Telegram Web Link
Forwarded from Nurulənvar
Rəvayətə görə, həmin gün bu hədisi eşidənlərdən savayı, yazıya alanların sayı 24 min nəfərdən artıq imiş.


•Dini kitablarda (əsasən, şiə mənbələrimizdə) xatırlanan bu məşhur bir rəvayət hədisi-qüdsi qisminə aiddir. Hədis ən mötəbər və müqəddəs ravilərdən ibarət sənəd zənciri vasitəsilə rəvayət edildiyi üçün ona bu ad verilib. Onun sənədində son halqadan - İmam Rzadan (ə) ilk halqaya - Allaha kimi yer tutan bütün ravilər ya imam, ya peyğəmbər, ya da mələkdən ibarətdir.
İmam Rza (əleyhissəlam) buyurub:


"Səbr etmək və fərəc intizarında olmaq (zühuru gözləmək) necə də gözəldir!"


📗Şeyx Səduq, "Kəmalud-din", c.2, səh.645
www.tg-me.com/Nurulenvar
Səkkizinci İmamımız-İmam Rza (əleyhissəlam) haqqında qısa məlumat

Mübarək adı: Əli

Ləqəbi: Rza
(İmam Cavad (ə.s) buyurub: Atam Əli ibn Musanı (ə) Allah "Rza" adlandırıb. Çünki o, göylərdə Allah üçün, yerdə isə Peyğəmbər (ə) və digər imamlar (ə) üçün razı qalınmış bir şəxs idi".)

Künyəsi: Əbülhəsən

Atası: 7-ci İmamımız, İmam Musa İbn Cəfər Əl-Kazim (əleyhissəlam)

Anası: Xanım Nəcmə
(s.ə)

Doğum tarixi: H.q 148-ci il, zil-qədə ayının 11-i

Doğum yeri: Mədinə şəhəri

İmamlıq müddəti: 21 il

Ömrü: 55 il

Vəfatı: 203-cü il Hicri qəməri ilində Abbasi xəlifəsi Məmun (Allah  lənət etsin) tərəfindən zəhərlənərək Şəhid olmuşdur.

Müqəddəs Məzarı: İran, Məşhəd şəhəri


📌İmam Rza (əleyhissəlam) buyurub:

"Hər kim məni evimin və məzarımın uzaq olmasına baxmayaraq, ziyarət edərsə, qiyamət günü üç yerdə onun yanına gedərəm ki, onu həmin günün qorxusundan və çətinliklərindən xilas edim. Əməl namələri sağdan və soldan yüksəldiyi zaman, sirat körpüsündən keçdiyi zaman, əməllərin ölçüldüyü zaman".


📗"Vəsailuş-şiə", cild 10, səh 433.

www.tg-me.com/Nurulenvar
#İmamRza #mövlud
İmam Həsən Müctəba (əleyhissəlam) "Mən sizin şiələrdənəm" deyən kişinin cavabında buyurmuşdur:


"Ey Allahın bəndəsi! Əgər bizim əmr və qadağalarımıza itaət edirsənsə, doğru
deyirsən
. Yox, əgər belə deyilsənsə, əhli olmadığın ali məqam iddiası ilə öz
günahlarını artırma. Demə ki, "mən sizin şiələrdənəm". De ki, "mən sizi
sevənlərdən və sizin düşmənlərinizin düşmənlərindənəm".Belə olan halda, sən yaxşı insansan və yaxşıya tərəf istiqamət götürmüsən".


📗"Tənbihul-Xəvatir", c.2, səh.106

www.tg-me.com/Nurulenvar
Qurani- Kərimdə Allah Təalanın sevdiyi şəxslərin xüsusiyyətləri


1."Allah müttəqiləri sevər". (Ali-İmran, ayə 76)
2. "Allah səbr edənləri sevər". (Ali-İmran, ayə 146)
3. "Allah yaxşılıq edənləri sevər". (Ali-İmran, ayə 148)
4. "Allah təvəkkül edənləri sevər". (Ali-İmran, ayə159)
5."Allah tövbə edənləri və pak olanları sevər". (Bəqərə surəsi, ayə 222)
6. "Allah ədalətli olanları sevər". (Maidə, ayə 42)


#Quran #ayə
İmam Əli (əleyhissəlam) buyurub:


"Hər kəs, xörək yeyən vaxt Allahın adını çəkərsə, heç vaxt o təamın neməti barədə sorğu-sual olunmayacaq".


📗Şeyx Səduq, "Əmali", səh.246, hədis 13

www.tg-me.com/Nurulenvar
İmam Kazim (əleyhissəlam) buyurub:


"Loğman oğluna dedi: "Dünya dərin dənizə bənzər, çox insanlar onda qərq olublar. Buna görə (xilas olmaq üçün) sənin bu dənizdə (mindiyin) gəmin gərək ilahi təqva, onun yükü iman, yelkəni təvəkkül, kapitanı ağıl, yol göstərəni elm və sükanı da səbr olsun".


📗"Əl-Kafi",c.1, səh.16 , hədis12

www.tg-me.com/Nurulenvar
İmam Baqir (əleyhissəlam) buyurub:


"Qürbətdən gələn birinin hədiyyələrlə ailə üzvlərinin hal-əhvalını soruşduğu kimi Allah Təala da bəlalar vasitəsi ilə mömin bəndəsindən hal-əhval tutar. Təbibin xəstəni qoruduğu kimi Allah Təala da mömini dünyadan qoruyar".


📗"Əl-Kafi", c.5, səh.68, hədis 2360

www.tg-me.com/Nurulenvar
İmam Əli (əleyhissəlam) buyurub:


"Din işlərinə əhəmiyyət verməməyiniz (onlardan xoşlanmamağınız) yalnız sizdə olan günah və asliliklərə görədir. Axirətdəki rahatlıq dünya yorğunluğuna, dünya sıxıntıları isə əbədi səadətə necə də yaxındır. Özündən sonra behişt gələn şər şər deyil. Özündən sonra xeyir gələn xeyir, xeyir deyil. Bütün xoşbəxtliklər cənnətsiz heç nədir və bütün bəlalar cəhənnəmsiz rahatlıqdır".


📗Şeyx Səduq,"Tövhid ", bab 3, səh23, hədis 27

www.tg-me.com/Nurulenvar
İmam Əli (əleyhissəlam) buyurub:


"Biz Əhli-Beytin zikri illətlərdən, xəstəliklərdən və şübhə vəsvəsəsindən şəfadır. Bizim yolumuz Allah yoludur. Biz Hittə (günahların tökülməsi) qapısıyıq. Bu İslam qapısıdır. Allah çətin zamanı bizimlə dəf edər. Əgər siz düşmənlərinizin arasında eşitdiyiniz əziyyətli sözlərin qarşısındakı səbrinizin aqibətini bilsəydiniz, gözləriniz aydınlanardı".


📗“Xisal”, səh.731, hədis 1211


#ƏhliBeyt
www.tg-me.com/Nurulenvar
Forwarded from Almuntazar
İmam Sadiq (əleyhissəlam) buyurub:


"Ağıllı insanın az əməli ikiqat qəbuldur, həvayi-nəfs əhli və cahilin çox əməli rədd ediləcək".


📗"Tuhəful-uqul", səh.418

www.tg-me.com/Nurulenvar
Əhli-Beytin (ə) nəzərində irfan (kamillik)


Əbu Həmzə Sumali dedi: “İmam Əbu Cəfər Baqir (ə) buyurdu: “Ey Əbu Həmzə! Allaha, Onu tanıyan şəxs ibadət edir, Onu tanımayan isə sanki başqasına ibadət edir. Azmaq belədir!” Mən soruşdum: “Allah işlərinizi islah etsin! Allahı tanımaq necə olur?” İmam (ə) buyurdu: “Allahı, Muhəmmədin (s) Onun Rəsulu olduğunu, Əlinin (ə) və ondan sonrakı İmamların (ə) vilayətini təsdiq etmək, onların düşmənlərindən bəraət edib Allaha sığınmaqla olur. Allaha olan irfan budur!” Mən soruşdum: “Allah işlərinizi islah etsin! Hansı işi görsəm, İmanımın həqiqəti kamala çatar?” İmam (ə) buyurdu: “Allahın dostlarını dost, düşmənlərini düşmən bil. Allahın sənə əmr etdiyi kimi, doğru olanlarla birlikdə ol”. Mən soruşdum: “Allahın dostları və düşmənləri kimlərdir?” İmam (ə) buyurdu: “Allahın dostları Muhəmməd (s), Əli, Həsən, Huseyn, Əli ibn Huseyn, sonra biz, sonra isə oğlum Cəfərdir (Allahın salavatı və salamı olsun onların üzərinə!)”. Bunu söyləyib, əli ilə yanında əyləşən Cəfərə (ə) işarə etdi və belə buyurdu: “Kim bunları dost bilsə, Allahın dostlarını özünə dost tutmuş və Allahın buyurduğu kimi, doğru olanlarla birgə olmuşdur”. Mən soruşdum: “Allah işlərinizi islah etsin! Allahın düşmənləri kimlərdir?” İmam (ə) buyurdu: “Dörd bütdür”. Mən soruşdum: “Onlar kimlərdir?” İmam (ə) buyurdu: “Əbul-Fəsil (Əbu Bəkr), Rumə (Ömər), Nəsəl (Osman) və Muaviyə. Eləcə də, onların dininə etiqad bəsləyənlərdir. Kim bunlarla düşmənçilik etsə, Allahın düşmənləri ilə düşmən olmuşdur”.


📗Muhəmməd ibn Məsud, “Təfsirul-Əyyaşi”, cild 2, səhifə 122, hədis 155.
Allah Rəsulu (sallallahu əleyhi və alih) buyurub:


"Günahkar tərifləndiyi zaman ərş titrəyər və Allah qəzəblənər".


📗"Tuhəful-uqul", səh.45, hədis 84

www.tg-me.com/Nurulenvar
İmam Əli (əleyhissəlam) buyurub:


"Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və ədəbdir".Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər artsa, qədir-qiymətin də bir o qədər artar".


📗Şeyx Təbərsi, "Mişkatul-ənvar", səh. 135

www.tg-me.com/Nurulenvar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🏴7 İyun/ 29 Zilqədə

Doqquzuncu İmamımız-İmam Muhəmməd Təqinin (əleyhissəlam) şəhadət günüdür. Başda İmam Zaman (ə.f) Ağa olmaqla hər birinizə baş sağlığı veririk.

İmam Cavad (əleyhissəlam) haqqında qısa məlumat

Adı: Muhəmməd

Künyəsi: Əbu Cəfər

Ləqəbi: Cavad (səxavətli, əliaçıq, comərd), Təqi (mömin)

Atası: səkkizinci İmamımız-İmam Rza (əleyhissəlam)

Anası: Səbikə Novbiyyə

Doğum ili: hicri 195-ci il, Mədinə şəhərində dünyaya gəlmişdir.

Vəfat ili: hicri 220-ci ildə

Ömrü: 25 il (ən cavan şəhadətə yetişən İmam (ə))

İmamlıq müddəti: 17 il

Qatili: Mötəsimin (l.ə) əmiri ilə zəhərləndirilərək şəhadətə çatmışdır.

Məzarı: Kazimeyn, Qüreyş qəbiristanlığında, babası İmam Musa Kazimin (əleyhissəlam) qəbrinin yanında dəfn olunmuşdur.

#İmamCavad #şəhadət
www.tg-me.com/Nurulenvar
İmam Cavad (əleyhissəlam) buyurub:


"Möminin Allahın tövfiqinə, nəfsindən olan bir nəsihətçiyə, nəsihətçinin isə nəsihəti qəbul etməyə ehtiyacı var".


📗"Tuhəful-uqul", səh.491, hədis 13

www.tg-me.com/Nurulenvar
Xanım Fatimətuz-Zəhra (səlamullahi əleyha) buyurub:


"Tam və həqiqi mənada xoşbəxt (insan), Əlini (əleyhissəlam) sağlığında da, ölümündən sonra da sevəndir. Tam və həqiqi mənada bədbəxt (insan) isə, Əliyə (ə) sağlığında da, vəfatından sonra da nifrət edəndir".


📗"Biharul-Ənvar",c.27, səh.74

www.tg-me.com/Nurulenvar
İmam Əli (əleyhissəlam) buyurub:


"Hikməti hər kim sizin üçün gətirsə, ondan öyrənin. Nə dediyinə fikir ver, kimin dediyinə baxma".


📗Əllamə Amədi ,"Ğurərul-hikəm",hədis 5048

www.tg-me.com/Nurulenvar
2024/06/10 05:36:23
Back to Top
HTML Embed Code: