Telegram Web Link
1
Səssiz Beyinlər, Səsli Boşluqlar

Cəmiyyət danışanı dinləyir, düşünəni susdurur.
Çünki səssizlik — təhlükəlidir.
Onda sual var, cavab var, məsuliyyət var.
Amma cəmiyyət cavab istəmir.
O, şüar istəyir. Qışqırıq istəyir. Təkrar istəyir.

Ağıllı başlar düşünür,
Ağılsız başlar danışır.
Və cəmiyyət — danışanı haqlı sayır.
Çünki o, səsə inanır, məzmuna yox.

Cəmiyyətin qulaqları səs-küyə həsrətdir,
Gözləri parıltıya,
Zehni isə — yuxudadır.

Bir fikir gəlir:
Dərin, ölçülü, məsuliyyətli.
Cəmiyyət ona baxır və deyir: “Çox mürəkkəbdir.”
Sonra bir çərənləmə gəlir:
Yavan, səthi, gurultulu.
Cəmiyyət ona baxır və deyir: “Bu mənim dilimdir!”

Cəmiyyətin lideri — ən çox danışandır.
Ən az düşünən, ən çox təkrarlayan.
Çünki cəmiyyətin yaddaşı — bir şüar qədərdir.
Bir cümləlik yalan, bir ömürlük inanc yaradır.

Cəmiyyət,
Sənə bir fikir verilsə, onu analiz etməzsən.
Amma bir səs verilsə, ona səcdə edərsən.
Çünki sənə görə,
Səssizlik — zəiflikdir,
Dərinlik — təhlükədir,
Ağıllı olmaq — tənhalıqdır.

Və sən, ey cəmiyyət,
Böyük beyinləri susdurursan,
Çünki onların səsi — sakitdir.
Onların dili — məsuliyyətlidir.
Onların fikri — sənin yuxunu pozur.
7👍2
İmam Hüseynin qanı, Şah İsmayılın geni

Azərbaycan Araşdırma Mərkəzi təqdim edir

Tarixdə bu gün şiələrin kütləvi şəhadəti və mənəvi qələbəsi ilə nəticələnən Çaldıran döyüşü baş vermişdir. Təqdim olunan şəkilləri sosial şəbəkələrdə profillərimizə qoyaq və Şah İsmayılın bizə yadigar qoyduğu irsi yaşadaq.
7
2025/10/22 08:09:57
Back to Top
HTML Embed Code: