قال أحد السلف :
‏رجب كالريح، وشعبان كالغيم، ورمضان كالمطر، فمن لم يزرع في رجب، ولم يسق في شعبان، فكيف يريد أن يحصد في رمضان ؟

فأعدوا العدة وتزودوا واستكثروا واستعينوا بالله وتوكلوا عليه وأقدموا على الطاعات والقربات والخيرات.

Seleften biri şöyle dedi:

“Recep rüzgar gibi, Şaban bulut gibi, Ramazan ise yağmur gibidir.

Recep'de ekmeyip, Şaban'da sulamayan, Ramazan'da nasıl hasad etmek ister?

O halde hazırlık yapın ve azık edinin. Allâh'tan çokça yardım isteyin ve O'na tevekkül edin. İtaatlere, Allâh’a yakınlığa ve hayır işlerine yönelin.”
💕63-cü dərs

Ümumi hücum.

Bu qarşılaşmanın sonu müşriklər üçün pis başlanğıc oldu. Belə ki, onlar ən yaxşı üç süvarisini bir andaca itirdilər. Daha da qəzəblənən Qureyş müsəlmanların üstünə ümumi həmləyə keçdi. İlk qarşılaşmada Allahın müsəlmanlara bəxş etdiyi qələbədən sonra müşriklərin hücumlarını dəf etməyə başladılar. Əvvəlcə onlar müdafiə mövqeyinə çəkildilər.

Peyğəmbər Rəbbinə niyaz edir.

Rəsulullaha gəlincə o, əsgərlərin sırasını düzdükdən sonra öz qərargahına qayıdandan bəri Allahın ona vad etdiyi qələbəni təkrarlayaraq buyururdu: "Allahım, mənə vəd etdiyin qələbəni bu gün lütf et!" Döyüş getdikcə şiddətlənir, ölənlərin və yaralananların sayı artırdı. Qarşıdurma ən yüksək zirvəsinə gəlmişdi. Rasulullah yenə Rəbbinə xitab edərək buyurdu: "Allahım, əgər bu camaat bu gün həlak olarsa, sənə ibadət edən qalmaz." Dua və istəkdə o qədər irəli getdi ki, paltarı çiyinlərindən düşdü. Əbu Bəkr onun paltarını götürərək yenidən çiyinlərinə qoydu və dedi: "Bəsdir, ey Allahın elçisi! Rəbbin sənə vəd etdiyini yerinə yetirəcəkdir."
Allah Təala mələklərinə vəhy edərək buyurdu:

١٢. إِذۡ یُوحِی رَبُّكَ إِلَى ٱلۡمَلَـٰۤىِٕكَةِ أَنِّی مَعَكُمۡ فَثَبِّتُوا۟ ٱلَّذِینَ ءَامَنُوا۟ۚ سَأُلۡقِی فِی قُلُوبِ ٱلَّذِینَ كَفَرُوا۟ ٱلرُّعۡبَ فَٱضۡرِبُوا۟ فَوۡقَ ٱلۡأَعۡنَاقِ وَٱضۡرِبُوا۟ مِنۡهُمۡ كُلَّ بَنَانࣲ

💎《 O zaman Rəbbin mələklərə: «Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və barmaqlarının hamısını kəsin!» – [deyə] vəhy etmişdi》. Əl-Ənfal, 12
Öz elçisinə isə belə buyurdu;

٩. إِذۡ تَسۡتَغِیثُونَ رَبَّكُمۡ فَٱسۡتَجَابَ لَكُمۡ أَنِّی مُمِدُّكُم بِأَلۡفࣲ مِّنَ ٱلۡمَلَـٰۤىِٕكَةِ مُرۡدِفِینَ

💎《O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: «Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm» – deyə duanızı qəbul etmişdi》. Əl-Ənfal, 9
Mələklərin nazil olması.

📮Rəsulullah qısa bir yuxuya getdi, sonra başını qaldırıb buyurdu: "Səni müjdələyirəm, ey Əbu Bəkr! Bu, Cəbrayıldır və yolu üzərində toz var!"

İbn İshaqın rəvayətinə görə isə Rəsulullah belə buyurdu: "Səni müjdələyirəm, ey Əbu Bəkr! Sənə Allahın köməyi gəldi. Budur Cəbrayıl bir atın yüyənindən dartıb gətirir. Yolunun üzərində də toz var."

Sonra Rəsulullah silahını götürərək çadırdan çıxdı və bu ayəni oxudu:

💎 "Bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!" (əl-Qəmər, 45)

Sonra yerdən bir parça qum götürərək müşriklərin üzünə səpdi. Elə bir müşrik qalmadı ki, bu qum onun gözünə, üzünə dəyməsin. Bu barədə Allah Təala belə buyurur:

💎 "Atdığın zaman sən atmadın, Allah atdı." (əl-Ənfal, 17)
SƏN BU DUADA ONLARA ŞƏRİKSƏN🍃

🖇️Şeyx Saleh bin Fəuzan əl-Fəuzan (həfizahullahdan) soruşuldu:

🔹SUAL

-"Mən namazlarımda bütün müsəlmanlar üçün bağışlanma diləyir və (belə) deyirəm:

Allahumməğfir li-cəmi'il-musliminə vəl-muslimət, vəl-mu'mininə vəl-mu'minət əl-əhyəi minhum vəl-əmvət. İnnəkə Qaribun Mucibun lid-də'avət.

(Allahım! Bütün müsəlman kişi və qadınları, mömin kişi və qadınları, onlardan yaşayan və dünyasını dəyişənləri bağışla. Həqiqətən, Sən Yaxın və Duaları qəbul edənsən).

Mənə onların hər biri üçün həsənət (savab) yazılırmı?"

🔸CAVAB:

-"Bəli, Allah (duanı) qəbul edərsə, sən onların (bağışlananların) ən birincisisən. Artıq səninlə bərabər digər müsəlmanlar da şərikdirlər. Bu, gözəl və şər'i cəhətdən icazəlidir. Həqiqətən, insan həm öz nəfsi üçün, həm də mömin kişi və qadınlar üçün dua edir:

"..Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə.."(Muhəmməd surəsi, 19.)

(Duaya) valideynlərdən başla və onların bağışlanılmasını dilə:

"..De: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de."
(İsra surəsi, 24).


Bəli."
🌿
Şeyx_Suleyman_ər_Ruheyli_حفظه_الله_mühazirə_240327_144211_1.pdf
5.6 MB
📌Allah Subhənəhu və Təalədən hamımız üçün bol-bol səbr və müvəffəqiyyət diləyirəm bu dərsi oxumaq üçün. Biraz uzun görünsə də, bu dərsin çatdığı hər bir kəsin onu oxumasını və faydalandığı şeylərə əməl etməsini istəyərəm. Həqiqətən də önümüzdə çox az günlər qalıb, dəyərləndirmək üçün bu cür nəsihətlərə ehtiyacımız vardır. Allah hamımız üçün bərəkətli etsin!

💎Paylaşaraq qafil olanları oyadın! Ən fəzilətli sədəqələrdən biri də cahili öyrətmək və qafili oyatmaqdır.

✍🏻 T.me/arabiazeri
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Allah qəlblərdə olanı bilir. Biz dua etmədən öncə, dua edəcəyimizi də, nə istəyəcəyimizi də, hər birini bilir. Çünki bunları bizə yazan Odur. Elə isə əsla ümidsizliyə təslim olmamalıyıq. Sələflər dualarının qəbul olmayacağından yox, dua edə bilməməklərindən yaxud duadan məhrum olmaqlarından qorxardılar. Çünki duanı nəsib edən Allah, icabəti vəd etmişdir.
Alləmə İbnu Useymin rahiməhullah buyurur:

"Ey Qardaşlarım.. Qədr gecəsində qapılar açılır, sevgililər (qul Rəbbinə) yaxınlaşır, xitablar (dualar) eşidilir, cavablar verilir. O gecə əməl edənlərə əzəmətli savablar yazılır. Qədr gecəsi 1000 aydan xeyirlidir. Allah sizə rəhm etsin! Onu tələb etməkdə (tapmaqda) ictihad edin (çalışın)! Bu vaxt - tələb vaxtıdır. Və qəflətdən həzər edin (çəkinin), həqiqətən də qəflətdə həlak vardır."

(Məcəlisu Şəhri Ramədan, səh. 164)
🤲🏻Allahım, hamıdan çox sevdiyimiz peyğəmbərimiz Muhammədiﷺ doğru-düzgün tanımağı, tanıdıqdan sonra onun bu vəsflərini unutmamağı və nəhayət, bu dünyada heç olmasa bircə dəfə və bundan da çox onu yuxularımızda görməyi bizlərə nəsib et!

Əzəmətli ərşin Rəbbi olan Qüdrətli Allahdan, Onun gözəl adları və uca sifətləri ilə diləyirəm ki, bizləri Özünün sevdiyi və razı qaldığı saleh əməlləri yerinə yetirməyə va haqqı deməyə müvəffəq etsin, bizim işlərimizi yoluna qoysun, bizi, bizim valideynlərimizi, habelə cəmi müsəlman kişiləri və müsəlman qadınları, mömin kişiləri və mömin qadınları, onlardan həyatda olanları və ölüb gedənləri bağışlasın!
```Doğrudanmı düzgün oruc tutduğumuzu düşünürük?!```

✒️İbn əl-Cövzi (597-ci hicri) demişdir:

“Bax, ey bədbəxt, gününü aclıq və susuzluq içində keçirdin, gecəni də uzun rüku və səcdələrdə keçirdin və eyni zamanda oruc tutduğunu zənn etdin. Sən isə bu cəhalətində israr edirsən... Rəbbin qarşısında həya və təvazökarlıq haradadır?! Doğrudanmı, Allah yanında sən Ramazan ayında uğur qazanan oruc tutanlardan olduğunu zənn edirdən?

Xeyr, Allaha and olsun ki, niyyətin xalis və səmimi olmadıqca, pis işlərdən və alçaq əməllərdən çəkinmədikcə, daha tez-tez ağlamadıqca, peşmançılıq çəkmədikcə, düşünmədikcə və Rəbbindən bağışlanma istəmədikcə belə olmazsan. Ancaq o zaman tutduğun oruc günahlara şəfa, nöqsanlarının örtüyü olacaqdır."

📘(“Bustanul-vaizin”
, 228)
2024/06/01 15:23:47
Back to Top
HTML Embed Code: