Mədinənin fəzilətlərindəndir ki Peyğəmbər صلى الله عليه وسلم
Anonymous Quiz
34%
Oraya hicrət edənə şəfaətçi olacaq
51%
Orada ölənə şəfaətçi olacaq
15%
Orada yaşayana şəfaətçi olacaq
Hər bir kəs təriqətçilikdən uzaq olmalıdır. Cənab prezidentimizin bu yaxınlarda "əl-Arabiyyə" kanalına müsahibəsində dediyi sözlər təqdirəlayiqdir. Ölkədə sülh və əminamanlığı pozacaq şəkildə heç kimsə təriqətçilik fəaliyyəti edə bilməz. Prezidentin son çıxışından sevinib "mənhəcdən danışmayın" deyənlərin, əslində məqsədləri hakimiyyət olanların "ümmətçi çıxışlar" altında radikallığı da gizlicə yeridənləri çox sevinməsinlər. Bu sözü də hər kəs öz üzərinə götürməsin. Dövlət hər kəsi çox yaxşı tanıyır. Ona görə hər kəs öz işi ilə məşğul olsun! Dövlət uşaq deyil ki, kimsə onun başını aldatsın! Dövlətlə dövlətçilik etməyin! İfrat "mənhəc" söhbətləri etmək də kimlərisə qıcıqlandırır. Bununla razıyam! Amma bu o demək deyil ki, bu ümmətin batilləri inkar etməkdə bir mənhəci yoxdur! Bu o demək deyil ki, batili inkar etməyək, susaq, istər radikallar, istər də bidətlər və dini təhrif edənlər haqqında danışmayaq, bəyan etməyək, bunu demək, bu ümmətin 14 əsrlik yolunu bilməmək deməkdir! İlk öncə batil təriqətlərdən Allah Elçisi sallallahu aleyhi və səlləm danışıb və ən şiddətli xəvariclərdən danışıb! Alimlər daim haqqı deyib, batildən çəkindiriblər! Kim xəta etsə, deyiləcək, heç kim məsum deyil. Kim batilə dəvət etsə, bəyan ediləcək! Bu ümumi qaydadır. Lakin kim ölkədə xaosa yol verəcək işlər görəcəksə, o da bunun məsuliyyətini daşıyacaq! Bunu belə bilin! Bu yazını ona görə yazdım ki, artıq hər camaat o çıxışdan öz camaatının maraqları üçün istifadə etməyə başlayıb! Əslində isə prezidentin sözləri aydın və netdir!
Əssələmu aleykum. Əziz müsəlmanlar. Bu haqda yazmaq istəməzdim, amma ümməti bölən adamların ümmətçilikdən danışmasını qabarıq şəkildə görürəm. Bilirsiniz ki, mən qalmaqallarda adı hallanmayan bir adamam və belə şeyləri xoşlamıram, öz işimlə məşğulam. İndi də heç ad çəkməyəcəm. Sadəcə əleyhimə aparılan bir təbliğata fikir bildirəcəm. Şükür Allaha dövlət və dövlətçiliyimiz barədə əqidəm və mənhəcim aydındır. Bəziləri kimi aşkarda dövlətin başını aldatmağa çalışıb gizlində radikallığı təbliğ etmirəm. Bir üzdəyəm, əlhəmdulilləh!
Sonra isə, deməli, son yazdığım status hansısa hizbi dəvətçinin xətrinə dəyib. Əleyhimə məqalə yazıb qruplarda öz qruplaşmasının gizli üzvləri vasitəsilə adsız bir yazı kimi paylayıb. Əslində biz bu dəsti-xətti və illərin propoqandaçı, şantajçı fitnəkarını çoxdan tanıyırıq. Mən əslində son yazımda ümumi danışmışam və ad çəkməmişəm. Prezidentin təriqətçilik barədə son çıxışından sonra dövləti aldatmaq istəyənlərə xatırlatma və nəsihət etmişəm. Demişəm ki dövlət sizin kim olduğunuzu bilir, çox şey eləməyin. "Onsuz da dövlət sizin kimi adamlara etibar etmir" mesajını vermişəm. Mən bunu ümumi yazmışam, yazımda bəzi siyasi camaatları cəm şəklində qəsd etmişəm. Bu haqda sosial şəbəkələrdə müzakirələrin olduğunu görüb status yazmışam. Kimisə adıyla və şəxsiyyəti ilə qəsd etməmişəm. Amma nədənsə bu nəsihətim həmin hizbi liderinin xətrinə dəyib və votsap qruplarında əleyhimə qorxaqcasına, gizli şəkildə təbliğata başlayıb, əleyhimə məqalə yazıb, paylaşmağı əmr edib. Məqalədə bu hizbi dəvətçisi "Sahib Əsədov və onun dəstəsi" ibarələrini işlədir, böhtan ataraq məni xəbərim olmayan məhkəmə prosseslərinə calayır. Bu hizbi liderinə deyirəm ki, əgər mənim dəstəm varsa, yalançıya bəddua et. Əgər hansısa məhkəmə prossesində iştirak etmişəmsə, and iç! Yalandan and içənə bəddua et! Mən deyirəm ki, belə şey yoxdur. Lənət etməyini istəmirəm, yazıqsan, onsuz da batıb gedirsən.
Ümumiyyətlə, deyim ki, mənimlə uğraşmaq istəsən, gələn dəfə sənin adını çəkəcəm və sənə silsilə rəddiyyələr verəcəm. Sadəcə sənin kimi fitnəkarlara indiyə kimi baş qoşmamışıq. Əslində sən təksən, yanında heç kim yoxdur, əsl üzünü bilənlər isə başını götürüb səndən qaçır, çünki hər kəs sənin necə fitnəkar biri olduğunu bilir. Elə ona görə də sənin kimi vəsvəsəli bir adama baş qoşmurlar. Sən şöhrət xatirinə dəvətin maraqlarını əzib keçəcək, dəvətçiləri tapdalamaq bahasına yuxarı çıxmağa çalışan birisən! Ağlını başına topla, birinci məlumatları dəqiqləşdir, sonra danış! Təxribatçı hərəkətlərinə son qoy. Hər bir danışığı öz əleyhinə sanma! Səndən başqaları da var. Atdığın böhtanlara görə isə Qiyamət günü əllərim sənin iki yaxanda olacaq!
Yazdı: Sahib Əsədov

Peyğəmbər صلى الله عليه وسلم bu bölgənin əhlinə qarşı pislik edənlərə qarşı xüsusi şiddətli bir cəza vəd etmişdir
Anonymous Quiz
70%
Mədinə əhli
12%
Tihamə əhli
17%
Yəmamə əhli
Mədinənin fəzilətlərindəndir ki, Peyğəmbər صلى الله عليه وسلم
Anonymous Quiz
19%
Orada əməl edən kimsəyə şəfaətçi olar
45%
Oranın çətinliyinə və yaşayış sıxıntısına səbir edənə şəfaətçi olar
37%
Oranı ziyarət edənə şəfaətçi olar
Əziz müsəlmanlar! Sələfin əxlaqı kanalında - inşəAllah - vaxtaşırı test üsulunda sual-cavab rubrikamız olacaq. Suallar aşağıdakı mövzuları əhatə edəcəkdir:
1 - Əqidə
2 - Hədis
3 - Fiqh
4 - Təfsir
5 - Quran
6 - Dinlər
7 - Tarix
8 - Üsul elmi
9 - Ədəb
10 - Ərəb dili
www.tg-me.com/selefinexlaqi
1 - Əqidə
2 - Hədis
3 - Fiqh
4 - Təfsir
5 - Quran
6 - Dinlər
7 - Tarix
8 - Üsul elmi
9 - Ədəb
10 - Ərəb dili
www.tg-me.com/selefinexlaqi
Əhli Sünnənin "Kutubus-Sittə" (Altı kitab) termini ilə məşhur olan, hədis alimləri tərəfindən mötəbərlik sıralamasına görə xüsusi etimad qazanmış altı hədis kitabı hansıdır?
Anonymous Quiz
64%
1 - Buxari, Müslim, Sünən Əbu Davud, Sünən ət-Tirmizi, Sünən ən-Nəsai, Sünən ibn Macə.
15%
2 - Buxari, Müslim, Sünən əd-Darimi, Sünən Əbu Davud, İbn İbn Macə, Sünən ət-Tirmizi.
21%
3 - Buxari, Müslim, imam Əhmədin Müsnədi, Sünən ət-Tirmizi, Sünən Əbu Davud, Sünən ibn Macə.
Qeyd: Sualda "Səhih əl-Buxari və Səhih Müslim" sözləri sual-cavab bölümündə hərf sayları sayla məhdud olaraq verildiyi üçün "Səhih" sözləri məcburi ixtisara düşüb ki, sualları kanal üzvlərinə ünvanlaya bilək. Allah sizə bərəkət versin!
Peyğəmbər (sallallahu aleyhi və səlləm) faydalı elm öyrənilən məclisləri nə adlandırıb?
Anonymous Quiz
53%
Riyadul-Cənnət (Cənnət bağçası)
4%
Zəhratul-Cənnət (Cənnət gülü)
42%
Məcəlisul-Cənnət (Cənnət məclisləri)
Təharətin şəri mənası nədir?
Anonymous Quiz
52%
İbadətə maneənin və nəcasətin aradan qalxması
35%
Nəcasətin aradan qalxması
13%
İbadətə maneənin aradan qalxması
Zəlzələ acısı yaddan çıxıb, gör nədən danışırlar?
Bir neçə gün öncə Əfqanıstanda zəlzələ olub. Allah ölənlərə rəhmət etsin, yaralılara acil şəfa versin. Bu həssas məqamda belə media vasitəsilə qərbin fikir müharibəsi edilir və Əfqanıstanda "qadın haqları" mövzusunu qəsdli şəkildə qabardılır. Hətta məsələni belə təqdim edirlər: "Əfqanıstan rəhbərliyi zəlzələ nəticəsində dağıntılar altından kişiləri çıxardır, qadınları isə ölümə tərk edir". Məsələnin təfsilatlarına gedəndə, ərəbcə və başqa dillərdə xəbər saytlarını izlədikdə məsələnin heç də deyildiyi kimi olmadığını anlayırsan. Söhbət əfqanların bəzi sərt adət-ənənə və qatı məzhəbçi mövqelərindən getsəydi, biz onları vaxtilə tarixi məqamında və yerli-yerində tənqid də etmişik, fikirləri ilə razı olmadığımız xeyli məqamları da bildirmişik. Amma, unutmayaq ki, onlar da bir müsəlmandırlar və onlara qarşı cəmiyyətdə səhv fikirlərin formalaşması və ya onların doğrudan etdikləri səhvləri bütün ümmətin, bütün müsəlmanların "adına yazmaq" doğru olmadığı kimi, biz də bu məsələdə bütün müsəlmanları ittiham etməyə fürsət tapanlara yardımçı ola bilməzdik, eləcə də vəziyyətdən sui-istifadə edən mediaya bir xatırlatma, insaf çağırışı etməsək olmazdı.
Bəli, ola bilsin ki, zəlzələ ilə bağlı xilasetmə işlərində neqativ hallar var, necə ki bu dünyanın hər yerində olur, üstəlik onların öz adət-ənənəsinə uyğun xətalar da var. Amma bu nisbi xətalardır. Eyni zamanda "Əfqanıstanda zəlzələdən sonra qadınlar xilas edilmir deyilə bilməz". "Qadınlar ölümə məhkum edilib" deyilə bilməz. Çünki axtarışlar ümumi gedir. Bir qadının və ya kişinin köməyə ehtiyacı olduqda və ya nəşi tapıldıqda çıxarılır. Çıxarılma və ya yardım metodları orada fərqli ola bilər. Amma bu rəvac vermir ki, bu çətin durumda olan, kasıb Əfqan xalqının yanında olmaq yerinə, durub islamafob mövzularını qabardasan. Bu söhbətlərə rəvac verən əsas səbəb Talibanın "oradakı yaralı və ölü qadınların şəklini çəkməyi qadağan etməsidir". Əslində buna ən azından dini cəhətdən haqları da çatır. Biz isə "onlara necə kömək əli uzada bilərik?" sualı barədə düşünməli olduğumuz halda, durub "meyitlərin və yaralıların qadın haqları pozuldu" mövzusunu müzakirə etmək vicdanlı bir işdirmi? Qarabağ savaşında Azərbaycan tərəfindən vuruşan, canını fəda edən əfqan müsəlmanlarının etdiklərini nə tez unutduq? Nə üçün aramızda bu mərd, qeyrətli xalqı qadınına sahib çıxmağa gücü çatmayan kimi göstərməyə tələsənlərimiz var? Allah insaf versin! Bu mövzunu tezbazar, sevincək yayanlar inanın ki, heç biri nə tanıdığı əfqanlarla əlaqə saxlayıb başsağlığı, təsəlli vermək barədə düşünəcək, nə də bu barədə status yazacaq zehniyyətdə belə deyillər.
Dini cəhətdən də yaralı bir qadını xilas etmək qadının məhrəmləri olmadığı zaman zərurətdən hesab edilir. Qurani-Kərimdə də uca Allah buyurur: "Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş kimi olar" (əl-Maidə. 32). Elm əhlinin ittifaqına görə iki zərər bir arada olduqda daha böyük zərərin aradan qaldırılması üçün daha yüngülü seçilə bilər. Bir insanın canını xilas etmək üçün cins fərqi qoymadan fədakarlıq edən ixlaslı bir müsəlman hətta buna görə böyük bir savab qazanmış olur. Təbii ki, bu kimi xilasetmə çalışmalarında (istər qadın ölü, istər də yaralı olsun) abır-həyanın gözlənilməsi, qadının bədəninin açılmış yerləri varsa, bu yerlərin örtülmüş olmasına riayət edilməsi şəriətə uyğun və tələb olunan əməldir!

Quranı yandıran Elxan Nəbiyevin Avropada özünə qəsd etdiyi xəbəri yayıldı
https://teleqraf.az/news/hadise/498253.html

Teleqraf
Quranı yandıran Elxan Nəbiyevin Avropada özünə qəsd etdiyi xəbəri yayıldı
Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
Qeyd edilən təfsirlər arasında Qurani-Kərimin ən mötəbər təfsiri hansıdır?
Anonymous Quiz
88%
İbn Cərir Təbərinin təfsiri
5%
Səalibinin təfsiri
6%
Fəxrəddin Razinin təfsiri
1%
İbn Aşurun təfsiri