Telegram Web Link
Peyğəmbər صلى الله عليه وسلم bu bölgənin əhlinə qarşı pislik edənlərə qarşı xüsusi şiddətli bir cəza vəd etmişdir
Anonymous Quiz
70%
Mədinə əhli
12%
Tihamə əhli
17%
Yəmamə əhli
Əziz müsəlmanlar! Sələfin əxlaqı kanalında - inşəAllah - vaxtaşırı test üsulunda sual-cavab rubrikamız olacaq. Suallar aşağıdakı mövzuları əhatə edəcəkdir:

1 - Əqidə
2 - Hədis
3 - Fiqh
4 - Təfsir
5 - Quran
6 - Dinlər
7 - Tarix
8 - Üsul elmi
9 - Ədəb
10 - Ərəb dili

www.tg-me.com/selefinexlaqi
Əhli Sünnənin "Kutubus-Sittə" (Altı kitab) termini ilə məşhur olan, hədis alimləri tərəfindən mötəbərlik sıralamasına görə xüsusi etimad qazanmış altı hədis kitabı hansıdır?
Anonymous Quiz
64%
1 - Buxari, Müslim, Sünən Əbu Davud, Sünən ət-Tirmizi, Sünən ən-Nəsai, Sünən ibn Macə.
15%
2 - Buxari, Müslim, Sünən əd-Darimi, Sünən Əbu Davud, İbn İbn Macə, Sünən ət-Tirmizi.
21%
3 - Buxari, Müslim, imam Əhmədin Müsnədi, Sünən ət-Tirmizi, Sünən Əbu Davud, Sünən ibn Macə.
Qeyd: Sualda "Səhih əl-Buxari və Səhih Müslim" sözləri sual-cavab bölümündə hərf sayları sayla məhdud olaraq verildiyi üçün "Səhih" sözləri məcburi ixtisara düşüb ki, sualları kanal üzvlərinə ünvanlaya bilək. Allah sizə bərəkət versin!
Peyğəmbər (sallallahu aleyhi və səlləm) faydalı elm öyrənilən məclisləri nə adlandırıb?
Anonymous Quiz
53%
Riyadul-Cənnət (Cənnət bağçası)
4%
Zəhratul-Cənnət (Cənnət gülü)
42%
Məcəlisul-Cənnət (Cənnət məclisləri)
Zəlzələ acısı yaddan çıxıb, gör nədən danışırlar?

Bir neçə gün öncə Əfqanıstanda zəlzələ olub. Allah ölənlərə rəhmət etsin, yaralılara acil şəfa versin. Bu həssas məqamda belə media vasitəsilə qərbin fikir müharibəsi edilir və Əfqanıstanda "qadın haqları" mövzusunu qəsdli şəkildə qabardılır. Hətta məsələni belə təqdim edirlər: "Əfqanıstan rəhbərliyi zəlzələ nəticəsində dağıntılar altından kişiləri çıxardır, qadınları isə ölümə tərk edir". Məsələnin təfsilatlarına gedəndə, ərəbcə və başqa dillərdə xəbər saytlarını izlədikdə məsələnin heç də deyildiyi kimi olmadığını anlayırsan. Söhbət əfqanların bəzi sərt adət-ənənə və qatı məzhəbçi mövqelərindən getsəydi, biz onları vaxtilə tarixi məqamında və yerli-yerində tənqid də etmişik, fikirləri ilə razı olmadığımız xeyli məqamları da bildirmişik. Amma, unutmayaq ki, onlar da bir müsəlmandırlar və onlara qarşı cəmiyyətdə səhv fikirlərin formalaşması və ya onların doğrudan etdikləri səhvləri bütün ümmətin, bütün müsəlmanların "adına yazmaq" doğru olmadığı kimi, biz də bu məsələdə bütün müsəlmanları ittiham etməyə fürsət tapanlara yardımçı ola bilməzdik, eləcə də vəziyyətdən sui-istifadə edən mediaya bir xatırlatma, insaf çağırışı etməsək olmazdı.

Bəli, ola bilsin ki, zəlzələ ilə bağlı xilasetmə işlərində neqativ hallar var, necə ki bu dünyanın hər yerində olur, üstəlik onların öz adət-ənənəsinə uyğun xətalar da var. Amma bu nisbi xətalardır. Eyni zamanda "Əfqanıstanda zəlzələdən sonra qadınlar xilas edilmir deyilə bilməz". "Qadınlar ölümə məhkum edilib" deyilə bilməz. Çünki axtarışlar ümumi gedir. Bir qadının və ya kişinin köməyə ehtiyacı olduqda və ya nəşi tapıldıqda çıxarılır. Çıxarılma və ya yardım metodları orada fərqli ola bilər. Amma bu rəvac vermir ki, bu çətin durumda olan, kasıb Əfqan xalqının yanında olmaq yerinə, durub islamafob mövzularını qabardasan. Bu söhbətlərə rəvac verən əsas səbəb Talibanın "oradakı yaralı və ölü qadınların şəklini çəkməyi qadağan etməsidir". Əslində buna ən azından dini cəhətdən haqları da çatır. Biz isə "onlara necə kömək əli uzada bilərik?" sualı barədə düşünməli olduğumuz halda, durub "meyitlərin və yaralıların qadın haqları pozuldu" mövzusunu müzakirə etmək vicdanlı bir işdirmi? Qarabağ savaşında Azərbaycan tərəfindən vuruşan, canını fəda edən əfqan müsəlmanlarının etdiklərini nə tez unutduq? Nə üçün aramızda bu mərd, qeyrətli xalqı qadınına sahib çıxmağa gücü çatmayan kimi göstərməyə tələsənlərimiz var? Allah insaf versin! Bu mövzunu tezbazar, sevincək yayanlar inanın ki, heç biri nə tanıdığı əfqanlarla əlaqə saxlayıb başsağlığı, təsəlli vermək barədə düşünəcək, nə də bu barədə status yazacaq zehniyyətdə belə deyillər.

Dini cəhətdən də yaralı bir qadını xilas etmək qadının məhrəmləri olmadığı zaman zərurətdən hesab edilir. Qurani-Kərimdə də uca Allah buyurur: "Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş kimi olar" (əl-Maidə. 32). Elm əhlinin ittifaqına görə iki zərər bir arada olduqda daha böyük zərərin aradan qaldırılması üçün daha yüngülü seçilə bilər. Bir insanın canını xilas etmək üçün cins fərqi qoymadan fədakarlıq edən ixlaslı bir müsəlman hətta buna görə böyük bir savab qazanmış olur. Təbii ki, bu kimi xilasetmə çalışmalarında (istər qadın ölü, istər də yaralı olsun) abır-həyanın gözlənilməsi, qadının bədəninin açılmış yerləri varsa, bu yerlərin örtülmüş olmasına riayət edilməsi şəriətə uyğun və tələb olunan əməldir!

Yazdı: Sahib Əsədov

www.tg-me.com/selefinexlaqi
Qeyd edilən təfsirlər arasında Qurani-Kərimin ən mötəbər təfsiri hansıdır?
Anonymous Quiz
88%
İbn Cərir Təbərinin təfsiri
5%
Səalibinin təfsiri
6%
Fəxrəddin Razinin təfsiri
1%
İbn Aşurun təfsiri
2025/10/18 07:53:05
Back to Top
HTML Embed Code: