📊 Namazdan uzaqlaşma səbəblərinin qısa təhlili
📜 Namazdan uzaqlaşanlar bir neçə səbəblərdən uzaqlaşırlar. Bu mövzu çox zaman danışmaq istəmədiyimiz və ya yaxşı təhlil edə bilməməkdən çəkinib uzaqlaşdığımız mövzudur. Uzaqbaşı "yolunu azdı...şeytana uydu" deyib üstündən keçirik. Mövzunu qısa bir təhlil edəndə ortaya nələr çıxır, nələr?! Gəl görəsən!... Bu ortaya çıxanlardan:
1⃣ Pis dostları, günah yoldaşlarını və günahları tərk etməyib, quru namazla kifayətlənib, İslamı həyat tərzi olaraq qəbul etməmək.
2⃣ Namaza yeni başlayıb dini durumu barədə müsəlmanlar tərəfindən diqqətə ehtiyacı olduğu halda bu bəsit diqqəti görmədən uzaqlaşanlar!
3⃣ İslamın deyil, bəzi camaatların yersiz mübahisələrindən təngə gəlib uzaqlaşanlar.
4⃣ Dini kifayət qədər öyrənməyib, elmə əhəmiyyət vermədiyi üçün bəsit şübhələrdən yolunu azanlar.
5⃣ Radikal camaatların içində günü ona-buna "kafir", "sapıq", "zındıq" deməklə keçənləri görüb "onsuz da əvvəlki halımda da günüm söyüş söyməklə keçirdi, belə din olmaz" deyib uzaqlaşanlar.
6⃣ Dinə sadəcə bəsit bir maraqla gəlib və ya kiməsə baxıb həvəslənsə də, sadəcə bircə addım atmaqla kifayətlənib uzaqlaşanlar.
7⃣ "İxlaslı olaraq deyil, Allahı sınaqdan keçirmək üçün dinə gəlib Allahı imtahan etməyə çalışıb sonda dindən uzaqlaşanlar.
8⃣ Dinə gələndə cekpot qazanıb bütün problemlərdən azad olacağını düşünüb problem görən kimi uzaqlaşanlar.
9⃣ Dini öyrənmək məsələsinə kortəbii yanaşmaq, onu kimdən və necə öyrənmək gərəkdiyini bilməmək.
🔟 Münafiqlik, ikiüzlülük, aravuranlıq etmək məqsədilə dinə gəldiyini göstərib, sonra öz köhnə həyatına qayıtmaq və s.
👉 Ola bilsin burada qeyd olunanların bəziləri bir adamda cəm olsun! Bu mövzu haqqında əslində bir kitab yazmaq mümkündür. Bu, sadəcə kiçik bir cızma-qaradır! Uca Allah necə də gözəl buyurub: "Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar". (Məryəm. 59).
✍ Yazdı: Sahib Əsədov
www.tg-me.com/selefinexlaqi

Telegram
SƏLƏFİN ƏXLAQI
Admin: Mədinə İslam universitetinin tələbəsi: Sahib Əsədov
🔸 Şübhələrin yayıldığı bir vaxtda İslamı müdafiə etmək Allaha ən çox yaxınlaşdıran əməllərdən biridir.
🖊 Bir kişi İmam Əhməddən رحمه الله soruşur: "Sənin üçün oruc tutub namaz qılan, ibadətə qapanan kimsə, yoxsa bidət əhli haqqında danışan kimsə daha sevimlidir?! - Deyir: "Oruc tutan, namaz qılan, ibadətə qapanan biri bunu yalnız özü üçün edir, əgər bidət əhli haqqında danışarsa, bu yalnız müsəlmanlar üçün olar və bu daha üstündür".
📌 (Məcmuul-Fətəva. İbn Teymiyyə. 28/231).
İbn Teymiyyə رحمه الله bu sözə izah verərək deyir: "Bununla da o bu əməlin - Allah yolunda cihad etmək cinsindən olduğundan dolayı - müsəlmanların dini üçün daha çox (ümumi) faydalı olduğunu bəyan etmişdir. O baxımdan ki, müsəlmanların ittifaqı ilə Allaha aparan yolun, onun dininin, şəriətinin batillərdən təmizlənməsi, (batil əhlinin) həddi aşmasının və düşmənçiliyinin dəf edilməsi (ümmətin boynunda olan) elə bir vacibdir ki, onu bəzi şəxslərin etməsi kifayətdir. Əgər Allah bu (batil əhlindən olan) kəslərin zərərini aradan qaldıracaq şəxslər göndərməsə, din fəsada uğrayar".
📌 (Öncəki mənbə. 28/231).

Bu videoda 50-ci dəqiqədən 58-ci dəqiqəyə kimi mütləq izləyin, aqnostikin "Allahın hər şeyi öncədən bilməsi" haqda şübhəsinin dağılması anlarının şahidi olun!