Telegram Web Link
🔸 İbn Quteybə (رحمه الله) demişdir:

"Böyük həvəs sahibinin qədir-qiyməti aşağı salınsa belə, onun nəfsi yalnız yüksək işlərə can atar. Bu, bir atəşin saçdığı şölələr kimidir. Odu qalayan onun (yan-yörəsini) düzəldər, onun şölələri isə ancaq yüksəkliyə doğru can atar".

📚 (Uyunul-Əxbar. 3/231).

www.tg-me.com/selefinexlaqi
Forwarded from SƏLƏFİN ƏXLAQI
Forwarded from SƏLƏFİN ƏXLAQI
Bunu da görməməzlikdən gəlməyin!

Kutubu-Sittə hədis kitabları arasında ən səhih kitab sayılan Səhihu Buxaridə məhz «Kitəbut-Tovhid» (Tövhid kitabı) adlı kitab var. Əhli Sünnənin imamı Muhəmməd ibn İsməil əl-Buxari (Allah ona rəhmət etsin) bu kitabı yalnız onun əhəmiyyətinə görə «Səhih» kitabına daxil etmişdir. Başqa vaxt "bəzi şəxslər" deyirlər ki, Məhəmməd ibn Abdul-Vəhhab özündən tövhid kitabı çıxarmışdır. Allahdan istəyirəm ki, müsəlmanlara haqqı haqq, batili batil kimi görməyi nəsib etsin! İbn Xuzeymə (Allah ona rəhmət etsin) də əsrlər öncə tövhid kitabı yazmışdır!

©SƏLƏFİN ƏXLAQI

https://www.tg-me.com/selefinexlaqi
Ərafa günü oruc tutmağın fəziləti

Əbu Qatədə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Allaha ümid edirəm ki, Ərafa gününün orucu özündən bir il əvvəlki və bir il sonrakı günahlara kəffarə olsun».

📚 (Muslim, 1162. Tirmizi, 749. İbn Macə 1416).

©SƏLƏFİN ƏXLAQI

www.tg-me.com/selefinexlaqi
Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Sabah 5 iyun ərəfa günü, zilhiccə ayının doqquzudur. "Ərəfa günü" oruc tutmaq sünnədir.
🕋 Ərəfatdan gələn çağırış – Tövhidin səsi Azərbaycan dilində sabitləşsin!

Ey müsəlman qardaş və bacım!

🎙️ Bildiyin kimi, Səudiyyənin rəsmi "Tube Termon" YouTube kanalı hər il Ərəfat Xütbəsini 35 fərqli dilə tərcümə edir.
Amma bu dillərdən yalnız 10-u sabitdir – yəni daimi olaraq hər il tərcümə edilən dillər arasındadır.
Bu 10 dilin seçilmə səbəbi isə sadədir: dinləyici sayı, maraq və dəstək səviyyəsi!

💬 Allahın izni ilə bu il ilk dəfə olaraq Ərəfat Xütbəsi Azərbaycan dilində də tərcümə olundu.
Bu təkcə bir xidmət deyil, bir imtahandır:
Biz bu tərcüməyə reaksiya göstərsək, dinləsək, paylaşsaq – o zaman Azərbaycan dili də sabit 10 dil arasında yer ala bilər!
Əks halda, bu fürsət bir daha əlimizdən çıxacaq.

🛑 Unutma:
Bu məsələ yalnız dinləmək və ya təqdir etmək deyil – bu, Tövhid əqidəsinin bizim dilimizdə rəsmi və davamlı yayılması məsələsidir.
Bu – nəsillərimiz üçün İslamın öz mənbəyindən, doğru şəkildə öyrənilməsi imkanına yol açır!

🌍 Və unutmayaq ki, Azərbaycan dilində danışan təkcə biz deyilik –
Cənubi Azərbaycanda yaşayan 35 milyondan çox soydaşımız üçün də bu tərcümə hidayətə açılan bir qapıdır!

📢 Səudiyyə yetkililəri və bu kanalı idarə edən qurumlar rəqəmlərlə, maraqla, paylaşımla ölçürlər:
Dinləyirlərmi?
Yayırlarmı?
Dəstək varmı?

Deməli, bu xidmətin davamlı olması – bizim sükutdan çıxmağımıza bağlıdır!

📌 "Vaxtım yoxdur" deyənlərə isə çağırış:
➡️ Gündə 5 dəqiqə dinlə,
➡️ 1 qardaşına göndər,
➡️ 1 status paylaş – vəssalam!
Bəlkə də sənin bu addımın, gələcəkdə bir nəsil üçün Tövhid dərsi olacaq!

📎 Link: [https://www.youtube.com/live/_YbPguR11rI?si=hQ-j-WNKrTL3pXAM ]

İslamşunas: FƏRMAN İSAYEV
---

🛡️ "Haqq yayılsa, batil susar!"

📣 Gəlin bu dəfə boş, faydasız videoları deyil, Tövhid əqidəsini paylaşaq!
Bu dəfə tamaşaçı yox, daşıyıcı olaq!

🤲🏻 Gəlin, şikayət edən yox, səbəb olanlardan olaq!
Səbəb olaq ki, sabah Səudiyyədə 10 sabit dilin içərisində Azərbaycan dili də olsun!
Səbəb olaq ki, Azərbaycan tövhid əhlinin diqqət mərkəzində qalmağa layiq bilinsin!
📗 YENİ KİTABÇA TƏQDİMATI 📙

Möhtərəm oxucular! Sizləri "Mütləqə inam təlimi və onun tənqidi" adlı kitabın PDF variantını oxumağa dəvət edirik! Mövzu özünü "peyğəmbər" elan edən, tərəfdarlarının hətta özünə "Allah" belə dediyi, yeni təlim adı altında yeni din icad edən, türkçülük, ateizm, fəlsəfi fikirlərdən və ruhani üslubdan istifadə edib qarışıq, batil, yeni bir din ərsəyə gətirməyə çalışan Asif Atanın təliminin tənqidi ilə bağlıdır! Ölkəmizdə ona tabe olanların "Ocaq" adı verdikləri məbədləri, ona inanan tərəfdarları və təbliğatçıları var. Təəssüflər olsun ki, bu batil əqidə indiyə kimi sağlam bir rəddiyyə ilə ifşa edilməmişdir. Kitabçanı oxumaq üçün aşağıdakı keçiddən daxil ola bilərsiniz. Allah faydalı etsin!

https://sunna.az/content?cid=2297

www.tg-me.com/selefinexlaqi

📱 Paylaşın və xeyrin yayılmasına səbəb olun! 📲
📌 Əssələmu aleykum. Möhtərəm kanal üzvləri. Son paylaşılan iki dərsdə cəmiyyətimizdə son günlərin aktuallaşan İslamda evlilik mövzuları, "erkən evlilik, qızqaçırtma adətdir, yoxsa dini təməlli bir əməldir? evlilikdə valideyni icazəsi məsələsi" və s. mövzulara da toxululub. Podkast videomuz keçən ilki olsa da, həmin mövzular seçilərək yaxın günlərdə kanallardan birində paylaşılmışdır. Bu videolarda dünəndən bəri cəmiyyətimizdə aktuallaşan həssas evlilik məsələlərinə toxunulmuşdur. Allah faydalı etsin! 📌
2025/10/24 09:14:26
Back to Top
HTML Embed Code: