Telegram Web Link
Həzrəti Xanım Zəhra (səlamullahi əleyha) buyurub:


"İmamın (ə) misalı Kəbənin misalı kimidir. Ona üz tuturlar, o kiməsə üz tutmur
".


📗"Biharul-Ənvar",c. 36 səh.357

www.tg-me.com/Nurulenvar
Allah Rəsulu (sallallahu əleyhi və alih) buyurub:


"Əxlaqı daha gözəl olan möminin imanı daha kamildir".


📗Şeyx Tusi, "Əmali", səh.140 , hədis 227

www.tg-me.com/Nurulenvar
وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا

"Allaha təvəkkül et! Allahın qoruyan olması (sənə) yetər".

"Əhzab" surəsi, ayə
3

#Quran #ayə
Quranda Məhdəviyyət


📍Qurani-Kərimin İkinci cüzündəki bəzi Məhdəviyyət ayələri:


1) Bəqərə surəsi, ayə 148- İmam Məhdinin (ə.f) xas yardımçıları
.

2) Bəqərə surəsi, ayə 155-157 - Zühurdan qabaq axır zamanda imtahanlar və çətinliklər
.

3)Bəqərə surəsi, ayə 210 - Zühurda qeybi yardımlar
.

4) Bəqərə surəsi, ayə 249 - İmam Məhdinin (ə.f) köməkçilərinin ələnməsi
.

#Quran #ayə #İmamMəhdi #QurandaMəhdəviyyət
İmam Zamanın (ə.f) Yasin surəsindən hacətin qəbul olması rəvayəti:


Yəzd şəhərində olan Allah qullarından biri çətin giriftarçılığı üçün İmam Zamanın (ə.f) hüzuruna şərəf tapır amma o,Həzrəti (ə.f) tanımır.

Həzrət (ə.f) ona buyurmuşdur: "Yasin surəsini oxu və "Mubin" kəlməsi ki,surədə 6 yerdə gəlib,ona çatanda öz hacətini niyyət et və sonra surəni bitirəndən sonra da hacətini istə və Allah təala da duanı qəbul edər".

O Dedi: Yasin surəsini baxdım gördüm ki,"mubin" kəlməsi 7 yerdə var və təəccüb etdim.
Amma, diqqətlə baxdım gördüm ki,6 yerdə "mubin" kəlməsi "əlif-lam"sız (مبین) və 1 yerdə "əlif-lam"la (المبین) gəlib.
Sonra Həzrət (ə.f) buyurduğu kimi surəni oxudum və duam da Allah təala tərəfindən qəbul oldu.


📗"Səhifeyi Məhdiyyə",6-cı bəxş,səh.587
İmam Musa əl-Kazim (əleyhissəlam) buyurub:


"Həqiqətən, Əli (ə) şiəsi o şəxsdir ki, sözü əməlini təsdiqləsin".


📗"əl-Kafi", c.8, səh.228, hədis 290

www.tg-me.com/Nurulenvar
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from Nurulənvar
İmam Rzadan (ə) nəql olumuş məşhur "Qızıl zəncir (silsilətüz-zəhəb) " hədisi:


Hicri 200-cü ildə (miladi 815-816-cı illər) Abbasi xəlifəsi Məmun səkkizinci İmam Rzanı (ə) Mədinədən Mərv şəhərinə, öz yanına gətizdirməyi əmr edir. Həzrət Rza (ə) Mərv istiqamətində yola düşdü. Karvan indiki İran ərazisində yerləşən Nişapur şəhərinə çatanda əhali pişvaza çıxdı. Şəhərin məşhur alimləri İmamın kəcavəsinə yaxınlaşıb xahiş etdilər ki, onlar üçün hədis rəvayət etsin. İmam (ə) kəcavənin pərdəsini qaldırıb buyurdu: "Atam Musa ibn Cəfər öz atası Cəfər ibn Muhəmməddən, o öz atası Muhəmməd ibn Əlidən, o öz atası Əli ibn Hüseyndən, o öz atası Hüseyn ibn Əlidən, o öz atası əmirəl-möminin Əli ibn Əbu Talibdən, o, Allah Rəsulundan, o, Cəbraildən, o isə Allah-Taaladan rəvayət edib: "Lə iləhə illəllah kəlməsi mənim qalamdır (istehkamımdır); hər kim bu qalaya daxil olsa, əzabımdan amanda qalar". İmamın sözləri bitib karvan yola düşəndə həzrət bu cümləni də əlavə etdi: "Bunun şərtləri var və mən həmin şərtlərdənəm".
Forwarded from Nurulənvar
Rəvayətə görə, həmin gün bu hədisi eşidənlərdən savayı, yazıya alanların sayı 24 min nəfərdən artıq imiş.


•Dini kitablarda (əsasən, şiə mənbələrimizdə) xatırlanan bu məşhur bir rəvayət hədisi-qüdsi qisminə aiddir. Hədis ən mötəbər və müqəddəs ravilərdən ibarət sənəd zənciri vasitəsilə rəvayət edildiyi üçün ona bu ad verilib. Onun sənədində son halqadan - İmam Rzadan (ə) ilk halqaya - Allaha kimi yer tutan bütün ravilər ya imam, ya peyğəmbər, ya da mələkdən ibarətdir.
İmam Rza (əleyhissəlam) buyurub:


"Səbr etmək və fərəc intizarında olmaq (zühuru gözləmək) necə də gözəldir!"


📗Şeyx Səduq, "Kəmalud-din", c.2, səh.645
www.tg-me.com/Nurulenvar
Səkkizinci İmamımız-İmam Rza (əleyhissəlam) haqqında qısa məlumat

Mübarək adı: Əli

Ləqəbi: Rza
(İmam Cavad (ə.s) buyurub: Atam Əli ibn Musanı (ə) Allah "Rza" adlandırıb. Çünki o, göylərdə Allah üçün, yerdə isə Peyğəmbər (ə) və digər imamlar (ə) üçün razı qalınmış bir şəxs idi".)

Künyəsi: Əbülhəsən

Atası: 7-ci İmamımız, İmam Musa İbn Cəfər Əl-Kazim (əleyhissəlam)

Anası: Xanım Nəcmə
(s.ə)

Doğum tarixi: H.q 148-ci il, zil-qədə ayının 11-i

Doğum yeri: Mədinə şəhəri

İmamlıq müddəti: 21 il

Ömrü: 55 il

Vəfatı: 203-cü il Hicri qəməri ilində Abbasi xəlifəsi Məmun (Allah  lənət etsin) tərəfindən zəhərlənərək Şəhid olmuşdur.

Müqəddəs Məzarı: İran, Məşhəd şəhəri


📌İmam Rza (əleyhissəlam) buyurub:

"Hər kim məni evimin və məzarımın uzaq olmasına baxmayaraq, ziyarət edərsə, qiyamət günü üç yerdə onun yanına gedərəm ki, onu həmin günün qorxusundan və çətinliklərindən xilas edim. Əməl namələri sağdan və soldan yüksəldiyi zaman, sirat körpüsündən keçdiyi zaman, əməllərin ölçüldüyü zaman".


📗"Vəsailuş-şiə", cild 10, səh 433.

www.tg-me.com/Nurulenvar
#İmamRza #mövlud
İmam Həsən Müctəba (əleyhissəlam) "Mən sizin şiələrdənəm" deyən kişinin cavabında buyurmuşdur:


"Ey Allahın bəndəsi! Əgər bizim əmr və qadağalarımıza itaət edirsənsə, doğru
deyirsən
. Yox, əgər belə deyilsənsə, əhli olmadığın ali məqam iddiası ilə öz
günahlarını artırma. Demə ki, "mən sizin şiələrdənəm". De ki, "mən sizi
sevənlərdən və sizin düşmənlərinizin düşmənlərindənəm".Belə olan halda, sən yaxşı insansan və yaxşıya tərəf istiqamət götürmüsən".


📗"Tənbihul-Xəvatir", c.2, səh.106

www.tg-me.com/Nurulenvar
Qurani- Kərimdə Allah Təalanın sevdiyi şəxslərin xüsusiyyətləri


1."Allah müttəqiləri sevər". (Ali-İmran, ayə 76)
2. "Allah səbr edənləri sevər". (Ali-İmran, ayə 146)
3. "Allah yaxşılıq edənləri sevər". (Ali-İmran, ayə 148)
4. "Allah təvəkkül edənləri sevər". (Ali-İmran, ayə159)
5."Allah tövbə edənləri və pak olanları sevər". (Bəqərə surəsi, ayə 222)
6. "Allah ədalətli olanları sevər". (Maidə, ayə 42)


#Quran #ayə
İmam Əli (əleyhissəlam) buyurub:


"Hər kəs, xörək yeyən vaxt Allahın adını çəkərsə, heç vaxt o təamın neməti barədə sorğu-sual olunmayacaq".


📗Şeyx Səduq, "Əmali", səh.246, hədis 13

www.tg-me.com/Nurulenvar
İmam Kazim (əleyhissəlam) buyurub:


"Loğman oğluna dedi: "Dünya dərin dənizə bənzər, çox insanlar onda qərq olublar. Buna görə (xilas olmaq üçün) sənin bu dənizdə (mindiyin) gəmin gərək ilahi təqva, onun yükü iman, yelkəni təvəkkül, kapitanı ağıl, yol göstərəni elm və sükanı da səbr olsun".


📗"Əl-Kafi",c.1, səh.16 , hədis12

www.tg-me.com/Nurulenvar
İmam Baqir (əleyhissəlam) buyurub:


"Qürbətdən gələn birinin hədiyyələrlə ailə üzvlərinin hal-əhvalını soruşduğu kimi Allah Təala da bəlalar vasitəsi ilə mömin bəndəsindən hal-əhval tutar. Təbibin xəstəni qoruduğu kimi Allah Təala da mömini dünyadan qoruyar".


📗"Əl-Kafi", c.5, səh.68, hədis 2360

www.tg-me.com/Nurulenvar
28 may, 1918-ci il


Müsəlman şərqində ilk demokratik dövlət, respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı gündür.


#28May #müstəqillikgünü
İmam Əli (əleyhissəlam) buyurub:


"Din işlərinə əhəmiyyət verməməyiniz (onlardan xoşlanmamağınız) yalnız sizdə olan günah və asliliklərə görədir. Axirətdəki rahatlıq dünya yorğunluğuna, dünya sıxıntıları isə əbədi səadətə necə də yaxındır. Özündən sonra behişt gələn şər şər deyil. Özündən sonra xeyir gələn xeyir, xeyir deyil. Bütün xoşbəxtliklər cənnətsiz heç nədir və bütün bəlalar cəhənnəmsiz rahatlıqdır".


📗Şeyx Səduq,"Tövhid ", bab 3, səh23, hədis 27

www.tg-me.com/Nurulenvar
2024/05/29 05:20:49
Back to Top
HTML Embed Code: