Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi geri qaytarmaq olmaz. Yoxsa hamımız müqəddəs olardıq. Həyat bizə kamillik bəxş eləməyib. Kamillərin yeri muzeydir.

Zəfər Tağı, Erich Maria Remarque
Yaşadığım bu kiçik bucaqda nəyim çatışmır? Nə üçün evdə özümü pis hiss edirəm?

Bəyaz Gecələr, Fyodor Dostoyevski
Bəlkə, bəlkə də o zaman məni çağıracaqsan, lakin ilk dəfə sənə vəfasızlıq edərək, qaranlıq məzarda səsini eşitməyəcəyəm.

Yad Qadının Məktubu, Stefan Zweig
Sevgi bərabərlik axtarmır, sevgi bərabərliyin özüdür.

Qırmızı və Qara, Stendhal
Bir həqiqət varsa, o da budur ki, sənin məni necə incitdiyini unutmuşam.

Bəyaz Gecələr, Fyodor Dostoyevski
Yaxşı qərarlar çox vaxt bədbəxtliklə nəticələnir, çünki bu qərarlar həmişə çox gec qəbul olunur.

Dorian Qreyin Portreti, Oscar Wilde
Bütün insanlar məni xatırlayır, əzizləyirdilər, hamı mənə qarşı mehriban idi; sən, yalnız sən, məni unutmuşdun, yalnız sən, təkcə sən məni tanımırdın!

Yad Qadının Məktubu, Stefan Zweig
Məncə, insanların ən alçağı özünü hamıya sevdirməyə çalışanlardır. Düşmənsiz olmağa çalışan insanların düşməniyəm, çünki onlar özlərini hətta düşmənlərinə də sevdirməkdən ötrü insanlıqlarından güzəştə gedərək kiçilirlər.

Belə Gəlmiş, Belə Getməz, Aziz Nesin
Mən çərpələngə oxşayıram, kimsə ipimi tutmasa, uçub gedirəm.

Mən onu sevirdim, Anna Gavalda
Getmək istəməyib, ancaq getməyə məcbur olmaq nə qədər də qarmaşıq duyğudur.

Məcburiyyət, Stefan Zweig
Sən tək qalacaqsan, özün öz başını dolandırmalı olacaqsan, başa düşürsənmi? Bəli, məsələ belədir. Ona görə də indidən özünü işə öyrət, başqalarına bel bağlama! Sakit və arxayın yaşa, həm də inadlı ol! Hamıya qulaq as, amma sənin üçün nə cür yaxşıdırsa, həmişə o cür hərəkət elə.

Uşaqlıq, Maksim Gorki
Yaşayan, düşünən heç bir insanın,
Qəlbində nifrəti olmaya bilməz.
Ötəni, itəni qəlbən duyanın,
Gözləri yaşarıb dolmaya bilməz.

Yevgeniy Onegin, Aleksandr Puşkin
Kloyi, axı sən hələ cavansan...
- Yox, yaşlıyam, özümü yaşlı hiss edirəm. Sınmışam. Heç kimə inanmıram. Bundan belə həyata qapı gözcüyündən baxacağam. Heç kimə qapı açmayacağam.

Mən onu sevirdim, Anna Gavalda
Hər şeyi dadmışam, taleyimlə barışmışam, əgər indi ağlayıramsa, ancaq ağrıdan və soyuqdandır, çünki hələ mənim ruhum ölməyib.

İt Ürəyi, Mixail Bulqakov
Yuyunma ayini xeyirli şey idi, amma su günahları yuyub aparmırdı, ağlın atəşini söndürmürdü, ürəyin qorxularını əridə bilmirdi.

Siddhartha, Hermann Hesse
Sən mənə baxanda, danışanda, oxuyanda mən hiss edirəm ki, yaşayıram.

Oblomov, İvan Gonçarov
Bəlkə insan heç xeyirli olan şeyləri sevmir. Bəlkə o, əzabları da elə eyni qədər sevir. Bəlkə elə əzab da ona eyni xeyirli şeylər qədər faydalıdır?

Yeraltından Qeydlər, Fyodor Dostoyevski
Bu kor-koranə sadiqlikdir, cavabsız itaətkarlıqdır, özünü alçaltmaqdır, bu sual vermədən inanmaqdır, özünün və bütün dünyanın əksinə olaraq bütün qəlbini təslim etməkdir... mənim kimi!

Böyük Ümidlər, Charles Dickens
Anamın sözü olmasın, mən boşboğazam, cənab baş keşiş isə hesab edir ki, başım xarabdır, çünkü ona heç vaxt heç kimin vermədiyi sualları verirəm. Amma bunu da bilir ki, mən onu səfeh sayıram.

Seçilmiş əsərləri, François Mauriac
2024/05/14 14:31:28
Back to Top
HTML Embed Code: