərhəmətinə güvənərək) aldanmaq kifayətdir."

شعب الإيمان للبيهقي 32/2

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
11👍3❤‍🔥2
2025/10/27 11:31:27
Back to Top
HTML Embed Code: