Telegram Web Link
Kişilərə ipək geyinmək qadağandır. Lakin 4 şeydə istis­nadır!

Rəvayət edilir ki, Ənəs (radiyallahu anhu) demişdir: “Abdur-Rəhman ibn Auf və Zubeyr ibn Əvvamın bədəninə qaşıntı düş­düyündən Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara ipək köynək geyinməyə rüsxət vermişdir.”

(Buxari 2919)

Şeyx Useymin (rahiməhullah) demişdir:

Dörd şeydə ipək istisna edilir:
Birincisi: Qaşınma kimi bir ehtiyac olduqda və (parça) bədənə yaxın olduqda. Bunun hikməti aydındır.
İkincisi: (İpək paltarda) dörd barmaq enində və ya ondan az olduqda.
Üçüncüsü: Qarışıq (parça) olub, ipəkdən başqa materialın daha çox görünməsi halında.
Dördüncüsü: Kafirləri qıcıqlandırmaq məqsədilə müharibədə (istifadə edildikdə).
Bu dörd halda ipəkdən istifadə etməkdə heç bir maneə yoxdur.

رياض الصالحين 3/283

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
10❤‍🔥2
6❤‍🔥2
Abdullah ibn Amr (radiyallahu anhu) rəvayət edir ki, bir nəfər Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruş­du: “İs­lam (xis­lətlərindən) ən xeyirlisi hansıdır?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi:

“Sənin ye­mək ye­dirt­mə­­yin, tanı­dığına və tanımadığına salam verməyin.”

(Buxari 12)

Şeyx Useymin (rahiməhullah) demişdir:

(Salam vermək məsələsində) insanlar üç qismə bölünür:

1) Günahkar olub günahını açıq şəkildə göstərən kəs – Ona salam ver, ancaq əgər ondan üz çevirməyin din baxımından bir faydası olacaqsa, o zaman salam vermə.
2) Kafir – Kafirə salam vermə. Lakin o sənə salam verərsə, onun salamını qaytar.
3) Günahkarlığı bilinməyən bir müsəlman – Ona salam ver və çalış ki, salamda ilk başlayan sən olasan. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) ən şərəfli insan idi - qarşılaşdığı şəxsə salamda birinci başlayardı. Həm də demişdir: “Onların ən xeyirlisi, salamda birinci başlayandır.”(Muslim 2560)
Həmçinin başqa hədisdə demişdir:
“İslamın ən xeyirli cəhətlərindən biri – tanıdığın və tanımadığına salam verməyindir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
10❤‍🔥3
İbn Askər (rahiməhullah) demişdir:

Bir kəsin caamat namazını qaçırması yalnız etdiyi günah səbəbilədir.

تاريخ دمشق 24/141

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
10❤‍🔥4
İbn Teymiyyə (rahiməhullah) demişdir:

Duadan əvvəl, ortasında və sonunda peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat gətirmək — duaların qəbul olunmasına ümid edilən ən güclü səbəblərdəndir.

اقتضاء الصراط المستقيم 2/249

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
❤‍🔥86🎉1
4❤‍🔥1
Ənəs rəvayət etmişdir ki, (bir dəfə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) piyaləsi (su qabısı) sındı və o, bu qabın çatını gümüş lehimlə yapışdırdı.

(Buxari 3109)

Qeyd: lehim - metal və başqa şeyləri yapışdırmaq üçün qalay və s. ərinti.

Hədisdən çıxan faydalar:

Zərurət olduqda sınmış qabı az miqdarda gümüşdən hazırlanmış halqa ilə bərpa etmək caizdir.
Qabın tamamilə gümüşdən olması haramdır, lakin az miqdarda gümüşlə bağlamaqda eyib yoxdur, çünki bu, açıq-aşkar bir fayda daşıyır. Üstəlik, adətən qablar kiçik olur və çox gümüş istifadə edilməsinə ehtiyac qalmaz.
Hədis göstərir ki, bu hökm yalnız gümüşə aiddir, çünki mətn belə gəlib. Qızıldan bu məqsədlə istifadə etmək isə caiz deyil, çünki o, daha bahalıdır və istifadəsi daha şiddətli şəkildə haramdır.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
7❤‍🔥2
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Bətnində övladı olduğu halda ölən qadın şəhiddir.

(Nəsai 3194)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
7😢5❤‍🔥2
Tamamilə fərqlidir — o, nə təqdim etdi və nə qoyub getdi!!

Əbu Hureyrə (radiyallahu anhu) demişdir:

"İnsan öldükdə mələklər deyərlər: 'O nə təqdim etdi?'
İnsanlar isə deyərlər: 'O nə qoyub getdi?'"

İbn Əbu Şeybə 7/127

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8❤‍🔥2
5❤‍🔥2
Dişlərin breketlə düzəldilməsi (ortodontik müalicə)

İbn Useymin (rahiməhullah) belə demişdir:

Dişlərin breketlə düzəldilməsi (ortodontik müalicə) iki növdür:

Birinci növ: Məqsədin yalnız gözəlliyi artırmaq olduğu hal. Bu haramdır və caiz deyil. Peyğəmbər (sallallahu aleyhi və səlləm) gözəllik üçün dişlərini yonub aralayan (diş aralarını süni şəkildə açan) və Allahın yaratdığını dəyişən qadınlara lənət etmişdir. Halbuki qadının zinətlənməsi tələb olunur, çünki qadın zinət içində böyüyür. Lakin bu barədə belə qadağa varsa, kişi üçün — ki, ondan zinət tələb olunmur — qadağa daha da əsaslıdır.
İkinci növ: Əgər məqsəd bir qüsurun aradan qaldırılmasıdırsa, bunda heç bir problem yoxdur. Məsələn, bəzi insanlarda ön dişlər (və ya başqa dişlər) çox irəli çıxır və baxan şəxs bunu çirkin görür. Belə halda insanın onları düzəltməsi icazəlidir, çünki bu, gözəlliyi artırmaq deyil, qüsuru aradan qaldırmaqdır. Buna dəlil olaraq, "Peyğəmbər (sallallahu aleyhi və səlləm) burnu kəsilmiş bir kişiyə gümüşdən burun düzəltməyi əmr etmişdir. Bu səbəbdən burnu pis qoxu verdi. Daha sonra qızıldan düzəltməyi əmr etdi." Burada eybi aradan qaldırmaq vardır. Məqsəd gözəlliyi artırmaq deyildir.

مجموع فتاوى ابن عثيمين ج 17 سؤال 6

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
11❤‍🔥4
4❤‍🔥2
İbn Ömər (radiyallahu anhumə) belə dedi: Allah Rəsulu (sallallahu aleyhi və səlləm) nadir hallarda bu duaları etmədən məclisdən qalxardı: “Allahım, bizə günahla aramıza əngəl olacaq qədər qorxundan pay ver. Bizi cənnətinə qovuşduracaq qədər itaətini qismət et. Dünya müsibətlərini xəfiflədəcək güclü iman ver. Allahım, bizi yaşadığımız müddətdə qulaqlarımız, gözlərimiz və gücümüzdən faydalandır, onları ölümümüzə qədər davam etdir. Bizə zülm edənlərdən intiqamımızı Özün al. Düşmənlik edənlərə qarşı bizə yardım et. Bizi dinimizdə müsibətə düçar etmə. Dünyanı ən böyük düşüncəmiz və qayəmiz etmə. Elmimizi dünya ilə məhdudlaşdırma. Bizə rəhm etməyənləri başımıza bəla etmə”.

(Tirmizi 3502)

Ərəbcə yazılışı:

اللَّهُمَّ اقْسِمْ لَنَا مِنْ خَشْيَتِكَ مَا يَحُولُ بَيْنَنَا وَبَيْنَ مَعَاصِيكَ، وَمِنْ طَاعَتِكَ مَا تُبَلِّغُنَا بِهِ جَنَّتَكَ، وَمِنَ الْيَقِينِ مَا تُهَوِّنُ بِهِ عَلَيْنَا مُصِيبَاتِ الدُّنْيَا، وَمَتِّعْنَا بِأَسْمَاعِنَا وَأَبْصَارِنَا وَقُوَّتِنَا مَا أَحْيَيْتَنَا، وَاجْعَلْهُ الْوَارِثَ مِنَّا، وَاجْعَلْ ثَأْرَنَا عَلَى مَنْ ظَلَمَنَا، وَانْصُرْنَا عَلَى مَنْ عَادَانَا، وَلَا تَجْعَلْ مُصِيبَتَنَا فِي دِينِنَا، وَلَا تَجْعَلِ الدُّنْيَا أَكْبَرَ هَمِّنَا، وَلَا مَبْلَغَ عِلْمِنَا، وَلَا تُسَلِّطْ عَلَيْنَا مَنْ لَا يَرْحَمُنَا

Allahumməqsim lənə min xaşyətikə mə yəhulu bəynənə və bəynə məa'sikə, və min ta'atikə mə tubəlliğunə bihi cənnətəkə, və minəl yəqini mə tuhəvvinu bihi aləynə musibətid dunyə, və mətti'nə biəsmə'inə və əbsarinə və quvvətinə mə əhyəytənə, vəc'alhul varisə minnə, vəc'al sə'ranə alə mən zaləmənə, vənsurnə alə mən a'dənə, və lə təc'al musibətənə fi dininə və lə təc'alid dunyə əkbəra həmminə, və lə məbləğa ilminə, və lə tusəllit aləynə mən lə yərhəmunə

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9❤‍🔥3👍2
Muğira ibn Şobə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) zamanında oğlu İb­ra­him vəfat etdiyi gün günəş tutuldu və insanlar: “Günəş İbrahimin ölü­münə görə tu­tulmuşdur”– dedilər. Belə olduqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Günəş və ay kim­sə­nin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. (Onların tutuldu­ğu­nu) gördüyünüz zaman namaz qılın və Allaha dua edin!”

(Buxari 1043)

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Həqiqətən də, gü­nəş və ay Allahın dəlillərindəndir. Onlar kim­sənin nə ölümünə görə, nə də dün­yaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Allaha dua edin, “Allahu Əkbər”– deyin, namaz qılın və sədəqə verin.”

(Buxari 1044)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
7❤‍🔥3👍2
Audio
Kusuf namazı (qısa vəsflə)

Pünhan Mərdanlı
7❤‍🔥4
Zeyd ibn Sabit (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Bu ümmət qəbirlərində imtahan olunacaq. Əgər bir-birinizi dəfn etməyəcəyinizdən qorxmasaydım, Allaha dua edərdim ki, mənim eşitdiyim qəbir əzabını sizə eşitdirsin. Sonra o bizə tərəf döndü və dedi: “Cəhənnəm əzabından Allaha sığının” və onlar dedilər: “Cəhənnəm əzabından Allaha sığınırıq”. O dedi: “Qəbir əzabından Allaha sığının” və onlar: “Qəbir əzabından Allaha sığınırıq”.

Muslim 2867

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
12❤‍🔥2👍2💔1
İbn Ömər (radiyallahu anhumə) belə demişdir:

“Hər bir namazın sonunda və yatmaq üçün uzandığında:

Allahu Əkbəru Kəbiran adədəş şəf'i vəl vitri və kəlimətilləhit təmmətit tayyibətil mubərakəti (3 dəfə), Lə iləhə illəllah - adədəş şəf'i vəl vitri və kəlimətilləhit təmmətit tayyibətil mubərakəti (3 dəfə)

Allah böyüklükdə ən Böyükdür —cüt və tək qədər və Allahın tam, pak və mübarək kəlmələri — üç dəfə və Allahdan başqa ibadətə haqq məbud yoxdur — eyni şəkildə (üç dəfə) desə,

onun üçün qəbirdə nur, körpü üzərində nur və sirat üzərində nur olar. Hətta onu Cənnətə daxil edənə qədər, yaxud Cənnətə girənə qədər.”

(Silsilətus sahihə 6/397)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
7❤‍🔥2
Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir:

Cəhənnəm əhli o qədər ağlayacaq ki, əgər göz yaşlarının üzərində gəmilər üzdürülsə, üzər və onlar (daha sonra) qan ağlayacaqlar.

Sahihul Cami 2032

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
7😱3😢2💔2❤‍🔥1
2025/10/21 22:28:28
Back to Top
HTML Embed Code: