Telegram Web Link
⚰️ Qəfil ölümlərin çoxalması Qiyamətin əlamətlərindəndir! ⚖️

👉 Ənəs ibn Malikin rəvayət etdiyi hədisdə Peyğəmbərimiz صلى الله عليه وسلم Qiyamətin üç əlamətindən xəbər verir, sonuncu əlaməti isə belə bildirir: وأن يظهر موت الفجأة "... və qəfil ölümlərin aşkar olması". (Səhihul-Cami. 5899).

🔹 Bəzi alimlər bu hədis haqqında bildiriblər ki, qəfil ölüm mömin üçün bir rəhmətdir, rahatlıqdır. Çünki o, ölüm ağrı-acısını qısa çəkməklə yanaşı Allaha tərəf saleh əməllər və itaət üzərində getmiş olur. Günahkar üçün isə qəfil ölüm təəssüf və qəzəbdir. Çünki qəfil ölüm onun tövbə etməsinə və ölümə hazırlanmasına imkan vermir!

www.tg-me.com/selefinexlaqi
🔸 İnsana xarici görünüşünə görə deyil, əqidəsinə görə qiymət verilir! (üzdə nur axtaranlar). 🔸

👉 Cahilliyin növləri var. Bu növlərdən biri də insana verilən və verilməyən nemətlər barədə cahillikdir. Daha mürəkkəb cahillik isə Allahın yaratdığı görünüşə görə insanları ələ salmaq, aşağılamaq və ya qiymət verməkdir. Dinimiz istehza etməyi, məsxərəyə qoymağı da qadağan edir. Kimisə boyunun qısalığına, kimisə üzünün qüsuruna, kimisə zəifliyinə görə qınamaq, kimisə rənginin qara olmasına görə qınamaq da bunun kimidir. Bu misalları çoxaltmaq da olar.

👉 Yuxarıda sadaladıqlarımdan rəng məsələsinə toxunmaq istəyirəm. Bu "nur axtarışını" çox adamda gördüyüm və bunun xurafat olduğunu bəyan etmək üçün yazıram; deməli, bəzi insanlar "filankəsin üzü nurludur" və ya "filankəsə bax ee, üzünün nuru yoxdur" kimi ifadələri işlədirlər. Bilmək lazımdır ki, bütün bunlar nisbi ifadələrdir. Mütləq bir həqiqət deyil. Ola bilsin ki kiminsə yaradılışdan görünüşü, rəngi şəkil və videolarda daim qara rəngə meyilli olsun, lakin bunun onun əməlləri ilə əlaqəsi olmasın. Belə bir insanın rəngi anadangəlmə qaraya çalır və onun üzündə axtardığın "ağappağ azərbaycanlı siması" olmaya bilər. Ya da üzü meyit rəngi kimi ağappağ olan xristian və ya ateist rusların üzündə nur axtarmağın misalını burda çəkmək mümkündür. Necə ki, üzünün gözəlliyinə heyran olduğunuz bəzi modelləri misal çəkmək olar ki, əxlaqsızlığa düşməyinə səbəb bəlkə də "gözəl üzü" olmuşdur. Gözəllik də Allahın insanı sınağa çəkdiyi bir nemətdir, gözəllik bəzi insanların əxlaqsızlığa düşməyinə səbəb ola bilir. Əbu Hüreyrədən rəvayət olunan hədisdə Peyğəmbər buyurmuşdur: "Həqiqətən də Allah sizin bədənlərinizə və surətinizə baxmaz. Lakin O, sizin qəlbinizə baxar". (Səhihi Muslim).

👉 Yadıma, gəlir ki, bir elm tələbəsi dostum yay vaxtı dənizə gedib "zaqar" etmişdi, qarabuğdayı olan dərisi bir az da qaralmışdı. Özü mənə bəzi insanların ona "üzünün nuru gedib" deyə cahil sözlər demələrini bildirmişdi. Doğurdan da bu cahillikdir. Təsəvvür et ki, rəngin qarabuğdayıdır, dənizə gedib çiməndə ağlına gəlir ki birdən qaralarsan və bəzi cahillər deyərlər ki, "üzünün nuru gedib". Bəli, çox təəssüflər olsun ki, bu hallar ölkəmizdə müsəlmanlar arasında baş verir. Yadıma gəlir ki, orta məktəbi bitirən vaxt bir dindar qardaşımız "üzdə nur axtarmaq" məsələsində həddi çox aşmışdı. Hətta, bir dəfə bu "üzdəki nur" məsələsini izah etməyə çalışdı. Öz üzü də qarabuğdayı rəngdə idi. Yəni, ona görə "çox nurlu görünmürdü")) hətta: "bilirsən, üzdəki nur, adamın üzündə elə bil ki ağ-ağ nöqtələr olur ee... " deyəndə, dedim: "qardaş artıq ifrata varmağını necə ifadə edəcəyini bilmirsən". Dedim ki: "Allah sənin dərinin rəngini qarabuğdayı yaradıb, kimsə əlbəttə sənin üzündə nur axtarışı etməyəcək. Bu cəfəngiyyatdır. Üzdəki nur və nuranilik tam başqa bir şeydir və bu məsələdə həddi aşmaq, buna görə insanlara qiymət vermək olmaz. Əgər zahirə görə insana qiymət verilsəydi, bəzi model qızlar ən mömin, ən nurlu xanımlar olardı". Bu mövzunu uzatmaq istəmirəm.

👉 Bir misal da deyim. Yenə orta məktəbdə oxuyanda bir sofi əxlaqlı tanışım var idi. Bir dəfə o bir Mədinə tələbəsi haqqında: "Bunun üzündə nur var" demişdi. Başqa bir tələbə haqqında isə: "bunun üzündə nur yoxdur" - demişdi. (ad çəkmirəm). Əslində isə birinin rəngi ağ idi. Yəni əli ilə üzünün rəngi fərqli deyildi. O biri tələbə isə mənə görə daha savadlı olsa da rəngi anadangəlmə bir az qarabuğdayı idi. Yəni hər iki şəxsi körpə ikən qundaqda belə müqayisə olunsa, rəngləri fərqli olacaqdı. Hətta, rəngi ağ olanı təriflədi. Bir neçə il sonra isə üzünün nuruna görə təriflədiyi tələbəni əqidəsi uyğun gəlmədiyi üçün pislədiyinin şahidi oldum. O əxlaqlı sofi dostum bəlkə də indiyə kimi camaatın üzündə "nur axtarır". Bir daha onunla qarşılaşsam ona "gözəl üzlü model möminələr" barədə sual verib zarafat etmək fikrim də var)).
🌴 Əlqərəz... İnsanların bu və digər mövzuları şişirtmələrinin əsas səbəblərindən biri də insanın fitrətdən "gözəlliyə vurğun" olmasıdır. Bunun psixoloji izahı bir aspektdən budur. Lakin həqiqət odur ki, hədisdə ifadə edilən mənada olduğu kimi "Allah zahirə deyil, qəlbə baxar". Bunu da unutmayın ki, xurafatları insanlar özləri yaradırlar! Bu məsələdə həddi aşanlar filan alimlərin üzü qaradır deyib şəkillərini paylaşanda, o biri bidətçi tayfa da sənin alimlərindən rəngi qarabuğdayı olan və ya qızmar ərəbistan istisində rəngi qaralmış alimlərin şəkillərini sənə göstərib deyə bilər ki, sizin alimin üzündə nur yoxdur. Bu nə etiqaddır? Haqqı dərinin rənginə görə təyin etmək nə vaxtdan bu dünyada olub? Allah hamımızı xurafatlardan uzaq etsin!

🌿 Həqiqi qaralan üzlər əslində axirət günü ortaya çıxacaq! Axirət günü günahkarlar üzlərindən tanınacaq! Rəngləri qaralacaq! Bu dünyada möhlət verildiyi üçün üzləri gözəl ola bilərdi. Lakin, axirət günü üzləri qaralacaq! Bəziləri gözəl və güclü olmalarına aldanıb günahlar edirdilər. Uca Allah buyurur: "O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!”– deyiləcəkdir. (Ali İmran, 106).

🤲 Allah hamımızı xurafatlardan uzaq etsin. Allah bəzi üzlərin ağaracağı, bəzi üzlərin isə qaralacağı gündə üzümüzü ağ etsin! Allah bizi şirkdən, küfrdən, bidətdən və xurafatlardan uzaq etsin!

Yazdı: Sahib Əsədov

📝 Tarix: 2020.10.20
Məşhurlar, məşhur müsəlmanlar, şayiələr...

🔹 Cəmiyyətdə məşhur insanların (yazıçı, şair, deputat, müğənni, məmur balası və s) İslamı qəbul etməsi yaxud izhar etməsi, qismən dindar bir həyat sürməsi, hətta cüzi İslami hərəkətləri belə insanlar arasında müxtəlif cür izahlarla müşahidə olunur:

1️⃣ Bir qism müsəlmanlar bu insanları az qala "xalq qəhrəmanı" elan etsinlər, şəxsiyyətləri haqqında nağıllar uydurulan məşhurlar belə az deyil.

2️⃣ Bir qism isə onlara sadəcə rəğbətlə yanaşır. Onlar birinci qismin etdiyi kimi şayiələrə inanmasalar da, bu cür məşhurlardan danışarkən xoşhal olur, bir şirinlik hiss edir, daha obyektiv ola bilmirlər.

3️⃣ Bir qism iman əhli isə onlara tam obyektiv yanaşmağa çalışır, hər kəsin imanının öz lehinə, küfrünün də öz əleyhinə olduğunun fərqində olub insanlara təqvasına, Allah qorxusuna görə tam bir İslami meyar ilə yanaşırlar. Onlara görə müğənni və ya manıs namaz qılsa belə günahı olan müsəlmandır, günahkardır. Onu günahına görə dindən çıxartmasalar da, imanına görə çox şişirtmirlər.

⚖️ Alimlər fasiqin (günahkar müsəlmanın) şahidliyinin qəbul olunub olunmadığı haqqında nə deyiblərsə, onu deyirlər. Amma onun şəhadətini, müsəlmanlığını da qəbul edirlər. Onu olduğu mərtəbədən yuxarı da qaldırmırlar. Doğru olan mövqe də budur. Uca Allah Qurani-Kərimdə buyurur: "De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir iman gətirsin, kim də istəyir küfr etsin”. (əl-Kəhf. 29). Yəni, kim iman edirsə öz lehinə, kim də küfr edirsə, öz əleyhinədir! Kimsə iman gətiribsə lap yaxşı, amma bu bir minnət səbəbi də olmalı deyil. Elə bu Qurani-Kərim ayəsindəki kimi: "Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “İslamı qəbul etdiyinizə görə mənə minnət qoymayın! Əgər doğru danışırsınızsa, bilin ki, əslində Allah sizi imana gətirməklə sizə minnət qoyur!” (Hucurat. 17).

👉 İslamda üstünlük meyarı təqvadır, Allah qorxusudur. Biz neçə illər ərzində məşhurlar içərisində məşhurluqdan başı gicəllənib, özündən razılıq, "ulduz" xəstəliyinə tutulanları, günahların azdırdığı, dindən uzaqlaşdırdığı, əvvəllər dində sabit olub sonradan dini təhrif edən sözlər danışanları, hədisləri inkar edib modernist İslama üz tutanları da az görmədik. Çünki məşhurların bir çoxuna dünya fitnəsinin qapıları açılır. Şəkk yoxdur ki, belə fitnə qarşısında təqvasını qoruyan, ayaqları sürüşməyənlər bizim üçün daha hörmətli, daha izzətlidirlər! Bir də cəmiyyətdə nüfuz sahibi olan məşhurlar var ki, Allah Elçisi Muhammədin (صلى الله عليه وسلم) onlara diqqəti, qayğısı və müamiləsi tam başqa olub, bu da qalsın başqa bir yazıya! Sonda Peyğəmbərimiz Muhəmmədə, onun əhli beytinə və səhabələrinə Allahın salavatı və salamı olsun!

✍️ Yazdı: Sahib Əsədov

www.tg-me.com/selefinexlaqi
SƏLƏFİN ƏXLAQI
https://www.facebook.com/share/p/19unZsLLe3/
Məqaləni oxumaq üçün yuxarıdakı keçiddən daxil ola bilərsiniz!
Media is too big
VIEW IN TELEGRAM
İslama görə siyasi partiyalar qurmaq olarmı? (Sahib Əsədov)
Şeyxülislam ibn Teymiyyə (رحمه الله) demişdir: "Allahın sünnəsindəndir ki O, Öz dinini izhar etmək istədikdə ona qarşı çıxanı göndərər, sonra öz kəlmələri ilə haqqı gerçəkləşdirər. Sonra isə haqqı batilin üzərinə çıxardar və onun əksini sübut edər. Sonda batil aradan qalxar". (Məcmuul-Fətəva. 28/57).

www.tg-me.com/selefinexlaqi
Fikirlərin aydın olmasının əhəmiyyəti

Bir islamşünasın, din xadiminin fikirləri nə qədər şəffaf və aydın olarsa, o kimsə o qədər xalqına vəfalı və etibarlı olar. Çünki, belə olduqda onları hər bir vətəndaş asanlıqla tanıya bilir. Sən özünü güzgüdə gördüyün kimi onları da şəffaf fikirləri ilə tanımış olursan. Beləcə, hətta ona müxalif olan da, razı olan da adamı bir fikirlə tanıyır. Odur ki, bir din xadimi üçün aydın və şəffaf fikirli olmaq çox mühümdür. Məchul, naməlum fikirli adamlar, tez-tez mövqe dəyişdirən adamlar həm haqq mizanında, həm də insanların nəzdində etibarlı ola bilməzlər! Necə deyərlər, bir üzdə olmaq mühümdür! El arasında "əqidəli adam" sözü boşuna işlədilməyib!

Yazdı: Sahib Əsədov

www.tg-me.com/selefinexlaqi
Xristianlıqda "təslis" (üç üqnum) inancı deyildikdə nə nəzərdə tutulur?
Anonymous Quiz
0%
Şaul, Bolis və başqa bir həvari
4%
Qədim üç dini kitab
18%
İsa peyğəmbərin üç həvarisi
78%
Allah, oğul və müqəddəs ruh
🕋 Tövhid mövzularında faydalı bələdçi

Tövhid — insanın həyatını mənalandıran, bütün peyğəmbərlərin dəvətinin əsası olan ən böyük həqiqətdir.
Allaha tək ibadət etmək, yalnız Ondan qorxmaq, yalnız Ondan istəmək və yalnız Onun üçün yaşamaq — Tövhidin mənası budur.

Bu kitab Tövhidi öyrənmək və onu gündəlik həyatda tətbiq etmək istəyənlər üçün dəyərli bir qaynaqdır.
Ayə və hədislər əsasında izah edilən bu əsər, imanını gücləndirmək istəyən hər bir müsəlman üçün yol göstəricidir.

📘 Kitab: Tövhid
Müəllif: Prof. Dr. AbdulQadir ibn Muhəmməd Ata Sufi
Tərcüməçi: Elçin Şunqarov
Elmi redaktor: Fərman İsayev
Tərcümə redaktoru: Elçin Quliyev

📎 Kitabı oxumaq üçün link: []https://sunna.az/content?cid=2356
🌗 Qərb öz dəyərlərini yaxşı göstərsə də, Şərqin dəyərləri daha alidir. (Sahib Əsədov)
2025/10/16 01:01:34
Back to Top
HTML Embed Code: