Telegram Web Link
Davamı var
Forwarded from İSLAM VƏ ELM
O ki qaldı Buxarinin digər rəvayətinə ki, yəhudilər həmin günü oruc tuturdular, ola bilsin bu bəzi yəhudilərə aiddir, onlardan bəziləri həmin günü oruc tutur, əksəriyyəti isə bayram edirdilər. Düzünü Allah bilir.

4⃣ Aşura orucunu tək tutmağın hökmü:
Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
«Aşura orucu bir il keçmiş günahlara kəffarədir və onu təkcə tutmaq məkruh deyil»
(Fətava Kubra).

5⃣ Aşura orucu cümə günü və ya 6 cı günə düşərsə nə edilir?

İmam Təhavi (Allah ona rəhmət etsin) demişdir:
«Fərz orucu istisna olmaq şərtilə cümə və 6ncı gününü oruc tutmaq haqda qadağa varid olmuşdur. Lakin, məsələn aşura orucu həmin günlərə dəng gələrsə, onda bir gün də ona əlavə edərək tutularsa, o zaman məkruh olması aradan qalxar və icazəli olar».
(Muşkil əsər, 2 ci cild, 6ncı günün orucu fəsli).

6⃣ Aşura günü edilən bidətlərdən:
- O günü matəm etmək:
İbn Rəcəb (Allah ona rəhmət etsin) demişdir:
«Hüseyninin (Allah ondan razı olsun) Aşura günü şəhid olduğu üçün həmin günü rafizilərin etdiyi kimi matəm etmək, dünya həyatındakı səyləri boşa çıxan və öz özlüyündə yaxşı işlər gördükləri gümanında olanların əməlidir. Əgər Allah və Rəsulu peyğəmbərlərin başına gələn müsibətlər gününü matəm etməyi əmr etməyibsə, onlardan aşağı mərtəbədə olanların müsibət gününü matəm etmək necə olar?»
(Lətaif Məarif, 113).

-Həmin günü bəzənmək və xüsusi yeməklər bişirmək:

Alimlər ittifaq ediblər ki, aşura günü orucdan başqa hər hansı bir əməl varid olmamışdır. Nə o günü matəm etmək, nə o gün üçün qüsl almaq, nə gözə sürmə sürmək, nə xüsusi yeməklər bişirmək- bunların heç biri şəriətmizdə varid olmayıb.
(Şeyx Saleh Fovzan).

https://www.tg-me.com/islamveelm
🕋 Möhtərəm müsəlmanlar

📍 İyulun 4 ü Məhərrəm ayının 9 udur (təsua),
📍 İyulun 5 i Məhərrəm ayının 10 udur (aşura).

Fəziləti: «Aşura orucu bir il keçmiş günahlara kəffarədir».
(Muslim, 1976).

https://www.tg-me.com/islamveelm
Forwarded from İSLAM VƏ ELM
❇️ Sələfin aşura orucuna diqqəti

  Tabiin imamlarından Əsvəd Nəxai (Allah ona rəhmət etsin) demişdir:
«Aşura orucunu tutmağı Əli ibn Əbu Talib və Əbu Musə Əşari (Allah hər ikisindən razı olsun) kimi daha təkidlə əmr edən başqa birini görmədim».
📚 İbn Əbi Şeybə, 3/56. Əsər səhihdir.

"Muhammad ibn Şihəb Zuhri (Allah ona rəhmət etsin) səfərdə olarkən aşura günü oruc tutdu. Ona deyildi:
-Sən səfərdə Ramazan orucunu tutmursan, lakin aşura orucunu tutursan?
O belə cavab verdi
:
- Bəli, çünki Ramazanın əvəzini tutacaq başqa günlər var. Lakin, aşura orucunu tutmasan o günü itirirsən".

📚 Beyhəqinin Şuəbul İmən, 3518.


https://www.tg-me.com/islamveelm
İbn Həcər Heytəmi (Allah ona rəhmət etsin) demişdir:

«Əgər birini görsən ki, insanlar haqda pis zənn edir, onların eyiblərini yaymaq istəyir, bil ki, bu onun daxilinin xəbisliyindən irəli gəlir.»

📚 Zavacir 1/134.

https://www.tg-me.com/islamveelm
Ömər (Allah ondan razı olsun) demişdir:
«Bir insan ola bilsin evindən çıxanda onun Tuhəmə dağları böyüklüyündə günahları olsun. Lakin elmə qulaq asarsa, qorxar, geri dönər və tövbə edər. Evinə daxil olduqda isə artıq günahları bağışlanmış olar. Ona görə də alimlərin məclislərindən ayrılmayın.»
📚 İbn Qeyyimin "Miftəh Daru Səadə, 1/77.

https://www.tg-me.com/islamveelm
📣 İslam ümmətinə böyük itki

İmam Əyyub Sixtiyəni (Allah ona rəhmət etsin) demişdir:
"Mən əhli sünnədən bir alimin ölümünü eşidəndə elə bil ki, bədənimin bir əzasını itirmiş kimi oluram"

(Hilyətul övliyə)

♦️ Dünən İslam aləminin böyük alimlərindən olan Şeyx Rabi bin Hədi Mədxəli vəfat etdi və bu gün Məscid Nəbəvidə sabah namazında cənazə qılınaraq Bəqi qəbiristanlığında dəfn edildi.

Şeyx, alim, müfəssir, muhəddis Rabi bin Hadi əl-Mədxəli Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cizan bölgəsində Samita şəhərinin qərbində yerləşən əl-Cəradiyyə kəndində hicri 1351-ci ilin sonunda (1932 ci ildə) anadan olub. Atası onun doğulmasından təxminən bir il yarım sonra vəfat etmişdir. Bu səbəblə Şeyx, anasının himayəsində böyümüşdür. Anası onu yaxşıca tərbiyə etmiş və gözəl əxlaqi dəyərləri aşılamışdır.

8 yaşına çatdıqda kəndindəki tədris halaqalarına qatılmış, xəttatlıq və oxumağı öyrənmişdir və sonra Samita şəhərindəki Sələfi məktəbində təhsilini davam etdirmişdir.

Daha sonra Samitadakı Elmi İnstitutda təhsil almışdır. Orada məşhur alim şeyx Hafiz əl-Həkəmi və onun qardaşı şeyx Məhəmməd bin Əhməd əl-Həkəmi, habelə məşhur muhəddis alim Əhməd bin Yəhya ən-Nəcmidən və böyük alim Məhəmməd Əmən əl-Cami kimi şəxslərdən dərs almışdır.

Fiqh elmini isə fəqih şeyx Məhəmməd Sağir Xumeysi'dən öyrənmişdir. Bu mərhələdə o, ədəbi, ərəb dili, bəlağət və digər sahələrdə də dərslər almışdır. 1380-ci ilin sonunda Elmi İnstitutu bitirmişdir.

1961 ci ildə Mədinə şəhərində yeni açılmış İslam Universitetinə daxil olmuş, dörd illik təhsilini orada tamamlayaraq 1965-ci ildə “əla” qiymətlərlə məzun olmuşdur.

İslam Universitetində təhsil aldığı alimlərdən bəziləri:

Şeyx Əbdüləziz bin Bəz

Şeyx Məhəmməd Nasiruddin əl-Əlbani

Şeyx Abdulmuhsin əl-Əbbad

Şeyx Məhəmməd əl-Əmin əş-Şinqiti

Şeyx Saleh əl-İraqi

Şeyx Əbdülğaffar Həsən əl-Hindi

Məzun olduqdan sonra Mədinə İslam Universitetində dərs verməyə başlamışdır.
1977 ci ildəə magistr təhsilini Kral Əbdüləziz Universitetinin Məkkədəki filialında tamamlamış və doktorluq dərəcəsini də 1980 ci ildə eyni universitetdən əla qiymətlə almışdır.

Daha sonra Mədinə İslam Universitetinə qayıdaraq Hədis fakültəsində dərs deməyə başlamışdır. Həmçinin dəfələrlə "Sünnə və ali tədris" bölməsinə rəhbərlik etmişdir. Elmi dərəcə olaraq “professor” kimi fəaliyyətini davam etdirmişdir.

Şeyx (Allah ona rəhmət etsin) onlarla kitabın və elmi araşdırmaların müəllifidir. Kitablarının çoxu Sünnənin Müdafiəsi və bidət əhlindən çəkindirmək üzrə olmuşdur.


Allah şeyxə rəhmət etsin, onu Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birgə etsin. Amin.

İslam və Elm kanalının admini

https://www.tg-me.com/islamveelm
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir:

«Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) mənə xəbər verdi ki, səni yalnız mömin sevər və sənə yalnız münafiq nifrət edər.»

📚 Səhih Muslim (78)

https://www.tg-me.com/islamveelm
2025/07/14 04:01:34
Back to Top
HTML Embed Code: