Telegram Web Link
Həsənul Bəsri (rahiməhullah) belə demişdir:

"İki gün və iki gecə var ki, onların bənzərini heç vaxt eşitməzsən!"

1) Gecə: Sənin qəbir əhli ilə birlikdə gecələdiyin gecə (torpağa qoyulmusan), sən bundan əvvəl heç vaxt belə bir gecə keçirməmisən.
2) Gecə: səhəri Qiyamət günü olacaq gecə.
1) Gün: Allahdan sənə ya Cənnətlə, ya da Cəhənnəmlə müjdə verən mələklər gələcək gün.
2) Gün: Sənə kitabın ya sağ əlinlə, ya da sol əlinlə veriləcəyi gün.

أحوال اهل القبور لابن رجب 200

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
13😢5❤‍🔥2
İslamda vəfat edən kəs üçün 3, 7 və yas mərasimləri keçirilməsi icazəlidirmi?

Cərir ibn Abdullah (radıyallahu anhu) demişdir:

Biz vəfat etmiş kəsin ailəsinin yanında toplanmağı və dəfnindən sonra (toplananlar üçün) yemək hazırlamağı niyahədən sayardıq.

(İbn Macə 1612,Əhməd 6905)

Niyahə-vay-şüvən qopararaq ağlamaq.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Meyit üçün ağı deyib ağlayan, ölməzdən əvvəl tövbə etməzsə, Qiyamət günü (qəbrdən) qalxdığı zaman əynində qətrandan şalvar, qoturdan isə köynək olacaq.

(Muslim 934)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
13❤‍🔥2👍2😢1
Aişə (radiyallahu anhə) demişdir: Mənim bu evimdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Allahım, ümmətimi idarə etməyi boynuna götürən, lakin onlara çətinlik çıxardana sən də çətinlik çıxar. Ümmətimi idarə etməyi boynuna götürdüyü halda onlarla mülayim rəftar edənlə sən də mülayim rəftar et!”

Muslim 1828

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
14❤‍🔥3👍2
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir :

“İsrail oğullarını peyğəmbərlər idarə edirdi. Bir peyğəmbər öldükdə yerinə başqa peyğəmbər keçərdi. Lakin məndən sonra peyğəmbər gəlməyəcək, bir çox xəlifə gələcək”. Səhabələr:- ey Allahın Rəsulu, bu xüsusda bizə nə əmr edirsən? - deyə soruşdular. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dedi: “Başa keçmə sırasına görə xəlifələrə beyət edin. Sonra onlara qarşı vəzifənizi yerinə yetirib itaət edin. Onlar sizə qarşı vəzifələrini icra etməsələr, Allahdan sizə yardım etməsini istəyin. Çünki sizə qarşı vəzifələrini edib-etmədiklərini Allah onlardan soruşacaqdır”.

(Buxari 3455)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
14❤‍🔥2👍1
Salehlərdən biri demişdir:

Mən müsibətə düçar olanda Allaha dörd dəfə şükür edirəm:

Şükür edirəm ki, bu müsibət daha böyük olmadı.
Şükür edirəm ki, mənə ona səbir etməklə ruziləndirdi.
Şükür edirəm ki, onun aradan qalxmasını ümid edirəm.
Şükür edirəm ki, bu müsibət dinimdə baş vermədi.

صفي الدين الحلبي 37/1

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
👍86❤‍🔥1
Məkhul əd-Diməşqi (rahiməhullah) belə demişdir:

Qiyamət günü bir carçı səslənəcək: “Zalımlar və onların köməkçiləri haradadır?”
Heç kim qalmayacaq – kim onlara mürəkkəb, mürəkkəb qabı, qələmi onlar üçün yonubsa və bundan üstün şeylər edibsə – onlar da onlarla birlikdə gətiriləcək və atəşdən olan tabutlarda toplanacaqlar sonra cəhhənnəmə atılacaqlar.

الكبائر للذهبي ص12


🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
7👍4❤‍🔥2
🎙️İşa namazından sonra telegram kanalımızda Beynəlxalq Mədinə İslam Univeristetinin məzunu Mərdanlı Pünhanın canlı dərsi olacaqdır.

💎
https://www.tg-me.com/islamlayasha
❤‍🔥4👍2
Live stream started
Dərs başladı
8
Live stream finished (28 minutes)
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat edilmədikcə, hər bir dua ilə Allah arasında bir pərdə vardır.

(Sahihut tərğib vət tərhib 1675)

Şeyx Useymin (rahiməhullah) demişdir:

Əgər insan etdiyi hər bir duasına Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) salavat etməyi əlavə edərsə, səhih hədisdə gəldiyi kimi olar. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: “Dünya və axirət ehtiyacların ödənər, üstəlik də günahların bağışlanar.”

(Riyadus-Salihin 5/471)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
15❤‍🔥1👍1
Şeyx Saleh əl-Useymi (hafizahullah) demişdir:

Qulun yaşadığı narahatlıq (təşviş) onun himməsini (əzmkarlığını) məhdudlaşdırır və onun məqsədini zəiflədir. Çünki narahatlıq (təşviş) insanın düşüncəsini qarışdırır və iradəsini fəsada uğradır. Bu narahatlığı (təşvişi) cəlb edən ən böyük səbəblər: qəm, kədər və hüzndür.
Bu üç şeyi dəf etməyin ümumi və əsas yolu isə: Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat gətirmək və bu üç şeydən Allaha sığınmaqdır.

Rəsmi səhifəsindən götürülmüşdür.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
12👍4❤‍🔥1
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Verdiyi hökmlərdə, ailəsinin və xalqının idarə edilməsində ədalətli olan idarəçilər qiyamət günü Allah-Təalanın yanında nurdan hazırlanmış yüksək taxtlarda oturarlar”.

Muslim 1827, Nəsai 5379

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
12👍5❤‍🔥3
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

"Kim gözəlcə dəstəmaz alar, sonra da məscidə getmək üçün (evindən) çıxarsa və məscidə çatdıqda camaatı artıq namazı qılmış görərsə, Allah ona da camaatla birlikdə namaz qılanların savabı qədər savab yazar və onların savabından da heç nəyi əskiltməz."

(Nəsai 855)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9👍6❤‍🔥2
Anamız Aişə (radiyallahu anhə) haqqında

Bir nəfər Aişəyə (radiyallahu anhə) dedi:

“Filankəs deyib ki, sən onun anası deyilsən.” O (Aişə (radiyallahu anhə) dedi: “Düz deyib! Mən möminlərin anasıyam, münafiqlərin anası deyiləm.”

الشريعة للآجري 2394/5

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
21👍7❤‍🔥3💯1
👍41❤‍🔥1
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Ey Bilal! Azanla iqamə arasında bir qədər fasilə ver ki, yemək yeyən adam yeməyini rahatlıqla bitirsin, dəstəmaz alan da ehtiyacını rahatlıqla ödəsin.”

(Əhməd 21285, Sahihul Cami 150)

İbn Useymin (rahiməhullah) demişdir:

“Azanla iqamə arasında yemək yeyənin yeməyini bitirəcəyi qədər zaman qoyulmalıdır. Çünki yemək hazır olduğu halda namaz qılmaq olmaz. Əgər azandan dərhal sonra iqamə verilərsə və insanlar hələ süfrə başındadırsa, onların ya yeməyi tərk etməsi çətin olar, ya da camaat namazını tərk etməsi çətin olar. Buna görə də bu hal nəzərə alınmalıdır. Yəni, azanla iqamə arasında yemək yeyənin yeməyini bitirməsi və dəstəmaz alanın dəstəmazını tamamlaması üçün bir qədər vaxt qoyulmalıdır.” Bu vaxt nə qədərdir? — Təxminən on dəqiqə.

شرح بلوغ المرام 1/481

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8👍3❤‍🔥2
İbn Əl-Qayyim (rahiməhullah) belə demişdir:

"Qəlbin sağlamlığının əlamətlərindən biri də budur ki, əgər özünün gündəlik zikr və ibadətini yerinə yetirə bilməzsə, onun yoxluğunu elə bir ağrı ilə hiss edər ki, bu, malını itirən acgöz insanın duyduğu ağrıdan daha böyük olar."

إغاثة اللهفان 1/147

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
10👍6❤‍🔥1
👍63❤‍🔥2
İdarəçiliyə can atmamaq, onu istəməmək və idarəçi olmaqdan uzaq durmağa çalışmaq

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Ey Əbdürrəhman bin Səmurə, heç kimdən idarəçilik vəzifəsi istəmə! Əgər bu vəzifə sən istəmədən verilərsə, Allah yardımçın olar. Əgər sən istədiyinə görə verilərsə, Allahdan yardım görməzsən.
(Buxari 6622)

Həmçinin demişdir:

“Ey Əbu Zərr, sənin həqiqətən zəif olduğunu görürəm. Özüm üçün nə istəyirəmsə sənin üçün də onu istəyirəm. Əsla iki nəfərə də olsa başçı olma. Yetim malına da idarəçilik etmə!”
(Muslim 1826)

Həmçinin demişdir:

“Ey Əbu Zərr, sən zəif adamsan, istədiyin vəzifə isə böyük əmanətdir. Bu əmanəti layiq olaraq alan və boynuna düşəni edənlər xaric, əslində bu vəzifə qiyamət günü rəzillik və peşmançılıqdır”.
(Muslim 1825)

Həmçinin demişdir:

“Siz idarəçi olmaq məsələsində çox istəkli olacaqsınız. Halbuki can atdığınız vəzifə qiyamət günü peşmanlıq səbəbi olacaqdır”.
(Buxari 7148)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9👍8❤‍🔥2💯1
2025/10/26 16:08:17
Back to Top
HTML Embed Code: