Telegram Web Link
Live stream started
Live stream finished (21 minutes)
Bu il Arafa günü 5 iyundur.
🕋 Həcc edən qardaşlarıma hədiyyə 🕋

Həccin və bəzi həcc əməllərinin fəziləti haqqında 20 hədis

1⃣ Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:
«İslam beş əsas üzərində bina olmuşdur:
Kəlimeyi şəhadət, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucu tutmaq»

(Buxari, Muslim)

2⃣ Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur :
«Davamlı həcc və ümrə edin, çünki alov dəmirin pasını apardığı kimi bu ikisi də, insandan günahları və kasıblığı silib aparar».
(Sahih Cami, 253)

3⃣ Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir :
«Məbrur (qəbul olan) həccin savabı yalnız cənnətdir. İki ümrə isə, o arada olan günahlara kəffarədir»
( Sünən Dərimi, hədis səhihdir).

4⃣ Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur :
«Davamlı həcc və ümrə edin, çünki alov dəmirin,qızılın və gümüşün pasını apardığı kimi bu ikisi də, insandan günahları və kasıblığı silib aparar. Məbrur həccin savabı isə yalnız cənnətdir. Əgər bir insan axşama qədər ehramda qalarsa, günəşin batması ilə onun günahları da silinər».
(Sahih Tərğib , 1133)

5⃣ Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:
«Namaz qılın, zəkat verin, həcc və ümrə edin, Allahın əmrlərinə tabe olun ki, siz də doğru yola müvəffəq olasınız».
(Səhih Cami, 1189)

6⃣ Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:
«Lakin cihadın ən yaxşısı və ən gözəli qəbul olan həccdir».
(Buxari)

7⃣ Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur:
«Kim bu evi həcc edərsə, həccində qadınlarla bağlı qadağalardan və günahlardan çəkinərsə, anasından doğulduğu gün kimi günahsız qayıdar»
(Buxari)

8⃣ Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşuldu ki, ən əfzəl (üstün) əməl hansıdır? O belə cavab verdi:
«Allah və Rəsuluna iman gətirmək». Soruşdular ki, sonra hansıdır? Dedi:
«Allah yolunda cihad etmək». Soruşdular ki, sonra hansıdır?
O belə cavab verdi:
«Qəbul olunan həcc».

(Buxari)

9⃣  Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Amra belə dedi:
«Ey Amr, sən bilmirsənmi ki, İslam özündən əvvəl olan bütün günahları silir, Hicrət də özündən əvvəlki bütün günahları silir, Həcc də özündən əvvəlki günahları silir?»
(Muslim, 1329).

🔟 Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) günəş batmağa doğru gedəndə Arafatda dayanaraq Bilala  belə dedi:
«Ey Bilal, insanları məni dinləmək üçün susdur»
Bilal yerindən qalxaraq insanları çağırdı:
“Peyğəmbəri dinləmək üçün susun". İnsanlar toplaşaraq dinləməyə başladı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:

«Ey insanlar, az əvvəl Cəbrayıl mənim yanıma gəldi və Rəabbimin salamını mənə yetişdirdi. Mənə dedi ki, Allah Təalə Arafat və Müzdəlifə əhlini (orda dayananları) bağışladı və onlardan haqqını tələb edən insanları razı salmağa zəmanət verdi».
Ömər ibn Xəttab (Allah ondan razı olsun) yerindən qalxaraq soruşdu:
"Ey Allahın Rəsulu, bu bizə xasdır?” Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:
«Bu həm sizə, həm də sizdən sonra qiyamətə qədər gələn hər kəsə aiddir». Bunu eşidən Ömər belə dedi:
“Rəbbimizin xeyri çoxalıb gözəlləşdi".

(Səhih Tərğib, 1151)

1⃣1⃣ Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir :
Allah Təalə hədisi qüdsidə buyurur:

«Əgər bir quluma sağlam bədən və bol ruzi verərəmsə, bununla belə ən azı beş ildə bir dəfə Mənə gəlməzsə (evimi ziyarət etməzsə) o məhrum olanlardandır»
(Səhih hədislər silsiləsi, 1662).

1⃣2⃣ Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:
«Əgər bir kəs təlbiyə gətirərsə, onun sağında və solunda olan daş, ağac və torpaq da onunla bərabər təlbiyə gətirər. Onun sağında və solunda olan hər şey onun təlbiyəsinə cavab verər».
(Səhih Tərğib və Tərhib, 1134).

1⃣3⃣  Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur :
«Həcc və ümrə Allah yolunda cihaddan sayılır. Ramazanda ümrə etmək isə həccə bərabərdir»
(Sahih Cami, 1599).

Ardı var...
Live stream started
Canlı dərsin linki⬆️
2025/07/05 03:06:13
Back to Top
HTML Embed Code: