Telegram Web Link
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Kim sidr ağacını kəsərsə, Allah onun başını Cəhənnəmə atsın.”

(Əbu Davud 5239, 5240)

Əbu Davuddan bu hədisin mənası soruşulduqda o belə cavab verdi: “Bu hədis müxtəsərdir. Yəni, kim yolçuların və heyvanların kölgələndiyi səhradakı sidr ağacını boş yerə və nahaqdan kəsərsə, Allah onun başı­nı Cəhənnəmə atsın.”

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
❤‍🔥44
Uca Allah buyurur:

Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.

(Həşr surəsi ayə 18)

İbn Kəsir (rahiməhullah) təfsirində demişdir:

Yəni, Allah sizi hesaba çəkməzdən əvvəl özünüzü hesaba çəkin. Baxın, axirət gününüz və Rəbbinizin hüzurunda təqdim olunacağınız gün üçün nə qədər saleh əməl toplayıb hazırlamısınız. Və bilin ki, Allah sizin bütün əməllərinizi və hallarınızı bilir. Sizdən heç bir gizli şey Ona gizli qalmaz.

تفسير ابن كثير

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9❤‍🔥3🍓2
Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir:

“Alimin abidin (yalnız çox ibadətlə məşğul olanın) üzərindəki üstünlüyü, mənim sizin ən aşağı (dərəcədə olan) birinizin üzərindəki üstünlüyüm kimidir.”

Tirmizi 2685

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
6👍4❤‍🔥1🍓1
5❤‍🔥2
Dəstəmaz vaxtı danışmağın hökmü

İbn Useymin (rahiməhullah) demişdir:

Dəstəmaz əsnasında danışmaq məkruh deyil. Amma yaxşı olar ki, dəstəmaz bitənə qədər danışmasın. Əgər danışsa, ona heç bir günah yoxdur.
(نور على الدرب 344 )

İbn Bazz (rahiməhullah) demişdir:

Dəstəmaz vaxtı danışmaq dəstəmazı batil etmir. Əgər dəstəmaz şəri qaydada tamamlanarsa, danışmaqda heç bir eyb yoxdur.
(نور على الدرب 7874)

Amma daha yaxşısı – yalnız zərurət olduqda (məsələn, salam vermək kimi) danışmaqdır. Çünki müsəlman dəstəmazını gözəl şəkildə yerinə yetirsin, hər üzvü yumaqda şəriət tərəfindən müəyyən edilən sayı keçməsin və yuyulmamış yer qalmasın. Çünki danışan adam adətən bundan xilas ola bilmir. Xülasə: Danışmaq dəstəmazı pozmur. Amma yaxşı olar ki, insan dəstəmaz vaxtı danışmasın, yalnız zəruri hallarda danışsın.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
7❤‍🔥4🍓1
Osman ibn Affan (radiyallahu anhu) haqqında

Əbu Səid rəvayət edir ki,
“Onu (Osmanı) vurdular və bu səbəbdən də, onun qanı mushafın (Quranın) üzərinə töküldü. O vaxt (Quranda bu ayə üzərinə damladı):

Onlardan qorunmaq üçün Allah sənə yetər. O, Eşidəndir, Biləndir!

(Bəqərə surəsi ayə 137)

İbn Cərir (ət-Tabəri) (rahiməhullah) demişdir:

“Osmanı öldürənlərin hər biri qətlə yetirilərək ölmüşdür.”

İbn Kəsir (rahiməhullah) demişdir:

“Onların hər biri dəlilik tutaraq ölmüşdür.”

سير أعلام النبلاء 206/28 , البداية والنهاية

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8🔥2
10❤‍🔥2
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:

“Qüdrətli və əzə­mət­li Allah buyurur: “(Malından Mənim yolumda) xərclə, Mən də sənə xərcləyə­cə­yəm.”

Həmçinin demişdir: “Allahın Əli doludur. (Bu nemətlərin) səhər-ax­şam ardı-arası kəsilmədən xərclənməsi Onun Əlini boş qoya bilməz.” Həm­çi­nin demişdir: “Mə­gər Allahın göyü və yeri yaratdığı gündən bəri nə qədər xərc­lə­diyini görmürsünüz?! Bu Onun Əlindəkilərin azalmasına (zərrə qədər) təsir göstərməmişdir. O zaman Onun Ərşi suyun üzərində idi, Əlində də tə­rə­zi var idi. O, (bu tərəzini) aşağı endirir və yuxarı qaldırırdı.”

(Buxari 4684)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8💯2
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Kim cümə günü qüsl alarsa, növbəti cüməyə qədər təmizlikdə olar.

(Sahihul Cami 6065)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
10❤‍🔥2
Uca Allah buyurur:

“(Zəkəriyyə) Rəbbinə gizli (aşkar etmədən) dua etdiyi zaman”

(Məryəm surəsi ayə 3)

İbn Teymiyyə (rahiməhullah) demişdir:

“Gizli dua ədəbdə daha üstündür. Çünki padşahların hüzurunda səs qaldırılmaz. Rəbbinə yönələn (bəndə) də bu ədəbə riayət etməlidir.”

(مجموع الفتاوى 15/16)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8❤‍🔥3
5👍2❤‍🔥1
İbn Useymindən (rahiməhullah) soruşuldu:
Bir adam bir evdə yaşadı, orada çoxlu xəstəliklər, müsibətlər ona və ailəsinə üz verdi, bu da onlarda evdən uğursuzluq hissi yaratdı. Belə bir səbəbdən evi tərk etməsi caizdirmi?

Cavab: Həmd Allaha məxsusdur. “Bəzən bəzi evlərdə, bəzi minik vasitələrində və ya bəzi qadınlarda bir növ uğursuzluq ola bilər. Allah öz hikməti ilə insanın onlarla birlikdə olmasında zərər və ya faydanın itməsini, yaxud buna bənzər hallar təqdir edə bilər. Bu səbəbdən həmin evi satıb başqa bir evə köçməkdə heç bir eyb yoxdur. Ola bilsin ki, Allah köçdüyü yerdə onun üçün xeyir yazsın. Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Uğursuzluq üç şeydə ola bilər: evdə, qadında və atda (minikdə).”
Deməli, bəzi minik vasitələri uğursuzluq gətirə bilər, bəzi qadınlarda uğursuzluq ola bilər, bəzi evlər də uğursuzluq daşıya bilər. Əgər insan bunu görsə, bilməlidir ki, Allahın təqdiri ilədir. Allah Öz hikməti ilə belə etmişdir ki, insan başqa yerə köçsün. Allah daha yaxşı biləndir.”

فتاوى العقيدة 303

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
10❤‍🔥2
İbrahim ən-Nəxai (rahiməhullah) demişdir:

“Əgər sən namaz qılarkən şeytan gəlib sənə "sən riyakarsan" desə, onu uzatmaqla (namazını davam etdirməklə) bu vəsvəsəni rədd et.”

(منهاج القاصدين 268)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
5❤‍🔥4
Yolda heyvanları vuran kəsin hökmü

Elmi araşdırmalar və fətvalar mərkəzinin alimləri demişdirlər:

Yolda heyvanı vuran şəxs həmin heyvanın dəyərini ödəməlidir və onu sahibinə və ya onun varislərinə verməlidir. Əgər bunu etmək mümkün olmazsa, həmin dəyəri heyvan sahibinin niyyəti ilə yoxsullara sədəqə verməlidir. Sonradan sahibi və ya varisləri çıxsa, onlara etdiyi bu əməli xəbər verməlidir. Əgər onlar qəbul etsələr, sədəqə kifayət edər, əks halda sədəqə onların olar və dəyəri onlara ödəməlidir.

(فتاوى اللجنةالدائمة 15689)

Bununla yanaşı, heyvanın sahibinə vacibdir ki, heyvanlarını yoldan qoruyub saxlamaqla yol qəzalarının qarşısını alsın.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
8❤‍🔥3
4❤‍🔥1
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Dörd nəfər vardır ki, Allah Azzə və Cəllə onlara nifrət edir:

Çox and içən satıcı, təkəbbürlü kasıb, qoca zinakar və zalım imam (rəhbər).

(Nəsai 2576)

Qeyd: Çox and içən satıcı – yəni malını satmaq üçün çox and içən və yalan danışan şəxs. Təkəbbürlü kasıb – yəni yoxsul olduğu halda təkəbbürlənən və özündən razı olan insan. Zinakar qoca – yəni yaşlanmasına baxmayaraq zinada israr edən şəxs; çünki bu əməl ondan gəncə nisbətən daha çirkindir. Zalım imam (rəhbər) – yəni hökmündə haqq və ədalətdən uzaqlaşıb batilə meyl edən hakim; çünki zülm onun tərəfindən başqalarına nisbətən daha çirkindir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
7❤‍🔥2
İmam İbn AbdulBərr (rahiməhullah) demişdir:

“Möminin üç sifəti vardır:

1) Özünü incidən bir söz eşidər, lakin ondan üz çevirər, sanki eşitməmiş kimi davranar.
2) Özünə istədiyi şeyi insanlar üçün də istəyər.
3) İnsanlardan tamah (göz dikmə) yollarını kəsər.”

بهجة المجالس 145

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
6❤‍🔥5
Sufyan əs-Sovri (rahiməhullah) demişdir:

Yalandan, xəyanətdən və onların əhli ilə oturub-durmaqdan uzaq ol! Çünki bunların hamısı günahdır.
Hər bir halda doğru danışmağa sarıl.
Söz və əməldə riyadan çəkin, çünki bu, açıq-aşkar şirkdir.
Özünə heyran olmaqdan (ucubluqdan) uzaq ol! Çünki saleh əməl ucub (özünü bəyənmək) ilə birlikdə Allah qatına qaldırılmaz.

حلية الاولياء 82/7

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
5❤‍🔥3👍3
Uca Allah buyurur:

Ailənə namaz qılmağı əmr et, özün də onu (namazı) səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir.

(Taha surəsi ayə 132)

İmam İbn Kəsir (rahiməhullah) bu ayənin təfsirində demişdir:

“Əgər sən namazı düzgün yerinə yetirsən, sənə elə yerdən ruzi gələr ki, heç ağlına da gəlməz.”

تفسير ابن كثير 327/5

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9❤‍🔥4👍3
2025/10/19 21:38:04
Back to Top
HTML Embed Code: